Поиск по этому сайту

четверг, 19 декабря 2019 г.

Vüqar Dadaşov 72 saylı Yardımlı-Masallı seçki dairəsinə qeydiyyat üçün rəsmi müraciət etdi

 Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin və Ziyalılar Klubunun İdarə heyyətinin üzvü Vüqar Dadaşov  09  fevral 2020-ci il tarixdə  keçiriləcək  növbədən kənar parlament seçkilərində namizəd kimi iştirakı üçün 18.12.2019-cu il tarixdə 72 saylı Yardımlı-Masallı seçki dairəsinə ərizə müraciət etmişdir.
72 saylı Yardımlı-Masallı seçki dairəsindən Milli Məclisə deputat mandatına iddialı Vüqar Dadaşovun qısa bioqrafiyasını təqdim edirik.

Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə Yardımlı rayonunun Bozərən kəndində anadan olub,
1990-cı ildə orta məktəbi fərqlənmə ilə bitirib, məktəblilər arasında Azərbaycan Respublika Olimpiadasının qalibi olub,
1991-1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib,
22.09.1993-cü il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı yaralanıb.
1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında daimi yaşayıb.
Ali təhsillidir, Moskva Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini,
və Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin “Bilik” elmi mərkəzinin
“Əhalinin və yüklərinin daşınmasinin təşkili” ixtisasını və
“Ural Ali Məktəblər Assosiasiyası “ingilis dili” kursunu bitirib.


2000-2008-ci illər Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayəti bölməsinin nəzarət-yoxlama komissiyasının sədri vəzifəsində diaspor fəaliyyəti göstərib. Rusiyada hüquq-mühafizə orqanlarında və vəkillər ittifaqında tərcüməçi, hüquqşünas, hüquq məsləhətçisi kimi vəzifələrdə işləyib.
2015-ci ildən Azərbaycan KİV-də, TV-də, radioda, elektron mediada hüquqşünas, hüquq eksperti və politoloq kimi sıxış edir. 130-dan çox elmi, hüquqi, siyasi araşdırma xarakterli məqalə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş 10-dan çox qanun layihələrinin müəllifidir.
2018-ci il Azərbaycan Respublikası Prezident postuna eks namizəd Razi Nurullayevin vəkili olmuşdur.
21.10.2019-cu il tarixdə "Mənim düşüncəm" adlı tarixi-elmi, siyasi-fəlsəfi, ideoloji mövzuda yazılmış kitabı işıq üzü görüb.
Ailəlidir, üç övladı var.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Müharibə veteranı”dır.
Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


 SNN NEWS-Haber

воскресенье, 15 декабря 2019 г.

Saxta generalın saxta əməllərinin sayı artmaqdadır


SNN NEWS-Haber ARX.AZ informasiya portalına  əsasən xəbər verir.
“Araşdırmalarımıza görə “Dünyanın səsi” qəzetinin həqiqi təsisçiləri və qanuni baş redaktoru Firdovsi Ələkbərovun yaxınları ilə və qəzetin hazırki F.Ələkbərov tərəfindən “təyin” edilmiş “redaktoru” ilə əlaqə saxlayaraq onların nə üçün belə işlərə bulaşdıqlarını və nə üçün aldadaraq mülkiyyətlərini ələ keçirməklə maddi-mənəvi ziyan vurduqlarının səbəbini soruşublar. “Redaktor” bildirib ki, F.Ələkbərov ona özünü qəzetin guya yeganə təsisçisi və sahibi kimi təqdim edərək ixtiyarın tam öz əlində olduğunu deyib, bu şəxsi də “Baş redaktor” təyin edib. Bu şəxs də özünə digər işçilər təyin edib.
Lakin məsələnin əsl mahiyyəti ona tam izah olunduqdan sonra o qəzetin ona məhz Firdovsi Ələkbərov tərəfindən verildiyini (başqa məlumata görə satıldığını) bildirib. Onun qardaşı isə birinci dəfə qarşı tərəfdən şikayət etməmələrini xahiş edərək qəzetin əsl sahiblərinə qaytarılacağını deyib. Lakin sonra həbsxanada qardaşı ilə görüşdüyünü və qaytarmaq fikrində olmadıqlarını deyib. Buradan da belə anlaşılır ki, Ələkbərovlar məhz qəzeti saxta yollarla ələ keçirərək satıblar. Qardaşı bildirib ki, guya pul qarşılığında onu həbsdən azad edəcəklər və o zaman “haqq hesab” çürüdərik. Əks halda 10 il onun həbsdən çıxmasını gözləməlidirlər.
Bizə aydın olmayan odur ki, bu boyda cinayətlər törədərək bütün ölkə mətbuatı qarşısında ifşa edilmiş bir şəxsin hansısa məbləğ qarşısında azad edilməsini dayanmadan ifadə edən qardaşı Fizuli Ələkbərov bəlkə elə qardaşının həbsdə qalmasının tərəfdarıdır. Çünki zərərçəmkişləri razı salmaq əvəzinə daha da onları yenidən aldatmaqla, guya qardaşı ilə görüşüb həll edəcəyini sonra isə gah görüşmədiyini, gah görüşüb bu məsələlər barədə demədiyini, gah da onun: “indi qəzetin yeridirmi?” dediyini ifadə etməsi hansı qaranlıq məqamlardan xəbər verir?
Qeyd edək ki, zərərçəmiş və aldadılmış şəxslər bu barədə aidiyyatı qurumlara və hüquq mühafizə orqanlarına mütaciət edəcəklərini bildiriblər. Onlar bildiriblər ki, birinci onun qardaşına və yaxınlarına çatdırdıq ki, dəymiş ziyanı-zərəri, aldatdıqlarını,uzun illər bizə ziyan vurduqlarını nəzərə alaraq həbs olunmasını da nəzərə alaraq şikayət etməmiş mülkiyyətimizi-qəzetimizi  qaytarsınlar. Lakin dələduzların hələ də onları aldatdıqlarını görərək artıq bütün aidiyyatı orqanlara müraciət edəcəklərini bildiriblər.
 Qarşı tərəfin mövqeyinidə işıqlandırmağa hazırıq.
   SNN NEWS-Haber


понедельник, 9 декабря 2019 г.

Razi Nurullayev: Azərbaycan siyasətinin xilası və müxalifətin dirçəlişi sivil müxalifətçilikdədir!


2018-ci il Azərbaycan Respublikası Prezident postuna namizəd AXCP sədri Razi Nurullayev sosial şəbəkədə maraqlı çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
"Sosial Məncə, cənab Prezident də bir neçə dəfə sivil müxalifət sözünü deyib. Hakimiyyət də deyir ki, müxalifət sivil olmalıdır, sivil müxalifətlə işləməyə hazırıq. Sivil müxalifət də siyasi səhnədə. Amma, siz gözünüzü çevirib, sizi əxlaq və siyasi mədəniyyət çərçivəsində tənqid edən, sağlam görmək istədiyiniz sivil müxalifətə baxırsınızmı?
Artıq görürəm ki, bir sıra siyasətçilər barışmazlıq, sərt tənqid və aşırı radikallığa yuvarlanırlar. Onlarda belə hiss yaranıb ki, hakimiyyət də aşırı radikallarla hesablaşır. Bu çox pis tendensiyadır və təhlükəlidir.
Azərbaycan siyasətinin xilası və müxalifətin dirçəlişi sivil müxalifətçilikdədir!"


SNN NEWS-Haber

Tural İrfan Bələdiyyə seçkilərində Sədaqət Əliyevaya səs verməyə çağırır


2019 cu il Bələdiyyə Seçkilərində Abşeron 45 saylı Seçki Dairəsindən Masazır Bələdiyyəsi üzvlüyünə namizədliyi qeydə alınmış Əliyeva Sədaqət Əli qızı 1982 ci ildə Şəmkir şəhərində anadan olub. 2000 ci ildə Şəmkir rayon, Təzəkənd S. Vurğun adına orta məktəbi bitirib. 2000-2005 ci illərdə Bakı şəhərində Tibb və müxtəlif peşə sahələri üzrə təhsil alıb,  "Gənclərin Mənəvi Dünyası", "Nöqtə-Yeni Başlanğıc" İctimai Birliklərinin İdarə Heyətinin üzvü "Ziyalılar Klubu"nun üzvüdür. 03.03. 2005 ci ildən 25.02. 2015 ilədək "Yusifli 01" Təmir-tikinti şirkətində  müxtəlif vəzifələrdə və tibb sahəsində çalışıb. Eyni zamanda müstəqil jurnalistika ilə məşğul olur, bir sıra mətbuat orqanlarında məqalələri nəşr edilir. 06.01.2016 cı ildən 12.05.2017 ci ilədək "Dünyanın səsi" qəzetində müxbir, redaktor köməkçisi vəzifələrini tutub. İctimai fəaliyyəti ilə yanaşı ölkədə keçirilən seçkilərdə fəal iştirak edib, seçkilərdə Məntəqə üzvü, katib, müşahidəçi olub. Abşeron rayonundakı quruculuq işlərinin mediada mütəmadi təbliğatını aparıb. 2017 ci ildən "Nöqtə" ictimai-siyasi hüquq qəzetində çalışır. 2000-ci ildən Masazır kəndində yaşayır. Ailəlidir, iki övladı var.

Sədaqət Əliyevanın səlahiyyətli nümayəndəsi kimi birdirmək istəyirəm ki, Abşeron rayonu Masazır kəndində quruculuq-inkişaf işlərinin fonunda bir çox sahələrdə görüləsi işlər var. Kənd yollarının-küçələrin abadlaşması,  zibilliklərin normal təmizlənməsi, bələdiyyə büdcəsinin şəffadlığının təmin olunması kimi məsələlər Sədaqət Əliyevanı və Masazır sakinlərini narahat edən amillərdəndir. Əgər ona etimad edib səs verərsinizsə Bələdiyyə tərəfindən küçələrin səhmana salınması, zibiliklərin vaxtında təmizlənməsi və digər daha vacib problemlərin həllində işlərin aparılmasına çalışılacaqdır. Əhalinin ən çox narazı qaldığı yol problemi, uşaqların, şagirdlərin dərsə normal şəraitdə gedib-gəlmə məsələsinin həlli məsələsi qaldırılacaqdır. Bələdiyyə tərəfindən verilən torpaq sənədlərinin keçərliliyinin təmin olunmasına çalışılacaq, ictimai nəzarətin təmin edilməsi və kommunal problemlərin aradan qalxması üçün qarşıdakı maneələrin dəf olunması üçün bütün qanuni, zəruri işlərin görülməsinə cəhd ediləcəkdir. Masazırda gedən inkişaf işlərinə xələl gətirən bütün problemlərin həllinə çalışılaraq, əhalinin razı qalacağı şəkildə fəaliyyətin təmin olunması məsələsi həll olunacaqdır.
Dəyərli Masazır sakinləri, əgər siz Sədaqət Əliyevaya etimad göstərərsinizsə o, bu və bu kimi, sizlərin hər gün qarşılaşdığınız problemlərin həllinə çalışacağına sizləri əmin edir.

Tural  İrfan (Əhmədov)
Masazır Bələdiyyəsinin üzvlüyünə namizədliyi qeydə alınmış Əliyeva Sadaqət Əli qızının Səlahiyyətli nümayəndəsi

SNN NEWS-Haber

суббота, 7 декабря 2019 г.

Qazaxın icra başçısı nə işlə məşğuldur?! Araşdırma

SNN NEWS-Haber Arx.az xəbər portallına isinad edərək xəbər verir. Həmin xəbəri oxucularımıza təqdim edirik.
"Əziz oxucular bu gün paylaşımlarda Qazax rayonu icra məmurunun tərifləndiyini gördüm. Bir vaxtlar mənim rəhbərlik etdiyim Arx.az xəbər portalında da həmçinin Rəcəb Babaşov haqqinda bir neçə tərifli məqalələr vermişdik.
Lakin bu məqalələri verdikdən sonra bizə müraciətlər gəldi ki xalqa hər vaxt öz dəstəyini göstərən medya qurumları olub və siz necə medya işçisisiz ki, haqqinda məqalələr verdiyiniz məmurun adı hansı işlərdə hallandığını araşdırmadan təriflər söyləyirsiz. Bu insan ancaq özünü təriflədir özünə şeirlər qoşdurub dedizdirir, xiyabana gedərkən axrana çətir [zontik] tutduraraq gedir. 
Rəcəb Babaşov haqqında bu deyilənləri nəzərə alaraq bu nəticəyə gəldik ki, bu insanlar icra məmurundan ya rüşvət alıb ya da yaxınlarının işdən qovulmasından qorxaraq icar başçısını tərifləyirlər. Bu münvalla oxucuların rəylərinə hər zaman önəm verdiyimiz kimi bu dəfə də oxucuların rəylərini nəzərə alıb bununla bağlı internet pravaderlərində Rəcəb Babaşov haqqinda araşdırmalar apararkən icra məmurunun aldığı 250.000 manatlıq bahalı maşın nəzərimizi cəlb etdi.
Belə ki, oxucuların məmur haqqında söylədikləri fikirləri təsdiq etdim. Bu haqda sayitmizdə xəbər verdim. Əziz oxucular məmurun maışı ilə necə 250000- lik maşın almaq olar?Bizim əldə etdiymiz məlumata əsasən icralarin maışları 1200_2000 azn civarindadir. Buda beş illik fəaliyyət devrində 60 ay ərzində aldığı mavinat cəmi 72000_120000 azn civarında deyişir.
Rəcəb Babaşovu tərifləyənlər sualım sizədir deyin hər kəs bilsin bu müavinatla bu maşını almaq olarmi? Bu insanın biznesin nəzərə aldıqda isə bu araşdırmalar ilə qarşılaşdıq.  
teref.az-Eldar mahmudov-sebekesinde-adi-hallanan-icra-bascisi-250-min-manata-masin-aldi-receb-babasov-dosyesi. html Eldar Mahmudov şəbəkəsində adı hallanan icra başçısı 250 min manata maşın aldı:
Rəcəb Babaşov dosyesi
BÖLÜM : Manşet YAYIM TARİXİ : 21 noyabr 2019 15:03Eldar Mahmudov şəbəkəsində adı hallanan icra başçısı 250 min manata maşın aldı: Rəcəb Babaşov dosyesiQazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov özünə dəyəri 250 min manat olan avtomobil alıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, R.Babaşovun aldığı 99 FF 099 dövlət nömrə nişanlı “Rang Rover” markalı avtomobil öz adınadır. Buna görə də, maşını R.Babaşov özü idarə edir. Qeyd edək ki, Azərbaycanda icra başçılarının vəzifə maaşları 1500-1925 manat arasında dəyişir. Rəcəb Babaşovla bağlı cumhuriyyet.az olaraq media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalar zamanı ortaya çıxanlar da kifayət qədər ilgincdir.
Belə ki, bu şəxsin adı müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Beləliklə cumhuriyyet.az olaraq həmin məqamları yenidən diqqətinizə çatdırırıq. Cavid Qurbanovun “qara kassa”sıRəcəb Babaşov Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisidir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub.
Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. Lakin Rəcəb Babaşov daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır. Bütün bunlar haqda cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalara görə, elə Sabirabad rayonunda Rəcəb Babaşovun xeyli sayda obyektləri var. Qardaşının rayonda böyük tikinti materialları bazası var.
Məlumatlara əsasən R.Babaşov elə öz rayonundan başlayaraq iş adamlarına divan tutur. Bakıda isə onu tanımayan, ona «haqq» verməyən bir az iri olan iş adamı yoxdur. Cavid Qurbanovun iri obyektlərinin idarəedilməsi, onların bütün inzibati problemlərdən qorunması işini də bu adam həyata keçirir. Müraciət edən iş adamları deyirlər ki, son zamanlar Babaşovun adı ilə obyektlərin yoxlaması işləri daha da amansız şəkildə həyata keçirilir.
Departament rəhbərinin adı ilə yoxlamaya gələnlər, xüsusilə də Cavid Qurbanovun rəqibləri ilə daha amansız davranırlar. Şikayətçi olan iş adamları deyirlər ki, Rəcəb Babaşovun yoxlamaya yolladığı adamlar heç də iri vergi ödəyiciləri ilə kifayətlənmirlər. İri vergi ödəyicisi olan hüquqi şirkətlərin törəməsi olan bütün MMC-lərə qarşı da çox amansız davranışlar nümayiş etdirilir.
Cavid Qurbanovu MTN generallarından necə qoruyub?
Oxucuların diqqətinə çatdıraq ki, R.Babaşov medianın gündəminə əsasən doğulduğu Sabirabad rayonunda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə belə sahib olduğu sərvəti ilə gəldi. Media öncə sıradan bir dövlət görəvlisinin bu qədər sərvətə necə sahib olduğunu araşdırarkən, ortaya yeni nüanslar çıxdı və yenə media iddia etdi ki, cənab Babaşovun məlum sərvətinin əldə olunmasında sabiq MTN nazirinin və hal-hazırda həbsdə olan E.Mahmudova bağlı generalların rolu olub.
Mediada yer alan məlumatlar əsasında, cumhuriyyet.az bildirir ki, R.Babaşovun bir zamanlar mövcud olan əlaqələri nəinki onun özünü, hətta dostlarını belə MTN çetesindən qorumaq üçün yetərli olub. Mənbə onu da qeyd etdi ki, “MTN işi”nə görə həbsdə olan generallar sabiq nazir E.Mahmudovun göstərişi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu o, hələ “Azəryolservis” ASC-nin sədri olduğu dönəmlərdə ləkələmək taktikası hazırlayıblar.
Bildirilir ki, cənab Qurbanovun özü ilə bağlı kardinal dəyişikliyi belə məlum çeteni hazırladığı plandan imtina etdirməyib. Bu zaman dost köməyinə ehtiyac yaranıb. Məlumatı verən mənbə bildirir ki, C.Qurbanovla dostluq əlaqəsi olan R.Babaşovun müdaxiləsindən sonra məlum çete C.Qurbanovla bağlı planlarını başqa müstəviyə keçirib.
Mənbə R.Babaşovla bağlı məlumata onu da əlavə etdi ki, rəis müavininin MTN generalları ilə münasibətini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, hazırda “MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov yaradıb. Mənbə onu da qeyd etdi ki, Xəzər rayonu ərazisində sabiq nazirə məxsus villanın xərcinin bir hissəsi də məhz Rəcəb Babaşov tərəfindən ödənildiyi üçün bu şəxsə sabiq nazir tərəfindən toxunulmazlıq statusu da verilibmiş.
Şok iddia:
Eldar Mahmudovun sərvətini Almaniyaya qaçırıb?Bu şəxs Azərbaycanın ən güclü məmurlarından biri olan MTN-nin şefi Eldar Mahmudov vəzifəsindən çıxardılmamışdan 3 gün qabaq onunla görüşüb. Həmin görüşdə nələr haqqında danışıldığını bilməsək də, iddia etmək olar ki, danışıqların səbəbidir ki Rəcəb Babaşov Eldar Mahmudov prezident tərəfindən işdən azad olan kimi təcili Azərbaycanı tərk etdi.
Əslində Eldar Mahmudovun ən axırıncı görüşdüyü adam Rəcəb Babaşov sayıla bilər və Eldar Mahmudovun təcrübəli əməliyyatçı olduğunu nəzərə alsaq Rəcəb Babaşovun xaricə getməsinin “MTN” çetesinin xaricdəki var dövlətinin yerləşdirməsi ilə bağlı olduğunu desək heç də yanılmarıq.
Lənkəranlı işi və Babaşov qalmaqalı:
İlk öncə onu bildirək ki, Vergilər Nazirliyində işləməsinə rəğmən R.Babaşov Cavid Qurbanovun adamı kimi tanınıb. Amma deputatın “qara kassası” olaraq bilinən bu şəxs müəyyən problemlər də yaşadıb. Belə ki, cumhuriyyet.az olaraq mediada yayılan xəbərlərdən öyrəndik ki, bir müddət əvvəl sürücüsü Mahir Lənkəranlının əməllərinə görə başı bərk ağrayan C.Qurbanovun MTN işində dolayısı ilə çəkilib. Məsələnin ölkə rəhbərliyi səviyyəsində nəzarətdə saxlanması C.Qurbanovun durumunu xeyli ağırlaşdırıb.
Həmin məlumatlara görə, C.Qurbanov M.Lənkəranlı qalmaqalının ardınca yeni postunda adının qarışıq işlərdə çəkilməsindən narahat olub. Nüfuzuna xələl gəldiyini düşünən İdarə rəisi barəsində sensasion ittihamlar var. Belə ki, Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini Rəcəb Babaşovun adı MTN işində hallanır. R.Babaşov isə C.Qurbanova yaxın adam hesab edilir. Bu faktın ortalığa çıxması baş dəmiryolçu üçün yeni problem yaradıb.
Bakı Vergilər Departamentində rəis müavini işləyən Rəcəb Babaşov paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir. Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda prestijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var. Və Rəcəb Babaşovun bu şəkildə yüksəlməsində ən mühüm rolu da MTN-çilərin oynadığı söylənilir.
Rəcəb Babaşovun əməlləri Qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə R.Babaşov özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyardlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür.
Onun– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat;– Bayıldakı Aran restoranı, Aran kafesi; “077-lər” adlı avtoyuması;– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı;– əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi;– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə nəzər salsaq görərik ki milləti xalqın əmlakını dövlətdən oğurlayaraq, bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib. Belə deyilsə, bu milyardlar onda hardandır?
Rəcəb Babaşov bunlarla kifayətlənməyib Sabirabad rayonunda xırda sahibkarlardan da “haqq” alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstəy olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunu tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur.
Daxil olan informasiyalarda həmçinin deyilir ki, Rəcəb Babaşov öz doğma rayonu olan Sabirabadda da böyük biznes imperiyası qurub. Hətta öz rayonunda belə sahibkarlarla davranışında Babaşovun çox amansız biri olduğu deyilir."
P.S. Yazıda bu vaxta qədər mediada yer almış və rəsmən təkzib olunmamış məlumatlardan istifadə olunmuşdur. Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.
SNN NEWS-Haber

пятница, 6 декабря 2019 г.

Qarabağ Qazisi, hüquqşünas Vüqar Dadaşov Milli Məclisə seçkilərdə iştirak etmək fikrindədir

   Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr tarixli sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkiləri 2020- ci il fevralın 9-na təyin edilib. Qeyd edək ki, beşinci çağırış parlamentin buraxılması barədə qərar Milli Məclis üzvlərinin 2 dekabr tarixli müraciəti və Konstitusiya Məhkəməsinin 4 dekabr tarixli qərarı əsasında qəbul edilib.
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Milli Məclisə keçiriləcək seçkilərə öz namizədliyini irəli sürmək fikrində olduğun bildirib. 

Xatırladaq ki, Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə Yardımlı rayonu Bozayran kəndində anadan olub,1990-cı ildə orta məktəbi fərqlənmə ilə bitirib, məktəblilər arasında Azərbaycan Respublika Olimpiadasının qalibi  olub,1991-1996-cı  illərdə Azərbaycan  Respublikası DİN DQ tərkibində  Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib, 22.09.1993-cü il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı  yaralanıb.
1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında  yaşayıb.
Ali təhsillidir, Moskva Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini,
 Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin “Bilik” elmi mərkəzinin
 “Əhalinin və yüklərinin daşınmasinin təşkili” ixtisasını və  
“Ural  Ali Məktəblər Assosiasiyası   “ingilis dili” kursunu bitirib.

2000-2008-ci illər Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayəti bölməsinin nəzarət-yoxlama komissiyasının sədri vəzifəsində diaspor fəaliyyəti göstərib. Rusiyada hüquq-mühafizə orqanlarında və vəkillər ittifaqında tərcüməçi, hüquqşünas, hüquq  məsləhətçisi kimi vəzifələrdə işləyib.
2015-ci ildən  Azərbaycan KİV-də, TV-də, radioda,  elektron mediada  hüquqşünas, hüquq eksperti və politoloq kimi sıxış edir. 2018-ci il Azərbaycan Respublikası Prezidentliyinə eks namizəd Razi Nurullayevin vəkili olmuşdur. 130-dan çox elmi, hüquqi, siyasi araşdırma xarakterli məqalə və  10-dan çox Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun layihələrinin, “Mənim düşüncəm” adlı tarixi, elimi, fəlsəfi mövzuda yazılmış kitab müəllifidir. Ailəlidir, üç övladı var.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  “Müharibə veteranı”dır. Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
 SNN NEWS-Haber

среда, 4 декабря 2019 г.

Ziyalılar Klubu Ali Məclisini formalaşdırdı


01.12.2019-cu ildə Ziyalılar Klubunun iclası keçirilib. İclasda Klubun Ali Məclisi formalaşdırılıb. Ali Məclis üzvləri aşağıdakı tərkibdə səsvermə yolu ilə seçiliblər:
Elmar Həsənli (tarixçi); Rüstəm Kəsəmənli (araşdırmaçı-yazar); Ələddin Qarayev ("Mediaxəbərləri" İA-nin  baş redaktoru);  Nəzakət Zeynalova (jurnalist); Tamara Nadirova (pedaqoq, şair); Məhərrəmov (qazi, müharibə qəhrəmanı ); Ceyhun Mirzəyev (kinorejissor); Elnur Əkbərov; Bəxşeyiş Əyyubov ( ilahiyyatçı-jurnalist, baş redaktor); Günay Əhmədova (ictimai fəal); Dərya Mərdanzadə (aşıq-şair); Cəfər Çağatay (həkim);  Pərvanə Mikayılova (həkim); Natiq Bədəlov (mühəndis, ictimai fəal); Həmzə Qaraxanlı (araşdırmaçı); Könül Nur (müəllim); Sevinc Əliyeva; Gülyanə İmanova (gənc şair).
Elmar Həsənli Ali Məclis üzvlərinin yekdilliklə səsverməsi nəticəsində Ziyalılar Klununun Ali Məclis sədri seçildi.

  SNN NEWS-Haber