Поиск по этому сайту

суббота, 21 августа 2021 г.

Ermənilər vətəndaşlıq istədilər... Necə yaxşı olar, vətəndaşlıq verilsə ya verilməsə?

 


Xankəndi şəhərində yaşayan bir qrup erməni Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildiriblər və Azərbaycan dövlətindən iş istəyiblər.

Yayılmış xəbəri Azərbaycan cəmiyyəti bir mənalı qarşılamasa da real siyasətdə və post müharibə dövründə ümumən geosiyasi şəraitdə Xankəndi ermənilərinin vətəndaşlıqla bağlı Azərbaycan hökumətinə müraciətinin baxılması mümkündür. Əvvəla, Azərbaycan müharibədən sonra separatçı rejim nəzarətində qalan ermənilərin Azərbaycan vətəndaşlığını və qanunlarını, suverenliyini, ərazi bütövlüyünü qəbul edən, Azərbaycan dövlətinə, atributlarına hörmətlə yanaşan ermənilərin ancaq Azərbaycan vətəndaşı kimi Azərbaycan ərazisində qalmasını və Azərbaycan cəmiyyətinə inteqrasiyasını mümkün olduğunu bildirib.
Ermənilərin Azərbaycana müraciəti haqqında informasiyanın dövriyyəsi hər bir halda Azərbaycan üçün yaxşı siyasi nəticə verə biləcək proses kimi əlverişli şərait yaradır. Sözsüz informasiya müharibəsində də Azərbaycan üçün yeni imkanlar yaradır. Siyasi və diplomatik baxımdan ermənilərin rusların iştirakı ilə Azərbaycan əsgərləri vasitəsi ilə Azərbaycan vətəndaşlığı istəmələri və ümumiyyətlə bu prosesin start götürməsi faktının özü, ermənilərə kimin dəstəyindən asılı olmayaraq elə bir psixoloji mənzərə yaradacaq ki, Xankəndidə qondarma qurumu qısa müddətdə tam gözdən salacaq, bu isə nəticə etibarı ilə qondarma qurumun özü-özündən sovrulması deməkdir.
Bu şərait həm də ərazilərimizdə müvəqqəti yerləşən rus sülhməramlılarının bölgədə gərəkliyini də əhəmiyyətsiz hala salacaq. ABŞ, Fransa, İran, Rusiya bu kimi, Qarabağda erməni separatizmini, faşizmini bilavasitə irəlilədən ölkələrin siyasi-diplomatik oyunlarını nəzərəçarpacaq dərəcədə zərərsizləşdirəcək. Odur ki, Xankəndi ermənilərin müraciətlərinin Azərbaycan tərəfindən baxılması faktının özü qondarma rejim və onların dəstəkçiləri üçün ikitirəlik yaratmış olacaq və Qarabağda 25 minlik erməni əhalinin qondarma rejim hakimiyyətinə etinasızlığını və tabesizliyini mütləq edəcək.
Xankəndi ermənilərinə Azərbaycan vətəndaşlığının verilməsi prosesinin tədbirlərlə (süzgəclə) başlanılması elə Xankəndidə vəziyyəti nəzarətə götürməyə bərabərdir. Hesab edirəm ki, Xankəndi ermənilərin Azərbaycana vətəndaşlıq üçün müraciət etməsi özlüyündə Azərbaycan üçün məsələnin tam həllini tezləşdirə bilər. Fikrimcə, Xankəndi ermənilərin Azərbaycan vətəndaşlığı almaq barədə müraciətlərinə elə Xankəndiyə yaxın yerlərdə baxılması təşkil edilməli, prosesin özü isə mükəmməl və strateji nəticələrə hesablanmış tədbirlərlə həyata keçirilməlidir.

Вугар Дадашов
21.08.2021

вторник, 17 августа 2021 г.

Taliban-ın açdığı ikinci cəbhə... Türkiyənin və Azərbaycanın böyük tarixi şansı

 


Taliban-ın bütün Əfqanıstanı nəzarətə götürməsi və onun Əfqanıstanda hakimiyyətə yiyələnməsi əslində Əfqanıstanda ikitirəli hakimiyyət dövrünün sonu, bütöv Əfqanıstanın vahid hakimiyyət tərəfindən idarə olunmasının bərpası deməkdir. Zatən, Taliban təzə hakimiyyətə gəlməyib, Taliban ABŞ və NATO işğalından sonra faktiki olaraq iki hissəyə bölünmüş Əfqanıstanın müəyyən əraziləri üzərində bu günə kimi nəzarətini və hakimiyyətini qoruya saxlaya bilmişdi. Taliban Əfqanıstanda hakimiyyətdən getməmişdi, ABŞ və onun müttəfiqləri tərəfindən işğal olunmuş ölkənin yarısına nəzarəti itirmişdi. Odur ki, Taliban bütün Əfqanıstan üzərində vahid hakimiyyətini bərpa edib.

Təbii ki, Taliban kimi radikal dini təşkilatın Əfqanıstanda hakimiyyətə bu asanlıqla yiyələnməsi böyük siyasi oyunun tərkib hissəsi kimi, əldə etdiyi hakimiyyəti müqabilində götürdüyü öhdəliyi, onun üçün müəyyən edilmiş hədəf və məqsədləri həyata keçirməli və reallaşdırmalıdır.   Taliban-ın hakimiyyətə gətirilməsi ABŞ, Böyük Britaniya və Türkiyə arasında  razılaşdırılmış  planı üzrə həyata keçirilib. Proseslərin analizi və Taliban-ın ilkin açıqlamaları  onun  bu üç ölkəyə müəyyən dövr üçün müttəfiq kimi davranacağını  göstərir. Dünya nizamını dəyişə biləcək Əfqanıstanda  gedən proseslər Rusiya və İran üçün  ən xoşa gəlməz və təhlükəli nəticələr vəd edir. Rusiyanın Talibanla bağlı qarışıq açıqlamaları, Rusiya Təhlükəsizlik Şurasının  təcili iclasları və Talibanın rəsmisinin Rusiya haqqında söylədikləri göstərir ki, Talibanın regionda əldə etdiyi tam hakimiyyəti müqabilində əsas öhdəliyi Rusiya üçün cəhənnəm yaratmaqdan ibarətdir.  

O ki, qaldı Taliban və Pakistan münasibətlərinə, əvvəla qeyd etmək lazımdır ki, ümumiyyətlə Taliban hərəkatının yaradılması, Əfqanıstanda hakimiyyətə gətirilməsi, ABŞ və NATO-nun Əfqanıstanı işğal etdikdən sonra Talibanın Əfqanıstanın müəyyən ərazilərində indiyə qədər dura bilməsi bilavasitə Pakistanla bağlı olan prosesdir. Hətta Talibanı ikinci Pakistan belə adlandırırlar. Pakistan isə Azərbaycan və Türkiyənin ən etibarlı müttəfiqidir. Azərbaycanın qələbə ilə başa vurduğu 44 günlük müharibədə Türkiyə və Pakistan öz müttəfiqliyinin ən yüksək səviyyəsini göstərdi. Pakistan hətta bu günə kimi Azərbaycana ərazi iddiası ilə çıxış edən Ermənistanı dövlət kimi  tanımayıb. Talibanın Əfqanıstanda tam hakimiyyətə yiyələnməsində təbii ki, ABŞ-ın ən etibarlı müttəfiqi kimi Pakistanın xidməti çox böyükdür. Pakistanın isə Azərbaycan və Türk sevgisi tarixə bağlı xalqın daxili hissidir və ruhən həmişə türk etnosunun yanında olub və dövlət kimi də siyasətini məhz bu sevgi üzərində qurub. Odur ki, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə üçün ikinci Pakistan qazanmaq deməkdir.          

Tarixin elə bir dönəmində yaşayırıq ki, Azərbaycan üçün, Türk dünyası üçün yeni, çox əlverişli siyasi dövr başlayıb. Tarixi şansımızdan tam istifadə etməklə publik səsləndirilməsi məqbul sayılmayan hədəflərimizi tam reallaşdıra bilərik. Onsuzda dünyanın bölünməsi baş tutub və bu bölünmədə Türk dünyası, ingilislər, yəhudilər bir tərəfin ön sırasında olanlardır.
Türk qanına susamış İranın aqibəti Rusiyadan da daha acınacaqlı olacaq. İstər-istəməz Talibanla üzə-üzə gələcək İran ətrafında halqa daha da daralacaq və İranın indiki sərhədləri daxilidə mövcudluğuna böyük təhlükələr daimi hərəkətdə olacaq.                            

 Talibanla diplomatik, siyasi əlaqələrimiz qurulmalı  hərçənd ki, qeyri rəsmi olsa da Türkiyə artıq bu prosesləri idarə edir. Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa bəyanatı bu qənaətimizə əsas verir çünki, həmin Bəyanata əsasən Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şurasının əlaqəli fəaliyyət göstərir. Bu baxımdan Türkiyə və Azərbaycan arasında Taliban barəsində ümumi qərarın olduğu şübhəsizdir. Təbii ki, Talibanın yaradığı vəziyyət Rusiya və İran üçün real üzücü, süründürücü hərbi qarşıdurma şəraiti yaradır. Faktiki olaraq Taliban Rusiya və İran qarşı ikinci cəbhə açmaqla bu dövlətlərin hərbi və iqtisadi gücünü parçalamış olur. Yaxın Şərqdə və eləcədə Asiyada konfliktlərə və hərbi qarşıdurmaya cəlb edilən Rusiya və İranın siyasi manevr imkanları da məhdudlaşır.  Əfqanıstanda Talibanın tam hakimiyyətə yiyələnməsindən sonra Rusiyanın patronajında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan müsəlman ölkələrində vəziyyət Rusiyanı daimi “foksda” olmağa məcbur edəcək. Əks təqdirdə Rusiya Orta Asiya dövlətlərində hərbi mövcudluğunu itirə və onsuz da formal KTMK-nı daha əhəmiyyətsiz hala salmış olar. Nəticədə Rusiya özü üçün keçmiş SSRİ respublikalarından yaratdığı “bufer” zonasından məhrum olar və bir başa öz sərhədlərində təhlükə ilə üz-üzə qalar. Odur ki, Rusiyaya qarşı açılmış ikinci cənub cəbhəsi ən real və qorxulu ssenaridir və buna görə də Rusiya bütün hərbi və iqtisadi gücü bu istiqamətə sərf etmək məcburiyyətindədir. Yaranmış şərait  Türkiyə və Azərbaycan üçün olduqca əlverişli şərait və imkanlar yaradır hansı ki, daha böyük hədəflərimizi reallaşdıra bilərik.

Vüqar Dadaşov


четверг, 12 августа 2021 г.

Əsl düşmən - İran, Rusiya... Riyakar siyasət


İran və Rusiyanın Azərbaycana qarşı daha dəqiqi, türk etnosuna qarşı siyasətinin əsl mahiyyəti 1813 və 1828-ci illər Gülüstan və Türkmənçay müqaviləliləri ilə tam aydındır. Azərbaycanı ikiyə, Şumala və Cənuba bölən rus-fars tandeminin istəyi, siyasəti tarixin heç bir dönəmində yumşalmayıb əksinə, proqressiv şəkildə daha da kəskinləşib və hətta rus-fars tandemi bütöv Azərbaycanı parçalayandan da sonra tariximizi, etnosumuzu, dəyərlərimizi, imanımızı belə özlərinə uyğun şəkildə dəyişdirmək üçün var gücü lə isiyasət aparıblar.

Ümumiyyətlə bir məqamı heç vaxt unutmamalıyıq, zamanından, siyasi dövründən və rəhbərindən asılı olmayaraq dünyada əsas xalqların və dövlətlərin müəyyən etdiyi siyasi xətti var və hansı ki, dərin dövlət anlayışı kimi milli təfəkkür formasını alıb və əsla dəyişən deyil. İran, Rusiya, Fransa və sair bu tip xalq və dövlətlərin daxili və xarici siyasətlərində barəmizdə hər hansı bir xoş bir ifadəyə və ya hərəkətə rast gəlinibsə bu həmin dövlətlərin siyasətinin mahiyyətinin dəyişməsi yox, formasının dəyişməsi kimi qəbul edilməlidir. Müzakirə olunan mövzu əsas siyasətin mahiyyəti deyil, müzakirə olunan həmin siyasi xəttin daha maneəsiz reallaşması üçün detalların müzakirəsidir. Siyasət -sözlərin oyunu kimi, hədəfin maskalanmasından başqa bir şey deyil. Xüsusən də bunu fars və ruslar barədə unutmamalıyıq.
İran və Rusiyanın Azərbaycana qarşı dəyişməz düşmənçiliyi barədə sayı-hesabı bilinməz qədər dəlil və sübutlar var və bundan demək olar ki, bütün Azərbaycan və türk dünyası xəbərdardır. Maraqlısı isə o olub ki, bu düşmənçiliyi bildiyimiz halda əsl düşmənlərimizin kim olduğunu indiyə qədər dilə gətirməmişdik. Təbii ki, bu siyasətdir, amma mehriban, dost, qonşu dövlət kimi anlayışlar həmin bu dövlətlərə Azərbaycana təsir imkanlarını verir. Sevindirici haldır ki, artıq Azərbaycan düşmənlərini öz adı ilə çağırmağa başlayıb. Hələ birinci Qarabağ müharibəsində fars-rus tandeminin bir başa rolu ilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin 2-ci Qarabağ savaşında azad edilməsində bütün var gücü ilə mane olmağa çalışan fars-rus tandeminin istəklərinin puça çıxması, post müharibə dövründə İran və Rusiyanın siyasətinin Azərbaycana qarşı düşmənçiliyini yeni formasını ortaya çıxarıb. Riyakarcasına dost ölkə kimi, üzümüzə gülərək qəsdimizə susamış bu iki dövlət: İran və Rusiya hər ikisi qısa zaman daxilində Azərbaycan dövlətinə, atributlarına, dövlət başçısına, ərazi bütövlüyümüzə qəsdlər etdi, dövlətimiz və xalqımız tərəfindən layiqli cavabını da aldı. Rusiya və İran indiyə qədər əməllərinə görə Azərbaycandan refleks almadığından indi aldıqları cavaba və NOTA-ya görə əlhəmləri çaşıb, karıxıblar. Möhtəşəm Qələbəmizdən sonra özlərini “dostluqda” yandıran məhz bu iki dövlət oldu. İran və Rusiya dərk etməlidir ki, bizim Cənubi Azərbaycan kimi 40 milyonluq ordumuz, düşmənə göz dağı Dəmir qapı Dərbəndimiz var.
O ki, qaldı Vladimir Jirinovskinin aşağılamalarına qarşı İsfəndiyar Vahabzadənin cavabına, əvvəla unutmayaq ki, Jirinovski sıravi bir şəxs deyil - siyasi partiya sədridir, onun partiyası Rusiya Dövlət Dumasında təmsil olunur və özü fraksiya rəhbəri, Rusiya Federasiyasının Dövlət Dumasının vitse-spikeridir və Azərbaycan barədə səsləndirdiyi açıqlamalar Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilir. Odur ki, İsfəndiyar Vahabzadənin Jirinovski və onun kimi danışan klounlara verdiyi cavabı indiyə qədər olan aşağılanmağımız müqabilində layiqli və yerində cavabdır. Jirinovsikinin və rus ictimaiyyətinin eşitdiyi cavab xalqımızın rus şovinizminə cavabıdır.
Birdə ki, fars, rus, fransızlar unutmayın ki, Azərbaycan xalqı dünyanın döyüşmək istəyində olan 1-ci xalqıdır və üstəlik bu xalqın Türkiyə və Pakistan kimi qardaşı, dostu və müttəfiqi var. Azərbaycan isə İran və Rusiyanın xislətinin nə olduğunu gözəl bilir...


Вугар Дадашов
Hüquqşünas, Qarabağ qazisi
12.08.2021

среда, 4 августа 2021 г.

Sülh müqaviləsi - Azərbaycanın Ermənistana ən böyük güzəşti...

 


10 noyabr üç tərəfli bəyanatından sonra özünü Azərbaycana Qarabağa soxuşduran rus sülhməramlılarının fəaliyyəti ilə bağlı Rusiya indiyə qədər verdiyi açıqlamalarda mandatına uyğun olaraq xidmət apardığı yox, "tapşırıqları yerinə yetirir" kimi ifadələrlə rəsmi məlumatlar verir. Belə məzmunlu açıqlamaların mahiyyəti isə ondan ibarətdir ki, rus sülhməramlıları Azərbaycan ərazisində ancaq öz hərbi-siyasi rəhbərliyinin tapşırıqlarını yerinə yetirir və onlar üçün fəaliyyət dairəsini tənzimləyən heç bir beynəlxalq sənəd yoxdur. Baxmayaraq ki,  Rusiya öz sülhməramlıları ilə bağlı Azərbaycanla hər hansı bir sənədin imzalanmasını istəyir. Azərbaycan isə hərbi-siyasi perspektiv baxımından belə sənədin imzalanmasında maraqlı deyil və Qarabağda 10 noyabr bəyanatına uyğun yerləşdirilmiş rus sülhməramlılarını  "müvəqqəti yerləşmiş”  ifadəsi ilə adlandırır, rəsmi məlumatlar verir. Təbii ki, bununla Azərbaycan öz ərazisində yerləşdirilmiş rus sülhməramlılarının müvəqqəti olduğunu və beş ildən artıq müddətə qalmayacağını işarə edir. Rus siyasətçiləri, politoloqları və eləcə də Rusiya hakim dairəsinin təmsilçiləri isə rus ordusunun Azərbaycanda uzun müddətə qalacağını bu və ya digər formada dilə gətirir, Azərbaycana təzyiq, şantaj və hətta hədə-qorxu gəlirlər. Elə Rusiya LDP-nın sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı son sərsəm açıqlaması buna misaldır hansı ki, Jirinovskinin məlum çıxışı ilə bağlı Azərbaycan Rusiyaya  NOTA da verdi.                

Ermənistan Azərbaycan dövlət sərhədində yaşanan gərginliyin xaotik olmadığı bəllidir və təbii ki,  gərginlikdə ABŞ, Fransa və Rusiyanın  hər birinin öz maraqları, hədəfləri var. Rusiya bölgədə və eləcədə Azərbaycanda hərbi mövcudluğunu möhkəmləndirmək, ABŞ və Fransa isə gərginlik əsnasında bölgəyə siyasi-diplomatik və hətta hərbi müdaxilə əldə etmək niyyətindədir. Vəziyyətin nəzarətdən çıxacağına ümid edən və heç vaxt Azərbaycana qarşı düşmənçiliyindən əl çəkməyən İran da aktiv və artıq açıq şəkildə Ermənistana dəstək verir və bu üçlüyə (ABŞ, Fransa, Rusiya) qoşulub (hərçənd ki, heç vaxt da ayrılmamışdı). Bu üçlük: ABŞ, Fransa və Rusiya ardından Ermənistan Azərbaycan sərhədində Ermənistan tərəflidən gələn İran rəsmiləri İranın xarici işlər naziri Cavad Zərifin səsləndirdiyi "Ermənistanın sərhədləri İranın qırmızı xəttidir" fikrini və düşmənçiliyini bir daha təsdiqləmiş oldu.

Bu üçlük və İran müharibədən möhtəşəm qələbə ilə çıxmış   Azərbaycanın uğurlarını, müharibənin faktiki nəticələrini məhv etmək istəyirlər. Bu arada bir məqamı da xatırladım: 1-ci dünya müharibəsində Rus imperiyası da qalib tərəf kimi müharibədən ayrıldı ancaq, faktiki olaraq məğlub tərəfə çevrildi. Bəlkə Rusiya öz başına gələnləri Azərbaycan tarixi kimi təkrarlamaq niyyətindədir?  

Analogiyası o qədər də uyğun olmasa, da İsraili də sövdələşmiş ərəb ölkələri dəfələrlə məhv etmək istəyib, ancaq İsrail isə tək başına qalib olub. Azərbaycanın isə qanı, canı bir olan Türkiyə kimi müttəfiqi var.                                                                                                        

Əsl həqiqətdə və mübadiləsiz Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanması əsaslı şəkildə Ermənistanın maraqlarını tam uyğundur. Çünki, məhz Ermənistan Azərbaycan torpaqlarında qurulmuş dövlətdir. 1918-ci ildə qurulmuş Azərbaycan xalq Cümhuriyyətinin ərazisi, sərhədləri eləcədə Ermənistanın və Gürcüstanın sərhədləri və ərazisi 1920-ci ildə Paris Sülh Konfransında  dünya dövlətləri tərəfindən tanınıb. Bolşevik Rusiyası tərəfindən işğal edilən Azərbaycan əraziləri və o cümlədən Zəngəzur bölgəsi Azərbaycanın razılığı olmadan Ermənistana və digər ərazilərimizin bir hissəsi Rusiya və Gürcüstana birləşdirilib.  İndiki Rusiya isə SSRİ-nin varisi, Azərbaycan, Ermənistan və Gürcüstan isə özünü 1918-ci il də özünün müstəqilliyini elan etmiş və Paris Sülh Konfransında dünya tərəfindən tanınmış respublikalarının varisləri olduğunu elan edib.  Beynəlxalq hüquqa görə Azərbaycan bu dövlətlərdən öz ərazilərinin geri tələb etməsində haqlıdır. Ona görə də Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olması Azərbaycanın Ermənistana ən böyük güzəştidir. Əgər Ermənistan bu şansı əlindən buraxarsa onda gələcəkdə öz ərazi bütövlüyünü və dövlətçiliyini böyük risk və şübhə altına atır. Bu, sözün düzü Azərbaycanın strateji maraqlarına uyğun gəlir, ancaq Azərbaycan bölgədə sülh və əmin-amanlığın  hakim olması üçün Ermənistana bu şansı yaradır. Seçim Ermənistanındır...



Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi