Поиск по этому сайту

вторник, 24 марта 2020 г.

Vüqar Dadaşov: Məhkəmə sistemində islahatlar davam etməlidir

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı işlər görülməkdədi. Məlum Fərmanın icrası ilə bağlı tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Qarabağ Qazisi Vüqar Dadaşov fikirlərini oxucularımıza təqdim edirik.

 “Ümumiyyətlə, Dövlət idarəetmə sistemi  qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətindən ibarətdir. Məhz məhkəmə hakimiyyəti ölkədə  ədaləti aşkar edən, qoruyan əsas üç hakimiyyət  orqanlarından  ən vacibidir  və dövlətin onurğa sütunudur. Həqiqətən də məhkəmə sistemində  böyük problemlər var. Ədalətsizlik hakim olan cəmiyyətdə dövlətçilik sarsılır. Bu sahədə İslahatların davam etdirilməsi vacibdir və bu islahatlar təxirə salınmaz halda həyata keçirilməlidi. Ölkə Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı məhkəmə sistemindəki problemlərin həllinə imkan yaradıb. Cənab Prezidentin sözü gedən Fərmanının imzalamasından artıq 1 ilə yaxın vaxt keçir və həmin fərmanla bağlı vacib işlər görülüb.

Məhkəmə-hüquq sistemində ilk struktur yenilənmə məhz kommersiya məhkəmə sisteminin yaranması oldu. Əvvəlki çıxış və müsahibələrimdə bildirmişdim ki,  hüquqi şəxslərin münasibətlərinin həlli üçün bu tip ixtisaslaşmış məhkəmələrə ehtiyac var idi ancaq, fikrimcə ayrıca Məhkəmə sisteminin yaradılmasına ehtiyac yox idi. Hesab edirəm ki, kommersiya mübahisələrinin həlli üçün müvafiq inzibati-iqtisadi məhkəmələrin nəzdində  ixtisaslaşdırılmış bölmə və ya şöbənin yaradılması kifayət edərdi. Əvvəla, ayrıca kommersiya məhkəmələrinin yaradılması, saxlanması, təminatı  dövlət büdcəsinə yükdür, effekti isə ümumi məhkəmə sistemindən yuxarı ola bilməz çünki, məsələnin həllinə  ancaq kompleks yanaşma şəklində nail olmaq olar.   

Məhkəmə sistemində islahatlar deyəndə, fikrimcə bu məsələyə geniş yanaşılmalıdır yəni, prokurorluq sistemində, hüquq  mühafizə orqanlarında, məhkəmə sistemində, vəkillik- hüquq müdafiəsi sahəsində  və məhkəmə sistemində eləcədə hakimlərin fəaliyyət sistemi ilə paralel şəkildə islahatlar aparılmalıdır. Vətəndaşların məhkəmə orqanlarına müraciətləri asanlaşdırılmalıdı. Məhkəmə qərarlarının icrasının tam təmini üçün icra orqanlarının səlahiyyətləri genişləndirilməlidir.

Bildiyimiz kimi, qanunların icra edilməsinə nəzarət edən nadzor orqan məhz prokurorluqdur. Etiraf etmək lazımdır ki, prokurorluq de-fakto qanunverici hakimiyyətə, icra edici hakimiyyətə və məhkəmə hakimiyyətinə səlahiyyətləri çərçivəsində müdaxilə edə bilmir. Hətta bəzi icra edici orqanlarda müstəqil şəkildə istintaq idarələri yaradılıb. Ədliyyə Nazirliyi tərkibində Gömrük Komitəsində, Vergilər Nazirliyində istintaq orqanları faktiki olaraq müstəqil fəaliyyət göstərir və faktiki olaraq Prokurorluq orqanlarının nəzarətində deyil. Bu hal təbii  korrupsiyaya şərait yaradan amillərdən olmaqla , eləcədə pərakəndəlik, vahid idarəçilik  olmadığından nəzarətsizliyə (nadzor) səbəb ola bilir. Təkrarçı və demək olar ki, müstəqil fəaliyyət göstərən müxtəlif istintaq idarələrin  dövlət büdcəsinə yükdür həmdə, artıq məmur ordusudur. Bunun həli üçün prokurorluq orqanlarının səlahiyyətləri genişləndirilməli, praktik  olaraq qanunverici, icra edici və məhkəmə hakimiyyəti üzərində nadzorluq səlahiyyətləri faktiki tam bərqərar olmalıdır. Prokurorluq ancaq nadzor funksiyası yerinə yetirilməlidir. Ən vacib şərtlərdən biridə budur ki, prokurorluqdan bəzi funksiyalar, o cümlədən, dövlət ittihamçısı funksiyası  və idarəsi ayrılmalı müstəqil fəaliyyəti təşkil olunmalıdır və ona  da digər orqanlara olduğu  kimi məhz prokurorluq nadzorluq etməlidir.

Vəkillik və hüquq müdafiəsi sahələrində dəyişikliklər aparılmalıdır, vəkillərin səlahiyyətləri  genişlənməlidir  məsələn, vəkillərə ifadə almaq hüququ verilməlidi, eyni zamanda da nümayəndəlik institutu bərpa olunmalıdır, həmçinin  vəkillər kollegiyasının alternativi yaradılmalıdı, bu hüquqi şəxs kimi və ya digər formada fəaliyyət göstərən təşkilatlar ola bilər. Qısası, vəkillər kollegiyasının monopoliyasına son verilməlidi.

Ən əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin fəaliyyətini tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır İlk növbədə hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət qabiliyyəti mütəmadi yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb edilməsi bağlı araşdırmaya şikayətçi və şikayət olunan hakim bərabər cəlb olunmalı və onların iştirakı ilə araşdırma aparılmalıdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan  Respublikasının Qanunun  111-ci maddəsinə əsasən hakimlərə qarşı intizam icraatının başlanmasına səbəblərdən biri kimi  fiziki və hüquqi şəxslərin şikayətləri müəyyən edilmişdir. Lakin bu günə kimi belə bir praktika olmayıb. Hakimliyə təyinat isə məhz müəyyən effektiv hüquqi  təcrübədən sonra ən aşağısı 15 illik təcrübədən sonra təyinat olunmalıdır. Hakimlərin sosial şəraiti və maddi təminatı xeyli dərəcədə artırılmalıdı. Məhkəmə hüquq şurasının üzvlərinin sayı artırılmalı, onların səs vermə mexanizmi dəyişdirilməlidi  və Şuraya  ictimai nəzarət mexanizmi yaradılmalı və bu üzvlər bir dəfədən artıq  təkrar seçilməməlidirlər.   

Vətəndaşların məhkəmələrə müraciətlərinin asanlaşdırılmasına gəldikdə isə, qısa şəkildə qeyd edim ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələri Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə dolayısı da olsa məhdudiyyət yaradır. Məlumdur ki, heç bir qanun norması ölkənin əsas qanuna yəni Konstitusiyasına ziddiyyətli ola bilməz. Bu halda vəkilin orderinin olması və şikayətin vəkil tərəfindən tərtib edilməsi tələbi vətəndaşın məhkəməyə müraciət etmək hüququna məhdudiyyət yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələrində dəyişilik edilməli “vəkilin orderi və” sözləri çıxarılmalıdır. Bununla da vətəndaşların konstitusion hüquqlarından heç bir məhdudiyyət olmadan istifadəsi bərpa olunmalıdı.
Məlum olduğu kimi qanuni qüvvəsini almış məhkəmə qərarlarının icra edilməsi sahəsində müəyyən dəyişiliklərə ehtiyac var. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövlətinin  məqsədi Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyümuzun qorunması kimi ülvi niyyət və məqsədlərlə yanaşı və eləcə də
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edir,
-Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Azərbaycan Respublikası Konstitusiyası,  Maddə 16), yəni Azərbaycan Respublikasının  Konstitusiyasına görə Azərbaycan Respublikası sosial dövlət kimi müəyyən edilmişdir. 
   Dövlətimizin sosial siyasəti xəstə və qayğıya ehtiyacı olanlara, əhalinin yaşlı təbəqəsinə pensiya və sosial müavinətlər təyin etməklə onların layiqli həyat səviyyəsini təmin etməkdir. Bu baxımdan ilk öncə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.2-ci və 65.4-cü maddələrinə dəyişikliklərin edilməsi  barədə layihə ünvanlanmış və həmin layihəyə əsasən 43.1.2-ci maddədə “tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi” kimi göstərilən məcburi icra tədbirinin pensiyaya, təqaüdə aid edilməməsi təklif olunur. Eyni zamanda da 65.4-cü maddəyə də analoji dəyişikliyin edilməsi təklif olunur.  Bu qanunun qəbul edilməsi sosial ədalətin qorunması, borcu yarada biləcək təşkilatların pensiyaçılara, təqaüdçülərə, az təminatlı ailələrə qarşı məsuliyyətli yanaşmasına  səbəb olacaq. Eyni zamanda da borclular yeganə yaşayış yerindən məhrum edilməməsinə son verilməlidi.
Qeyd edilənlərlə yanaşı icra orqanlarına  axtarış, şəxsi yoxlama kimi səlahiyyətlər verilməlidi. İcra orqanları, İcra ilə bağlı ərazi üzrə sahə müvəkkilinin iştirakı olmadan vəzifə borclarını yerinə yetirmək imkanlarına malik olmalıdırlar.

Hesab edirəm ki,  Məhkəmə sisteminə inamın artırılması üçün, ədalətin hakim olması üçün, Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanının icrası zamanı yuxarıda qeyd etdiyim məqamların nəzərə alınması və məsləyə kompleks yanaşma nəticəsində məhkəmə sistemində əsaslı müsbət dəyişikliklərə nail olmaq olar. Bu məqsədlə Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair, Məhkəmələr və hakimlər haqqında, Məhkəmə hüquq şurası, Vəkillik fəaliyyəti, Icra haqqında və sair qanun və hüquqi normativlərə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflər (layihələr) tərəfindən keçən il, yəni 2019-cu ildə V-ci çağırış Milli Məclisə təqdim edilib. Ümid varam ki, 09.02.2020-cil tarixə keçirilmiş Milli Məclisə növbədənkənar seçki nəticəsində yenilənmiş parlamentdə təkliflərimiz nəzərə alınacaq”

 SNN NEWS-Haber 

воскресенье, 22 марта 2020 г.

Həmyerlimiz İlqar Dadaşov nüfuzlu yarışda qızıl medal qazandı



13 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyası Yekaterinburq şəhərində  “Ordu əlbəyaxa döyüş” növü üzrə gənclər arasında keçirilən yarışda, 70 kq çəki kateqoriyasında həmyerlimiz İlqar Vüqar oğlu Dadaşov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşdür. Qeyd edək ki, bu yarış Rusiya rəsmi dövlət orqanlarının və nüfuzlu xüsusi  hərbi  “ALFA”, “VIMPEL”, VİTYAZ” kimi təşkilatların patronajı altında keçən yarışdır və qaliblər həmin təşkilatlarda xidmətə alınırlar.
Dadaşov İlqar 06.07.2001-ci tarixdə Yekaterinburqda anadan olmuşdur, Rusiya vətəndaşıdır,  hal-hazırda VSAKK-nin 1-ci kurs tələbəsidir.
Uğurların bol olsun vətən sevdalı gənc.


SNN NEWS-Haber



суббота, 21 марта 2020 г.

TAPDIQ ƏLİBƏYLİNİN İRFAN POETİKASI

Çağdaş Azərbaycan ədəbiyyatında öz dəst-xətti, orijinal yazı manerası ilə seçilən yazarlar sırasında Tapdıq Əlibəylinin xüsusi yeri və çəkisi vardır.
T.Əlibəyli şeirlərinin başlıca məziyyətləri hansılardır?
 Dilimizin poetik imkanlarından səmərəli istifadə, poetik detalların yerli-yerində işlənməsi və ən başlıcası isə bunların hamısının bütövlükdə xalqımızın etnoqrafiyası ilə vəhdətdə təsviri.
Müasir həyatımızdakı hər hansı adiliyin böyük poetik vüsətlə tərənnümü, ilk baxışda insanlara adi görünə bilən hadisə və faktların ictimai fonda verilməsi, ona milli münasibət Tapdığın şeiriyyət çələnginə xas olan cəhətlərdəndir.
Təbii ki, Tapdıq Əlibəylinin yaradıcılığı haqqındakı bu qeydlərim onun poetik dünyasını səciyyələndirən yalnız qısa bir xülasədir və bütövlükdə şairin yaradıcılıq uğurlarını əhatə edə bilməz...
Yeri gəlmişkən, özü haqqında deyim ki, Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açmış, ali filoloji təhsil almış, iyirmiyə yaxın kitab, bir disk müəllifidir, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Heyrət” Ədəbi Birliyinin qurucusu və rəhbəri, “Konstitusiya” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” mükafatı laureatıdır.
Ədəbi yaradıcılıq kontekstində T. Əlibəylinin poetik təlqinləri çeşidli olmaqla bərabər mütəhərrikdir. Poetik təfəkkürü insanın özünüdərki çözən mətləblərlə bağlı qavrayışlardan keçir və bu qavrayışlar milli təfəkkür qaynaqlarına dayaqlanır.
 T.Əlibəylinin yaradıclığında seçilən bir xətt keçir ki, bu müstəvidəki şeirlərə irfan işartıları, irfani düşüncə hakimdir. İrfan daşıyıcısı olan belə örnəklər klassik poeziyamızın dərin qatları ilə səsləşir və mənəvi bağlarla Şəms Təbrizi (1185-1248), Mövlana Cəlaləddin Rumi (1207-1273), Yunis Əmrə (1238-1320), Məhəmməd Füzuli (1494-1556), Qaracaoğlan (1606 – 1674),  Mir Həmzə Seyid Nigari (1795-1866), habelə, digərlərindən üzü bəri axıb gələn ilahi bir xətlə qovuşur.
Ərəb sözü olan “irfan” təsəvvüfdə “Allahı dərk etmə” deməkdir. İrfan idrakdır, mərifət elmidir, haqqa tapınıb da nurlanmaqdır. Kamil sufi mütəfəkkirlərinə – İmam Qəzaliyə, İbn Ərəbiyə, Şeyx Mahmud Şəbüstəriyə, Mövlanə Cəlaləddin Rumiyə və s. görə həqiqi sufi ilə Allah arasında heç bir məsafə yoxdur.
Görkəmli ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayev təsəvvüf haqqında yazırdı: “Təsəvvüf-həm din, həm də fəlsəfədir, yaxud, ayrılıqda nə din, nə də fəlsəfədir. Dindən fərqi: insanı və təbiəti o, xaliqin yaratdığı, yoxdan var etdiyi xilqət hesab eləmir, xaliqin özü, onun zərrələri, görüntüləri hesab edir. Dindar- ibadətlə, sufi-eşqlə, kamala yetməklə haqqa yetmək yolunu tutur”.

Iki yolun ayrıcına çatmışam,
Biri işıq, biri zülmət-getməli...
Ay doğacaq günəş kimi batmışam,
Şəfəqlənib dan yerində bitməli.

Tapdıq Əlibəylinin təsəvvüf kontekstindən yanaşdığımız şeirləri asketizm ruhundan tamamilə uzaq olmaqla, sufizmin irfanilik məqamını özündə əks etdirir. Bu inanc dini ehkamlara kor-koranə, bəsit imandan fərqlidir.

Anlamazlar mühitində
Haqq sevərlər dərviş oldu.
Inamsızın xislətində
İmansızlıq vərdiş oldu.

 Mən nə sufi, nə dərvişəm,
 Hər ikisin haqq bilmişəm.
 Soraqdayam,yol üstəyəm...
 Haqq qatında bitib rişəm.

Rişəsi haqq qatında bitən şair hansı yol üstədir? Kimin və nəyin sorağındadır?
Bu suallara cavab tapmaq üçün elə Tapdıq Əlibəylinin özünə- irfan poeziyasına bələd olmaq gərəkdir. Bu istəklə də “yola” çıxaq, hansı ki... İnsan, Allahın bir zərrəsidir, o zərrə isə “tamın tamahında”...

Zərrə tamın tamahında,
Bütövləşər dərgahında.
Tapdıq haqqın günahında
Verməz sənə baş, ay dünya!

Tapdıq Əlibəyli haqqın dərgahına ruhi paklanma, saflaşmaqla can atdığını “günahlı” dünyaya bəyan edir, o dünyaya ki, dərviş (sufi) onu duya-duya tərki-dünyadır... Şair insanları dünyanın “əzablarına” (o əzablar ki, dünya malı yığmaqdan keçir) aldanmamağa çağırır. ”Nə vaxt bitər yuxularım? ”ritorik sualı poetik məntiqin dərin qatlarına sirayət edir.

Dərviş eşqi tərki- dünya,
Bu dünyanı duya-duya.
Dünya özü yarım röya...
Nə vaxt bitər yuxularım?

Dünya satır əzabları,
Aldanmasın alan barı!
Yuxu sandım bu bazarı .
Nə vaxt bitər yuxularım?

Yuxuların kölgəsiyəm,
Ayılanda gedəsiyəm.
Bircə onda biləsiyəm,
Nə vaxt bitər yuxularım?

Böyük Füzuli mükalimə tərzində yazmış olduğu “Rindü Zahid” əsərində Rindin diliylə gözəlliyə ilahi məna verir: “ Gözəllik Allah simasının aynasıdır, Allahın nurunun məzhəridir, Allah axtaranların məqsədə çatmaları üçün yol gös¬tərəndir”.
Mövlana Cəlaləddin Rumiyə görə: Allah gözəldir, o səbəbdən gözəlliyi və gözəli sevir. Bəbəklərimizdən bir dünya gözəlinə boylanan biz deyilik, Tanrının özüdür...
O gözəllik ki, Tapdıq Əlibəylinin qəlbini riqqətə, varlığını ehtizaza gətirib, bütün aləmi bürümüş gözəllikdir, əbədi feyzin mənşəyidir.

Gözümə, könlümə köçən gözəllik,-
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol-əbədilik...
Baharla payızın gözəlliyi tək.

Yarpaq gözəlliyi-baharın hökmü,
Xəzan gözəlliyi-yarpaq tökümü,
Gəlimin gedimi-ilkə dönümü...
Baharla payızın gözəlliyi tək.

Sual doğur: Tanrıdan boy alan əzəli gözəllik, ” gəlimin gedimi-ilkə dönümü” niyə məhz baharla payızın gözəlliyinə bənzədilir? Fikrin müstəqimliyindən məcaziliyinə keçid edək. Birinci bəndin birinci beytində “görüntülənən” gözəllik gözdən könülə köçən olduğuna görə zahiridir. Yəni Tanrının aləmə bəxş elədiyi gözlə gördüyümüz bütün gözəlliklər. Birinci bəndin üçüncü misrası isə ruhi məqamla bağlanır və “görüntülənən” lə vəhdətdədir.
 Ikinci bənddə iki fəsil (yarpaq - xəzan) eyniləşdirilir . Bu məntiqə söykənib şeirin ehtiva etdiyi irfani mənanı anlamaq olar: Baharda təbiət canlanır, tumurcuqlar yarpaqlanır ... ağaclar çiçəkləyir. Payız isə bar fəslidir, yəni payız nəticədir... Deməli, insanın dünyaya gəlişi –bahar, axirətə dönüşü-payız... Bax, bu müqayisədən qaynaqlanır şairin “baharla payızın gözəlliyi tək” irfan qənaəti.
Bu gözəllikləri görməyənlərin “soyuq baxışlarından üşüyən” şair“ qəriblik çəkəcək ruhumuz hələ”,- deyir.

Soyuq baxışlardan yaman üşüdüm,
Bəlkə, ötəridir deyib, düşündüm.
İllər sükutunda çilik ümidim...
Qəriblik çəkəcək ruhumuz hələ.

İşaran misralar –şölə üzümə,
Qələm də qızınır ürək közümə .
Yorğunluq kölgəsi, çökmə sözümə,
Qəriblik çəkəcək ruhumuz hələ.

Kövsər bulağıdır əbədi çeşmə,
Qərib dünyamızda ruhumuz təşnə...
Hazır deyiliksə haqq görüşünə,
Qəriblik çəkəcək ruhumuz hələ.

Poetik təfəkkürün irfan qatlarından süzülüb gələn “Qəriblik çəkəcək ruhumuz hələ” şeirində T. Əlibəylinin dəruni sənətkar həssaslığı duyulmaqda və dəruni ağrıları özünü göstərməkdədir.

Dünya gözlərimdə əriyir şam-şam,
Ovqatım həsrətlə sislənən ümman.
Bu qərib ümmanda yoxmu bir güman?
Yanğını sevirəm yandığım zaman.

 Ney harayın, səsin ruhdan alıbdı,
İlahi yanğıyla cilalanıbdı.
Bu necə kədərdir, yuxu tək baldı?
Yanğını sevirəm, yandığım zaman.

Şair bu “qərib ümmanda” gümansızdırmı? Ona ney harayının yanğısını sevdirən nədir ? Onun nisgilini, kədərini  “yuxu tək bal” edən kimdir?..
“Yanğını sevirəm yandığım zaman” şerindən doğan bu yönlü sorğularara cavab aramaq üçün gərəkdir ki, irfan yolçularına üz tutaq.
İrfan yolundakı ən böyük ariflərdən olan Mövlana Cəlaləddin Rumi “Məsnəvi” adlı əsərinə neyin hekayəsi ilə başlayır. Belə hesab olunur ki, neylə insanın hekayəti arasında bir bənzərlik vardır. Allah insanı xəlq etdikdən sonra ona öz ruhundan üfürmüş və həyat vermişdir. Əzəli qamışlıqdan qoparılmış quru qamış olan neyə də neyzən öz ruhundan üfürərək həyat verir. Ney qamışdan ayrı qaldığı üçün inləməkdədir. İnsan da haqdan ayrı düşdüyü üçün iztirab çəkir, qərib olduğu dünyadan qurtuluş yolları axtarır.
İlahi eşq və gözəlliyi daim önə çəkən mütəfəkkir şair, haqq eşqi ilə yanan könüllərin sultanı Məhəmməd Füzuli neyə bənzərliyini belə dilə gətirir:

Ney kimi hər dəm ki, bəzmi –vəslini yad eylərəm.
Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm.

Tapdıq Əlibəyliyə görə, nisgilli əndişələrdən xilas olmaq üçün nicat yolu Ulu Yaradanın dərgahına sığınmaqdır. Bu qənaət onuni rfan poeziyasıdakı təlqinlərinin özülündə dayanır.

Dünyayla qaldım üz-üzə,
Sığındım təsəllim sözə.
Iblisə yol yoldaşıyıq,
Çirkab, şərə dözə-dözə...

Haqqın yolları dumandı,
Ötüb keçəsi gümandı.
Tanrı nuruna can atan
Adəmlə yaşıd inamdı...

Ilahi vəhylərdən ibarət, ilahi hikmətlər daşıyıcısı olan Qurani-Kərim əsrlər boyu ədəbiyyat xəzinəsi üçün tükənməz qaynaq olmuşdur. Klassik fikir daşıyıcılarımızın, ünlü qələm sahiblərimizin əksəriyyəti bu müqəddəs, qutsal kitaba dönə -dönə üz tutmuş, ondan islami təfəkkürlə bağlı yaradıcılıq psixologiyasının çeşidli çalarlarını əxz etmişlər.
Tapdıq Əlibəylinin, Quran ayələrinə, Quran qissələrinə istinadən yazdığı şeirlər bütöv bir sistem olmaqla diqqət çəkir. Şübhəsiz ki, bu cəhət ilkin olaraq onun Quran bilgisiylə şərtlənir.
 “Allah yoluna çağıran, yararlı bir iş görən və “Mən özümü Allaha təslim edənlərdənəm” söyləyəndən daha gözəl kim söz deyər? ” (Qurani- Kərim, Fussılət surəsi, ayə 33)

Səs: -Allahu Əkbər, Allahu Əkbər...
Islamın “dili”ylə Xaliqdən xəbər.

Səma tək sonsuzdur, qübbədən uca,
Dəryalar tək dərin edilən rica.
Bu səsin sehrindən üfüq boyunca
Goylərdən enərlər sanki mələklər...
Azan sədasında “Allahu Əkbər”.

“Allahu Əkbər”də Tanrı sədası,
Ilahi kəlmədə vəhdət sevdası,
Sovuşar bu səslə bəndə xətası...
Iblis xislətindən qurtular bəşər,
Azan sədasında “Allahu Əkbər”.

Əzəlin, əsrarlı kainatın, dünyanın yaradıcısı kimdir? İlk yaranışın səbəbi nədir? Təbiətdə və insanın daxili aləmindəki neçə-neçə müəmmalar necə açılmalıdır?
Ən böyük təbiət alimləri zaman-zaman bu suallara doğru –dürüst cavab tapa bilməyiblər və bu barədə bu gün də qəti söz deyə bilmirlər.
 Allah kəlamında deyilir: ”Onlar dünya həyatının sadəcə zahirini bilirlər, axirətdən isə tam xəbər-siz¬dirlər.”(Qurani-Kərim, Rum surəsi, ayə 7)

Ağac da, heyvan da, quş da, böcək də
Böyük Yaradana edirlər səcdə.
Bəşər ovladısa ilkindən uzaq,
İblis əməllərlə gəlibdir vəcdə.

Bir kimsə birinə qəsd edən zaman,
“Canidir “- deyərək, verilmir aman.
“Alimdir”- deyirik şeytan fəhmiylə,
Qırğın silahların kəşf edən insan.

Getdiyimiz yoldan geri dönməli,
Harda ki yox idi şeytan əməli.
Xəlq edən kəm baxmaz yaratdığına,
Tanrıya uzansın bəndənin əli.

Qurani-Kərimdə Qədir gecəsinin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! Sən nə bilirsən ki, Qədir gecəsi nədir?! Qədir gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və Ruh ( Cəbrayıl) Rəbbinin izni ilə yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər.) (Qurani-Kərim, Qadr surəsi, iayə 1-5)

İnsan gəlişiylə sirli-soraqlı,
Agah etmək üçün nazildi Quran.
Əli dəstəmazlı, ağzı dualı,
Əbədi yol gedir Rəbbinə insan.

Tanrının hökmüylə “Qədir gecəsi”
Mələklərin göydən enən günüdür.
Qəlblərə nur saçır Tanrı sevgisi,
İnsanın Rəbbinə dönən günüdür.

Qiblə yönələn gün Qüdsdən Məkkəyə
Şeypuru susdurdu azan sədası.
Bütləri görmədi rəva Kəbəyə,
“Allahu-Əkbər”lə Quran nidası.

 İslam tarixindən məlumdur ki, 623-cü ildə Məhəmməd peyğəmbər (570- 632) Mədinədə yəhudilərlə əlaqəni kəsir, qibləni Qüdsdən Məkkəyə tərəf çevirir. Ramazan ayını orucluq ayı elan edir və dindarları yəhudilərin şeypur, xtistianların kilsə zəngləri ilə ibadətə çağırışını azan verməklə əvəz edir. Qiblənin üzü Məkkəyə tərəf çevrilməsi, Qüdsü rədd etmək-Peyğəmbər tərəfindən Kəbənin müqəddəs yer kimi qəbul edilməsi demək idi.
“Yer üzündə bitən bütün ağaclar qələmlərə dönsələr, dəniz də mürəkkəbə-yeddi dəniz də üstəlik mürəkkəb olsa belə yazılmaqla bitən deyl Allahın kəlamları. “(Qurani-Kərim, Luqmən surəsi, ayə 27)

Rəbbimizin rəhman-rəhmi,-
Qüdrətində sevgi fəhmi.
Göy üzündən Yerə kimi
Insanlara məhəbbətdir.

Dünya düşür haldan-hala,
Mütləq olan Yaradanla.
“La ilahə illəllah”la
Islam dini hidayətdir.

Zaman-zaman peyğəmbərlər
Yaradandan verdi xəbər.
Surələri dildə əzbər,
Məhəmməddən əmanətdir.

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə (tarix elmləri doktoru) Tapdıq Əlibəylinin “İman qaynağı” kitabındakı “ön söz” ün müəllifi olaraq yazır: ”Bismillahir-Rəhmanir-Rəhim! Allah kəlamında deyilir: ”And olsun qələmə və yazıya” (Qurani-Kərim, Qaləm surəsi, ayə 1). Yəni islamda bu qədər yüksək qiymət verilir sözə. Qələmə alınan hər bir yazı insanları Allahı tanımağa səsləyirsə, bu mənada qələm sahibinin tutduğu yol haqq yoludur.
Təbii ki, günəşin nurunu bir ətək ilə tutmaq olmaz. Bu gün artıq ateizmin cəfəng bir nəzəriyyə olduğu, təkamül nəzəriyyəsinin yanlış olduğu sübuta yetirilmişdir. Şükürlər ki, müstəqillik qazanmış Azəbaycan xalqı iblis təbliğatının buxovlarından azad olmaqla Tanrı nuruna boyanmaqdadır.
 Digər bir məsələ də müqəddəslərimizin uyuduğu torpaqlarımızın hər qarışının qədrini bilmək, bu torpaqları qorumaq əzmi tərbiyə etmək, bu torpaqlarda yaşamaq haqqımızı anlamaqla bağlıdır. El arasında bir deyim var: ”Vətənə gəldim, imana gəldim”. İnşallah, toxunduğum bu məsələlər də Allahın köməyi ilə xalqımız tərəfindən öz müsbət həllini tapar. Tapdıq Əlibəylinin “İman qaynağı” kitabı da özünün qayəsi ilə iman möhkəmliyinə, əqidə sağlamlığına xidmət edər.”
Bu “ön söz”möhtərəm Şeyxülislamın Tapdıq Əlibəyliyə verdiyi xeyir-dua, qələm əhlinin sözünü dəyərləndirmə idi.

Şirini, acını duyub yazıram;
Sevinclə kədəri əkiz dünyanın.
Ruhum göylərdəsə, köçə hazıram,
Əzəldən vəfası yoxsa dünyanın...

“Köçə” hazır olduğunu bildirən şair Ulu Tanrıya üz tutur, “təşnə ruhun yanğısıyla” iblis torunun külə dönməsini dua edir.

Tanrım, bizi şərdən qoru,
Sozalmasın ürək qoru.
Təşnə ruhun yanğısıyla
Külə dönsün iblis toru.

Quran qissəsinə üz tutaq: Şeytan Adəmə səcdə etməkdə Allahın buyuruğundan boyun qaçıraraq dedi: “Mən mənşə və mahiyyətcə Adəmdən üstünəm və heç kəs mənimlə bərabər ola bilməz. Heç bir varlıq mənim uca rütbəmə çata bilməz. Mən odun yanar cövhərindən yaranmışam, o isə qara gil tərkibindən. Ona görə də mənə yaraşmaz ki, ona səcdə edəm”.

Adəm- Həvva Haqdan gəldi,
Bu xəmirdən yoğrulmuşuq.
Şeytan haqqı üstələdi...
Haqqa dayaq doğulmşuq.

“Adəmə səcdə eləyin“ demişdik mələklərə bir zaman. Hamı səcdə elədi, iblis eləmədi. Dedik: “Ey Adəm, sənə də, zövcənə də düşməndir o, şübhəsiz. Gözlə sizi cənnətən çıxarmasın, əziyyətə düşərsən... Şeytan pıçıldadı: ”Ey Adəm, sənə əbədiyyət ağacını, fani olmayan bir səltənəti göstərimmi?” O ağacın meyvəsindən hər ikisi yedilər. “ (Qurani- Kərim,TaHə surəsi, ayə 116-117, 120 -121)

Bu dünya malına həris olanı,
İnsan insanlığın çıxarıb yaddan.
Tutduqca naqislik, pislik insanı,
Enir ucuzluğa o uca addan.

İlkinə sadiqmi Adəm övladı?
Boğur insanlığı tamah havası.
Cənnət bağındakı meyvənin dadı,
Şeytan əməlində nəfsin davası.

Çıxarma yadından, ey uca insan.
Tanrının nuru var əzəl ruhunda .
Mələklər səcdənə gəldiyi zaman,
Şeytan günah etdi Allah yanında.

Quran qissəsində Adəmin oğulları olan Qabil- nəfsinə qul olan şər qüvvə, Habil isə haqqa bağlı olan, xeyir, yer üzündə öldürülən ilkin kəsdir.
 “Nəfsi sövq elədi onu (qurbanı qəbul edilməyən-Qabil) qardaşını öldürməyə, öldürdü qardaşını(Habili). İtkiyə uğradı.”(Qurani-Kərim, Məidə surəsi, ayə 30)

Dünyanın əşrəfi bəşər sakini,
Görən dərk edirmi Adəm ilkini?
Insan xislətində göyərib bəlkə,
Qabilin Habilə nifrəti, kini...


İblis ürəklərdə çəkəndən keşik,
Bəndə Tanrısına çıxıbdı şərik.
 Haqqa dayaq gəlib,amma nə yazıq,
 Mələk libasında şeytanıq, şərik.

“İki tərəf (cənnət və cəhənnəm əhli) arasında pərdə var. Əraf üzərində hər iki tərəfi üzlərindən tanıyan adamlar dayanıblar. Cənnət əhlini səsləyərək “Sizə salam olsun” “deyərlər. Bunlar cənnətə girməyiblər, amma cənnətə girməyin arzusuyla yanırlar.”(Qurani-Kərim, Əraf surəsi, ayə 46)

Bu gecə yuxuma haram qatmışam,
Halallıq üstündə köklənib ruhum .
İblis qarasına daş da atmışam,
Haramım ədalət, halalım, Ulum?!

Dünyaya gəlsə də neçə peyğəmbər,
Allah xofu yoxsa bəndə canında,
Ədalət korşalıb çalmayır zəfər,
“Əraf” əhli kimi məhşər anında...

İblisə üsyanmı -ədalət yolu?
Bəndəyə nifrətmi, ürəklər dolu?
Hər kəs öz qınında, Ulu Yaradan,
Bu yol səninkisə, sən özün qoru!

“O gün gümüş tək əriyər göy, didilmiş yun kimi olar dağlar. Dost dostun hayına qalmaz, bir –birinin üzünə baxıb qalar dostlar o gün.Əzabdan qurtula deyə suç yiyəsi hazırdır qurban verə oğul-uşağını, arvadını, qardaşını,ona yaxınlarda yer vermiş olan qohumlarını. Yer üzündə kim varsa fəda eləyər özünün nicatı üçün. Cəhənnəm odundan heç nə xilas etməz onu. Dərisini, ətini bişirib qoparar bu od . Çağırar, çəkər özünə cəhənnəm haqqa arxa çevirən, haqdan üz döndərən kimsəni, bir kəsin haqqını vermədən sərvət yığan kimsəni. ” (Qurani-Kərim, Məaric surəsi, ayə 8-18)

Artıbdır dünyanın şəri,
Tükənər Tanrının səbri.
Yer üzü ilkindən uzaq,
Verilər qiyamət əmri.

“Elə ki, titrəm-titrəm titrədi yer və içindəki yüklərini çıxardı yer, insan deyər: ”Bu nədir, nə olmuş yerə? ” Üstündəki olmuşlardan o gün xəbər verər yer.” (Qurani-Kərim, Zilzəl surəsi, ayə 1-4)
Tapdıq Əlibəyli iki minlik eramızın sonuncu ilinin 25 noyabr gecəsi Bakını lərzəyə gətirən zəlzələdən təsirlənərək yazır:

Edibdir zəlzələ yer ilə yeksan,
Gör neçə kəndləri, neçə şəhəri.
Bu güc qarşısında acizdir insan,
Nə qədər artsa da elmin hünəri.

Gecə dirigözlü açdı səhəri,
Bərabər yaşadı kasıbla varlı.
Qana işlədikcə qorxu zəhəri,
Endirdi yüksəkdən “ucalıqları”.

Canlara vəlvələ salan zəlzələ
Bəlkə, bir sınaqdı, bəlkə də, çağırış.
O gecə hamımız verdik əl-ələ,
Bəlkə, bu məqamdan başlanır çıxış.

 Tapdıq Əlibəyli “Müqəddəs torpaq-mübarək qədəm” publisistik yazısında torpağın müqəddəsliyini ilkinliklə yaradılışla) bağlayır: ”Müqəddəslər sırasında, vətəndaş ünvanı olan Vətən ilkin olaraq hər kəsin doğulduğu, boya-başa çatdığı doğma yurddan, eldən, obadan baş-layır. Bu əzəlilikdə bir paklıq, bir saflıq durur. Ömür pillələri artdıqca bu paklığı, saflığı cilalayan gizli bağlar insanın bütöv varlığına hakim kəsilir. Ilkin qədəm basdığı torpağa ruhunu pərvazlandırır... Əzələ!  İllah da bu işıqlı dünyaya göz açdığın torpaq-ocaqdan uzaq olanda ... Görünür, bu da bəndənin Tanrısına dönüş məqamına yaxınlıq nişanəsidir. Bu müqəddəs duyğular Tanrının hökmüylə canımıza- qanımıza hopan  “qayıdış“  işartısıdır.
İlahi kəlamın cazibəsinə düşürəm: ”Torpaqdan yaratdı Adəmi Allah. Sonra “Ol»-dedi ona, torpaqdan var oldu o ”. (Qurani -Kərim, Əl-i İmran surəsi, ayə 59)

Nəfsinə qul olan insan,
Dünyadan nə aparırsan?
Bir düşün,torpaqdır sonun,
Ömürdə nə qazanırsan? –

sualına şair başqa bir şeirində özü də cavab verir: “omrün qazancı”nı “rəhmət”, və “lənət”də görür. “Rəhmət”- savab əməllər,  xeyir işlər, halallıq; “lənət”- rəzil əməllər,  şər işlər, günahdan qaynaqlanır .
“Rəhmət”-cənnət xoşbəxtliyi ilə müjdədirsə, “lənət”-cəhənnəm əzabının xəbərdarlığıdır.

Ikicə kəlmədir ömrün qazancı-
Birisi “rəhmət”dir, birisi “lənət”.
Biri şirindirsə, birisə acı,
Hər kəsin əməli özünə qismət.

“Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.” (Qurani-Kərim, Bəqərə surəsi, ayə 81-82)
 Araşdırmalar göstərir ki, Tapdıq Əlibəylinin Qurani-Kərimdən qaynaqlanan şeiriyyəti, poetik örnəkləri onun yaradıcılığında xüsusi yer tutmaqlla, Qurani -Kərimin cazibəsində mənəviyyat, ruhaniyyət məqamındadır.
T.Əlibəyli irfani düşüncəsiylə bütün təriqətlərin fövqündədir.

Inanc yeri məscid, kilsə,
Fərq eyləməz, Tanrı bilsə ...
Minbərlərdə duaların
Gücü çatmır bir iblisə ?...

Tapdıq Əlibəylinin irfan poeziyasına “büründükcə” dilimizin şəhdinə-şəkərinə bir daha qaynayıb-qarışırıq:

Səmam qara buludlu,
Səpələyir hey dolu...
Selləndikcə el yolu,
Sinəm dönər körpüyə.

Tapdıq Əlibəyli insan duyğularının min bir “rəngini” ustalıqla ecazkar sözə köçürür-şeiriyyətə çevirir. Nəzər yetirək:

Tənhalıqla kədər əkiz,
Üz qoynunda –xəyal dəniz .
Həzinliyi məhrəm, əziz...
Duyğuların qürub çağı.

Kədərimlə bir böyüdüm,
Göynədikə göyüm-göyüm.
Qübarlandı yerim-göyüm,
Duyğuların qürub çağı.

Qətrə-qətrə döndüm suya,
Ağrıları duya-duya.
Biləmmədim gerçək, roya...
Duyğuların qürub çağı.

Tapdıq Əlibəyli irfan poeziyası ilə haqqa gedən yolun yolçusudur. Qəlbində haqq bitirmiş şairin sözünün qatı, özünün zatı halallıq fəxarətindədir.

Haqqa pənah gətirmişəm,
Əyri yolu itirmişəm.
Qəlbimdə haqq bitirmişəm .
Şərəfimdə halallıq var.

Türk sözünün qatı dərin,
Dayaz olmaz zatı dərin,
Nizamında xeyrin-şərin,
Tərəfimdə halallıq var.

   Səyadulla Kərimli
       yazıçı-publisist

SNN NEWS-Haber

понедельник, 16 марта 2020 г.

SSRİ-nin dağılması mənəviyyatsızlıqdan başladı, bəs bizi nə gözləyir...


    SSRİ-nin dağılmasında  müxtəlif faktorların kompleks təsiri var. Əsas səbəblər barədə isə müəllifi olduğum "MƏNİM DÜŞÜNCƏM" adlı  kitabımda yazmışam. Ancaq,  tarixə DALLES PLANI adı ilə düşmüş uzunmüddətli plan haqqında demək olar ki, az məlumatlıyıq.
Əvvəla onu deyim ki, Allen Dalles ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaradıcı və aparıcı mütəxəssislərindən olmuş, 1942-1945-ci illər Avropada kəşfiyyatçı olmuşdur, 1947-ci ildən isə ABŞ MKİ-nin özündə fəaliyyətini davam etdirmişdir.
 1953-1961-ciillərdə isə artıq ABŞ MKİ-nin rəhbəri vəzifəsində xidmət etmişdir.
    ALLEN DALLES  PLANInın mahiyyəti  1945-ci ildə çapdan çıxmış “SSRİ-yə qarşı Amerikanın müharibədən sonrakı doktrinasının həyata keçirilməsi barədə fikirlər” adlı kitabında açıqlanır. Həmin kitabdan və sonradan faktiki həyata keçmiş planın ən əsas məqamları və istiqamətləri haqqında A. Dalles yazır:
           
 “ Müharibə qurtaracaq, hər şey qaydasında olacaq. Və bizlər nəyimiz varsa – bütün maddi gücümüzü insanların ələ  alınmasına, axmaq yerinə qoyulmasına və aldadılmasına yönəldəcəyik!
    İnsan beyni və təfəkkürü dəyişikliklərə istiqamətlidir. Orada qarmaqarışıqlıq toxumları səpsək, biz nəzərə çarpmadan onların mənəvi dəyərlərini saxtası ilə əvəz edər və bu saxta dəyərlərə inanmağa məcbur edərik. Necə?
     Biz SSRİ-də bizim tərəfdarlarımızı, müttəfiqlərimizi taparıq. Ədəbiyyat, teatr, kino ən alçaq insan hisslərini təsvir və tərif  edəcəklər. İnsan beyninə seksi, sadizmi, xəyanətkarlığı – bir sözlə hər bir mənəviyyatsızlığı yeridə biləcək rəssamları  dəstəkləyəcək, onların adlarını yüksəldəcəyik. Dövlət idarəçikliyində qarmaqarışıqlıq, hərcmərclik yaradacağıq.
    Daima məmurların rüşvətxorçuluğuna, prinsipsizliyinə, yekəbaşlığına imkan yaradacağıq. Bürokratçılıq, süründürməçilik ən yüksək səviyyəyə qalxacaq, saflıq və vicdanlıq gülünc halına çevrilıcıkdir. Kobudluq və həyasızlıq, uydurma və aldatma,narkomanlıq və sərxoşluq, bir-birindən heyvani qorxuluq və utanmazlıq, xainlik, millətçilik və xalqının ədavəti, ilk növbədə rus xalqına (rus xalqı deyərkən ümumlikdə SSRİ əhalisi nəzərdə tutulur)  qarşı ədavət və nifrət –bütün bunlar bizim tərəfdən çox asanlıqla tətbiq ediləcək, çiçəklənəcəkdir.
      Lakin, lap çox az saylar nə baş verdiyini anlayacaq, dərk edəcəklər. Ancaq bu adamlar köməksiz hala salınacaq, gülüncvəziyyətə salınacaqlar. Məhz bu yolla nəsillər ardıcıl olaraq,zəiflənəcək, əsas qüvvəni gənclərə yönəldəcək, onları korlayacaq, əxlaqını və mənəviyyatını pozacağıq. Onlardan yaltaqlar, ədəbsizlər, vətənpərvərliklərini itirənlər yaradacağıq.”

   Nəticə göz qabağındadır. SSRİ 1991-ci ildə süqut oldu.

 İndi də hədəf Azərbaycandır. Bizə qarşı elə bir vasitə yoxdur istifadə edilməsin, din, siyasət, iqtisadiyyat, təcavüz və nələr, nələr...
 Doğma vətənimiz Azərbaycanda dilə gətiriləsi belə mümkün olmayan əxlaqsızlıq, mənəviyatsızlıq, sərhəddi bilinməyən harınlıq, ac gözlük elə bir səviyyədədir ki, milliliyimizə və dövlətçiliyimizə bir başa təhlükəyə çevrilib. Mal-mülk naminə, namusu, əqidəni, dövlət xalq maraqlarını qurban verənlərin əldə etdikləri artıq cəmiyyətdə normal hal kimi qəbul edilirsə demək, uçrumun astanasındayıq. Əxlaqımızı, adət-ənənələrimizi, xalqımızı, dövlətimizi qorumaq hər birimizin borcu deyilmi? Yoxsa, bizdə "Dalles planı"nın qurbanı olmaq istəyirik?! Qəsdimizə duran "qonşular"ın hiyləgər planlarından xəbərsizik-yoxsa, özümüzü xəbərsiz kimi aparırıq?
  Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas, Respublika Ziyalılar Klubunun İH-nin, AJB-nin üzvü, publisist.

Vüqar Dadaşov: Türk qardaşlarımız bizə qarşı ədalətsiz olacaqlarına inanmıram

Dünəndən, o qədər narahatçılıq içindəyəm, sözlə belə ifadə etmək çox çətindir. Mübariz Mənsimovun, onun adına və həyat tərzinə, əqidəsinə uyğun olmayan cinayətlə şübhəli qismində saxlanması məkrli, qərəzli və ədalətsizliyin nəticəsidir. Ancaq ki, haqq deyilən və gözə görünməyən hamıya bəlli bir qüvvə, AZƏRBAYCANIMIZIN MƏRD OĞLU MÜBARİZ RUHLU MÜBARİZİ qalib edəcək və onu, onu sevən xalqının yanına qaytaracaq. Mübariz xalqının ümid yeri, pənahı, güvəni və arxasıdır, belə bir oğlu xalqından ayırmaq onun xalqına- zərbədir. Türk qardaşlarımızdan bizlərə belə zərbə gözləmirəm və inanıram ki, qardaşlarımız haqqı görüb ədalətli qərar verəcək Mübarizi sevdiyi xalqına qaytaracaqlar. Yolunu, azadlığını səbirsizliklə gözləyirik.
  ALLAH KÖMƏYİN OLSUN!

  Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas, Respublika Ziyalılar Klubunun İH-nin, AJB-nin üzvü, publisist.

Deputat Razi Nurullayev Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Milli Məclisin üzvü Razi Nurullayev:
"Mübariz Mənsimovun saxlanılmasına çox üzüldüm. Doğrusu, onun saxlana biləcəyi heç ağlıma gəlməzdi. O, Azərbaycanı və Azərbaycan türklərini ən yaxşı təmsil edən vətənpərvər oğullardan biridir. Ortada bir anlaşılmazlıq olmalı. Onun FETÖ-çü olma ittihamı ilə saxlanılması mənə şübhəli görünür. İnana bilmirəm ki, Mübariz Mənsimov cənab Rəcəb Tayyib Ərdoğan iqtidarına qarşı gəlmiş olsun. Buna səbəb də görə bilmirəm. Cənab Ərdoğan da qardaş Türkiyə və qardaş ölkələr üçün çox gözəl işlər görmüş böyük siyasi xadim və şəxsiyyətdir.

Mübariz Mənsimovun saxlanılması Azərbaycan üçün də yaxşı hal deyil və bizə başucalığı gətirmir. Bu gün birlik, inteqrasiya, möhkəm vətəndaş təməli, möhkəm beynəlxalq lobbi gücü tələb olunan zaman belə bir hadisənin baş verməsi məyusedicidir. Ümid edirəm ki, Azərbaycan və Azərbaycan vətəndaşları da Mübariz Mənsimovun yanında dayanacaq, onun günahsız olduğuna şahidlik edəcəklər.

Mübariz Mənsimovu tezliklə azadlıqda görmək istəyi ilə..."
SNN NEWS-Haber

среда, 11 марта 2020 г.

Novruz qədim tariximizin qeyri-maddi mədəni sübutudur

Bildiyimiz kimi, Novruz bayramının islam dini ilə heç bir əlaqəsi yoxdur. Novruzun ilk mənbəyi Şumerlər və qədim Misirlər dövründə qeyd edildiyi təsdiqini tapmışdır. Novruz bayramının geniş yayılma səbəbi məhz biz türklər olmuşuq belə ki, 
Hicri təqviminin 430-cu ilində vəfat etmiş tarixçi Əbu Rehan Məhəmməd "ötən qərinələrdən qalan ölümsüz əsərlər" kitabında yazdığına əsasən əfsanəvi Cəmşid şah Azərbaycana Atəşgahı ziyarəti zamanı indiki mart ayına təsadüf etmişdir, bu zaman yerli türk tayfaları Cəmşid şahı təmtəraqla qarşılamış və ona Günəş adı vermişdir, Cəmşid şah məhz bu günü bayram elan etmişdir və bununla da Novruz geniş yayılmağa başlamışdır. 
Ömər Xəyyam "Novruznamə" əsərində Novruzun Cəmşid şahla və Azərbaycanla bağlılığın göstərir. 
İslamdan əvvəl hələ Zərdüştlər Novruz bayramını "Mihran" adı altında qeyd etmişlər və bu bayramın ən aşağısı 5000 ildən yuxarı tarixə malik olması da çoxlu tarixi mənbələrə əsaslanır.
Məlumdur ki, Novruz bayramı təbiətin oyanma, canlanma prosesi dövrünə qədəm qoymasının təntənəli qeyd edilməsidir. Maraqlısı da budur ki, elmi araşdırmalara görə  Böyük Azərbaycanın yerləşdiyi ərazinin təbiəti məhz mart ayının 21-dən oyanır, Novruz bayramındakı kimi göstərilən təbiət hadisələri məhz Azərbaycan təbiəti ilə paralellik təşkil edir və dünyanın heç bir ərazisində təbiətin oyanması məhz Azərbaycandakı kimi dəqiqliklə üst-üstə düşmür.  Fərqli təbiətə malik türk xalqlarının eləcədə digər xalqların yaşadığı areallarda da təqvimə görə Novruz bayramının Azərbaycan xalqının keçirdiyi Novruz bayramının qaydalarına uyğun olaraq qarşılanması, qeyd edilməsi faktı da sübut edir ki, Novruzu bir bayram olaraq dünya xalqlarına məhz qədim Azərbaycan türkləri bəxş etmişdir.
2009-cu il sentyabrın 30-da  Azərbaycan Respublikasının təqdimatı əsasında  Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 2010-cu il fevralın 23-də keçirdiyi 64-cü sessiyasında mart ayının 21-i Beynəlxalq Novruz günü elan edilib.
Bununla da Novruzun bir başa Azərbaycanla bağlılığı təsdiqini tapmış və bu qürur verici faktdır.   
                                                                                                                                                       Novruz bayramının mahiyyəti həm iqtisadi həmdə sosial baxımdan təbəqələri eyniləşdirdiyinə görə birlik nümunəsi kimi həmdə siyasi əhəmiyyətli tədbir hesab oluna bilər. Eyni zamanda da Novruz bayramı biz azəri türklərinin qədim tarixinin sübutudur. Novruz bayramında odla bağlı əlamətlərin xalqımız tərəfindən gizlədilərək saxlanılması, islamın qadağa etdiyi atəşpərəstlik tariximizin qorumasında bir vasitə olması bu bayramın Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olmasının sübutu kimi eləcədə vacibliyi də  danılmazdı.

Azərbaycan xalqının hal-hazırda da yaşadığı areala antropoloji bağlılığı elmi aksiomadır, Novruzun bizim Azərbaycan xalqının arealına aid olduğunu isə təbiət elmləri sübut edir. Bu da onu göstərir ki, Novruz bizim təkcə təbiətlə bağlı bayram deyil, Novruz bizim qədim tariximizin canlı şahidi, yaşadığımız arealın Azərbaycan türklərinə aid olmasının qeyri- maddi mədəni sübutudur.  Novruzu sevək, qoruyaq, yaşadaq və özümüz yaşayaq.
Novruz Bayramımız mübarək əziz həmvətənlər!

Vüqar Dadaşov
Hüquqşünas, AJB-nin üzvü, publisist, Qarabağ Qazisi

SNN NEWS-Haber

понедельник, 9 марта 2020 г.

Rusiyanın Türkiyə “У кого что болит, тот о том и говорит"


Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Qarabağ qazisi Vüqar Dadaşov 5 martda Moskvada Rusiya-Türkiyə Prezidentləri R.T. Ərdoğanla V.V. Putinin görüşün barədə fikirlərini oxucularımıza təqdim edirik.

“27 fevralda Rusiyanın dəstəklədiyi və faktiki idarə etdiyi “Suriya rejiminə tabe qüvvələrin”  Türkiyənin Suriyanın İblib bölgəsində hərəkət edən hərbi kolonuna hücum nəticəsində 33 türk əsgəri həlak olur  32 türk əsgəri yaralanır. Türkiyə dərhal “Bahar qalxanı” əməliyyatına start verir.
Nəticədə, Türkiyə hərbi qüvvələri 28 fevraldan Mart ayının 5-nə qədər  Rusiyanın Suriyada yerləşən bölmələrinə məxsus 3 ədəd S 300 hava hücumundan müdafiə sistemini,  160 tankını, 100 ədəd BMP, 3 ədəd  qırıcı təyyarə , 3 ədəd dron , 2 ədəd Pantsır S , 3 ədəd S 300 HHM sistemləri və 3400 rus, fars və ərəb  qarışıq heyətdən ibarət “Suriya rejiminə tabe qüvvələri”nın əsgərləri məhv edilir. Türkiyənin hərbi üstünlüyü faktı qarşısında qalan Rusiya Prezidenti V. Putin atəşkəs əldə etmək və  lider kimi nüfuzunu qorumaq məqsədi ilə Türkiyə prezidenti Ərdoģanı Moskvaya dəvət edir.  R. T. Ərdoğan V. V. Putinin düşdüyü siyasi və psixoloji vəziyyəti nəzərə alaraq onun dəvətini qəbul edir və Moskvaya səfər edir.  5 martda həmin görüş Moskvada, Kremldə baş tutur, ümumilikdə həmin görüş tetatet və heyət ilə birlikdə görüş 7 saata yaxın çəkir.  Rusiya Prezidenti görüşdən sonrakı Prezidentlərin açıqlamaları zamanı V. Putin  R.T. Ərdoğanla özünün şəxsi isti münasibətin  olduğunu bildirdi.
Həmçinin, Rusiya Prezidenti "Suriya ordusu ciddi itkilər verib " deyə Türkiyənin qələbəsini təsdiqlədi  eləcədə,  V. V. Putin  R. T. Ərdoğana  dəvəti qəbul edib gəldiyinə görə iki dəfə təşəkkür etdi.  Türkiyə bu qarşıdurmadan hərbi qələbə ilə yanaşı  siyasi və diplomatik uğur da əldə etdi:  Türkiyə hərbi yolla götürdüyü Suriyanın Idlib deyilən bölgəsini sonuncu danışıqlarla rəsmiləşdirdi.
Yeri gəlmişkən, bütün dünya , hətta rus generalları da  Türkiyənin qələbəsindən etiraf etməli oldular. Maraqlısı isə odur ki, Rusiyanın aqitasiya  maşını hesab olunan «РОССИЯ 24» dövlət TV kanalının bölgə üzrə xüsusi  hərbi jurnalisti     E. Poddubnıy  Suriyadan bir neçə  dəfə canlı efirdə ayrı-ayrı vaxtlarda türklərin qələbəsini və üstünlüyünü dəfələrlə etiraf etdi. 

7 günlük savaş həmdə Türkiyənin müasir hərbi texnologiyasının güclü inkişaf etdiyini sübut etdi. Müasir texnologiya ilə təchiz edilmiş türkiyə istehsalı olan dronları,  Rusiyaya məxsus Suriyanın hava məkanını qoruyan S 400 , S 300 və Pantsır S sistemləri qeydə ala bilmədi və həmin dronlar məşhur havadan müdafiə sistemlərini məhv etdi. Rusiyaya məxsus 3 qırıcı təyyarənin vurulması da Türkiyənin bu savaşda texnoloji cəhətdən də dünya hərb sənayesinin liderlərindən olduğunu sübut etdi. Müharibə tarixinə ilk dəfə türklər tərəfindən tətbiq edilən “dron sürü hücumu”  hərb tarixinin yeni səhifəsi oldu.

 Rusiya, Suriyada, Türkiyə-Rusiya qarşıdurmasının acı nəticələrinin gizlədilməsi naminə Türkiyə ilə danışıqlara getdi və faktiki olaraq türklərin hərb yolu ilə tutduqları ərazilərin türkiyə nəzarətinə  verilməsini diplomatik danışıqlar nəticəsi kimi göstərmək istəyi və bununla da   Rusiyanın məğlub edilməz obrazını qorumaq istəyir.  Məhz bu səbəbdən də Rusiya Türkiyə-Rusiya qarşıdurmasının nəticələrini əks etdirən foto, video görüntülərinin yayılmaması  barədə  xahişi başa düşüləndi.
O ki, qaldı Türkiyə və Rusiya Prezidentlərinin görüş məkanına, bildiyimiz kimi, Putin Ərdoğanı  Rusiya çariçası II Yekaterinanın heykəli önündə və Bolqarıstanın Osmanlı hökmranlığından azad edilməsini əks etdirən statuyunun qarşısında qəbul etmişdir. Bu faktın özü  sübut edir ki, Rusiyanın Suriyadakı 7 günlük qarşıdurması ruslarda bir inamsızlıq, ümidsizlik  və məğlubiyyət hissi  yaratmış və bu boşluğu doldurmaq üçün ruslar tarixə müraciət etməklə, tarixi yada salmaqla ruslarında türklər üzərində qələbələrinin olduğunu, “tarix təkrarlana bilər” deyimini xatırlatmaq istəmişlər. Bununla da türkləri danışıqlarda mülayim mövqe tutmağa sövq etməyə çalışmışlar.  Rusiya və Türkiyə Prezidentlərinin Moskvada, Kremldə görüş yeri və interyerlə bağlı olaylar Suriyada Rusiyanın Türkiyə qarşısında aciz qalmasının psixoloji nəticəsinin təzahürüdür. 
    
Xatırladım ki, Rusların Qara dənizə çıxışı uğrunda başladığı 1768-1774-cü illər ilk Rus-Türk müharibəsi II Yekaterinanın dövründə baş vermiş, rusların qələbəsi ilə başa çataraq “Kiçik Qaynarca” müqaviləsi bağlanmış və ruslar Qara dənizdə ticarət və hərbi donanma saxlamaq hüququ əldə etmişlər. Bununla yanaşı  İndiki Krımın bir hissəsi Rusiya İmperiyasının tərkibinə keçmişdir. 1783-cü ildə isə Krımın qalan hissəsi də Rusiya İmperiyasının tərkibinə qatılmışdır. Qara dənizə çıxış və Krımın işğalı məhz II Yekaterinanın adı ilə bağlıdır.  

II Yekaterinanın heykəli ilə yanaşı, interyer  1877-1878-ci illər Rus-Türk müharibəsi nəticəsində Bolqarıstanın Osmanlı hökmranlığndan azad edilməsinə həsr edilmiş statuyu ilə bəzənməsidir.  Osmanlı Türkiyəsinin məğlubiyyəti nəticəsində 1878-ci ildə bağlanmış “San Tefano” müqaviləsinə əsasən Osmanlı İmperiyası Bolqarıstan üzərində hökmranlığını itirir. Xatırladaq ki, görüş 5 marta keçirilirdi, 3 mart isə  Bolqarıstan Osmanlı hökmranlığından tamamilə azad olunduqdan sonra rəsmi olaraq 3 mart "Bolqarıstanın Qurtuluş Günü" olaraq qeyd olunur.

Göründüyü kimi  Rusiya Prezidenti V. V. Putin Türkiyə Prezidenti R. T. Ərdoğanı II Yekaterinanın heykəli önündə və 3 mart "Bolqarıstanın Qurtuluş Günü"nə həsr edilmiş statuyu qarşısında  qarşılaması Türkiyəyə Rusiyanın da Türkiyə üzərində qələbələrinin olduğunu xatırlatmaqla Türkiyə ilə Suriyada atəşkəs əldə etmək istəyinin və Suriyadakı Türkiyənin uğurunun psixoloji təsirinin sübutudur. Ruslar Suriyadakı acı reallığı kompensasiya etmək üçün keçmiş qələbələrindən işarə ilə danışdılar. Rusların ısə özlərinin yaxşı bir məsəli var: “У кого что болит, тот о том и говорит” yəni, kimin harası ağrıyırsa, oda ondan danışar.”

SNN NEWS-Haber


воскресенье, 8 марта 2020 г.

Ruslar Türkiyədən nəyi xahiş edir? GİZLƏDİLMİŞ QƏLƏBƏ

   
Suriyanın İdlib bölgəsində hərəkət edən  Türkiyə  hərbi kollonasına xaincəsinə hücum nəticəsində 33 türk əsgəri şəhid oldu. Türklər isə bu intiqamı gecikdirmədilər.

Rusiyanın Suriyada yerləşən bölmələrinə məxsus 3 ədəd S 300 hava hücumundan müdafiə sistemini türklər məhv etdi.
Xarici mənbələrin verdiyi məlumata əsasən  Rusiya Türkiyədən vurulmuş silahlarin video və foto şəkillərinin yayilmamasını xahiş edib. Rusları son 30 ildə diz çokdurüb atəşkəsə məcbur edən ölkə təkcə Türkiyədir. Bundan sonra təcilli olaraq Rusiya Prezidenti V. Putin atəşkəs əldə etmək və  lider kimi nüfuzunu qorumaq məqsədi ilə Türkiyə prezidenti Cənab Erdoģanı Moskvaya dəvət edir. R. T. Ərdoğan V. V. Putinin düşdüyü siyasi və psixaloji vəziyyəti nəzərə alaraq onun dəvətini qəbul edir və Moskvaya səfər edir.
Görüşdən sonrakı Prezidentlərin açıqlamaları zamanı V. Putin  R.T. Ərdoğanla özünün şəxsi münasibətin  yüksək olduğunu bildirdi.
Qeyd edəki, Cənab Ərdoğanın Moskvaya səfərinə qədər türklər 7 gündə 160 a yaxin tank, 100 ədəd BMP, 3 ədəd  qirici təyyarə , 3 ədəd dron , 2 ədəd Pantsir S , 3 ədəd S 300 HHM sistemləri və 3400 rus, fars ve ərəb  qarişiq əsgəri məhv edib. Məhz bu səbəbdən də  atəşkəsi B.Əsəd və V. Putin listəyib.
Bunun yalan yox doģru olduģunu elə Rusiya Prezidenti "Suriya ordusu ciddi itkilər verib " deyə təsdiqlədi, eləcədə  V. V. Putin  R. T. Ərdoğana  dəvəti qəbul edib gəldiyinə görə iki dəfə təşəkkür etdi.  Türkiyə bu qarşıdurmadan hərbi qələbə ilə yanaşı  siyasi və diplomatik uğur da əldə etdi:  Türkiyə Suriyanin Idlib deyilən bölgəsini sonuncu muqavilə ilə götürdü.
Rusiyanın qələbəsi isə, keçmiş Sovet Respublikaları üzərindəki işğal etdiyi və 30 ildir ki, nəzarətində saxladığı Qarabag , Osetiya və Abxaziya, Dnestryanı,  Krim , luqanski və Donetski bölgələridir hansı ki,  Azərbaycanı, Gürcüstanı, Moldovanı, Ukrayinanı  atəşkəs imzalamağa məcbur edib və bu konfliktləri dondurmaqla həmin respublikaları nəzarətdə saxlamaq üçün istifadə edir.
Amma bu dəfə nə baş verdi?
Bu dəfə, Türkiyə Rusiyanın istifadə etdiyi öz variantindan ona qarşi istifadə etdi. Burada bəzi türk düşmənləri Türkiyənin bu uğurlarını kölgəyə salmağa cəhd edirlər.  Bütün dünya , hətta rus generallarıda  Türkiyənin qələbəsindən etiraf etməli oldular. Maraqlısı isə odur ki, Rusiyanın aqitasiya  maşını hesab olunan Rossiya 24 dövlət TV kanalının bölgə üzrə xüsusi  hərbi jurnalisti     E. Poddubnıy Suriyadan bir neçə  dəfə canlı efirdə ayrı-ayrı vaxtlarda türklərin qələbəsini və üstünlüyünü dəfələrlə etiraf etdi. 
  Müasir tariximizdə Türkiyənin Rusiya üzərində qələbəsini qəbul edə bilməyənlər aşağıdakı suallara cavab tapmaları məsləhətdir:

-Niyə, Suriyanın hava məkanını qoruyan S 400 , S 300 və Pantsir S sistemləri türklərin dronlarını məhv edə bilmədi?

-Niyə, Pantsir S hhm sistemi başının üstündəki dronu heç qeydə ala bilmədi və əksinə 40 min dollarlıq dron, 17 milyon dollarliq Pantsir S hhm sistemini havaya uçurtdu?

-Niyə, F 16- lar sərhədi keçmədən 45 km aralıda Idlibin üzerinde 3 ədəd rus qırıcılarını vura bildi?

 Rusiya, Suriyada, Türkiyə-Rusiya qarşıdurmasının acı nəticələrinin gizlədilməsi naminə Türkiyə ilə danışıqlara getdi və faktiki olaraq türklərin hərb yolu ilə tutduqları ərazilərin türkiyə nəzarətinə  verilməsini diplomatik danışıqlar nəticəsi kimi göstərmək istəyi və bununla da   Rusiyanın məğlub edilməz obrazını qorumaq istəyir.  Məhz bu səbəbdəndə Rusiya Türkiyə-Rusiya qarşıdurmasının nəticələrini əks etdirən foto, video görüntülərinin yayılmamasını  xahiş edib.

Vüqar Dadaşov
Hüquqşünas, AJB-nin üzvü, publisist, Qarabağ qazisi.

 SNN NEWS-Haber


вторник, 3 марта 2020 г.

BRAVO-da necə müştərini aldatmağa cəhd edirlər FOTO FAKT

 
 25.02.2020-ci tarixdə "BRAVO" super market şəbəkələrinə məxsus və  Abşeron rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsində yerləşən mağazasında müştərini aldatmağa cəhd edilib. Belə ki, satış rəfində 11 manat 42 qəpiyə təklif olunan kişi ətriyyatı kassa ödəmə terminalında 17 manat 85 qəpik məbləğində hesablanıb. Buna etiraz edən müştəri belə bir fərqin izahını tələb edib.  Məsələyə qarışan və özünü mağazanın rəsmi nümayəndəsi kimi təqdim edən E. Vəliyev adlı şəxs müştəri ilə birlikdə satış rəfinə baxış keçirərək faktı təsdiqləmiş və müştəridən üzr istəmişdir. Şikayətçinin verdiyi məlumata əsasən sözü gedən mağazada belə hallar yəni, qiymət uyğunzluğuna  tez-tez rast gəlir və mağazanın xeyrinə qiymət uyğunsuzluğu adi haldır.
   Maraqlısı isə budur ki, kassa ödəmə terminalında qiymət fərqi satış rəfində göstərilən məbləğdən aşağı yox, həmişə yuxarı olur. Bu faktın özü düşünməyə əsas verir ki, satış rəfində göstərilən qiymətin kassa ödəniş terminalında vurulan qiymət arasındakı fərq heçdə təsadüf və ya səhlənkarlıq yox, məhz məqsədyönlü düşünülmüş haldır. 
   Hesab edirik ki,  Abşeron rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsində yerləşən “BRAVO” mağazasında baş verən neqativ halların aradan qaldırılması üçün müvafiq inzibati orqanlar lazımi tədbirlər görəcək və müştərilərin aldadılmasına son qoyulacaq.
   Məsələ ilə bağlı qarşı tərəfin mövqeyində işıqlandırmağa hazırıq.
SNN NEWS-Haber


Rüşvətxorluğa qarşı mübarizə üçün mühüm təklif...

Korrupsiyaya qarşı səmərəli mübarizənin hüquqi təşkili barədə tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Qarabağ Qazisi Vüqar Dadaşovun maraqlı  təklifləri ilə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Ölkəmizdə korrupsiya ilə mübarizənin səmərəli şəkildə aparılması üçün bu sahədə qanun normalarının  təkmilləşdirilməsi,   eləcə də qanunlara müəyyən dəyişikliklərin edilməsi vacibdir. Əvvəla qeyd edim ki, korrupsiya dövlətin ümumi inkişafını əngələyəm ən böyük maneədir. Bu maneə dövlətimizin iqtisadi gücünü zəiflədir, xalqımızın sosial rifahını dözülməz həddə çatdırır, təhsilimizi bərbad günə qoyur, səhiyyəmizi yarıtmaz edir, ədalət mühakiməsini əhəmiyyətsiz hala salır və ümumiyyətlə elə bir sahə yoxdur ki, ora mənfi təsir etməsin. Korrupsiya ilk növbədə xalq və dövlət vəhhdətini, xalqın dövlətə inamını  və etibarını sarsıdır,   bununla da dövlətçiliyimiz təhlükə altına düşür.  Məhz buna görə də son vaxtlar ölkə başçısının müxtəlif sahələrində korrupsiyanın aradan qaldırılması üçün imzaladığı sərəncam, fərmanlar, tapşırıqlar eləcədə digər səyləri korrupsiyanın təhlükəli həddə olduğuna  əyani sübutdur.
Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə kompleks şəkildə aparılmalıdır.  Əhalini maarifləndirmə  ilə bərabər  qanun normaların təkmilləşdirilməsi və dəyişikliklər edilməsi, struktur islahatların aparılması müsbət effekt  verə bilər. Təklif etdiyim proqram aşağıda göstərdiyim mahiyyətdən  ibarətdir:
1.       “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası  Qanununa müvafiq dəyişiliklər edilməlidir. Belə ki, bu qanunda dövlət qulluqçularının rəhbər vəzifələrində fəaliyyət müddəti müəyyən olunmayıb. Hesab edirəm ki, dövlət qulluqlunda rəhbər vəzifələrə müəyyən konkret müddətə (məsələn 5 illik) təyin olunmalıdır. Şəxsin ardıcıl seçilməsi qadağan edilməlidir. Eləcədə
Dövlət qulluqçusunun fəaliyyət dövrünün inzibati və cinayət  məsuliyyəti müddətsiz hesab edilməlidir.
2.        “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda da      “Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyətə cəlb edilmə müddəti müddətsizdir”  hissəsi  əlavə edilməıidir. Həmçinin korrupsiyada şübhəli bilinən şəxsin və onun ailə üzvlərinə məxsus əmlak barədə işə məhkəmədə baxılana qədər mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməlidir.
3.       Azərbaycan Respublikası Cinayət Məcəlləsinə aşağıdakı müvafiq dəyişikliklər edilməlidir. Korrupsiya ilə bağlı cinayətlər dəyərindən aşlı olmayaraq ən ağır kateqoriyalı cinayət hesab edilməli və ən əsası isə  “müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə” korrupsiya ilə bağlı yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 309, 310, 311, 312, 313, 314-cü maddəsinə nəzərdə tutulmuş qanun pozuntularına  şamil edilməməlidir.
4.       Vəzifəli şəxslərin fəaliyyət dövrünün  zəmanəti, həmçinin hüquqi şəxslə bərabər vəzifəli şəxsin müddətsiz məsuliyyəti müəyyən olunmalıdır.
5.       Əhalinin kütləvi informasiya vasitələri ilə, televiziya, sosial media və sosial şəbəkələrin vasitəsi ilə hüquqi maarifləndirmə sistemli şəkildə təşkil olunmalıdır.

  Hesab edirəm ki,  təkliflərin qəbul edilməsi dövlət qulluqçusunun və dövlət büdcəsindən maliyyələşən  təşkilatlarını rəhbər vəzifələrini müddətli təyinatı həmin şəxslərin məsuliyyətinin artmasına səbəb olacaq. Müddətli təyinat eyni zamanda da vəzifəli şəxsin “klanlıq“, “qohumluq”, “qrup” yaratmasını əhəmiyyətsiz edəcək. Yeni rəhbərlik zamanı buraxılmış qanun pozuntusunun  aşkar edilməsi ehtimalı, vəzifəli şəxsi qanun pozuntusundan və korrupsiya meyllərindən  çəkindirəcək. Vəzifə “alqı-satqısı” aktuallığını itirəcək. Korrupsiyanın ən ağır kateqoriyalı cinayət hesab edilməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətinin müddətsizliyi cinayət əməlinin dövründən aşlı olmayaraq hər an aşkar edilməsi ehtimalı korrupsionerin “iştahasını” vuracaq. Vəzifəli şəxsin fəaliyyət dövrünün zəmanətinin müddətsizliyi vəzifəli şəxsin gördüyü və rəhbərlik etdiyi sahədə məsuliyyətinin və iş keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

Korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması üçün tərəfimdən hazırlanmış  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası  Qanununa, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və  Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməsi barədə təkliflərim layihə şəklində Milli Məclisə təqdim edilmişdir və ümid varam ki, verdiyim təkliflər Milli Məclisdə nəzərə alınacaq və qanunlara  müvafiq dəyişikliklər ediləcəkdir.”

 SNN NEWS-Haber