Поиск по этому сайту

суббота, 26 февраля 2022 г.

Rusun rəzil gündə olmasını 2019-da yazmışdım, 44 günlük müharibə, indidə Ukrayna sübut etdi ki, Rusiya can verir

 


Şərlə xeyirin davası gedir. Ukrayna meydanda dövlət olaraq tək qalsa da, güclü iradəli Ukrayna Xalqı kimi arxası var. 12 saata Kiyevi tutacağını Makrona və başqa dövlət liderlərinə deyərək, sinəsinə döyən Putin rəzil gününə düşüb. 44 günlük Vətən Müharibəsindən sonra qəhrəman Ukrayna qarşısında 2-ci dəfə biabır olan rus hərb maşını, hərb elmi deyilən mif dağıldı. Rusun göründüyü və təqdim edildiyi kimi güclü olmaması və məhvinin tez bir zamanda baş tutacağıhaqqında hələ 2019-cu ildə nəşr edilmiş "MƏNİM DÜŞÜNCƏM" kitabımda (https://www.kitabyurdu.org/.../2455-vuqar-dadasov-menim...) yazmışam.

2021-ci ildə nəşr edilmiş "Bizim tarix" kitabımda indi üzləşdiyimiz şərlə-xeyirin davasının anonsunu və Rusiyanın, Putin hakimiyyətinin məhvi barədə yazmışam.
Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi barədə müharibənin ilk saatlarından fikirlərimi geniş oxucu kütləsinə təqdim etmişəm. (https://siam.az/.../69868-dunya-nhnglrinin-ukrayna-oyunu... )
Sözsüz ki, bu müharibə Putin hakimiyyətinin sonunu gətirib Rusiyanın dağılacağını tezləşdirəcək. Bakunews.tv-yə 24 fevralda da hörmətli politoloqlarla müzakirəmizdə qeyd etmişdim (https://youtu.be/jQoGr7tVfQA).
Ukrayna xalqı fiziki nəticəsindən asılı olmayaraq Rusiya kimi cahan şərini rəzil etdi və məhvinə start verdi. Rusun rəzil gündə olmasını 44 günlük müharibə sübut etdi indidə Ukrayna göstərir ki, Rusiya can verir.
Bu müharibənin Rusiya üçün hərtərəfli ağır və son olacağı və hətta Rusiya barəsində ağılıa gəlməyən ssenarilərin mümkünlüyünü qeyd etmişəm: https://versus.az/article/az/34350

O ki, qaldı Ukrayna prezidenti Zelenskiyə, 2019-cu ildə Zelenski xalqının xilaskarı olacağını yazmışdım və ölkə mətbuatında geniş tirajlanmışdı. http://azsiam.info/siyaset/46879-v-zelenskiy-ukraynann-putini-olacaq.html?fbclid=IwAR3paql4YlU8eBy8KejyhhdBg0kl1V0kFCfqXUylgyvn4Y9K2EvteOVfPeI.
Əhsən Ukrayna, bütün Azərbaycan xalqı sizinlədir.
Слава Украине!!!

Dünya nəhənglərinin Ukrayna oyunu... Ukrayna bu vəziyyətdən necə çıxacaq? Rusiyanın öz taleyi necə olacaq?

 


Rusiya Ukraynaya təcavüz etməklə hərbi qələbə qazana bilsə də belə, özü özünün məhv etmə proqramını işə salmış oldu. Rusiya kimi bir nəhıng imperiyanın məhvi ancaq daxildən mümkündür və bu proses dayanmaz şəkildə işə düşdü.

 

Sözsüz ki, Rusiyanın Ukrayna təcavüzü Rusiya-Ukrayna qarşıdurmasının nəticəsi deyil, müharibə Qərb(NATO)-Rusiya qarşıdurmasının nıticəsidir, sadəcə bu qarşıdurma hərbi formada Ukrayna ərazisində aparılır. Əgər Qərb Ukraynanı tapdaq altına çevirməyi, onu bu vəziyyətə salmaq istəməsəydi Rusiyaya lazım olan "NATO-nun genişlənməməsi və təhlükəsizlik qarantiyasını" vermiş olardı. Qərb öz istəklərini reallaşdırmaq üçün Ukrayna ilə Rusiyanı yoxlama etdi.

Həmişəki kimi, Qərb öz vədlərinə əməl etmədən Ukraynanı meydanda tək qoyub aldatdılar necə ki, 1994-cü ildə Qərb və Rusiya Ukraynanı nüvə slahı arsenalından imtinası müqabilində təhlükəsizlik qarantiyası vermişdi, yenə də Ukrayna aldadıldı. Bu faciədə Rusiya ilə bərabər Qərb də günahkardır. Rusiya yaranışından bu ana kimi, işğalçılıq mahiyyətindın əl çəkməyib-bu bir aksiomadır.

 

Qərb Rusiyanı quduzlaşdırmaqla və Ukrsynanı qurbana çevirməklə illər öncə polittexnoloqların hazırladığı plan üzrə hərəkət edir. Rusiya da bu tələyə düşmüş oldu. Artıq Putin hakimiyyətinin və siyasətinin sonu və ardınca isə özünün imperiya kimi məhvi prosesi başlayıb. Rusiya daxilində yarıdan çox əhalinin müharibə əleyhinə olması, mitinqlər, həbslər, rus oliqarxlarının etirazı Putini həyacanlandırıb və dünən gecə iş adamları ilə görüşü Putin həyacanının əsaslı və yüksək olduğunu göstərdi. Qərb istəyinə çatıb...

 

Səssiz-səmirsiz, Rusiya Qərbin "Ukrayna tələsinə" düşdü və salamat çıxması da çətin görünür. Rusiyada Putin hakumiyətinin sonunu daha tezləşdirə biləcək və Ukraynanın psixaloji və bəlkə də fiziki qələbəsini qazanmaq üçün imkanları tükənmətib, Kiyevin süqutunu əngələmək, müharibəni uzatmaq və imkan daxilində müharibəni Rusiya ərazisində hiss etdirmək kimi, şərtlər müharibənin yekun nəticəsini dəyişə bilər.

 

Rusiyanın sürətli işğal planı iflasa uğradı, Ukrayna xalqının növbəti hədəfi müharibənin gedişini uzatmaqla, dünyada Rusiya kimi imperiyaya qarşı duruş gətirdiyini və bəlkə də şəri bitirə biləcək bir xalq olaraq adını tarixə yaza bilər. Ukrayna öz timsalında rus əsarətinə düçar olmuş xalqlar üçün də vuruşur təəsüf ki, Ukraynanı şərlə savaşda biz də qarışıq bütün dünya tək qoyub...

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

25.02.2022

 

Azərbaycan və Rusiya: "müttəfiqlik" müqaviləsi mümkündürmü?

 


Rusiya mətbatının Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin gözlənən Moskva görüşü öncəsi iki dövlət arasında "müttəfiqlik" sazişinin mümkünlüyü barədə məlumatı narahat edici müzakirələrə səbəb olub. Əvvəla onu qeyd edim ki, Azərbaycan və Rusiya arasında "müttəfiqıik" sazişinin imzalanması heç də inandırıcı görünmür. Ona görə ki, belə bir müqavilə faktiki "müttəfiqlik" yox, "asılılıq" boyunduruğuna çevrilə bilər.

 

Digər tərəfdən nəzərə alaq ki, Türkiyə və Azərbsycan arasında imzalanmış " Şuşa Bəyannaməsi" hər iki dövlət tərəfindən ratifikasiya edilərək beynəlxal hüquqi sənəd statusu alıb və həmin "Suşa Bəyannaməsi"nə əsasən Türkiyə və Azərbaycan öz xarici siyasətini birgə müəyyən etməli, Təhlükəsizlik Şuraları bir başa koordinadiyalı şəkildə fəaliyyət göstərməlidir. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyə ilə eyni məxrəcə gəlmədən Rusiya ilə "müttəfiqlik" müqaviləsi bağlaya bilməz.

 

Əgər Rusiya və Azərbaycan arasında "müttəfiqlik" müqaviləsi bağlanarsa, deməli prosesdə Türkiyə də iştirak edir və bu prosesin davamı var. Mümkün senarilərdən biri də odur ki, Türkiyə də Rusiya ilə bu və ya digər formada "müttəfiqlik" müqaviləsi bağlayacaq və hətta sonra Türkiyə NATO ilə münasibətlərini tam konktetləşdirə bilər.

 

Düşünürəm ki, Azərbaycan və Rusiya arasında "müttəfiqlik" müqaviləsi imzalanarsa Beynəlxalq siyasi arenada siyasi aktiv proseslərin şahidi olacayıq. Digər tərəfdən, əgər sözü gedən müqavilə imzalanarsa deməli regional səviyədə də çox vacib proselər gedəcək. Azərbaycan Xankəndində öz bayrağını asaraq separatistlərin həbsinə başlayacaq. Azərbaycan Baş Prokurorluğunun Araik Arutunyanın həbsi barədə verdiyi anons da proseslərin tərkib hissəsi kimi reallaşa bilər.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

21.02.2022

 


четверг, 17 февраля 2022 г.

Qalib kimdir Rusiya, yoxsa NATO? Ukrayna nə qazandı?

 

Qlobal informasiya məkanında Ukrayna ətrafında gedən proseslərə ümumilikdə  bir baxış var. Həmin yanaşmanın mahiyyəti  ondan ibarətdir ki, Rusiya əvvəl-axır Ukrayna ərazisinə soxularaq geniş miqyaslı müharibə etməlidir. Məsələ ilə bağlı şəxsi fikir və proqnozlarımı xeyli müddət əvvəl vermişəm və mümkün lokal toqquşmaları nəzərə almasaq Ukrayna və Rusiya arasında geniş miqyaslı müharibənin mümkünlüyünə inamın sıfıra bərabər olduğunu dəfələrlə qeyd etmişəm.

Ukrayna ətrafında yaranmış böhranın  qərəzsiz təhlili, beynəlxalq siyasi proseslərin analizi, daxili siyasi, sosial-iqtisadi vəziyyətə görə Rusiya heç bir halda Ukrayna ilə müharibəyə  girmək niyyətində olmadığı aydın görünürdü baxmayaraq ki, informasiya meydanında ancaq müharibənin başlanma tarixi və istiqaməti müzakirə edilirdi.

NATO nümunəsində Qərb və Rusiya Ukrayna ətrafında yaranmış vəziyyətdən hər iki tərəf qazanclıdır. Rusiyanın bu qarşıdurmadan qazancı odur ki, Rusiya  öz sərhədlərinin təhlükəsizliyini və Ukraynanın NATO üzvlüyünü hələlik də olsa müəyyən zamana qədər təxirə sala bildi. Rusiyanın daxilində sosial-iqtisadi vəziyyətin daha da ağırlaşmasının, dağıdıcı təsirli sanksiyaların tətbiqini əngəlləyə bildi. Ən əsası isə Rusiya qlobal güc kimi, surətlə itirməkdə olduğu imicini biabırçılıqdan və yekun nəticə də isə daxili parçalanmasının surət  tempini  azaltmış oldu. Artıq Ukrayna rəsmiləri ölkəsinin  NATO-ya üzvlüyündən imtinasının mümkünlüyünü bildirib, Rusiya ardınca öz ordusunu Ukrayna sərhədindən geri çəkməyə başlayıb. Ukrayna ətrafında Rusiya-NATO konfrontasiyasının zəifləməsi,  Qərbin Ukraynanın indiki vəziyyətində NATO-ya üzvlüyünün mümkünsüzlüyü açıqlamasından sonra başladı. Putin bu partiyada zəif əllə “blefə” edərək  Qərbi ilk olaraq geri addımı atmağa məcbur etdi.  Ancaq Qərb Rusiya üzərində hər şeydən vacib strateji baxımdan psixoloji və ideoloji qələbəsini əldə etmiş oldu, Ukrayna və Rusiya arasında elə bir düşmənçilik toxumu səpdi ki, əvvəl-axır bu düşmənçiliyin bəhrəsini götürəcək.

Bütün müharibələrin, qarşıdurmaların əsas nəticəsi qalib üçün onun bəhrəsini mənimsəmək, uduzmuş tərəf üçün məğlubiyyətdən ibrət və dərs götürməkdir.  Ukrayna bu qarşıdurmadan qazandığı təcrübə onun müstəqil dövlət kimi mövcudluğu üçün əhəmiyyətli ola bilər. Əvvəla, Ukrayna SSRİ dağıldıqdan sonra Qərbin və Rusiyanın vədlərinə inanaraq öz nüvə silahı arsenalından imtina etməsindən sonra,  onun suverenliyinə qarantiya vermiş ölkələrinin biganəliyi onu göstərdi ki, böyük dövlətlər üçün  başqa dövlətlərin ərazi bütövlüyü, suverenliyi şərti və formal xarakter daşıyır. Hər bir dövlətin suverenliyinin və ərazi bütövlüyünün qarantı ancaq xalqın özü ola bilər. Digərlərin isə verdiyi vədlər, imzaladıqları müqavilələr heç bir qüvvəyə malik olmayan əhəmiyyətsiz kağız parçasıdır.  Qərb və Rusiya tərəfindən həmin o “qarantiya” nı Ukrayna öz üzərində əməli şəkildə gördüyündən nüvə silahına qayıda bilər. Beynəlxalq hüquqa görə Ukraynanın buna həm hüquqi əsası, həm də mənəvi haqqı var. Yeri gəlmişkən, həmdə nüvə silahı əldə etməyə elmi-texniki potensialı var.  Ukrayna timsalında başqa ölkələrin suverenliyinə böyük ölkələrin “qarantiyası” praktik siyasət üçün tutarlı xatırlatmadır, bu reallığı Azərbaycan da unutmamalıdır.

O ki, qaldı Ukraynanın separatçı Doneçski və Luqanski vilayətlərinin suverenliyinin  Rusiya tərəfindən tanınması məsələsinə, ümumiyyətlə Rusiya öz təsir imkanlarını  yaratmaq və qorumaq üçün ölkələr daxili konfliktlər yaradır, həmin konflikti  “status quo” vəziyyətində saxlamağa çalışır (Qarabağ konflikti bu yanaşmaya nümunədir). Doneçski və Luqanski məsələsində də Rusiya müəyyən etdiyi həmişəki sxem üzrə hərəkət edir. Rusiya əslində Gürcüstanda Abxazıya və Osetiya konfliktlərinin dondurulmuş vəziyyətdə qalmasına maraqlı idi ona görə ki, Rusiya Gürcüstanı tamamilə itirmək və bu ölkənin NATO timsalında anti Rusiya bloklarına qoşulmasını və nəticə etibarı ilə Cənubi Qafqaz regionunda mövqeyini zəiflətmək istəmirdi. Rusiyanın eyni yanaşmasını Ukraynaya da aiddir.  Ona görə də Rusiya Doneçski və Luqanskini müstəqil dövlət şəklində tanımaq niyyətində deyil, ancaq Ukrayna-Rusiya və ya NATO-Rusiya müharibəsinin qacımazlığı şəraitində Rusiya Ukraynanın bu regionlarının suverenliyini tanıya bilər. Faktiki olaraq Rusiya öz ətrafında hesab etdiyi bufer ölkələri itirmək qorxusu ilə separatizmə dəstək verməklə həmin separatçılarla özünə bufer zonası yaratmaqla Rusiyanın suverenliyini  qorumağa çalışır.  Qısası Rusiya vəziyyətin bu şəkildə dondurulmasına maraqlıdır o vaxta kimi, Ukrayna hakimiyyətinin və cəmiyyətinin Rusiyaya açıq loyallığına şübhəsi olmasın.

Rusiyanın diqqət yetirmədiyi bir əsas şərt ondan ibarətdir ki, artıq müasir müharibələr klassik hərb elminə uyğun aparılmır və işğal edilmiş ərazilərin  fiziki i maneə kimi istifadə olunmasının əhəmiyyəti olduqca azdır   44 günlük Qarabağ müharibəsi buna əyani sübutdur.

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

 


 

 

пятница, 11 февраля 2022 г.

Ramiz Mehdiyev niyə müxalifətə...

Son dövrlərdə ölkəmizdə əsaslı dəyişiliklərin (daha doğrusu kadr dəyişiliklərinin) “fəsadları” bir yana, dəyişiliklərə məruz qalanlar daha doğrusu, kürsüsündən məhrum olanlar el dili ilə desək “əlhəmini” itiriblər. Özlərini Əstafurulla Allah kimi tanıyanlar, mövqeyini itirən kimi şivən salıb, cırmaq atmaqla “bəlkə də qaytardılar” havasında oynamağa başlayıblar, maraqlısı isə odur ki, o havanı oynayanların nə manısı var, nədə tamaşaçısı.

 

Əlqərəz, Ramiz Mehdiyevin haqqında əlavə izaha, necə deyərlər əlavə “məlumat bildirişi” verməyə ehtiyac yoxdur. Qısa və konkret: bu adam müstəqil Azərbaycanın müstəqilliyinin əleyhdarı, Azərbaycan dövlətçiliyinin düşmənidir. Bir ömür boyu dövlətin ən yüksək postlarının birinin “sahibi” kimi, Ramiz Mehdiyev bacardığı qədər ölkə başçısının siyasətinə, dövlətimizin ali məqsədlərinə, vətəndaşlarımızın rifahına, cəmiyyətimizin əhatə edən hər sahəyə, Məhkəmələrin ədalətinə xələl və zərbə gətirməkdən başqa bir işlə məşğul olmayıb. Dövlətimizə özünü “əvəzedilməz” kimi sırayan bu adamın bu boyda vəzifə daşımış olduğunu düşünəndə adamın lap tükləri biz-biz olur.

 

Nə başınızı ağrıdım, elmdən başqa hər şeylə məşğul olan AMEA-nı özünün şıltaqlığının, təkəbbürünün, intriqalarının cılız oyuncağına çevirən Ramiz Mehdiyev öz şəxsi “bəyanatlarını” daha doğrusu hədələrini AMEA-nın mətbuat xidməti adından yayaraq Azərbaycan hakimiyyətinə, xalqına, müxalifətinə, siyasi elitasına meydan oxuyur. Növbəti dəfə də AMEA MX-ni öz şəxsi tribunası sayan Ramiz Mehdiyev “cib müxalifəti”, “avtobus müxalifəti” və sair kimi bənzətmələrdən istifadə edərək dolayısı da etiraf etdi ki, bəli, onun əlində “müxalifət” tamaşası göstərənlər olub, yoxsa Ramiz Mehdiyev haradan bilir, tanıyır “cib müxalifəti”ni. Deməli, bax ona görə də “çib müxalifəti” az qala 30 illik tamaşasında “Ramiz Mehdiyev” personajına heç vaxt toxunmayıb.

 

Dövləti müxalifət oyunbazlığında ittiham edən Ramiz Mehdiyev məhz həmin “müxalifət tamaşası” ilə özünün əvəzedilməzliyini qoruyurdu, kürsüsünə özünü lehim etmişdi. İndi cılızlığı ilə üz-üzə qalan Ramiz Mehdiyev, qarşı tərəflərin hər birini özünün düzəldiyi “cib müxalifəti” oyuncağı ilə vurmağa çalışır, kül üfürür. O ki, qaldı Ramiz Mehdiyevin AMEA alimlərinə qarşı atmacalarına-düşünürəm ki, onun adından əsərlər yazan, kitablar çap etdirən “alimlər” olmasaydı Ramiz Mehdiyev adında da heç alim olmazdı...

 

Marqlıdır, niyə Ramiz Mehdiyev müxalifət olur axı?, məncə bu sualın cavabını Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlamlarından almaq olar. Lukaşenkonun dediklərininin qənaəti budur ki, Rusiya Azərbaycana təsir imkanlarınından məhrum edilib. Deməli, Ramiz Mehdiyevin Rusiya tərəfindən müəyyən edilmiş missiya uğursuzluğa düçar olub, özü isə istifadəyə yaralı müddətini başa çatdırıb.

 

Buna görə də Ramiz Mehdiyev müxalifət olmağa məcbur qalır...

Urvatsızlıq insan üçün ən böyük cəzadır... Bu cəzanı isə Ramiz müəllim özü özünə təyin edib.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas