Поиск по этому сайту

воскресенье, 14 июля 2019 г.

Gənc şair Rəşad Mahmudun növbəti kitabı işıq üzü gördü


Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvü Rəşad Mahmudun sayca 3-cü olan yeni kitabı çapdan çıxıb və Qazax Ziyalılar Klubunun ilk tədbiri Rəşad Mahmudun şeirlər və poemalardan ibarət olan “Yaşayan həyat” kitabının təqdimatını keçirmək olub.
Kifayət qədər ziyalının, yazarın, mədəniyyət adamlarının toplandığı tədbiri giriş sözü ilə ziyalılar kulubunun idarə heyətinin üzvü Sərxan Carçı açıb və elə ilk sözü müəllif Rəşad Mahmuda verib. Müəllif şeir yazmağa başladığı gündən kitablarının ərsəyə gəlməsinə qədər arayış tipli çıxış edərək, kitablarının ərsəyə gəlməsində, təqdimatın gerçəkləşməsində əziyyətə keçən hər kəsə təşəkkürlərini bildirib.
Sonra klubun idarə heyyətinin digər üzvləri, bir neçə kitab müəllifi Tural İrfan və Vüqar Dadaşov çıxış ediblər. Çıxış edən idarə heyyətinin üzvləri kitabın vətənpərvərlik ruhunda olduğunu önə çəkərək, indiyə qədər də bu mövzuda kitablar yazdıqlarını, bundan sonra da yazılmağın vacibliyini qeyd ediblər.
Daha sonra təqdimatda iştirak edən xanımlar çıxış ediblər. Gənc aşıq, Aşıqlar Birliyinin üzvü Dərya Mərdanzadə şairin şeirlərindən birini oxuyub, bu cür tədbirlərin daha geniş müstəvidə keçirilməli olduğunun vacibliyini vurğulayıb.
Həmçinin kitabın ərsəyə gəlməsində müəllifə stimul olmuş istedadlı həkim Pərvanə Mikayılova müəllifin özü qədər sevindiyini deyib və daha böyük uğurlar arzulayıb.
Rəşad Mahmudun qızı Məryəm Mahmud atasının çox sevdiyi şeirlərindən birini oxuyub.
Tədbirin qonaqlarından Natiq Bədəlov, Elçin Orucov və digər şəxslər fikirlərini bölüşərək müəllifə uğurlar arzulayıblar.
Tədbir Qazax Ziyalılar Klubunun digər üzvlərindən Sərxan Carçının DTX arxivində işləyərək yazdığı “Bir kəndin repressiyası” adlı araşdırma əsərinin, həmçinin İstanbulda təqdimatı keçirilən, Türkiyə səfirinin diqqətini çəkib müəllifi görüşə çağıran, hətta R.T.Ərdogana hədiyyə edilən “Cümhuriyyət Xilaskarı-Əmanət Məzarlar” kitabının və Tural İrfanın Aprel şəhidinə həsr etdiyi “Eşqin şəhidi”, Bağanıs Ayrım soyqırımından bəhs edən “Kamikadze 1” sənədli romanlarının, və Vüqar Dadaşovun işıq üzü görəcək araşdırma əsərinin müzakirəsi ilə davam edib.
SNN NEWS-Haber


Комментариев нет:

Отправить комментарий