Поиск по этому сайту

воскресенье, 31 мая 2020 г.

Razi Nurullayev: veteran müavinəti 250 manata çatdırılmalıdır


Millət vəkili Razi Nurullayev bu günki Parlament iclasında veteran, qazi və şəhid ailələri barədə çıxış edib. Həmin çıxışı olduğu kimi oxucularımıza təqdim edirik.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 3-cü maddəsinə dəyişiklik təklif edirəm.
Qarabağ müharibəsi veteranlarına, əlillərinə,  şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən   güzəşt və imtiyazlar müəyyən edilib. Pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi göstərdi ki, bu kateqoriyadan olan şəxslərin daha çox qayğıya ehtiyacı var və keçmiş döyüşçülərin maddi və sosial durumları ürək açan deyil. Veteranlara verilən müavinətin miqdarı 80 manatdır-bu məbləğ ölkə üzrə müəyyən edilmiş 160 manat ehtiyac meyarından da belə 2 dəfə azdır. Yeri gəlmişkən, 80 manata görə keçmiş döyüşçülərə və onların həyat yoldaşlarına 190 manat məbləğində bir dəfəlik yardım belə verilmədi.

Ancaq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının  Qanunun 1-ci maddəsinə əsasən dövlətimiz veteranlara əmək haqqının minimum səviyyəsindən az olmayan yaşayışa təminat verir. Bildiyimiz kimi, bu il ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilib. Bu baxımdan hesab edirəm ki, keçmiş döyüşçülərə ödənişlərin miqdarı artırılmalı və minimum əmək haqqı miqdarına çatdırılmalıdır.

Ümumiyyətlə veteran, qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin  yaxşılaşdırılmasına dair təkliflər Milli Məclisə, müvafiq orqanlara təqdim olunub, mənə də müraciətlərin sayı çoxdur. Hesab edirəm ki, bu məsələlərə  yenidən baxılmalıdır, veteran qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılması kompleks şəkildə aparılmalıdır."

 SNN NEWS-Haber

пятница, 29 мая 2020 г.

Vüqar Dadaşov: CƏMİ ÜÇ CÜMLƏ


Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Burliyinin və Respublika Ziyalılar Klubunun İH-nin üzvü, publisist, eks deputatlığa namizəd Vüqar Dadaşov öz sosial hesabında cəmi üç cümlədən ibarət maraqlı yazı paylaşıb.
Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.

"Avropa İnsan Haqları Məhkəməsinin, Qafqaza köç etdirilən və Azərbaycanın tarixi ərazilərində yaradılmış marionet Ermənistan dövlətinin  iddiası əsasında, fəxr etdiyimiz Müstəqil  Dövlətimiz  Azərbaycan Respublikası tərəfindən xalqımızın qəhrəman oğlu Ramil Səfərovun azad edilməsini Beynəlxalq Cenevrə Konvensiyasına  uyğun saymaması bir daha sübut etdi ki, Ramil Səfərov barəsində Möhtərəm Prezidentimiz İlham Əliyevin Cənablarının verdiyi qərar xalqımız üçün çox vacib siyasi-mənəvi xarakterli, Ali dəyərli vətənpərvərlik hissinin təbliği və qorunması baxımından əvəzsizdir və buna görə Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm, Ramil Səfərova isə qəhrəmanlıq, şərəf, vətənpərvərlik nümunəsi kimi, Allahdan ona can sağlığı arzulayır və bu hissləri bizə yaşatdığı üçün "çox sağ olun" deyirəm.

 O ki, qaldı AİHM-nin qərarına, Dövlətimiz bunun bədəlini alnı açıq, başımız yuxarı, qürurla və gülə-gülə ödəyəcək və bu məsələnin bir daha gündəmə gəlməsi, Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunda tərbiyəsində effektini artırmış olacaq.

  Birdə ki, bu məsələyə münasibət bildirən Real Partiyasının sədri Ilqar Məmmədovun özü, sosial media vasitəsi ilə tanıdılmış, dəyəri şişirdilmiş "siyasətçi"dir, onun fikri heç bir önəm daşımır və  bu çıxışı yəni, " Ramil Səfərovun qəhrəmanlaşdırılnası Milli məqsədlərimizə uyğun deyildi" sözləri ilə özünü "siyasət zibilliyinin fəxri vətəndaşı" etmiş oldu."

SNN NEWS-Haber

понедельник, 25 мая 2020 г.

Vüqar Dadaşov Millət vəkillərinə korrupsiya ilə bağlı müraciət etdi

Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,  Ziyalılar Klubunun İH-nin üzvü, publisist, VI çağırış Milli Məclis deputatlığa namizəd, Qarabağ Qazisi Vüqar Dadaşov korrupsiyaya qarşı səmərəli mübarizənin təşkilinə dair Milli Məclisə təqdim etdiyi layihənin qəbul edilməsi üçün Milli Məclis deputatlarına müraciət edib. Vüqar Dadaşov bu barədə sosial səhifəsində məlumat verib. Həmin yazını olduğu kimi təqdim edirik.

Təxminən iki ilə yaxın bundan qabaq V çağırış Milli Məclisinə və müvafiq orqanlara verdiyim "Korrupsiyaya qarşı səmərəli mübarizənin təşkili haqqında" layihə, Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi dövrünə düşdüyündən bu layihə baxılmamış qalmış baxmayaraq ki, V çağırış Milli Məclisdən bu layihəyə baxılacağı barədə mənə cavabda verilmişdi.

Sözsüz ki, ölkədə korrupsiyaya qarşı səmərəli mübarizənin təşkilinə kompleks şəkildə yanaşılmalı və ilk növbədə Məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Keçən il, Cənab Prezidentimizin Məhkəmə-hüquq sistemində islahatların aparılmasına dair Sərəncamı da məhz ədalətli məhkəmə-hüquq sisteminin fəaliyyətinə həmçinin, korrupsiyaya qarşı səmərəli mübarizənin təşkilinə hesablanıb. Yeri gəlmişkən qeyd edim ki, Məhkəmə-hüquq sistemində keçən ildən islahatlara başlanılıb və bu sahədə mühüm dəyişikliklər baş verib.

Bu baxımdan, keçən il Cənab Prezident İlham Əliyevin sözü gedən məlum Sərəncamından sonra, xeyli müddət vaxta hazırladığım Məhkəmə-hüquq sistemində dəyişiliklərlə bağlı təkliflərimi (Layihə) Milli Məclisə və müvafiq orqanlara təqdim etmişdim (http://talkaz.tv/?p=7619), və həmin layihəm V-ci çağırış Milli Məclis tərəfindən nəzərə alınmışdı.
09.02.2020-ci il yeni Parlament seçkilərindən sonra təşkil olunan VI-cı çağırış Milli Məclis deputatlarına müraciət edərək, Milli Məclisə təqdim etdiyim "Korrupsiyaya qarşı səmərəli mübarizənin təşkili barədə" Layihənin ( http://talkaz.tv/?p=5512)qəbul edilməsində səyləri artırmağı xahiş edirəm.
  Bir daha əlavə etmək istəyirəm ki, Prezident İlham Əliyev Cənabları korrupsiyaya qarşı mübarizəni daima diqqətində saxlamış və son dövrlərdə isə bu bəlaya qarşı apardığı daha amansız mübarizə uğurlu nəticələr verir. Dövlət başçısının apardığı islahat və korrupsiyaya qarşı mübarizə bütün xalqımız tərəfindən dəstəklənir, alqışlanır.

  Bu baxımdan İnanıram ki, hörmətli deputatlarımız "Korrupsiyaya qarşı səmərəli mübarizənin təşkili barədə" Layihənin qəbul edilməsində öz səylərini əsirgəməyəcək.

 SNN NEWS-Haber


понедельник, 18 мая 2020 г.

Vüqar Dadaşov: Əbülfəz Qarayev "İstefa mədəniyyəti"...

Müasir Azərbaycan tarixində, dövlət orqanlarında yüksək postlar tutan məmurların rəhbərlik etdikləri sahələrdə aşkar olunan qanun pozuntularına görə eləcədə, etik-davranış qaydalarının pozulmasına görə, könüllü olaraq istefaya gedən məmur yadıma gəlmir. Əbülfəz Qarayevin rəhbəri olduğu Mədəniyyət və Turizm Nazirliyində korrupsiya ilə bağlı DTX-nin keçirmiş olduğu əməliyyat nəticəsində həbs olunmuş yüksək rütbəli məmurların fəaliyyətindəki qanun pozuntularının bir başa nazirədə aid olduğunu inkar etmək çox çətindir. Dünya təcrübəsində, siyasi və inzibati postlar tutan yüksək rütbəli şəxslərin hər hansı qalmaqaldan sonra istefa verməsi " istefa mədəniyyəti"  kimi xarakterizə edilir, siyasi səhnədə "üz saxlamaq" kimi dəyərləndirilir. Məncə Əbülfəz Qarayev labüd istefası fonunda, mədəniyyət naziri kimi, heç olmasa "istefa mədəniyyəti" nümunəsi göstərib və belə ilk etdiyi üçün nazirlər arasında "istefa mədəniyyəti"nin bəlkədə pioneri kimi yararsız məmurlara istefa yolunu açıb. Bu nümayişkaranə mədəniyyətə görə Əbülfəz Qarayevə "sağ olun" deyirəm və ümid edirəm ki, yarıtmaz fəaliyyət göstərən digər məmurlarda  "İSTEFA MƏDƏNİYYƏTİ" göstərəcək Cənab Prezidentimizin apardığı islahatlara dəstək verəcəklər.
    Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, publisist.
  SNN NEWS-Haber

суббота, 16 мая 2020 г.

Yox, əgər biz varıqsa onda-meydanda niyə yoxuq?!


    31 mart 2020-ci il tarixdə, Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində  keçirdiyi qanunsuz seçkidə “prezident” seçilmiş Araik Arutunyan erməni xalqına müraciət edərək ermənilərin Qarabağa təcavüzünü “böyük vətən müharibəsi”, Qarabağ və Şuşanın işğalını isə ümum erməni milli qələbəsi adlandırmışdır. Araik Arutunyan özünün (inauqurasiya) andiçmə mərasiminin isə  21 mayda Dağlıq Qarabağın inzibati mərkəzi Xankəndində deyil məhz,  Şuşada keçirəcəyini bildirmişdir.  Bu isə o deməkdir ki, adımız belə çəkilmədən  ermənilər bizi  elə bir şəkildə aşağılayıb ki, bu aşağılamanın nə bədii, nədə  siyasi adı yoxdur.
   Bu baş verənlərə görə, Azərbaycan xalqının keçirdiyi hissi heç bir sözlə ifadə etmək mümkün deyil.  Bir mənalı, andiçmə mərasiminin Şuşada keçirilməsi ilə ermənilər bizim yoxluğumuzu sübut edirlər. Yox əgər belə deyilsə, yox əgər biz varıqsa onda-meydanda niyə yoxuq?!

Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi
SNN NEWS-Haber


понедельник, 11 мая 2020 г.

Rafiq Daşdəmirli Azərbaycan və Gürcüstan parlamentlər arası dostluq qrupunun üzvlərinə müraciət ünvanlayıb

Tanınmış qocaman siyasətçi, ictimai-siyasi xadim Rafiq Daşdəmirli sosial şəbəkədə maraqlı yazı ilə çıxış edib. Həmin çıxışı olduğu kimi oxucularımıza təqdim edirik.

"Hörmətli dostlar, bu yazını ürək ağrısı ilə bir dostumuz yazıb. Bu gün Gürcüstana getməyə bir çox insanlara qadağa qoyulub. Bəzən xeyr şər işlərə gedə bilmirlər. Deyilənə görə, söhbət iki yüzə yaxın orda döğulmuş və burda yaşayan Borçalılardan gedir.

Gürcüstan və Azərbaycan parlamentlər arası dostluq qrupuna xahiş edirəm,bu məsələ baradə hökümətlər arasında aydınlıq gətirilməsinə yardımçı olasınız.

Borcalı ziyalılarımız sovetlər dönəmində də elə indi də yüksək vəzifələrdə oldular, Onlardan heç olmasa biri qabağa düşüb burada yaşayan Borçalıları başına toplayıb bir iş görə bildilərmi?.

Vətəndəki soydaşlarımıza nə edə bildilər biz qarışıq... Burada  Borçalı Cəmiyyəti neçə dəfə parçalandı, nə iş görüldü.
Adi Qırmızı körpü keçid məntəqəsinə bir təsir edildimi? nədən soydaılarımız soyulur, incidilir.... Bunları vəzifədə olanlarmız məsələni qaldırmalı idilər. Yazıqlar olsun ki, öz vəzifələrinə görə, ailəsinə görə ağızarına su alıb durdular və qalanları da eyni ilə. Amma ermənistandan köçüb gələnlər bir-birilərini necə tuturlar, qaçqın statusu aldılar və bir-birlərini də müdafiə edirlər...

Nə isə, bu hamımızın yaralı yerimizdi. Gürcülər də görür ki bizim arxamızda duran yox, ona görə erməni taktikasından istifadə edib məktəbləri bağlayıb kəndlərin adlarını dəyişdirirlər. Bəli, hər ili Borçalıda geçirilən "Elat bayramı" indi hər kənddə keçirilir deyən gürcülər buradan gedənlərə qadağa qoydular. Bəli neçə qurum, neçə cəmiyyət var, birinin sözü o birisinin boğazından keçmir. Allah özlərinə qismət eləsin imkanlı həmyerlilərimizin neçə kafesi, restoranı var. Amma onları vətəndən daha çox para maraqlandırır. Bu gedişlə heç bir birlikdən söhbər kedə bilməz Hörmətli Rafiq qardaşım.Vaxtınızı aldığım üçün Bağışlayın, sözümüz çox....Nə isə. Allah sizin kimi insanları qorusun. Amin!"
   SNN NEWS-Haber

Vüqar Dadaşov: Qərbi Azərbaycan (İrəvan) Respublikasının tanıdılması, təbliği hər bir azərbaycanlının şərəf borcudur


    Tanınmış hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, “SNN NEWS-Haber”in baş redaktoru, publisist, 09.02.2020-ci il deputatlığa namizəd Vüqar Dadaşov Qərbi Azərbaycan (irəvan)  Respublikasının elan olunması münasibəti ilə ictimaiyyətə müraciət edib. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.

  "Mediaxəbərləri.az xəbər verir ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.
Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəralı bir addım atıldı."

Bu xəbər çox sevindirici, yüksək alqışa layiqdir, əhəmiyyətli  siyasi hadisədir və hesab edirəm ki, uzun müddətli perspektivdə  siyasi məqsədlərimizə çatmağımız üçün ən sərfəli vasitələrdən biri olacağına böyük inam yaradır o şərtlə ki, məqsədimizi unutmayaq və həmin hədəfi hamılıqla nişana almalı və hər kəs öz sahəsində bu məqsədə xidmət etməli, siyasi manevr imkanlarımızı genişləndirməliyik.

Bildiyimiz kimi, ölkə Prezidenti Cənab İlham Əliyev müxtəlif tribunalardan dəfələrlə Qərbi Azərbaycana qayıdış barədə fikirlərini səsləndirib və qarşımıza qoyulan məqsəd və hədəfi göstərib. Bu baxımdan Qərbi Azərbaycan (irəvan) Respublikasının yaranmasının elan edilməsi Azərbaycan xalqının istəyini əks etdirən qərardır. 

Buna görə öz növbəmdə, hörmətli professor Qafar Çaxmaqlı başda olmaqla bütün təşkilatçılara öz minnətdarlığımı bildirirəm və mətbuat vasitəsi ilə bütün media işçilərinə, siyasətlə məşğul hər bir şəxsə, ictimai-siyasi aktivlərə, siyasi şərhçi və siyasətşünaslara, xarici dillər bilən hər kəsə, gənclərimizə və ümumiyyətlə dünyada yaşayan hər bir azərbaycanlıya müraciət edərək Qərbi Azərbaycan (irəvan) Respublikasını dünya ictimaiyyətinə və onların şüurlarına qəbul etdirmək üçün bütün imkanlardan istifadə etməyi xahiş edirəm.

Yeri gəlmişkən qeyd edim ki, ermənilər həm Azərbaycan, Türkiyə, Gürcüstan ərazilərinə hətta, Rusiya ərazilərinə iddiaları əsnasında müxtəlif adlar altında virtual-mühacirətdə erməni dövlətləri yaradıb, təbliğ edirlər. Biz bu məsələdə gec başlasaq da, tarix həqiqətlər bizim tərəfdaşımızdır və deməli nəticədə, uğur bizim olacaq.”

  SNN NEWS-Haber

воскресенье, 10 мая 2020 г.

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevi böyük ehtiram və sevgi ilə yad edirik

Ulu öndər Heydər Əliyevin anadan olmasından 97 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.
Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.
AZƏRTAC-ın arxivində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən çoxsaylı fotoşəkillər qorunub saxlanılır. Bu fotolardan nurlu, bəzən gülümsər, bəzən qayğılı və düşüncəli sima boylanır. Biz Heydər Əliyevi ailə üzvləri arasında, iş başında, müxtəlif tədbirlərdə, insanlar arasında görürük. Bu tarixi fotolar bizi illər arxasına çəkib aparır, ötən günlərə qaytarır. Baxıb təsirlənirik, baxıb qürur duyuruq.
Heydər Əliyev respublika rəhbərliyinə gəlişi ilə həyatın ritmini dəyişdi
Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər - Heydər Əliyev birinci katib seçilənədək davam etdi.
Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr (məsələn, məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar (“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı) tikildi, nəhəng yaşayış massivləri (Yeni Əhmədli, Günəşli) salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər.
Yaşlı nəslin yadında olar: Heydər Əliyevə qədər respublikanın birinci şəxsi, eləcə də digər vəzifə sahibləri kabinetdən kənara nadir hallarda çıxırdılar. Onlardan fərqli olaraq, Heydər Əliyev bölgələrə tez-tez səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri ənənəyə çevrilmişdi. Bu ağ-qara fotolar həmin anları, Ulu Öndərin birinci hakimiyyəti dövrünün müəyyən məqamlarını özündə yaşadır, bizi xəyalən həmin illərə qaytarır.
Heydər Əliyevin həyatının Moskva və Naxçıvan dövrü
Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi. İkincisi, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev artan nüfuzundan və mərkəzi hökumətdə ikinci şəxs olaraq vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu. İttifaq miqyasında gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.
Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.
Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, Naxçıvan həyatının bəzi anları əksini tapıb. Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi.
Heydər Əliyev: xalqın xilaskarı və müstəqil Azərbaycanın banisi
1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Dalğalar bu gəmini hər an qayalara çırpıb batıra bilərdi. Son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.
Çətinlik isə bir deyildi, iki deyildi. Dövlət xəzinəsi tamam boşalmışdı. Ölkə iqtisadiyyatı dərin böhran yaşayırdı. Sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım idi. Opponentlərindən fərqli olaraq, Heydər Əliyev uğur açarının harada olduğunu bilirdi. Bilirdi ki, ölkəni düşdüyü çətin vəziyyətdən, dərin iqtisadi-sosial böhrandan yalnız neft gəlirləri ilə çıxarmaq olar. Neft isə dənizin dibində idi, onu çıxarmağa Azərbaycanın gücü çatmazdı. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoyacaqdılarmı? Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandırmağı bacardı. Bu inamın əsasında təbii ki, ilk növbədə Heydər Əliyev şəxsiyyətinə olan etibar dayanırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə necə böyük sevinc hissi doğurduğu yadınızdadırmı: Onun gözləri gülür, neftli əlini üzünə çəkir və bu unudulmaz an fotoobyektivin yaddaşına köçür.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər bizi bir daha həmin tarixi günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamlarını göz önündə canlandırır.
Əbədiyyət simvolu
Fəxri xiyaban. Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər, hər bir mötəbər qonaq bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirir.
Hər il mayın 10-da Fəxri xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fotoobyektiv bu anları da tarixin yaddaşına köçürüb. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsi olaraq bu fotolarda əksini tapıb. Onları seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.
SNN NEWS-Haber

пятница, 8 мая 2020 г.

Hüquqşünas Vüqar Dadaşov: EV TİKİNTİSİ ÜÇÜN QANUN NƏ İCAZƏ NƏDƏ DÖVLƏT RÜSUMUNUN ÖDƏNİLMƏSİNİ TƏLƏB ETMİR!

Yerli icra hakimiyyətlərinin tikinti sahəsində nöqsanları və özbaşnalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana məlumdur. Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.

    Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyətinin qeyri qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, son zamanlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, Dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənsədə tikinti sahəsində icra hakimiyyəti orqanlarının hələdə özbaşnalığı davam etməkdədir.
     Bu sahədə çoxlu sualların olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, hal hazırda qüvvədə olan qanun tələblərininə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.  Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilmişdir.  Göstərilən tələblər daxilində yəni,
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80. maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:
               -     ərizə
               -     şəxsiyyət vəsiqəsinin surəti;
-       torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);
-       torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);
-        Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli)

icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr  tərəfindən müəyyən pul müqabilində hazırlanır.  Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (lahiyəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər.Umimiyyətlə qanunda plan-çertyojun (lahiyyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur. Əks halda infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

     Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-сi ildən fəaliyət göstərən Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxetektura komitəsinin Apelliyasiya şurasına müraciət etməklə həll etmək mümkündür.
     Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.

     Konkret olaraq icra hahimiyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz.
Bu hüquq Məhkəmə Hakimiyyətnə məxsusdur.

     Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayımaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər. Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır. Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir. Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər. Əks halda tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar  alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.  Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görəHeç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.

      Ümumiyətlə qeyd etmək istəyirəm ki, fiziki və ya hüquqi şəxsə məxsus ev və ya tkililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti orqanları tərəfindən sökülməsi qeyri qanunidir. Bu hal Azərbaycan respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə  Əmlakı qəsdən məhv etmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu  maddələrinə əsasən “Vəzifə səlahiyyətlərini aşma” və “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə görə məsuliyyətə cəlb olunurlar.
      Azərbaycan Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış ev tikmək üçün nə icazə nədə hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir.  Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir,  inzibati və cinayət məsuliyyəti yaraddır.

  Dadaşov Vüqar Piri oğlu
  Hüquqşünas, Qarabağ qazisi
  06.05.2017-ci il 

   SNN NEWS-Haber

Vüqar Dadaşov: Hamıya bəlli faktları inkar etmək olmaz...

SNN NEWS-Haber "Huriyyer.orq"a istinad edərək xəbər verir.
“Biz bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik. Onların aradan qaldırıılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.
Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var: “Qüsurlar, nöqsanlar mövcuddur. Bunların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır, yaxşı işləyənlərin fəaliyyətinə qara yaxmaqdır”.
O, deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.
Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, 1999-cu və 2009-cü ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar: “Bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. Bələdiyyələrin nə səlahiyyəti var ki, başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?”
  Məlumata reaksiya verən, tanınmış hüquqşünas, Qarabağ qazisi, AJB-nin, ZİYALILAR KLUBUNUN İH-nin üzvü, publisist Vüqar Daşaşov sosial şəbəkədə belə bir yazı paylaşmışdır.
"Hörmətlə yanaşdığım Fəzail müəllim "AKSİOMANI" inkar etməyə çalışıb ancaq ki,  bu haqda arqumenti olmadığı üçün  məntiqsiz danışıb. Razi bəy sözsüz ki, bu gün reallıqları dilə gətirən tək-bir deputatlardandı. ilk dəfə Milli Məclisdə təmsil olunmasına baxmayaraq, çoxlu deputatların cürət edə bilmədiyi sahələri gündəmə gətirməklə ən çox izlənən və hörmət edilən  deputata çevrilməsi sözsüz ki, bəzilərini narahat edir. Bu baxımdan hörmətli Fəzail müəllimin dediklərini əsasız, qərəzli sayıram, Razi bəyə isə fəaliyyətində uğurlar arzu edirəm."
  SNN NEWS-Haber

среда, 6 мая 2020 г.

Vüqar Dadaşov: Veteranlara 250 manat müavinət verilməlidir -TƏKLİF

Tanınmış hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, publisist, siyasi-ictimai aktiv Vüqar Dadaşov  veteran, müharibə əlilləri, şəhid ailələrinin maddi və sosial təminatının yaxşılaşdırılmasına dair təkliflərlə müvafiq orqanlara müraciət edib. Həmin müraciət barədə  Vüqar Dadaşovdan aldığımız məlumatı oxucularımıza təqdim edirik. 

“Qarabağ müharibəsi veteranlarına, əlillərinə  şəhidlərinə və  onların ailə üzvlərinə dövlət tərəfindən qanunvericiliyə uyğun olaraq hansı  güzəşt və imtiyazların edilməsi barədə son vaxtlar sualların çoxluğunu nəzərə alaraq bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışacam. İlk öncə deyim ki, bu haqda əhalinin məlumatı az olsa da, ölkə qanunvericiliyində və hüquqi aktlarda belə güzəşt və imtiyazlar müəyyən edilib. Həmin güzəşt və imtiyazlardan bəzilərin xatırlatmaq yerinə düşərdi.

“Veteranalar haqqında” Azərbaycan Respublikasının  Qanunun 1-ci maddəsinə əsasən
Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:
sosial və hüquqi müdafiənin təmin edilməsi;
əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;
fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması;
yaşayış sahəsi ilə təminat;
hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;
əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması;
veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi,”

Veteranları daha çox narahat edən məsələlər: “mənzil-məişət şəraitinin yaxşılaşdırıkması”, “mənzil-komunal və rabitə xidmətlərinin ödənilməsi”  müvafiq  olaraq, “Veteranalar haqqında” Azərbaycan Respublikasının  Qanunun 11-ci və 12-ci  maddəsinə əsasən dövlət tərəfindən həlli müəyyən edilib.

Digər, bir sıra qanunvericilik aktlarında da bu kateqoriyadan olan şəxslər və onların ailələri xüsusi imtiyazlara malikdir. Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.  Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən  həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. Həmçinin Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Azərbaycan Respublikası Əmək Məcəlləsində də bu kateqoriyalı  şəxslər imtiyazlara malikdir. Belə ki, Qarabağ müharibəsi veteranları, qaziləri və şəhidlərin ailə üzvləri  Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən “məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər” dövlət rüsumu ödəməkdən azad olunurlar.

Qeyd edilənlərlə yanaşı,  Cənab Prezident İlham Əliyev  veteran, qazı, şəhid ailələrinə  daimi xüsusi diqqət ayırır və bununla bağlı sərəncamlar, fərmanlar imzalayır, tapşırıqlar verir. Cənab Prezidentin  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında imzaladığı Sərəncam və eləcədə, 15.04.2019-cu il tarixdə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdün  təsis edilməsi və onun aylıq məbləği 80 manat müəyyən olunması barədə Fərmanda  həmin diqqətin sübutudur.

Dünyanı və eləcədə Azərbaycanı ağuşuna alan koronovirusla bağlı ölkəmizdə tətbiq olunan karantin dövründə, əhalinin müəyyən hissəsi gəlirlərdən məhrum oldu və bu situasiya, veteran və  qazilərin ailələrinin maddi durumunun və sosial vəziyyətinin çox həssas olduğunu aşkarladı. Əksər veteran və qazı ailələrinin  kirayələrdə yaşaması, işsizliyi, çoxlarının xəstə olması və  80 manat yeganə gəlirə görə onlara maddi yardımların imtinası çox xoşagəlməz vəziyyəti ortaya çıxardı.  Veteran, qazı və şəhid ailələrin sosial vəziyyətinin həlli yerli icra hakimiyyəti orqanlarının ixtiyarında olduğundan  və bu məsələlərin həlli üçün konkret dövlət proqramının olmaması vəziyyəti  çətinləşdirmiş oldu.  Düşünürəm ki,  şahidi olduğumuz vəziyyətin  aradan qaldırılması üçün artıq tədbirlərə  start verilməlidir.

2020-ci il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. “Yaşayış minimumu haqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə isə ehtiyac meyarı 160 manatdır. Azərbaycan prezidentinin son sərəncamı ilə aylıq əməkhaqqının aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb.
Qeyd edilənlərlə yanaşı, nəzərə alsaq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Veteranlar barəsində dövlət siyasəti, sosial və hüquqi müdafiənin təmin edilməsi, əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsidir. Bu baxımdan Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat, ehtiyac meyarı 160 manat olduğu halda  veteranlara  80 manat təqaüdün verilməsi heç bir  məntiqə və qanuna uyğun gəlmir.  Hesab edirəm ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq  veteranlara, əmək haqqının minimum səviyyəsindən yəni, 250 manatdan  az olmayan miqdarda  dolanışıq üçün müavinət ödənilməlidir.

Bundan başqa,  “Vetranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən veteranların  “yaşayış sahəsi ilə təminat”ı  müəyyən edilmişdir. Sözsüz ki, bu məsələlərin həlli üçün bir başa dövlət başçımızın səyləri və tapşırıqlarına əsasında veteran və qazilər yaşayış yerləri ilə təmin edilirlər.  Bu məsələdə yerli icra hakimiyyət orqanlarının  fəaliyyəti isə yox səviyyəsindədir,  məsələyə formal olaraq yanaşılır, sadəcə icra edilməyən Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil uçot siyahısı aparılır və bununla da iş bitir. Bəli, bir sıra veteranlar, qazilər, şəhid ailələri yerli icra hakimiyyət orqanları tərəfindən yaşayış yeri ilə təmin edilirlər ancaq, bu hal pərakəndə şəkildə və həddindən artıq az miqdarda baş tutur. Sözü gedən məsələnin həlli kompleks şəkildə, dəqiqləşdirilmiş norma və tələblər əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Qanunlarına, hüquqi normalara uyğun olaraq veteran, qazı, şəhid ailələrinin yaşayış sahəsi ilə təmin edilməsi üçün dövlət proqramı hazırlanmalı və bu proqram üzrə  onlar müəyyən edilmiş konkret müddət ərzində yaşayış yeri ilə təmin edilməsi həyata keçirilməlidir.  Sözsüz ki məsələnin həlli dövlət inzibati və qanunverici orqanların qarşılıqlı əlaqəsi sahəsində mümkündür. Buna görə də veteran, qazı, şəhid ailələrinin problemlərinin həlli üçün müvafiq orqanlara və Milli Məclisə paralel şəkildə müraciət edərək məsələnin həllini xahiş etmişik. Ümid varam ki, müvafiq orqanlar və hörmətli deputatlarımız bu məsələnin həllində veteran, qazı, şəhid ailələrinə dəstək olacaqlar  və düşünürəm ki, sözü gedən sosial problemlərin həlinə vətənpərvərlik ruhunun qorunması, vətənə sevginin aşılanması prizmasından  yanaşılacaq.”

  SNN NEWS-Haber

вторник, 5 мая 2020 г.

Vüqar Dadaşov QMİ-i sədrinin İranla bağlı ABŞ Prezidentinə müraciətinə etirazını bildirib

Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov  Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İranla bağlı ABŞ Prezidenti Donal Trampa müraciətinə etirazını bildirib. Həmin etirazlı olduğu kimi oxucularımıza təqdim edirik. 

"Mətbuatdan məlum oldu ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə  ABŞ Prezidenti Donal Trampa müraciət edərək İrana (İran İslam Respublikası)   qarşı tətbiq edilən sanksiyaların yumşadılmasını xahiş edib. Sözsüz bu məlumatın yanlış və ya “FEYK” olduğunu düşünsəm də sonradan yerli mətbuat orqanları bu məlumatları tirajladı  və bundan sonra bu məlumat həqiqətən mənə narahatçılıq yaşatdı.  Məsələyə qısa şəkildə münasibət bildirmək fikrinə gəldim.  

Əsrlər boyu farsların biz Azərbaycan xalqına və dövlətçiliyinə olan nifrətin, xəyanətin şahidi məhz  tarixin  özüdür və bunları sadalamağa heç lüzumda yoxdur, heç zamanda  yetməz. Tarixin hər mərhələsində farsların Azərbaycana qarşı sonsuz nifrəti açıq şəkildə özünü göstərib və göstərməkdədir. 

Fikir verin, təkcə son bir ayda baş tutmuş İranın Azərbaycana çoxlu sayda xəyanətindən bir neçəsini göstərsək, məsələn:
 -İranın Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ  ərazisində yaratdığı separatçı rejiminə yük maşınlarının daimi səfərlərinin bir daha üzə çıxması və sübutu  bu məsələnin  diplomatik səviyyədə müzakirəsi,
-İranın Ermənistana və Dağlıq Qarabağ separatçı rejiminə humanitar köməyi,
 -İranın Azərbaycanın işğal edilmiş ərazilərində Cəbrayıl rayonu istiqamətində Dağlıq Qarabağ separatçı rejimi ilə əlaqə üçün 3 gizli körpünün tikilməsinin və geniş istifadəsinin aşkar edilməsi,
-İran Azərbaycan ərazisinə soxularaq Cəbrayıl rayonu ərazisində Azərbaycanın etirazına baxmayaraq su anbarının tikməsinin və işğalçı ermənilərə istifadəyə verməsinin sübut olunduğu  qısa bir zaman daxilində və fonunda  QMİ-nin rəhbəri Allahşükür Paşazadənin  ABŞ Prezidenti Donald Trampdan İrana qarşı sanksiyaların yumşadılmasını xahiş etməsi heç bir  məntiqə sığmır. Bu məsələdə dini həmrəyliyə əsaslanmaq həm gülünc, həmdə özünə hörmətsizlikdir. Əgər, İran üçün müsəlmançılıq vacib olsaydı İran xristian Ermənistana Qarabağı işğal etməyə və işğalı qorumağa dəstək olmazdı, İran üçün müsəlmançılıq vacib olsaydı Cənubi Azərbaycanda müsəlman xalqımızın dilin, mədəniyyətin, toponimlərin məhv etməzdi, İran üçün müsəlmançılıq vacib olsaydı müsəlman torpaqlarını işğal edən xristian erməni dövlətin işğalçılıq siyasətinə qarşı çıxan azərbaycanlıları zindanlarda çürütməzdi və sair və sair... Hamımıza da bəllidir ki, İran Azərbaycan müstəqilliyini həzm  etmir, Şimali Azərbaycan torpaqlarına iddialıdır  və hətta dövlət səviyyəsində bizləri türk dilində danışan farslar adlandırmaqdan da  çəkinmirlər.

Müsəlman İranın, müsəlman Azərbaycana qarşı nifrətini saymaqla qurtarmaq olmaz. Bu halda QMİ-nin sədrinin ABŞ Prezidentindən İrana qarşı sanksiyaların yumşaldılmasını xahiş etməsi İranın dirçəlməsinə hesablanıbsa ona da belə çıxır ki, biz özümüz özümüzə quyu qazırıq!  İranı dəstəkləmək Azərbaycanı məhv etmək istəyən qüvvələri dəstəkləmək deməkdir. Bunun başqa adı yoxdur.  Əminliklə deyə bilərəm ki, QMİ-nin rəhbəri Allahşükür Paşazadə tərəfindən ABŞ Prezidenti Donald Trampa müraciəti diplomatik qaydalara da uyğun gəlmir ona görə ki, Allahşükür Paşazadə nə siyasi nədə diplomatik fiqur deyil, dini nümayəndədir və siyasi məsələlərə müdaxiləsi xoşagəlməz haldır.  Çox təəssüf, görünən də odur ki, QMİ-sinin sədri məqamları qarışdırıb, və siyasi baxımdan əslində dilə gətiriləsi və səsləndirilməsi  məqbul sayılmayan  İranla bağlı Azərbaycan xalqının maraqlarına ziddir.”

SNN NEWS-Haber

пятница, 1 мая 2020 г.

Vüqar Dadaşov: Qanunla 5 nəfərlik ailənin gəliri 800 manatdan azdırsa aztəminatlı sayılır



Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov aztəminatlı ailələr və əhalinin müəyyən təbəqəsinə dövlət sosial dəstəyi mexanizmi barədə maraqlı təkliflərlə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.

“Dünyanı, eləcədə vətənimiz Azərbaycanı ağır sınaq qarşısında qoyan COVİD-19, koronovirus adlandırdığımız pandemiya bir sıra məqamları üzə çıxararaq onların həllini qaçılmaz edib.
Əvvəla, bu bəşər bəlasına qarşı dünya nəhəngləri tab gətirmədiyi halda Azərbaycan Prezidenti Cənab ilham Əliyevinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə  vəziyyət nəzarətdən çıxmadı və vəziyyətdə müsbət tendensiya açıq aşkar görünür və buna görə də  ölkə başçımıza öz təşəkkürümü də  bildirmişəm.

24 Mart 2020-cu il tarixdən tətbiq edilən Karantin və 05 Aprel 2020-ci il tarixdən sərtləşdirilmiş karantinin nəticəsində məlum oldu ki, bir çox sahədə, səhiyyə sistemində, əhalinin məşğulluğu sahəsində, aztəminatlı ailələrlə bağlı problemlər mövcuddur. Dövlət başçımızın tapşırıq və göstərişləri nəticəsində karantin dövründə iqtisadiyyatımıza, əhalinin müəyyən təbəqəsinə və ən başlıcası  aztəminatlı ailələrə dəstək göstərildi. Cənab Prezidentimizin çıxışlarında qeyd etdiyi kimi, ölkə başçısından gizlədilmiş məlumatların üzə çıxması sözsüz ki, həmin məsələlərin nəzarətə götürülməsi və həlli olacaq.

Fikrimcə, əsas problemlərdən olan əhalinin məşğulluğu, aztəminatlı ailələrə sosial və maddi dəstəklə bağlı mexanizmlərə və qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi, bəzi məqamların dəqiqləşdirilməsi vacibdir. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövləti sosial yönümlü dövlətdir və Konstitusiyamızın 16 maddəsinin I-ci  bəndində “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.”  göstərilmişdir.  Eləcədə, Konstitusiyamızın 38-ci maddəsinin I-ci bəndinə əsasən "Hər kəsin sosial təminat hüququ vardır.”

Dövlətimiz öz funksiyasına uyğun olaraq,  aztəminatlı ailələrə və əhalinin müəyyən hissəsinə müxtəlif adlı sosial yardımlar edir və dəstək göstərir. Belə dövlət yardımının biridə ünvanlı sosial yardımdır (ÜSY). Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanununa görə, aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir. Bu qanuna görə, ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

“Ailə”, qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.

Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanununa görə, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Yaşayış Minimumu Haqqında Azərbaycan Respublikasının Qanununa  görə, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir və həmin qanuna görə 2020-ci il üçün yaşayış minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ünvanlı dövlət sosial yardımının təyin üçün ehtiyac meyarının həddi 160 manat məbləğində  müəyyən edilib.
Göründüyü kimi, qanunvericiliyimizə uyğun olaraq, ölkə üzrə müəyyən edilmiş  ailədə ailə üzvlərinin adambaşına aylıq gəlirin ehtiyac meyarından aşağı gəliri varsa həmin ailə aztəminatlı sayılmalıdır. Hesablamalara görə Azərbaycan ailələri  orta hesabla 5-6 nəfərdən ibarətdir. Bu hesabla, əgər 5 nəfərlik ailənin  aylıq gəliri (5X160=800) 800 manatdan az gəliri varsa həmin ailədə aztəminatlı sayılmalıdır və Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanunun əhatəsinə düşür. Bu qanunun əhatəsinə düşən ailələrə dövlət yardımının edilməsinə müəyyən mənada əngəl olan “Ailə gəlirləri” deylən məfumun bəzi məqamların tam aydınlaşdırılmamasıdır.

Ailənin gəlirləri dedikdə, ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, faktiki alınan alimentlərdən, kreditdən, şəxsi yardımçı təsərrüfatdan (iri və xırda buynuzlu malqara, ev quşları, arı ailəsi və s.)əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu nəzərdə tutulur. Bu baxımdan koronovirusla bağlı karantin dövründə və ümumiyyətlə aztəminatlı ailələrə və əhalinin müəyyən hissəsinə  müəyyən dövlət yardımının və dəstəyinin  təyin edilməsində mane olan məhz “Ailə gəlirlər” deyilən anlayışdır.

Hesab edirəm ki, ilk növbədə “aztəminatlı ailə” anlayışı dəqiqləşdirilməli, məsələn ailələrin torpaq sahəsinin yararlığı, miqdarı, torpaqdan illik gəliri, bazar qiyməti, daşınar və daşınmaz əmlakın sayı, dəyəri, bazar qiyməti və sair bu kimi konkret kriteriyalar  müəyyən edilməlidir. Bu məsələdə ailənin konkret təsdiqlənmiş gəlirləri üstün götürülməlidir-bu yanaşmanın “qara əmək haqqı”, “ kölgə iqtisadiyyatı”, “məşğul şəxs”, “vergilərdən yayınma”  sahəsində problemlərlə bağlı olduğundan qeyd etdiyim xoşa gəlməz halların da aradan qaldırılmasını mütləq edəcək. Aztəminatlı ailələrin aşkar edilməsi, qeydiyyata  alınmalı, təminatı inzibati araşdırma yolu ilə hökumət tərəfindən aparılmalı, ailənin aşkar edilmiş konkret gəlirlərinə uyğun bəlli sosial dəstək mexanizmi müəyyən edilməlidir. Qısası, aztəminatlı ailələrin müəyyən edilməsi və sosial dəstək düsturu konkret formada olmalı və bu düstur əhaliyə məlum olmalıdır.

Gündəlik həyatımızda eləcədə, fövqəladə hadisələr zamanı əhalinin həssas təbəqəsinin  ehtiyaclarının ödənilməsinə, alqışa layiq müəyyən şəxslərin pərakəndə şəkildə köməyi və ya yenə də alqışa hüquqi şəxslərin ianəsi hesabına tam və əhatəli həll etmək olmaz. Məsələ kompleks formada və qanun norması şəklində  həll oluna bilər. Bu halda da, yaranmış vəziyyətdən məmurların və əhalinin sui istifadə halları da minimuma enmiş olar. Hesab edirəm ki, bu məsələnin həllini “məşğul şəxs”,“ailə gəlirləri”, “yaşayış minimumu”, “ehtiyac  meyarı”, “qara əmək haqqı”, “ kölgə iqtisadiyyatı”, “vergilərdən yayınma”, “sosial yardım”  kimi anlayış və məsələlərin qarşılıqlı əlaqəsi və uzlaşması hesabına həll etmək mümkündür. Hökumətimizin, iqtisadçılarımızın bu məsələnin həlli üçün həm bilik potensialı həmdə, iqtisadi və inzibati resursları kifayət qədərdir. Qeyd etdiyim məsələnin həlli üçün müvafiq orqanlara artıq müraciətlər də etmişəm.

Bu baxımdan Cənab Prezidentimizin dediyi və sübut etdiyi kimi “...bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır” fonunda məsələlərin tez bir zamanda həll olacağına şübhə etmirəm.”

SNN NEWS-Haber