Поиск по этому сайту

пятница, 1 ноября 2019 г.

Vüqar Dadaşov: “Nurlana Əliyeva Azərbaycan Respublikasının dövlət maraqlarına ziddiyyətli mövqedədir”

Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,  Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov sosial şəbəkədə Bakı Slavyan Universitetində Yevqeniy Primakovun xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə kəskin etiraz etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva 20 yanvar qırğınının qatillərindən biri  Yevgeni Primakovun xatirəsinə həsr etdiyi tədbir müstəqilliyimiz uğrunda canını qurban vermiş şəhidlərimizə hörmətsizlik, qanımız bahasına əldə etdiyimiz müstəqilliyimizə etinasız münasibətin sübutudur.  Eyni zamanda da dövlətimizin 20 yanvar faciəsinə verdiyi hüquqi qiyməti  saymamazlıqdır. Azərbaycan xaliqinin qanı ilə yuyunmuş Yevgeni Primakovun xatirəsinə həsr olunmuş tədbirin Azərbaycan Ali təhsil müəssisəsində keçirilməsi daha faciəlidir, belə ki, təhsil müəssisəsi  peşə təsili ilə yanaşı, eyni zamanda da  gənclərlimizə vətənpərvərlik təbliğ etməlidir. Görünən odur ki, bu rektorun başçılığı ilə tədris müəssisi Azərbaycan xalqının və dövlətinin maraqlarına ziddiyyətli mövqedən çıxış edir. Bu “xidmət” Nurlana Əliyevaya məxsusdur.  Nurlana Əliyeva bundan əvvəl də BSU-nun giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanı sökdürməyi və 20 yanvar faciəsinin günahkarının xatirəsini təntənəli yad etməsi və bu rektorun Azərbaycan xalqına düşmənçiliyinin sübutudur.
Xatırlatmaq yerinə düşər ki, Bakıda 20 yanvar faciəsini törədən SSRİ ordusu müstəqilliyimiz uğrunda apardığımız mübarizəni boğmaq üçün yeridilib və qırğınlar törədib. Həmin dövrdə Yevgeni Primakov (1988-1991) illərdə SSRİ Siyasi Bürosunun üzvü, Ali Sovetin sədri idi. 20 yanvar faciəsindən sonra SSRİ rəhbərliyindən xəyanətcəsinə uzaqlaşdırılmış Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev Azərbaycan SSR-nın Moskvadakı daimi nümayəndəliyinin yerləşdiyi binada 20.01.1990-cı il tarixli çıxışında  20 yanvar faciəsinin günahkarlarını məhz SSRİ rəhbərliyini adlandırmışdır. Yevgeni Primakov isə o dövrdə SSRİ rəhbərliyində  ən əsas fiqurlarından  biri idi.  BSU-nin rektoru Heydər Əliyevin çıxışından xəbərsizdimi ?!
Nurlana Əliyeva Azərbaycan Respublikasının dövlət maraqlarına ziddiyyətli mövqedədir, ona görə də Nurlana Əliyeva işindən azad edilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir.”
 SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий