Moldova
Respublikasının Dinestryanı vilayəti də 1990-cı illərdə rus dilli əhalinin
qorunması adı altında Rusiya tərəfindən işğal edilib və bu gün də de fakto
qondarma respublika şəklində Rusiyanın bir əyalətidir.
Doğma Ana
Dilimizə hörmətsizliyimiz o həddə çatıb ki, biz mədəni görünüş yaratmaq naminə,
başqalarının xoşuna gəlmək naminə öz dilimizdən imtina edirik. Dahi Sokrat
deyib ki, “ Danış ki, səni
görüm”. Dil xalqımızın varlığı, yaşaması və görünməsi deməkdir. Humboldtun
isə “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir”
kəlamı daima yaddaşımızda olmalıdır. Heydər Əliyev: “Hər bir xalqın
milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”
Bəs biz niyə dilimizə bu qədər hörmətsizlik
edirik? Bilmirik ki, bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq
kifayətdir?!
Nəzərimizdən qaçan bir halı qeyd edim ki,
Azərbaycan da 2018-ci il üçün rusdilli məktəblərdə yer çatışmamazlığı barədə
KİV-də və elektron media və sosial şəbəkələrdə geniş yayılan məlumat hamımızı
düşündürməli idi, təəssüf k, bu hala münasibət bildirən ziyalılarımız (yox
səviyyəsindədir) və siyasətçilərimiz demək olar ki olmadı.
Bir faktı da qeyd edim ki, 2013-cü ildən
başlayaraq Rusiya keçmiş SSRİ ölkələrində yerləşən səfirlikləri vasitəsi ilə
1991-ci ilə kimi keçmiş SSRİ-də anadan olmuş şəxslərə sadələşdirilmiş formada
Rusiya vətəndaşlığı təklif edir.
Azərbaycanın qərb bölgəsinin
sakinlərinin əksəriyyətinin Rusiya vətəndaşı olması danılmaz faktdır.
Baxmayaraq ki, bu gün ki gün Rusiya ilə
Azərbaycanın münasibətlərinin normal olması və ya Azərbaycanın Rusiyaya loyal
münasibəti (bəlkə də görünən loyallıq qeyd edilən amillər hesabınadır) yuxarıda qeyd edilən təhlükəni arxa plana
keçirib ancaq, qeyd edilən hallar Rusiya tərəfindən hər zaman istifadə oluna
bilər və bu ehtimal həddindən artıq çox yüksəkdir və müstəqilliyimizə, ərazi
bütövlüyümüzə bir başa təhlükədir.
Əlavə olaraq qeyd edim ki, ana
dilimizlə bağlı hazırladığım təkliflər Milli Məclisə və inzibati orqanlara hələ
2017-ci ilin aprel ayı ünvanlanıb, təkliflərimizdən ancaq və ancaq “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyiiliklər qəbul edilmiş yəni rus sektorunu
bitirən abituriyentlər Azərbaycan dilindən imtahan verilməsi bərpa edilmişdir.
Əgər bu gün təxirəsalınmaz tədbirlər
görülməsə Rusiya Azərbaycan Respublikası ərazisində öz vətəndaşlarını və rus
dilli əhalinin qorunması adı altında Azərbaycanda yeni Dnestr yanı, Abraziya,
Cənubi Osetiya, Luqanski, Donetski yarada bilər. Buna biz özümüz şərait
yaratmışıq və məsuliyyətlidə öz üstümüzdədir.
Dadaşov Vüqar Piri oğlu
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas.
Комментариев нет:
Отправить комментарий