Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, Ziyalılar Klubunun
İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov, Milli Məclisin deputatı Hadı Rəcəblinin
Azərbaycan xalqını “nankor xalq” adlandırmasına kəskin etirazını bildirmiş və
bununla bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək H. Rəcəblinin
deputat mandatından məhrum edilməsini xahiş etmişdir. Eyni zamanda da V.
Dadaşov AMEA müraciət edərək H. Rəcəblinin
siyasi elmi dərəcəsini plagiat olub-olmaması barədə araşdırma aparılmağını
xahiş etmişdir. Milli Məclisə ünvanlanmış həmin müraciəti oxucularımıza təqdim edirik.
“Hörmətli
sədr, Milli Məclisin deputatı Hadı Rəcəblinin sosial şəbəkələrdə dediyi sözləri
oxuduqdan sonra şəxsən sizə müraciət etmək qərarına gəldim. Nəzərinizə çatdırmaq istəyirəm ki, Hadı
Rəcəbli bir deputat kimi fəaliyyət dövründə qalmaqalı çıxışları, söyüş söyməsi ilə
layiq olduğu mənfi obrazını yaratmışdır. Hadı Rəcəbli bütün etik qayda və
normaları pozaraq təmsil etdiyi Azərbaycan xalqını “nankor xalq”
adlandırmışdır. Nəzərə alsaq ki, H. Rəcəbli Azərbaycan dövlət qanunvericilik
hakimiyyət orqanının nümayəndəsidir, o halda, H. Rəcəblinin şəxsinin əqli və
psixoloji halının yoxlanılması lazım gəlir. Xalqı və qanunverici hakimiyyəti təmsil edən şəxsin
Azərbaycan xalqını “nankor” adlandırması və açıq aşkar təmsil etdiyi xalqa
nifrəti sözsüz ki, onun Azərbaycan xalqına xidmət etmədiyinin təkzibedilməz
sübutudur. H. Rəcəblinin siyasi elmlər
üzrə dərəcəyə sahib olması faktı qarşısında, bir deputat və siyasi bir fiqur
kimi, publik şəkildə nümayəndəsi olduğu xalqa qarşı “nankor xalq” belə bir ifadə işlətməsi onun, siyasi savadsızlığının
və daşıdığı elmi dərəcəyə layiq olmadığına sübutudur. Belə bir ifadə heç bir
deputatın, siyasi fiqurun və siyasi bilikli insan səviyyəsinə uyğun deyildir.
Hörmətli Oqtay müəllim, yuxarıda qeyd edilənləri
nəzərə alaraq Milli Məclisin deputatı
Hadı Rəcəblinin deputat mandatından məhrum edilməsi məsələsinə baxılmasını
xahiş edirəm.” SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий