25.02.2020-ci
tarixdə "BRAVO" super market şəbəkələrinə məxsus və Abşeron
rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsində yerləşən mağazasında müştərini
aldatmağa cəhd edilib. Belə ki, satış rəfində 11 manat 42 qəpiyə təklif olunan
kişi ətriyyatı kassa ödəmə terminalında 17 manat 85 qəpik məbləğində
hesablanıb. Buna etiraz edən müştəri belə bir fərqin izahını tələb edib.
Məsələyə qarışan və özünü mağazanın rəsmi nümayəndəsi kimi təqdim edən E.
Vəliyev adlı şəxs müştəri ilə birlikdə satış rəfinə baxış keçirərək faktı təsdiqləmiş və
müştəridən üzr istəmişdir. Şikayətçinin verdiyi məlumata əsasən sözü gedən
mağazada belə hallar yəni, qiymət uyğunzluğuna tez-tez rast gəlir və mağazanın xeyrinə qiymət uyğunsuzluğu adi haldır.
Maraqlısı isə budur ki, kassa ödəmə terminalında qiymət
fərqi satış rəfində göstərilən məbləğdən aşağı yox, həmişə yuxarı olur. Bu
faktın özü düşünməyə əsas verir ki, satış rəfində göstərilən qiymətin kassa
ödəniş terminalında vurulan qiymət arasındakı fərq heçdə təsadüf və ya
səhlənkarlıq yox, məhz məqsədyönlü düşünülmüş haldır.
Hesab edirik ki, Abşeron
rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsində yerləşən “BRAVO” mağazasında baş
verən neqativ halların aradan qaldırılması üçün müvafiq inzibati orqanlar
lazımi tədbirlər görəcək və müştərilərin aldadılmasına son qoyulacaq.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyində
işıqlandırmağa hazırıq.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий