Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının MDB üzrə
Komissiya sədri Leonid İvanoviç Kalaşnikov 25 oktyabr 2019-cu il tarixdə Rusiya
Federal “PLANETA RTR” televiziya kanalında gedən “60 dəqiqə” verlişində ermənilərin
Ermənistanda heykəlini qoyduğu Ermənistanın milli qəhrəmanı hesab etdiyi faşist
Qareqin Njdeni terrorçu adlandırmış və onun Rusiyanın Armavir şəhərində ermənilərin
qoyduğu xatirə lövhəsinə kəskin etiraz etmişdir. Həmçinin L. Kalaşnikov həmin verlişdə Azərbaycanın xalqının
Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsində) xidmətini xüsusi
vurğulamışdır. L. Kalaşnikov öz
çıxışında Azərbaycanın mövqeyini dəstəkləməsi onun sədri olduğu Rusiya Dövlət Dumasının
MDB üzrə Komissiyasının üzvü Konstantin Zatulinin Azərbaycan Respublikasının
razılığını almadan Ermənistan tərəfindən işğal etdiyi Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinə səfərindən sonra xüsusi ilə əhəmiyyətlidir.
Əlavə olaraq qeyd edək ki, ermənilər artıq
Rusiyanın Armavir şəhərini qədim erməni şəhəri adlandırır və bu şəhərə iddialar irəli sürürlər. Ermənilərin Rusiyanın
Krasnodar vilayətində separatist meyllərinin güclənməsi barədə artıq yazmışdıq.
Həmin yazını da oxucularımıza təqdim edirik-
https://snn-news-haber.blogspot.com/2019/07/krasnodar-rusiyann-suqutu-olacaqdaglq.html
https://snn-news-haber.blogspot.com/2019/07/krasnodar-rusiyann-suqutu-olacaqdaglq.html
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий