Поиск по этому сайту

вторник, 30 июля 2019 г.

Müharibə etməsək bir millət kimi yox olacağıq


Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov hərb xalqı kimi tarixi keçmişimizdən danışıb. Həmin çıxışı oxucularımıza təqdim edirik.
 "Əzəli Azərbaycan torpaqları indiki sərhədlərimizdən çox-çox geniş bir əraziyə malik olduğu çoxlarına bəlli faktdır. Şimalda sərhədlərimiz (Rusiya) Dərbənddən başlayaraq cənubda (İran) Həmədana qədər, şimal-qərbdə isə indiki Gürcüstanın Borçalı mahalına qədər geniş bir ərazini əhatə edirdi. İndiki Ermənistan dövləti bütövlükdə tarixi Azərbaycan torpaqlarında Rusiya imperiyasının uzaq və yaxın şərqdən xristianların, milliyyətcə erməni olanların köçürülməsi nəticəsində yaradılmışdı. Ümumilikdə tarixi əzəli Azərbaycan torpaqlarının sahəsi 410 min kvadrat kilometrdən çox olmuşdur.
12 oktyabr 1813-cü il tarixdə Rusiya Imperiyası ilə Qacarlar (İran) dövləti arasında bağlanan Gülüstan müqaviləsinə görə tarixi Azərbaycan torpaqları Rusiya və İran arasında bölünmüşdür. Bu müqavilənin şərtlərinə görə Şimali Azərbaycan xanlıqları İrəvan və Naxçıvan Xanlıqlarından başqa bütün xanlıqlar Lənkəran, Şirvan, Bakı, Gəncə, Qarabağ, Şəki Rusiya İmperiyasına verilib.
İkinci Rusiya-İran müharibəsi nəticəsində 10 fevral 1828-ci il tarixdə bağlanmış Türkmən çay müqaviləsinə əsasən Azərbaycanın Araz çayının şimalındakı bütün əraziləri Rusiyaya, cənubundakı ərazilər isə İrana verilərək aralarında bölürlər.
1918-ci il 28 mayda elan olunmuş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində şimalı azərbaycanlıların bütövlüklə yaşadıqları ərazilər 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində ermənilərə güzəşt edilərək əzəli Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldı. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin sahəsi 113,9 min kv. km ərazini əhatə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi 1920-ci il aprelin 28-de beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində pozularaq işğal olundu və müstəqilliyimiz itirildi.
Sovet İttifaqı dövründə isə əlavə olaraq ümumilikdə 27.9 min kv. km ərazilərimiz Rusiyaya, Ermənistana və Gürcüstana arasında bölüşdürülmüşdür.
XX əsrin axırında Azərbaycan yenidən müstəqilliyinə qovuşdu, ancaq biz Sovetlər ölkəsinə 113,9 min kv. km ərazi ilə daxil olduğumuz halda Sovetlər birliyini 86,6 min kv. km ərazi ilə tərk edərək müstəqillik əldə etdik. Hal-hazırda Azərbaycanın ərazisi 86,6 min kvadrat kilometrdir. Əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmən tanınan torpaqlarımızın 20 faizini işğal ediblər, 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut) və Qağlıq Qarabağı ətrafındakı 7 (yeddi) rayon yəni, Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2; Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2 sahəli ərazilərimiz işğal edilmişdi.
Ermənistanın buraxdığı xəritələrdə Dağlıq Qarabağı, ümumiyyətlə Kür çayının cənub hissəsindəki bütün ərazilərimiz qədim Ermənistan torpaqları kimi göstərirlər.
Ancaq və ancaq XX-ci əsrdə ermənilər etnik azərbaycanlılara qarşı dörd dəfə: 1905-1907-ci il soyqırımı, 1918-ci il mart soyqırımı, 1992-ci il fevralın 17-si Qaradağlı soyqırımı və 1992-ci il fevralın 26-si Xocalı soyqırımları törədiblər.
İndiki İran isə Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilmir və hər zaman indiki Azərbaycana, Şimalı Azərbaycan torpaqlarına iddialarından əl çəkmirlər. İşğalçı Ermənistanla müttəfiqlik etməklə Azərbaycan müstəqilliyinin itirilməsinə çalışırlar.
Nəzarətimiz altında olmayan bütün əzəli Azərbaycan torpaqlarında Azərbaycan xalına mənsub toponimlər dəyişdirilir, tarixi mənbələr məhv edilir və həmin ərazilər başqa xalqların adlarına saxtalaşdırılır.
Azərbaycan xalqı bir bayraq altında Eldənizlər, Qaraqoyunlu və Ağqoyunlular dövlətləri kimi dünya tarixində möhtəşəm iz buraxmışdır. Səfəvilər dövlətinin dövründə isə vahid Azərbaycan dövləti yaradılmış və bütöv Azərbaycan torpaqları birləşdirilmişdir.
Tariximizin şanlı səhifələri hərb elminə yüksək diqqət və özünü tanıma və bir xalq kimi fərqliliyimizin qoruyub saxlamaq istəyi dövründə yazılmışdır.
Sonrakı dövrlərdən başlayaraq biz bir xalq və dövlət kimi torpaqlarımızı itirə-itirə gəlirik, bəs buna səbəb nədir? Biz nəyi düz etmirik axı?
Bu sualın cavabı çoxdur, ancaq hesab edirəm ki, başlıca problem bizim milli özünü tanimada, təfəkkürümüzdə, vətənpərvərliyimizdə, unutqanlığımızda  nəhayət ki, milli ideologiyamızın olmamasındadır. İlk növbədə sadalanlar yetişən nəslin tərbiyəsində prioritet olmalıdır. Bütün bunların isə təbliği ilk növbədə ailələrdə, sonrada orta ixtisas məktəblərində lazımı qaydada effektiv şəkildə yetişən nəsilə aşınmalıdır. Məktəblərin bu məsələlərdə məsuliyyəti daha genişdir. Sovet dönəmində “İbtidai hərbi hazırlıq” adlandırılan dərslərin müstəqillik dövrümüzdə məktəblərdə keçirilən indi “Gənclərin çağırışa qədər ki hazırlığı” adlandırılan dərslərə laqeyd münasibət göz qabağındadır belə ki, dərslər axır saatlara salınmaqla əyani vəsaitlərin olmaması və heç bir xüsusi şəraitin yaradılmaması fonunda aparılması dediklərimin təsdiqidir. Eyni zamanda dərs vəsaitlərinin “kasıblığı” çoxlu sual doğurur. Orta məktəblərdə hərb hazırlığının ilk dərs saatlarında keçirilməsinin vacibliyi, hərb tariximizin öyrənilməsi, qəhrəmanlarimizin, sərkərdələri mizin təbliği, dərs vəsaitlərinin zənginliyi, dolğunluğu və məktəblərin maddi təminatı strateji istiqamət olmalıdır. Orta məktəbin hər bir şagirdi oğlanlar vətən əsgəri, qızlar isə tibb bacisi qismində cəmiyyətimizə hazırlanmalıdır.
Eyni zamanda milli fərqliliyimizin, ana dilimizin qorunub saxlanılması, tarixi ərazilərimizin bərpası, milli mənsubiyyətimiz, türkçülüyümüz, müstəqil dövlətçiliyimizin və milli ideologiyamızın əsası olmalıdır. Tariximizdən göründüyü kimi başımıza gələnlərin təkrarlanmaması üçün, torpaqlarımızın itirilməsinin qarşısını almaq üçün, xalqımızın qorunması üçün, dövlətçiliyimizin və müstəqilliyimizin daimi yaşamağı üçün hərb xalqına çevrilməyimiz tarixi zərurətdir"

SNN NEWS-Haber

вторник, 23 июля 2019 г.

Kimdir Azərbaycanda əsl ziyalı?!


Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov ziyalılarla bağlı maraqlı çıxış edib. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Artıq cəmiyyətimizdə “ziyalı”nın kim olduğu barədə yanlış təəssürat  yaranıb, daha doğrusu “ziyalı” oz mahiyyətindən kənar düşüb. Ziyalı kimdir? Bu təbəqəyə kimləri aid etmək olar? Əvvəla “ziyalı” nə təhsil səviyyəsi nədə ki, tutulmuş mövqe deyil. “Ziyalı” düşüncə tərzidir. İlk növbədə ziyalı tərəf müqabilinə hörmətlə yanaşan və onu dinləmək qabiliyyətli və nəticə çıxarmaq qabiliyyətli şəxsdir. Əsl ziyalı çox həssasdır, heç vaxt heç kəsi alçaltmaz, kobudluq etməz, paxıllıq etməz və heç kəsə özünə arzulamadığını arzulamaz.  Bütün pisliklər genetik quruluşuna zidd olan şəxslər ziyalıdır.

Ziyalı o şəxs deyil ki, klassik ədəbiyyatı bilsin, klassik rəssamlıqdan anlayışı olsun, muzeyləri gəzsin, klassik musiqi dinləsin, teatr və kinoya getsin. Bütün bu deyənlər əsas şərt deyil. Qeyd edilənlər ziyalıya xas olsa da, əsl ziyalı  bilikli və elmli, gözəl görüntülü və maneralı insan deyil. Ziyalı qəlbi geniş və qəlbən varlı ətraf dünyaya biganə qalmamaq, yeni bilikləri mənimsəmək və mədəni dəyərləri qavramaq və qorumaq bacarığıdır, mənəvi anlayışı yüksək   olan zəkalı şəxsdir. Ziyalı şəxsin borcu onu əhatə edən cəmiyyətə biganə olmamağı və insanlara xeyirxahlıq hissidir. Deməli ziyalılıq düşüncə tərzidir. Qeyd edilənlər dən kənar düşüncəyə malik, hər hansı bir mövqe tutan,  təhsilli,  titullar və medallara sahib adamlar ziyalı sayılmır.

Əsl ziyalı hər bir cəmiyyətin inkişafı, milli mənəvi dəyərlərin qorunması, dövlət və dövlətçiliyin saxlanılması üçün dayaq nöqtəsi və qoruyucu immunitetdir.  Ziyalı canlı bir orqanizm olan dövlətin və xalqın refleks xüsusiyyətidir, ziyalı xalqın və dövlətin mayakıdır.

Çox təəssüf ki,  doğma vətənimizdə ziyalılar bir təbəqə kimi yox olmaqdadır və özlərini xalqın ziyalısı kimi hiss edənlər xalqımızın milli, mənəvi dəyərlərinə, adət ənənələrinə və bizi bir millət edən identik quruluşumuzun tərkib hissəsi olan mentalitetimizə edilən təhdidlərə qarşı reaksiya vermirlər. Dövlət və dövlətçiliyimizə, suverenliyimizə, sosial rifahımıza təhlükə yaradan hallara münasibət bildirmirlər. Sovet dönənimdə belə, repressiyalara baxmadan Əhməd Cavad, Şıxəli Qurbanov, Hüseyn Cavid, Xudu Məmmədov, Mikayıl Müşfiq və adlarını saymadığım digər Azərbaycan oğulları əsl ziyalı kimi xalqın önündə idilər və bir mayak kimi xalqa istiqamət verirdilər. Müstəqilliyimiz dövrümüzdə isə tam əksinə olan proseslər baş verməkdədir. Milli, mənəvi dəyərlərimiz məhv edilir, ərazi bütövlüyümüz pozulub, dövlətə və xalqa xidmət yaltaqlıqla əvəz olunub. Budumu ziyalılıq?! Mənə məlum olan qədər deyə bilərəm ki, özlərini ziyalı sayan ara sıra cəmiyyətimizdə baş verən neqativ hallara münasibət bildirən demək olar yoxdur əgər ki, hörməli Rəşid Mahmudovu və çox az olsa da belə səsini eşitdiyimiz Çingiz Abdulayevdən və adını çəkmədiyim və bir əldə olan barmaq sayından artıq olmayan şəxslərdən başqa. Ara sıra Fazil Mustafa da Milli Məclisdə öz vəzifə borcunu yerinə yetirməyə çalışır. Bəs qalanları, həmin yox kimi görünən, susan “ziyalı”lar niyə ziyalı adına iki əlli yapışıblar?!

Həqiqətən etiraf etmək lazımdır ki, həm bir xalq olaraq həmdə bir dövlət olaraq Azərbaycan cəmiyyətinin əsl ziyalıya ehtiyacı var, Azərbaycan xalqı əsl ziyalı axtarışındadır, imamlar susuz səhrada su axtaran kimi. Allah xalqımızı və dövlətimizi qorusun”

SNN NEWS-Haber

воскресенье, 21 июля 2019 г.

Prezidentin fərmanı ilə bağlı hansı işlər görülməlidi





Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı ilə bağlı tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşovun fikirlərini oxucularımıza təqdim edirik.
 “Ümumiyyətlə Dövlət idarəetmə sistemi  qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətindən ibarətdir. Məhz məhkəmə hakimiyyəti ölkədə hər bir sahədə ədaləti aşkar edən, qoruyan əsas üç hakimiyyət  orqanlarından  ən əsasıdı və dövlətin onurğa sütunudur. Həqiqətən də məhkəmə sistemində  böyük problemlər var. Ədalətsizlik hakim olan cəmiyyətdə dövlətçilik sarsılır. Bu sahədə İslahatların aparılması vacibdir və bu islahatlar təxirə salınmaz vəziyyətdədir. Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı məhkəmə sistemindəki problemlərin həllinə imkan yaradıb.
 Məhkəmə sistemində islahatlar deyəndə, fikrimcə bu məsələyə kompleks şəkildə yanaşılmalıdır, hüquq  mühafizə orqanları ilə məhkəmə sistemində bərabər şəkildə islahatlar aparılmalıdır. İlk öncə qanunların icra edilməsində yaranan maneələr aradan qaldırılmalıdı. Bildiyimiz kimi, qanunların icra edilməsinə nəzarət edən nadzor orqan məhz prokurorluqdur. Etiraf etmək lazımdır ki, prokurorluq de-fakto qanunverici hakimiyyətə, icra edici hakimiyyətə və məhkəmə hakimiyyətinə səlahiyyətləri çərçivəsində müdaxilə edə bilmir. Hətta bəzi icra edici orqanlarda müstəqil şəkildə istintaq idarələri yaradılıb. Ədliyyə Nazirliyi tərkibində Gömrük Komitəsində, Vergilər Nazirliyində istintaq orqanları faktiki olaraq müstəqil fəaliyyət göstərir və faktiki olaraq Prokurorluq orqanlarının nəzarətində deyil. Bu hal təbii olaraq korrupsiyaya şərait yaradan amildir. Bunun üçün prokurorluq orqanlarının səlahiyyətləri genişləndirilməli, praktik  olaraq qanunverici, icra edici və məhkəmə hakimiyyəti üzərində nadzorluq səlahiyyətləri tam bərqərar olmalıdır. Prokurorluq ancaq nadzor funksiyası yerinə yetirilməlidir. Ən vacib şərtlərdən biridə budur ki, prokurorluqdan bəzi funksiyalar o cümlədən dövlət ittihamçısı funksiyası  və idarəsi ayrılmalı müstəqil fəaliyyəti təşkil olunmalıdır və ona  da digər orqanlara olduğu  kimi məhz prokurorluq nadzorluq etməlidir.
Vəkillik və hüquq müdafiəsi sahələrində dəyişikliklər aparılmalıdır, vəkillərin səlahiyətləri genişlənməlidir, məsələn vəkillərə ifadə almaq hüququ verilməlidi, eyni zamanda da nümayəndəlik institutu bərpa olunmalıdır, həmçinin  vəkillər kollegiyasının alternativi yaradılmalıdı, bu hüquqi şəxs kimi fəaliyyət göstərən təşkilatlar ola bilər. Qısası vəkillər kollegiyasının monopoliyasına son verilməlidi.

Ən əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin fəaliyyətini tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır İlk növbədə hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət qabiliyyəti mütəmadi yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb edilməsi bağlı araşdırmaya şikayətçi və şikayət olunan hakim bərabər cəlb olunmalı və onların iştirakı ilə araşdırma aparılmalıdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan  Respublikasının Qanunun  111-ci maddəsinə əsasən hakimlərə qarşı intizam icraatının başlanmasına səbəblərdən biri kimi  fiziki və hüquqi şəxslərin şikayətləri müəyyən edilmişdir. Lakin bu günə kimi belə bir praktika olmayıb. Hakimliyə təyinat isə məhz müəyyən effektiv hüquqi  təcrübədən sonra ən aşağısı 15 illik təcrübədən sonra təyinat olunmalıdır. Hakimlərin sosial şəraiti və maddi təminatı xeyli dərəcədə artırılmalıdı. Məhkəmə hüquq şurasının üzvlərinin sayı artırılmalı, onların səs vermə mexanizmi dəyişdirilməlidi  və Şuraya  ictimai nəzarət mexanizmi yaradılmalı və bu üzvlər bir dəfədən artıq  təkrar seçilməməlidirlər.   

Hesab edirəm ki,   Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanının icrası zamanı yuxarıda qeyd etdiyim məqamların nəzərə alınması məhkəmə sistemində əsaslı müsbət dəyişikliklərə səbəb ola bilər. Bu məqsədlə də yuxarıda qeyd olunan dəyişikliklər barədə layihələr hazırlayıb Milli Məclisə təqdim etmişəm. Ümid varam təkliflərimiz nəzərə alınacaq” 

SNN NEWS-Haber

среда, 17 июля 2019 г.

Yaxın qohumlar arasında nigah qadağan edilməlidir

 
Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Respublikamızda yaxın qohumlar arasında nigahın qadağan edilməsini təklif edir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
    "Azərbaycan Respublikası ərazisində nigahın pozulması dair ərizə ilə Məhkəmələrə müraciət edənlərinin sayinin kəskin artması və  əksər hallarda nigahın pozulmasına dair tələblərin  qadınlar tərəfindən verilməsi  cəmiyyətimizə məlum faktdır. Qadınlar tərəfindən nigahların pozulması tələbinin obyekiv səbəblərlə yanaşı həmdə subyekyiv səbəbləri vardır. Beləki, qadınlar Məhkəmələrə müraciət etmədən öncə “qələbənin” məhz onlara məxsus olduğunu və bunun şuuraltı təssəfürə çevrildiyindən qadınlar  həvəslə məhkəməyə müraciət edir və əksər hallarda isə Məhkəmə uşağın ana ilə qalmasını, atadan alimentin tutulmasını, birgə əmlakın bölünməsini  və yaşayış yerindən istifadə hüququnun tanınmasını təmin edən qərar qəbul edir. Arvad bu “qələbəni” qabaqcadan gördüyünə görə ailədə güzəştə getmir və nəticə etibarı ailənin dağılmasına, nigahın pozulmasina zəmin yaranır.
Baxmayaraq ki, Azərbaycan Respublikasının qanunverliyində ər və arvad bərabər hüquqlu olsalarda, ər və arvad arasındakı mübahisə praktik olaraq əksər Məhkəmə qərarları bir tərəfin yəni  arvadın maraqlarını qoruyan qərarlarla həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan Respublikaı Ailə Məclisinin 4-cü fəslinə (maddə 22)  dəyişiliyin edilməsi göstərilən problemin həllinə kömək edə bilər beləki,  nigah məhkəmə qaydasında pozularkən yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edərkən ər və arvadın psixoloji durumu, sosial statusu, şəxsi sağlamlığı, təhsili, gəlir mənbəyi, nigah pozulduqdan sonra yaşayış yeri və yaşayış şəraiti nəzərə alındıqdan sonra uşaqların kiminlə qaldığına qərar verilməlidir. Eyni zamanda hesab edirəm ki, Məhkəmələr yerli icra hakimiyyəti nəzdində fəaliyyətə olan qrumların (komisiyaların) ailənin bərpasının mümkünlüyü barədə sosialoji rəyi nəzərə almalıdırlar.  Göstərilən halların nəzərə alınması məhkəmə nəticələrinin qeyri müəyyənliyinə səbəb olacaq, bu isə vətəndaşların adi səbəblərdən məhkəmələrə müraciətlərinin sayının azalmasına, ümumilikdə isə nəticə etibarı ilə ailələrin dağılmasının qarşısını almaqla yanaşı,  uşaqların bütöv ailələrdə layiqli tərbiyyəsinə, maddi təminatına və nümunəvi ailə istitutunun formalaşmasına təkan vermiş olacaq. 
    Eyni zamanda qeyd etmək istəyirəm ki, göstərilən halların nəzərə alınması praktikasınin həm müsbət sosialoji həmdə psixaloji  efekti olacaq beləki, bu hallar ailələr qurularkən mükənməl ilkin ailə təməlinin qoyulmasına və qorunmasına səbəb olmaqla yanaşı, cəmiyyətimizdə gənclərin,  ailələrdə isə  ər və arvadın fərdi inkişaf stimulu yaradaşaq.
    Respublikamızda nigaha daxil olanların məcburi tibbi müayinəsi dövrümüzün tələblərinə uyğun qərar olmaqla yanaşı, həmdə milli genofondumuzun qorunması və gələcək mümkün xəstəliklərin qarşısının alınmasında ən vacib qərarlardan biridir. Eyni zamanda hesab edirəm ki, əmi uşaqları arasında nigahların bağlanması yol verilməzdir. Beləki yaxın qohumlar-əmi uşaqlarının genofondunun bir-birinə yaxın olması səbəbindən genetik konbinasıyanın mümkünsüzlüyü nətucəsində dünyaya gələn uşaqlarda müxtəlif fiziki həmdə əqli xəstəliklərin mümkünlüyü pratik olaraq öz təstiqini tapmışdır.  Yaxın qohumlar-əmi uşaqlarının arasındakı nigahların yolverilməzliyi  səhiyyə və tibb aləminin gündəlik çağrışlarındandır.
    Məhz ona görədə Azərbaycan Respublikası Ailə Məclisinin 12.0.1-ci maddəsinə əlavələr edilməlidir. Həmin Məcəllədə göstərildiyi kimi,
12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar)” Hesab edirəm ki, bu siyahıya  “əmi uşaqlar” yaxın qohumlar kimi əlavə edilməlidir. Bununlada əmi uşaqları arasında nigah bağlanmasına yol verilməməlidir.  Azərbaycan Respublikası Ailə Məclisinə qeyd edilmiş dəyişiliyin və əlavələrin edilməsi barədə  təkliflərim Azərbaycan Respublikası Milli Məclisinə ünvanlanmışdır"   

SNN NEWS-Haber


воскресенье, 14 июля 2019 г.

Ermənilər aprel döyüşlərində 547 hərbiçisinin məhv edilməsini etiraf etdi



Veteninfo.az informasiya agentliyilinin verdiyi xəbərə görə Ermənistanda yaradılmış istintaq komitəsinin sədri rəsmi məlumat verərək "Biz 2016-cı ilin aprelində 547 nəfər əsgər və zabit itirmişik.” deyərək nəhayətki  hədsiz itkilərini etiraf edib
Bunu 2016-cı ilin Aprel müharibəsini araşdıran istintaq komitəsinin sədri Andranik Koçaryan mətbuat konfransında bildirib. Vətəninfo.az xəbər verir ki, Andranik Koçaryan bu günə qədər itkilərin gizli saxlanılmasını belə izah edib.
“Hazırda komissiya Aprel müharibəsi üzrə istintaq komissiyası çərçivəsində çox ciddi addımlar atır. Komissiya əsasən hazırlıq mərhələsini keçmişdir. Biz ciddi araşdırma aparırıq. Etiraf edirik ki, aprel savaşında itkilərimiz olduqca çox olub. Bu savaşda 547 nəfər itirmişik. Bu günə qədər bu nəticə indi açılır. Bunu gizlin saxlanılması hakimiyyətin planının tərkib hissəsi olub. “, – deyə Koçaryan bildirib.

 SNN NEWS-Haber

Gənc şair Rəşad Mahmudun növbəti kitabı işıq üzü gördü


Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvü Rəşad Mahmudun sayca 3-cü olan yeni kitabı çapdan çıxıb və Qazax Ziyalılar Klubunun ilk tədbiri Rəşad Mahmudun şeirlər və poemalardan ibarət olan “Yaşayan həyat” kitabının təqdimatını keçirmək olub.
Kifayət qədər ziyalının, yazarın, mədəniyyət adamlarının toplandığı tədbiri giriş sözü ilə ziyalılar kulubunun idarə heyətinin üzvü Sərxan Carçı açıb və elə ilk sözü müəllif Rəşad Mahmuda verib. Müəllif şeir yazmağa başladığı gündən kitablarının ərsəyə gəlməsinə qədər arayış tipli çıxış edərək, kitablarının ərsəyə gəlməsində, təqdimatın gerçəkləşməsində əziyyətə keçən hər kəsə təşəkkürlərini bildirib.
Sonra klubun idarə heyyətinin digər üzvləri, bir neçə kitab müəllifi Tural İrfan və Vüqar Dadaşov çıxış ediblər. Çıxış edən idarə heyyətinin üzvləri kitabın vətənpərvərlik ruhunda olduğunu önə çəkərək, indiyə qədər də bu mövzuda kitablar yazdıqlarını, bundan sonra da yazılmağın vacibliyini qeyd ediblər.
Daha sonra təqdimatda iştirak edən xanımlar çıxış ediblər. Gənc aşıq, Aşıqlar Birliyinin üzvü Dərya Mərdanzadə şairin şeirlərindən birini oxuyub, bu cür tədbirlərin daha geniş müstəvidə keçirilməli olduğunun vacibliyini vurğulayıb.
Həmçinin kitabın ərsəyə gəlməsində müəllifə stimul olmuş istedadlı həkim Pərvanə Mikayılova müəllifin özü qədər sevindiyini deyib və daha böyük uğurlar arzulayıb.
Rəşad Mahmudun qızı Məryəm Mahmud atasının çox sevdiyi şeirlərindən birini oxuyub.
Tədbirin qonaqlarından Natiq Bədəlov, Elçin Orucov və digər şəxslər fikirlərini bölüşərək müəllifə uğurlar arzulayıblar.
Tədbir Qazax Ziyalılar Klubunun digər üzvlərindən Sərxan Carçının DTX arxivində işləyərək yazdığı “Bir kəndin repressiyası” adlı araşdırma əsərinin, həmçinin İstanbulda təqdimatı keçirilən, Türkiyə səfirinin diqqətini çəkib müəllifi görüşə çağıran, hətta R.T.Ərdogana hədiyyə edilən “Cümhuriyyət Xilaskarı-Əmanət Məzarlar” kitabının və Tural İrfanın Aprel şəhidinə həsr etdiyi “Eşqin şəhidi”, Bağanıs Ayrım soyqırımından bəhs edən “Kamikadze 1” sənədli romanlarının, və Vüqar Dadaşovun işıq üzü görəcək araşdırma əsərinin müzakirəsi ilə davam edib.
SNN NEWS-Haber


суббота, 13 июля 2019 г.

Tural İrfanın "Kamikadze 1" adlı romanı qan yaddaşımızı təzələyir


  Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov öz çıxışımda isdedadlı yazar-şair Tural İrfanın müəllifi olduğu "Kamikadze 1" kitabını   yüksək qiymətləndirib. Həmin çıxışı oxucularımıza təqdim edirik.

    "Azərbaycan Yazışılar, Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, isdedadlı yazar-şair Tural İrfanın 27.03.2019-cu il tarixdə Azərbaycan Yazıçılar Birliyində  "Kamikadze 1" adlı (sənədli, bədii roman) kitabının təqdimatı keçirilib.Təqdimat mərasimində şəxsən iştirak etdim və  müəllifin imzası ilə mənə təqdim etdiyi kitabı həvəslə oxudum. 
  Mübağiləsiz olaraq qeyd etmək istəyirəm ki, bu kitab ilk səhifəsindən məni bir Azərbaycan türkü kimi, eləcə də Qarabağ müharibəsi veteranı kimi çox təsirləndirdi. Əsərdə göstərilən hadisələr erməni məkirinin, yalanının, erməni vəhşiliyinin erməni faşizminin mahiyyətini açır və tanıdır. 
Erməni idologiyasının beşiyi erməni kilsəsinin erməni vəhşiliyinə verdiyi istiqamət və rəhbərlik hadisələrin planlı şəkildə aparılmasının sübutu kimi çox heyrətləndiricidir.
Bu sənədli romanda erməni vəhşiliyin və faşizminin sərhədsizliyi mənfur erməniyə belə ağır gəlir.  Əsərdə tarixi faktlar, rəsmi məlumatlar əsəri daha da təsirli edib. Bu kitab bizim qan yaddaşımızı təzələyir və bizi gələcək bəlalardan qorunmağa hazırlayır. 

   Əsərdə baş verən hadisələr  mənfur ermənilərin Qazax rayonun ərazisində  törətdiyi qanlı faciədən bəhs edir. Roman bədii dildə yazılmış olsada əslində sənədli və tarixi bir materialdır.
Eyni zamanda da mən bir hüquqşünas kimi hesab edirəm ki, bu əsərdə toplanmış materiallların gələcəkdə bir istinad və sübut bazası kimi istifadəsi mümkündür.
Yerinə düşmüşkən qeyd edim ki, bu əsər gənclərimizin milli və vətənpərvər  ruhda tərbiyələnməsində, tariximizin yaşanmasında eləcədə unutqanlığımıza  bir maneə kimi çox vacib və lazımlı vasitədir. 

  Son dövrlərdə milli və vətənpərvər ruhunda yazılan bədii əsərıərin azlığı hiss olunan dərəcədədir və düşünürəm ki, bu əsər azda olsa bu boşluğu doldurub.  İsdedalı yazar-şair Tural İrfana bu şərəfli yolunda uğurlar arzulayıram və ianıram ki, Tural İrfan öz isdedadını məhz həmişə olduğu kimi şanlı vətənimizin tarixinin, müstəqilliyimizin və bütövlüyümün bərqərar olmasına sərf edəcək. Qələmin iti olsun"

SNN NEWS-Haber

пятница, 12 июля 2019 г.

Türkiyə S400 ZRK-ni qəbul etdi

Türkiyə S400 ZRK-ni qəbul etdi

Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov Türkiyənin S400 ZRK-ni tədarük etməsinə münasibət bildirib. Həmin çıxışı oxucularımıza təqdim edirik.
 "Bu gün ABŞ-nın bütün təzyiqlərinə baxmadan Türkiyə Rusiya istehsalı olan S400 RZK-ni tədarük etdi. Əlbətdə Türkiyə Prezidenti R.T. Ərdoğan böyük siyasi risk etməklə Türkiyənin müstəqil dövlət olduğunu və qərarlarında  ancaq Türkiyənin maraqlarının təmin edilməsi baxımından vacib siyasi iradə  nümayiş etdirdi. Türkiyə NATO-nun üzvü olması ilə əlaqədar  hərb sənaye və döyüş standartları məhz alyansın  normalarına uyğunlaşdırılmışdı və bu uyğunlaşdırma Türkiyəni ABŞ və NATO-dan aslı vəziyyətə salmışdı. Türkiyənin bu addımı ilə Türkiyə öz milli müdafiəsi imkanlarını artırmaqla, müdafiə sisteminin alternativini yaradaraq həmdə siyasi və hərbi manevr imkanları əldə etdi.  Əslində Türkiyə ABŞ-nın təzyiq və təhdidlərini iqnor etməklə həmdə Türkiyənin beynəlxalq nüfuzunu artırmış oldu, Prezident Ərdoğan siyasi iradə göstərməklə türk yenilməzliyini bir daha nümayiş etdirdi.
   Əlavə olaraq qeyd edim ki,  Türkiyə Rusiya anlaşması həmdə eyni zamanda Azərbaycanın maraqlarına xidmət edir, əvvala Türkiyə-Rusiya barışığını təmin edən Azərbaycan öz siyasi dividendini əldə etdi. Türkiyə Azərbaycanın  hərbi müttəfiqi olduğundan Türkiyənin əldə etdiyi S400 ZRK  həndə Azərbaycanın müdafiəsinin təmin edən vasitə kimi qiymətləndirilməlidir.  Eləcədə Türkiyə Prezidenti R.T. Ərdoğan siyasi iradə göstərməklə bir daha sübut etdi ki, Türkiyə müstəqil və şanlı hərb tarixinə malik yenilməz bir xalq və dövlətdir, Ərdoğan özü isə çox sevilən və iradəli bir türk lideridir"

среда, 10 июля 2019 г.

İraq Kürdüstanı, İspaniya Kataloniyası... 2017-ci ilin buraxılmış şansı

İraq Kürdüstanı, İspaniya Kataloniyası... 2017-ci ilin buraxılmış şansı

2017-ci ildə beynəlxalq aləmdə konkret olaraq İraq Kürdüstanında İspaniya Kataloniyasında  baş vermiş ardıcıl geosiyasi və siyasi proseslərdən  Azərbaycan yararlana bilmədi. Niyə?
Qeyd etmək vacibdir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 22 sentyabr 2017-ci il tarixli qərarında İraq dövlətinin ərazi bütövlüyü dəstəkləndi və 25 sentyabrda İraq Kürdüstanının keçirəcək olduğu referendum regiona qeyri-sabitlik və gərginlik gətirəcəyi elan olunmuşdu.
25 sentyabr 2017-ci ildə İraq Kürdüstan muxtariyyətinin mərkəzi Bağdad hökumətin razılığı olmadan keçirdiyi müstəqillik referendumu demək olar ki, bütün dünya ölkələri tərəfindən dəstəklənmədi və qınandı.
Dünya aparıcı ölkələrinin hadisəyə kəskin mövqedən çıxış etmələri diqqəti cəlb etdi. Bütün Avropa ölkələri rəsmi qaydada İraq Kürdüstanındakı separatizmi pislədilər, İraq dövlətinin ərazi bütövlüyünü dəyişməz olduğunu elan etdilər. Hətta ABŞ və Rusiya  Ərbilin Bağdadın razılığı olmadan keçirdiyi müstəqillik referendumunun nəticələrini tanımadıqlarını  bəyan etdilər baxmayaraq ki, öncədən həm ABŞ həmdə Rusiya İraq kürdlərinə dəstək verirdilər. Regionun aparıcı dövlətləri Türkiyə və İran Masud Bərzaninin özbaşına mərkəzi İraq hökumətinin razılığı olmadan separatist xarakterli referendum aktını kəskin pisləyərək İraq Kürdüstanına hərbi müdaxilə edəcəklərini dilə gətirərək rəsmi Bağdad hökumətinə hər tərəfli yardımçı olacaqlarını da elan etdilər.
    İraq Kürdüstan muxtariyyətinin lideri  Masud Bərzani təkləndiyindən və Kürdüstanın İraq tərkibində muxtariyyətinin ləğvinin qarşısının almaq məqsədi ilə əvvəlcə “İşid”lə mübarizə zamanı əldə etdiyi etnik tərkibi turkamanlardan ibarət olan neftlə zəngin Kərkük əyalətindən çıxaraq mərkəzi İraq hökumətinə təhvil verdi. Sonradan təzyiqlərə tab gətirməyən  İraq Kürdüstan muxtariyyətinin lideri  Masud Bərzani istefaya getdi.
    İraq Kürdüstan muxtariyyətinin separatist addımları kürd xalqına ağır nəticələr verdi. Ən başlıcası o idi ki, İraq dövlətinin parçalanmasını arzulayan və planlaşdıran az sayda bəzi dövlətlərin  vədlərinə sahib durmaması  kürdlərin müstəqillik inamını sındırdı. Ikincisi muxtariyyətin nəzəratində olan digər əraziləri itirdilər və bu ərazilərlə birlikdə muxtariyyətin büdcəsinin 60% təşkil edən neft gəlirlərindən  məhrum oldular, muxtariyyətin beynəlxalq əlaqələri mərkəzi Bağdad hakimiyyəti tərəfindən nəzarətə götürüldü və yeganə çıxışı olan Türkiyə ilə əlaqələr daha da ağırlaşdı.  İraq Kürdüstan muxtariyyətinin separatist istəyi belə cəzalandırıldı.
2017-ci ildə dünyada baş vermiş hadisələrdən ən başlıcası İspaniyanın Kataloniya əyalətində separatist meylli regional hökumətin keçirdiyi müstəqillik referendumudur.  Qeyd edək ki, 01 oktyabr 2017-ci il tarixdə İspaniyanın Kataloniya əyalətində  mərkəzi Madrid hakimiyyətinin razılığı olmadan regional yerli hökumətin  müstəqillik referendumu keçirdi. 27-si oktyabrda isə Kataloniya regional parlamenti müstəqillik elan etdi. Mərkəzi Madrid hakimiyyəti Kataloniyada müstəqillik ideyasının aparıcı qüvvəsi Kataloniyanın regional rəhbəri Puçdemon vəzifəsindən azad edildi, regional parlament dağıdıldı və bir başa Madriddən idarəetmə tətbiq olundu.  Separatist liderlərə qarşı cinayət işi açıldı, çoxlu sayda vəzifəli şəxslər həbs edildi. Puçdemon başda olmaqla  və bir neçə separatist İspaniyadan qaçaraq Belçikaya sığındılar.
 İspaniya Kataloniyasının mərkəzi Madrid  hakimiyyətinin razılığı olmadan müstəqillik referendumu keçirməsi və müstəqilliyin elan etməsi ABŞ, Rusiya, Çin, Almaniya və sair ölkələr dünya ölkələri tərəfindən kəskin tənqid edildi, İspaniyanın ərazi bütövlüyü dəstəkləndi.  BMT-nin baş katibi Antonio Qutereş Kataloniya konfliktinin İspaniyanın daxili işi olduğunu bəyan etdi.
Kataloniya regional hakimiyyətinin separatçı istəyi separatşı meyilli liderlərin regional hakimiyyətdən uzaqlaşmasına və təmizlənməsinə, Madriddən birbaşa idarəetmənin tətbiqinə səbəb oldu.
İraq Kürdüstanında və İspaniya Kataloniyasında baş verən hadisələr dünya dövlətlərinin separatizmin nə qədər təhlükəli olmasını xatırladaraq, başqa dövlətlərin ərazi bütövlüyünü şübhə altına alan separatist qüvvələrə dəstək verən dövlətləri düşünməyə məcbur etdi. ABŞ-da, Rusiyada, Çində, Fransada, İspaniyada, İtaliyada ümumiyyətlə bütün dövlətlər separatizmin ancaq  keçmiş SSRİ ərazisində, şərqdə deyil bütün dünya və güclü dövlətlərin təhlükəsinə mənbə olduğu bir daha göstərdi. Bu durumda dünya dövlətləri separatizmin hər bir halda büruzə verməsinin qarşısını almağa israrlı olduğunu göstərdi.
  Bəs biz bu şəraitdən niyə yararlana bilmədik?!
Yadımıza salaq ki, keçmiş DQMV Azərbaycanın Respublikasının tərkib hissəsi olmaqla  SSRİ-nin dəstəyi və Ermənistanın  hərbi müdaxiləsi nəticəsində “müstəqillik referendumu”  keçirilmiş “müstəqilliyi” elan edilmiş Azərbaycan Respublikasının həm tarixi həmdə  siyasi ərazisidir. Hansı ki, dünyanın heç bir dövləti və beynəlxalq təşkilatı həmin “müstəqilliyi” tanımamışdır. Üstəlik Dağlıq Qarabağ ətrafı  7 (yeddi) rayonumuz erməni separatistləri və Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Bir milyondan artıq etnik azərbaycanlılar öz tarixi torpaqlarımızdan qovulmuş, Ermənistan ordusu və erməni separatçıları tərəfindən etnik azərbaycanlılara qarşı dünya dövlətlərinin tanıdığı soyqırımları törətmişlər. Erməni separatistləri və Ermənistan Respublikası dövlət qoşunları Azərbaycan Respublikasının beynəlxalq təşkilatların və dövlətlərin beynəlxalq səviyyədə tanıdıqları ərazilərimizin işğal faktı 25 ildir ki davam edir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə 822 (1993), 853 (1993), 874 (1993) və 884(1993) saylı Qətnamələri ermənilər tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundan və işğal edilmiş ətraf rayonlardan dərhal çıxarılması tələb olunsa da dünyanın ən ali beynəlxalq təşkilatın qətnamələri icra edilmir.
Beynəlxalq hüquq və beynəlxalq siyasi vəziyyət Azərbaycan dövlətinin lehinə olduğu halda niyə Azərbaycan öz ərazilərini hərb yolu ilə azad etmək istəmədi? 
Hesab edirəm ki, bu istəyin qarşısını alan Rusiyadır. Əvvəla qeyd edim ki, SSSR-nin birinci və sonuncu prezidenti  M.S. Qarbaçov Qarabağ məsələsində Rusiyanın gələcək siyasətini müəyyənləşdirdi və bu istiqamət Rusiya prezidenti  B.N. Yelçin tərəfindən daha da sərt və açıq şəkildə erməni separatizmini və Ermənistanı dəstəkləməklə ermənilərin Azərbaycan ərazisini işğalına başlıca amil oldu. Bir mənalı olaraq Qarabağ konfliktinin həlli bu gün Rusiyadan aşlıdır.
D. Tramp administrasiyasının  aşıqlaması  Qarabağ məsələsinin Rusiya təsir dairəsində olmasını bir daha təstiqlədi. Rusiya XİN S. Lavrovun “Qarabağ Azərbaycanın daxili problemi deyil” açıqlaması Qarabağ konfliktində  Rusiyanın gizli olmayan maraqlarını bir daha xatırlatdı.
  Ermənistan-Rusiya rəsmi hərbi əlaqələri 29.12. 1991-ci ildə “Dostluq, əməkdaşlıq və təhlükəsizlik” müqaviləsi ilə başlamışdır.
  Ermənistan və Rusiya arasında 21.10. 1994-cü ildə imzalanan müqaviləyə əsasən Rusiyaya Gümrü və İrəvanda olmaqla iki hərbi baza qurmuşdur.
   2010-cu ildə isə Rusiya-Ermənistan ikitərəfli müdafiə müqaviləsinin  Gümrüdə Rusiya hərbi bazasının icarə müddəti 2044-cü ilə qədər uzadılmışdır.
   Ermənistan Rusiyanın təklif və təşkil etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatına 15.05.1992-ci il  MDB üzv dövlətlərinin Daşkənddə imzaladığı müqavilə əsasında daxil olmuşdur.
   14.11.2016-cı ildə isə V.V. Putinin imzaladığı sərəncamla Rusiya-Ermənistan birgə qoşun birliyi yaratmışdır.

 Rusiya ilə Ermənistan arasında ikitərəfli hərbi müqavilə və KTM-nin şərtləri, Ermənistan dövlət sərhədinin Rusiya nəzarətində olması,  Qafqazda yeganə rus hərbi bazalarının Ermənistanda yerləşməsi və eyni zamanda Ermənistan iqtisadiyyatının tam şəkildə Rusiya nəzarətində olması de fakto Ermənistanın Rusiyanın əyalətinə çevirmişdir.  Qarabağ konflikti Rusiyanın Zaqafqaziyada  olmasını təmin edən və Zaqafqaziya dövlətlərinə əsasən də Azərbaycan və Ermənistana təsirinin  zəmanətidir. Odur ki, Qarabağ konfliktinin bu gün ki vəziyyətdə faktiki olaraq dondurulmuş halda saxlanılması ancaq və ancaq Rusiya maraqlarına xidmət edir.
Ancaq ki, beynəlxalq aləmdə situasiya dəyişkən olur, müttəfiqlər tərəflərə, tərəflər müttəfiqə çevrilir. Suriya məsələsi bu hala əyani sübutudur. Rusiyanın şərqi Ukrayna  və işğal etdiyi Krıma görə beynəlxalq sanksiyalara məruz qalması, Rusiyanın Suriya problemində əsl həqiqətdə NATO müttəfiqlərinin və koalisiyanın hədəfinə çevrilməsi, MDB və KTM dövlətləri arasında  fikir ayrılıqları, Ermənistanın Avropa ittifaqı ilə assosiasiya müqaviləsinin imzalaması, Ermənistanda faşist erməni cəlladlarının qəhrəman elan edilməsi, erməni faşizminin dövlət siyasətinin təbliği,  Ermənistanda rusofobiyanın və antirus meyllərinin pik həddə çatması Rusiyanın Ermənistanı cəzalandırmaq fikrinə salmışdı. Bu fonda Azərbaycanla Rusiya arasında həm dostuq hədə ticarət əlaqələrinin yüksək olması, eyni ilə beynəlxalq arenada Rusiyanın təklənməsini əngəlliyən Azərbaycan xarici siyasəti, çoxlu beynəlxalq məsələlərdə həmfikir olması və  bu günə kimidə Aİ-lə assosiasiya müqaviləsi imzalamayan Azərbaycanın Qarabağ məsələsində şanslarının yüksək olmasının sübutudur. Azərbaycanda rus dilinə və rusdilli əhaliyə və onların inanclarına  olan isti münasibət, ikinci dünya müharibəsinin tarixinin qorunması Azərbaycan-Rusiya əlaqələrinin pozulmasına qarşı amillərdəndir. Həmdə Azərbaycan enerji resurslarına malik iqtisadi və siyasi cəhətdən  dayanıqlı, Qafqazın ən böyük dövləti və güclü ordusuna  malikdir.   Azərbaycanın dünyanın ən güclü ordularından  birinə sahib olan Türkiyə ilə hərbi müqavilə imzalayan dövlətdir.
  Qeyd edilənləri Rusiya nəzərə alaraq Azərbaycan-Ermənistan Dağlıq Qarabağ konfliktində neytral vəziyyətdə olacaqdı, əgər Azərbaycan müharibə yolu ilə Qarabağı azad etmək uşun hərbi əməliyyatlara başlasaydı Rusiya heç bir halda Azərbaycan dövlət ərazisinə müdaxilə etməyəcəkdi. Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaması  Rusiyanın maraqlarına  qısa müddətli olsa da xidmət edəcəkdi, bununla Rusiya Ermənistanı cəzalandırmaqla Ermənistanın dövlət kimi mövcudluğunun qarantı olduğunu əyani sübut edəcəkdi.
Dünya dövlətləri Azərbaycanın Qarabağda başladığı hərbi əməliyyatlarına münasibəti İraq Kürdüstanı və İspaniya Kataloniyası fonunda susqunluqla müşahidə ediləcəkdi. Ermənistanı dəstəkləyən və Qarabağ və ətraf rayonların işğalında xüsusi xidməti ilə seçilən İran dövlətin Suriyada apardığı əməliyyatlar fonunda Tramp administrasiyasının İranı hər hansı bəhanə ilə cəzalandırmaq istəyi İranı Ermənistana yardım fikirlərindən yayındıracaqdı. Bununla da Azərbaycan Qarabağ məsələsində böyük irəliləyişə bəlkə də konfliktin tam həllinə nail olacaqdı. Odur ki, 2017-ci ilin bizə verdiyi tarixi şansı qiymətləndirə bilmədik!

Dadaşov  Vüqar Piri oğlu
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas 

понедельник, 8 июля 2019 г.

EV TİKİNTİSİ ÜÇÜN QANUN NƏ İCAZƏ NƏDƏ DÖVLƏT RÜSUMUNUN ÖDƏNİLMƏSİNİ TƏLƏB ETMİR!


  
EV  TİKİNTİSİ  ÜÇÜN  QANUN
 İCAZƏ  NƏDƏ DÖVLƏT RÜSUMUNUN
ÖDƏNİLMƏSİNİ TƏLƏB ETMİR! 

    Yerli icra hakimiyyətlərinin tikinti sahəsində nöqsanları və özbaşnalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana məlumdur. Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.
    Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyətinin qeyri qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, son zamanlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, Dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənsədə tikinti sahəsində icra hakimiyyəti orqanlarının hələdə özbaşnalığı davam etməkdədir.
     Bu sahədə çoxlu sualların olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, hal hazırda qüvvədə olan qanun tələblərininə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.  Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Təbii ki, “məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilmişdir.  Göstərilən tələblər daxilində yəni,
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80. maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:
               -     ərizə
               -     şəxsiyyət vəsiqəsinin surəti;
-       torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);
-       torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);
-        Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli)

icra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr  tərəfindən müəyyən pul müqabilində hazırlanır.  Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (lahiyəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər.Umimiyyətlə qanunda plan-çertyojun (lahiyyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin qoyulmasını məntiqə uyğundur. Əks halda infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.
     Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-сi ildən fəaliyət göstərən Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxetektura komitəsinin Apelliyasiya şurasına müraciət etməklə həll etmək mümkündür.
     Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.
     Konkret olaraq icra hahimiyətləri tikilinin sökülməsinə sərəncam verə bilməz.
Bu hüquq Məhkəmə Hakimiyyətnə məxsusdur.
     Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayımaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər. Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır. Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir. Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər. Əks halda tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar  alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir.  Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görəHeç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.
      Ümumiyətlə qeyd etmək istəyirəm ki, fiziki və ya hüquqi şəxsə məxsus ev və ya tkililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti orqanları tərəfindən sökülməsi qeyri qanunidir. Bu hal Azərbaycan respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə  Əmlakı qəsdən məhv etmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu  maddələrinə əsasən “Vəzifə səlahiyyətlərini aşma” və “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə görə məsuliyyətə cəlb olunurlar.
      Azərbaycan Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış ev tikmək üçün nə icazə nədə hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir.  Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir,  inzibati və cinayət məsuliyyəti yaraddır.
      Mövzu davam etdiriləcək.

      Dadaşov Vüqar Piri oğlu
  1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas.





Dini radikalizm islamla niyə əlaqələndirilir?


  Dini radikalizm islamla niyə əlaqələndirilir?

   Ümumiyyətlə “RADİKALİZM” bir termin kimi “kəskin mövqe və ya barışmaz mövqe” mənası verir. Radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən; başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyətinə deyilir. Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı, cəmiyyətə qarşı digər din nümayəndələrinə qarşı barışmaz mövqe göstərməklə, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən fəaliyyət növüdür. Radikalizm-ağlın, düşüncənin, şüurumuzun işğalıdır.

Bir mənalı olaraq Radikalizmin İslam dini ilə əlaqələndirmək olmaz. Radikalizm dünyanın əsas aparıcı dinlərində yəni xristianlıqda buddizmdə  islam tarixindən qat-qat əvvəl yaranmışdır. Dünyanın əsas aparıcı ənənəvi sayılan dinlərindən biri olan xristian dinin inkişaf tarixini qısa da olsa təhlil etsək görərik ki, xristianlıqda dövlət səviyyəsində hələ 316-cı ildən başlayaraq Roma imperiyasının imperatoru 1-ci Konstantin  donatizm (imperiya hakimiyyəti ilə kilsənin əlaqəsinə görə kilsə ayrılığı-kilsənin parçalanması) dini hərəkatın nümayəndələrini təqib etməklə mülkiyyətini alaraq xristian din nümayəndələrinə verilməsi  barədə qərar vermişdi.

  Sonra isə Roma imperiyasında 382-ci  ildən başlayaraq digər din nümayəndələrinə qarşı ölüm cəzasının tətbiqinə başlanılıb. Sasani dövlətinin indiki İraq ərazisində yaranmış manaxizm (zoraastrizm-buddizm-xristian dini inancının simbioz şəklinin təlimi) dini hərəkatına qarşı radikal mövqe sərgilənirdi. Hətta xristian yazıçı-Prisçiliana dini baxışlarına görə İmperator Maksim gözü qarşısında işgəncə ilə edam edilmişdi.
   XII əsrdən başlayaraq Katolik kilsəlilərin dini təqibləri gücləndi. Katolik Lateran kilsələrin 3 dekreti  ilə başqa din nümayəndələrinə əsasən də eretiklərərə (hər hansı bir dini təlimləri qəbul etməyənlər) qarşı inkvizisiya (dini məhkəmə) və cəza tədbirləri genişləndi. Inkvizisiyanı Alman imperatoru II-ci Fridrix, Fransız imperatoru VIII-Lüdovik dövlət səviyyəsində qəbul edərək, ocaqda yandırılma praktikası tətbiq olunmağa başlandı. İspaniyada isə inkvizisiya görünməz həddə çatdı, hətta insanlar bir-biri ilə bir başa ünsiyyətdən yayınmağa və İspaniyanı tərk etməyə başladılar. 1492-ci ildə mart ayının 31-də İspan Karolu Ferdinand qəbul etdiyi “Alham dekreti” adlı qanun əsasında 40 min yəhudi çıxarıldı.
  1493-cü ildə manax Tomas Torkvemada  bütün İspaniyanın baş inkvizitoru təyin edildikdən sonra ölkə ərazisində təşkil edilmiş dini məhkəmələr kütləvi şəkildə dəhşətli dərəcədə edamlar təşkil etməyə başlamışdılar. Təkcə katolik Torkvemada tətəfindən 2000-dən çox müsəlman və yəhudilər ocaqda diri-diri yandırılmışdır. Inkvizisiyanın məqsədi “Konversos” yəni İspaniyanı tam və təkcə katolik inanclı insanların vətəninə çevirmək idi.

  Pravoslav kilsəsi “Malakanlar” adlı dini hərəkatının nümayəndələrinin elə Rusiyadan Azərbaycana köçürülməsi dini radikalizmin təzahürüdür. Rus çarı 1-ci Nikahlayın fərmanı əsasında Malakanlar (malakanları “staroverçı” kimidə adlandırırlar) 1830-cu ildən Rusiya ərazisindən çıxarılmağa başlanılmışdır.

Buddizm radikalizmi barədə də geniş tarixi mənbələrin vardır. Qısa olaraq qeyd etmək lazımdır ki, İlk tarixi mənbələrə görə buddist missionerləri bütün dünyaya o cümlədən Asiyaya I əsrdə cənubi Hindistandan yayılmağa başlayıblar. Buddizmin geniş yayılmış ərazilərdə buddist məbədlərin manaxlarından təşkil edilmiş müasir dillə desək xüsusi biliklərə yiyələnmiş qrupun üzvləri fərdi qaydada digər din nümayəndələrinin aparıcı şəxslərin din xadimlərinin öldürülməsi ilə məşğul olublar. Belə hadisələr Hindistan, Çin (indi kimi hələ çin uyğurları başqa çin ərazilərində öz dini ayinlərini keçirə bilmirlər) ərazisində IV-VI əsrlərdə daha geniş yayılmışdı.
  Dövrümüzdə isə 2012-ci ildən daha da geniş və kəskin şəkildə Birmada indi Myanma adlanan ölkədə başda olmaqla müsəlmanlara qarşı-islama qarşı buddist manax Viratu tərəfindən Mandalay məbədində buddist manaxlarından təşkil edilmiş radikal, ekstremist və ölkənin ordusu və ordu rəhbərliyi tərəfindən bir başa dəstəklənən  “969”hərəkatı yaradılmışdı. (969-yəni Buddanın 9-xasiyəti və ya keyfiyyəti, 6 elmi istiqaməti, 9-sanqhi keyfiyyəti)
Məsələ bundadır ki, Cənubi Asiya müsəlmanları 786 rəqəmlərindən geniş istifadə etdiyindən (bu rəqəmlərin mənası-Bismillahi-r-Rəhmani-r-Rəhim) buddistlər bu rəqəmlərin cəmi 21 olduğundan buddistlər hesab edirlər ki,  guya Myanma (Birma) müsəlmanları XXI-əsrdə Birmanı tam müsəlmanlaşdırmaq yəni Birmanı islam dövlətinə çevirmək niyyətindədirlər. Buddistlər bu əsassız iddialara (islamlaşma təhlükəsi) bu kimi təbliğatı ilə 969 hərəkatı müsəlmanlara qarşı qəti, radikal və barışmaz mövqe tutulması dövlət səviyyəsində dəstəklənməsinə nail olmuşlar. Amerikanın 1857-ci ildən çıxan nüfuzlu “The Atlantik”  jurnalı hələ 2013-cü ildə 969-un hərəkatının faşist, millətçi, rasist  başlıcası isə aparteid ideologiyası üzərində qurulmasını bəyan etmişdi. Bir mənalı olaraq bu təşkilat hər bir vasitə ilə Myanmadan (Birmadan) İslamın silinməsinə yönəldilmiş terror təşkilatdır.
  Bu il avqust ayında buddistlər tərəfindən müsəlmanların soyqırımı radikalizmin kəskin forması olan terror buddistlərin məqsədə çatmaq vasitəsidir.
 Dünyanın əsas aparıcı ənənəvi dinlərinin xristianlı Xristianlıqda, buddizmdə radikalizmin tarixi islam radikalizmindən qat-qat öncə yaranmışdır və radikalizmi islam əlaqələndirilməsi antiislam təbliğatıdır və islamla heç bir elmi və mənəvi bağlılığı yoxdur.

Dadaşov Vüqar Piri oğlu
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas.