Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Respublikamızda yaxın qohumlar arasında nigahın qadağan edilməsini təklif edir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
"Azərbaycan Respublikası ərazisində nigahın pozulması dair ərizə ilə Məhkəmələrə
müraciət edənlərinin sayinin kəskin artması və
əksər hallarda nigahın pozulmasına dair tələblərin qadınlar tərəfindən verilməsi cəmiyyətimizə məlum faktdır. Qadınlar tərəfindən
nigahların pozulması tələbinin obyekiv səbəblərlə yanaşı həmdə
subyekyiv səbəbləri vardır. Beləki, qadınlar Məhkəmələrə
müraciət etmədən öncə “qələbənin” məhz onlara məxsus olduğunu və bunun şuuraltı
təssəfürə çevrildiyindən qadınlar həvəslə
məhkəməyə müraciət edir və əksər hallarda isə Məhkəmə uşağın ana ilə qalmasını,
atadan alimentin tutulmasını, birgə əmlakın bölünməsini və yaşayış yerindən istifadə hüququnun
tanınmasını təmin edən qərar qəbul edir. Arvad bu “qələbəni” qabaqcadan
gördüyünə görə ailədə güzəştə getmir və nəticə etibarı ailənin dağılmasına,
nigahın pozulmasina zəmin yaranır.
Baxmayaraq ki, Azərbaycan Respublikasının
qanunverliyində ər və arvad bərabər hüquqlu olsalarda, ər və arvad arasındakı
mübahisə praktik olaraq əksər Məhkəmə qərarları bir tərəfin yəni arvadın maraqlarını qoruyan qərarlarla həyata
keçirilir. Hesab edirəm ki, Azərbaycan Respublikaı Ailə Məclisinin 4-cü fəslinə
(maddə 22) dəyişiliyin edilməsi göstərilən
problemin həllinə kömək edə bilər beləki,
nigah məhkəmə qaydasında pozularkən yetkinlik yaşına çatmayan
uşaqlarının kiminlə qaldığını müəyyən edərkən ər və arvadın psixoloji durumu,
sosial statusu, şəxsi sağlamlığı, təhsili, gəlir mənbəyi, nigah pozulduqdan
sonra yaşayış yeri və yaşayış şəraiti nəzərə alındıqdan sonra uşaqların kiminlə
qaldığına qərar verilməlidir. Eyni zamanda hesab edirəm ki, Məhkəmələr yerli
icra hakimiyyəti nəzdində fəaliyyətə olan qrumların (komisiyaların) ailənin bərpasının
mümkünlüyü barədə sosialoji rəyi nəzərə almalıdırlar. Göstərilən halların nəzərə alınması məhkəmə nəticələrinin
qeyri müəyyənliyinə səbəb olacaq, bu isə vətəndaşların adi səbəblərdən məhkəmələrə
müraciətlərinin sayının azalmasına, ümumilikdə isə nəticə etibarı ilə ailələrin
dağılmasının qarşısını almaqla yanaşı,
uşaqların bütöv ailələrdə layiqli tərbiyyəsinə, maddi təminatına və
nümunəvi ailə istitutunun formalaşmasına təkan vermiş olacaq.
Eyni zamanda
qeyd etmək istəyirəm ki, göstərilən halların nəzərə alınması praktikasınin həm
müsbət sosialoji həmdə psixaloji efekti
olacaq beləki, bu hallar ailələr qurularkən mükənməl ilkin ailə təməlinin
qoyulmasına və qorunmasına səbəb olmaqla yanaşı, cəmiyyətimizdə
gənclərin, ailələrdə isə ər
və arvadın fərdi inkişaf stimulu yaradaşaq.
Respublikamızda
nigaha daxil olanların məcburi tibbi müayinəsi dövrümüzün tələblərinə uyğun qərar
olmaqla yanaşı, həmdə milli genofondumuzun qorunması və gələcək mümkün xəstəliklərin
qarşısının alınmasında ən vacib qərarlardan biridir. Eyni zamanda hesab edirəm
ki, əmi uşaqları arasında nigahların bağlanması yol verilməzdir. Beləki yaxın
qohumlar-əmi uşaqlarının genofondunun bir-birinə yaxın olması səbəbindən
genetik konbinasıyanın mümkünsüzlüyü nətucəsində dünyaya gələn uşaqlarda müxtəlif
fiziki həmdə əqli xəstəliklərin mümkünlüyü pratik olaraq öz təstiqini
tapmışdır. Yaxın qohumlar-əmi
uşaqlarının arasındakı nigahların yolverilməzliyi səhiyyə və tibb aləminin gündəlik
çağrışlarındandır.
Məhz
ona görədə Azərbaycan Respublikası Ailə Məclisinin 12.0.1-ci maddəsinə əlavələr
edilməlidir. Həmin Məcəllədə göstərildiyi kimi,
“12.0. Aşağıdakı şəxslər arasında nikahın
bağlanmasına yol verilmir:
12.0.1.
yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey
(ümumi ata və anası olan) qardaş və bacılar)” Hesab edirəm ki, bu siyahıya “əmi uşaqlar” yaxın qohumlar kimi əlavə edilməlidir.
Bununlada əmi
uşaqları arasında nigah bağlanmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ailə Məclisinə
qeyd edilmiş dəyişiliyin və əlavələrin edilməsi barədə təkliflərim Azərbaycan Respublikası Milli Məclisinə
ünvanlanmışdır"
SNN NEWS-Haber
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий