Tanınmış
hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ
Qazisi Vüqar Dadaşov ASDP-nin sədri Araz Əlizadənin ITV-də səsləndirdiyi fikrə
qarşı kəskin etirazını
bildirmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“ASDP-nin sədri Araz Əlizadənin ITV-də səsləndirdiyi fikir əsl
həqiqətdə onun çoxdan bəlli olan məqsədlərini və kimliyini bir daha təsdiq
etdi. A. Əlizadə bütün dünya tərəfindən qəbul edilmiş tarixi, etnoqrafı,
antropoloji, linqvistik elmi faktları təkzib edərək Azərbaycan xalqının milli
kimliyini suala altına almağa cəhd etmişdir. Bununla yanaşı A. Əlizadə Azərbaycan
dövlətinin dövlət maraqlarına qarşı çıxış edərək öz sahiblərinə “vəfalı”
qalmasını sübuta yetirməyə çalışmışdır. Onun bütün siyasi və ictimai fəaliyyəti
ancaq və ancaq Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına köklənib. Görünən
odur ki, A. Əlizadə Azərbaycanı özünün dediyi kimi mənsub olduğu erməni-fars-rus
qardaşlığının təsirinə bəlkə də tərkibinə qaytarmaqdır.
Siyasi baxımdan isə A.
Əlizadənin İTV-də səsləndirdiyi fikir bütövlükdə Azərbaycan Respublikasının
dövlət maraqlarına xəyanətdir və belə dağıdıcı, təxribatçı fikirlərin “söz azadlığı”, “özünü ifadə etmə”
kimi demokratik anlayışlara heç bir aidiyyəti yoxdur. ASDP sədrinin fikirləri
Azərbaycan Respublikasının müəyyən etdiyi strateji siyasi kursa qarşı çıxmaqla
Azərbaycan xalqını məqsəd və hədəfindən yayındırmaqdır. Torpağımızın 20%-ni işğal edən və hər an müstəqilliyimizin qəsdinə pusquda duran erməni-rus-fars birliyi
qarşısında yeganə ümid yerimiz olan can və qan qardaşlarımız türklərə qarşı A. Əlizadənin belə bir fikir səsləndirməyi
necə adlandırmaq olar, bu Azərbaycana xəyanət deyilsə bəs nədir?! A. Əlizadənin
Azərbaycana hər bir formada dəstək olan Pakistana qarşı təxribatçı fikir söyləyəcəyi
ehtimalı da yüksəkdir, bu adamın məqsədi Azərbaycanı beynəlxalq siyasi arenada
tənha qoymaq və onunla da Azərbaycanı müstəqilliyinə təhlükə yaratmaqdır.
Azərbaycan dövlət xüsusi orqanları tərəfindən A. Əlizadənin fəaliyyətini nəzarətə götürməli və onun antimilli fəaliyyətinə son qoyulmalıdır."
Комментариев нет:
Отправить комментарий