Поиск по этому сайту

понедельник, 26 августа 2019 г.

"QAZAX ZİYALILAR KLUBU" məlumat yaydı

“QAZAX ZİYALILAR KLUBU” xalq yazıçısı, ictimai-siyasi xadim İSMAYIL ŞIXLININ 100 illik yubileyi ilə bağlı keçirəcəyi tədbirlə əlaqədar İSMAYIL ŞIXLININ oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna-Зеркало qəzetinin baş redaktoru, əməkdar jurnalist ELÇİN ŞIXLI ilə görüşüb,  tədbirlə bağlı məsləhət və tövsiyələrini alıb.
  Qeyd edək ki, tədbirin keçiriləcək yeri və tarixi barədə əlavə məlumat veriləcək.

Tural İrfanın əsərləri qan yaddaşımızı təzələyir


Son zamanlar yazarların əksəriyyəti postmodernizmə, bayağılığa, özlərini yaradıcılıqla yox, hay-küylə, qalmaqalla gündəmə gətirmək istəyir. Araşdıranda isə görürük ki, onların vətən üçün, xalq üçün, dövlət üçün bəhrə verən bir cümləsi yoxdur. Başını aşağı salıb sırf yaradıcılıqla məşğul olan, soyqırımlardan, qan yaddaşımızdan bəhs edən əsərlər yazan demək olar ki, yox dərəcədədir. Ancaq ilahiyyatçı-yazar, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliklərinin üzvü Tural İrfanın yazıb-yaratdığı bütün əsərlər milli tariximizi, başımıza gətirilən soyqırımları, xalqımızın qan yaddaşını əks etdirir, özümüzü özümüzə qaytarır. Yazarlara diqqət və qayğı çərçivəsində Tural İrfan heç bir qayğı görmədən, təmənnasız olaraq bu əsərləri yaradıb və çox çətinliklə, ağır sosial durumda nəşr etdirib. Hətta bəzi içimizdəki ermənipərəst, ermənixislətli qüvvələr ona maneələr törədib, təqdimatına, satışına, yayılmasına imkan vermirlər.
Məlum Aprel döyüşlərindən sonra bu tarixi hadisəni tam təfərrüatı ilə, şahid ifadələri ilə "Eşqin şəhidi" adlı sənədli romanında əks etdirən Tural İrfan bu günün ən milli ruhda yazan yazarıdır.
Onun Qazax rayonunu işğal olunmuş 7 kəndi və Bağanıs Ayrım soyqırımından bəhs edən əsəri "Kamikadze 1" eyni zamanda bütün soyqırımlarımıza güzgü tutub. Bir çox ziyalı və böyük professorlarımız ona rəylər verib. Tural İrfanın bu sənədli romanı milli, mənəvi, tarixi, ədəbi yöndən dövrün ən sanballı əsəri sayılmalıdır.
Qazax Ziyalılar Klubunun həmtəsisçisi və İdarə Heyətinin üzvü olan Tural İrfanın bütün yaradıcılığı vətənpərvərliyə həsr edilib. Çox təəssüf ki, belə bir yazarın daha da sanballı əsərlər yaratmasına ciddi maneələr yaradılır. Erməni vandallığınınifşa etdiyinə görə, soyqırımlarımızı təbliğ etdiyinə görə ona dəstək vermək əvəzinə, qarşısını kəsib kitablarını kitabxanalardan yığışdırırlar. Ermənilərin xalqımıza qarşı törətdiyi mənfur hadisələri dəstəkləyənlər və ya onların havadarları gizli əllərin vasitəsi ilə yazara təziqlər, hədələr edirlər.
Mən yazarın təmsil olunduğu Dünya Gənc Türk Yazarlar Birliyindən və Qazax Ziyalılar Klubundan çox şeylər gözləyirəm bu yöndə. Yəni təkcə xalq üçün yazıb yaratmaq deyil, onu təbliğ etmək, yaşatmaq, müdafiə etmək də bizim borcumuzdur.
Qazax Ziyalılar Klubu yarandığı gündən mən onu izləyirəm və dostum Tural İrfanın orada olması məni sevindirir, qürurlandırır. Çünki o klunda təmsil olunan ziyalılar hər biri dəyərli ziyalılar, görkəmli yazarlardır. Qarabağ qazisi-hüquqşünas, polittexnoloq, QAQB Ali Məclisinin üzvü, Nöqtə-Yeni Başlanğıc İB-nin həmsədri, yazar-publisist Vüqar Dadaşov, yazıçı, tədqiqatçı-araşdırmaçı, publisist, Carçı Araşdırma Mərkəzinin sədri Sərxan Carçı, yazıçı-şair,publisist, araşdırmaçı, bir neçə kitab müəllifi Rəşad Mahmud və 8 kitab müəllifi, Prezident mükafatçısı, AMEAanın dissertantı Tural İrfanın birlikdə təsis etdikləri Qazax Ziyalılar Klubunun gələcəyinə böyük inanım var. Çünki burada rəhbərlik edənlər çətin və maddi-mənəvi sıxıntılara baxmayaraq bu yükün altına giriblər və xalqımız üçün əllərindən gələni edirlər.

Ümidvaram ki, həm digər ziyalıların, həm də bu simaların özlərinin yaradıcılığını indən belə biz bu klubun sayəsində daha geniş üfüqdə izləyə biləcəyik. Tural İrfanın Kamikadze 1 əsəri təkcə Qazaxın problemlərindən, orada baş verən işğaldan söz açmır, Qazaxın timsalında bütün Azərbaycanın ümumi dərdlərini müasir dildə gündəmə gətirir. Məncə Qazax Ziyalılar Klubunun İdarə Heyətinin üzvü Tural İrfanın bu əsəri bütün qazaxlıların stolüstü kitabı olmalı, dünyanın hər yerində yaşayan soydaşlarımız bu əsəri oxumalıdır. Uzun illər araşdırma apararaq müəllifin çox çətinliklərə qatlanmaqla yaratdığı bu əsərə qiymət verməyi bacarmayanlar ya nadan, ya da xain ola bilər.
Mən Tural İrfanın bu əsərini dövrün ən mükəmməl milli-tarixi sənədli romanı hesab edirəm, ona və Qazax Ziyalılar Klununa müvəffəqiyyətlər arzu edirəm.
Bəxşeyiş Qarabağlı
Azərbaycan Jurnalistlər Birliyinin, "Azad Qələmlər Cəmiyyəti"nin, Dünya Azərbaycanlıları Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist

воскресенье, 25 августа 2019 г.

Təhsilimizi məhv etmək bizə əmr edilib?!


     


Tanınmış hüquqşünas, Qarabağ Qazisi, QAQB-nin Ali Məclisinin üzvü, "Qazax Zİyalılar Klubu"nun idarə heyyətinin üzvü Vüqar Dadaşov təhsil sahəsində vacib islahatların keçirilməsindən danışıb. Həmin çıxışı oxucularımıza təqdim edirik.

   “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən, 2016/2017-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılması bizim milli maraqlarımıza zidd olduğu halda qəbul edilmiş qərar idi.Ən aşağısı bu qərar savadsızlıq şəraitinin yaranmasına səbəb olmaqla yanaşı, başlıcası doğma ana dilimizə hörmətsizlikdir və bu qərar doğma dilimizin təbliğinə, qorunmasına və inkişafina mane olan addım idi.  Baxmayaraq ki, KİV-də mütəmadi olaraq bu məsələni qaldırdıq və nəhayət ki, bu məsələ öz müsbət həllini tapdı. 
    Rus dilinin dünyada və keçmiş MDB ölkələrində mövqeyini itirdiyi halda Azərbaycanda isə əksinə daha da nüfuz qazanması, təbliği doğma ana dilimizin nüfuzunun zəif ləməsinə əsas olmaqla həmdə siyasi baxımdan da dövlətçiliyimizə təhlükə mənbəyidir. Rusiyanın Gürcüstana hücumu və Abraziya Osetiyanın  işğalının əsas səbəbi Rusiyanın rus dilli vətəndaşlarının müdafiəsi adı altında baş verdi. Eyni hadisələrdə  Ukraynanın Luqanski və Donetski vilayətləridə rus dilli əhalinin müdafiəsi adı altında təkrarlandı.  Doğma Ana Dilimizə hörmətsizliyimiz o həddə çatıb ki, biz mədəni görünüş yaratmaq naminə, başqalarının xoşuna gəlmək naminə öz dilimizdən imtina edirik. Dahi Sokrat deyib ki, “ Danış ki, səni görüm”. Dil xalqımızın varlığı, yaşaması və görünməsi deməkdir. Humboldtun isə “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir” kəlamı daima yaddaşımızda olmalıdır. Heydər Əliyev: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”
  Bəs biz niyə dilimizə bu qədər hörmətsizlik edirik? Bilmirik ki, bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir?!


  Son vaxtlar kütləvi informasiya vasitələrində abituriyentlərin xarici dövlətlərin universitetlərinə imtahansız və orta təhsil haqda sənəd əsasında qəbulunun  mümkünlüyü barədə məlumatlar geniş yayılmışdır.   Belə təkliflərdən daha çox ali təhsil ocaqlarına daxil ola bilməyən şəxslərin yararlanması heç kimə gizli deyil. Təhsil səviyyəsi aşağı olan şəxslərin bu şəkildə ali təhsilə cəlb edilməsi əvvəla orta məktəblərdə təhsilə marağın zəifləməsinə səbəb olması da inkar edilməzdi.  Savadsız şəxslərin daha tez təsir altına  düşmələri də danılmazdı. Buna görə də belə şəxslərin xarici dövlətlərdə müəyyən dairələrin təsir obyektinə çevrilmələri daha realdır. Gələcəkdə isə belə şəxslər respublikamızda həm elmi, həm siyasi, həmdə ictimai-sosial  sahələrdə problemlərin yaranmasını qaçılmaz edəcəkdir. Hesab edirəm ki, imtahansız və ancaq orta təhsil haqda sənəd əsasında xarici dövlətlərin ali məktəblərinə qəbul edilənlərin ali təhsil haqda diplomlarının Azərbaycan Respublikası tərəfindən tanınmaması  bu məsələnin həllinə kömək etməklə kütləvi savadsızlığın qarşısını almış olar, xaricı qüvvələrin  gənclərimizə təbliğ etmək istədikləri yad təbliğatın qarşısını almaq iqtidarında ola bilən savadlı gənclərin xarıcdə imtahan əsasında təhsil alması milli adət-ənənələrimizin, mədəniyyətimizin  və Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına da xidmət etmiş olar.


  Hər bir mərhələdə gələcək nəslin milli dəyərlərimizin, milli kimliyimizin qorunması, təbliği ruhunda cəmiyyətimizə hazırlanması ilk növbədə Təhsil Nazirliyinin vəzifəsidir. Məktəbəqədər müəssisələrə, məktəblərə, orta ixtisas müəssisələrinə aid  əhatəli ümumi vacib qərarlar geniş müzakirədən sonra tətbiq edilməlidir.


   “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın tətbiqi və nəzarəti, eyni zamanda da xarici dövlətlərin ali təhsil haqqında diplomların tanınması  Azərbaycan respublikasının Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin səlahətləri çərçivəsində olmasına baxmayaraq, strateji əhəmiyyətli məsələlərin həllinə hesablanmış qərarların qəbul edilməsində mütəxəssislərin, alimlərin, deputatların və ictimaiyyətin fikri və tövsiyələri nəzərə alınarsa milli kimliyimizi qorumaqla  uzunmüddətli effektə nail olmaq mümkündür"



пятница, 23 августа 2019 г.

Qazaxda Səfəvilər dövrünə aid tarixi abidələr məhv edilir! Tural İrfanın araşdırması

Tarixi abidələrimizə qayğı və diqqət ən vacib məsələlərdən olmalıdır. Son zamanlar bu diqqət hiss olunsa da bəzən ayrı-seçkiliyin şahidi oluruq. Bu ya bəzi yeri məmurların yeyintisi nəticəsində, ya da anti-milli xəyanətkar güvvələrin tariximizi silmək niyyəti sayəsində baş verir. Belə ki, Qazax rayonunda alban kilsələri təmir olunsa da qədim Dəmirçilər məscidinin təmirinə imkan verilmir. 

Bu silisləyə Qazaxda Şəkərin Qalası deyilən qədim abidəni, Kəsəməndə İsrafil Ağanın evini, tarixin izi olan Kəsəmən Qalasını, Dədəban qalasını və digər məhvə məhkum edilən onlarla, yüzlərlə abidəni əlavə etmək olar. Hətta məlumata görə Qazaxın mərkəzindəki alban kilsəsi təmir olunarkən onun divarındakı, alban abidəsi olmasını əks etdirən yazılar da qəsdən silinmişdir. Təmir adı altında tariximizi silənlər Dəmirçilər məscidinin ümumiyyətlə məhv olaraq itməsinə şərait yaradırlar. 


Kəndin ən qədim tarixi abidələrindən olan bu məscidin əsası Səfəvilər dövründə, Mərənd-Ərdəbil-Vedibasar-Göyçə-Qazax marşrutu ilə gələrək məskunlaşmış Qızılbaş Temirçi-Dəmirçi tayfaları tərəfindən 15 ci əsrdə kəndin binasını qoymuş Dəmirçi Alı tərəfindən qoyulmuşdur. Kəndin ən hündür yerlərindən birində tikilən bu məscid elə bir məkanda qərar tutub ki, oradan baxarkən Göyçə mahalının bir hissəsi, Şəmşəddil mahalının çox hissəsi, Qazax mahalının da önəmli hissələrini görmək mümkündür. 

Kəndin tarixi göstərir ki, məscid savaşlar və tarixi hadisələr nəticəsində dağılaraq 4 ədəd uca minarəsi də pozulmuşdur. İkinci dəfə məscidi 1735 ci ildə Hacı Heydər, Məşədi Baba, Qaraca Hüseyn, Şeyx Alı oğlu Abdu və İmamalı yenidən ucaldaraq iki minarəsini əvvəlkinə nisbətən qısa şəkildə qismən bərpa etmişlər. Kənddə dini etiqadlı və savadlı adamlar, mollalar həddən artıq çox olduğundan bu məscid regionun dini mərkəzi yerləşən nöqtəyə çevrilərək mədrəsə fəaliyyəti də göstərmişdir.

Ermənilərin tarix boyu hücumlarına məruz qalan bölgə əhalisi və Dəmirçilər camaatı 1906 cı ildə yenidən mənfur düşmənin qətliamına tuş gəldi. 22 yanvar 1906 cı ildə Qurban Bayramı günü ermənilər hücum edərək yuxarı kəndləri (indiki ermənistan adlandırılan ərazilərə yaxın torpaqlar) yandırıb camaatı nizələrə taxmağa başladılar. 

Həmin ərəfədə dini və milli mərkəz olan, ziyalıların, bəylərin - ağaların toplanış yeri sayılan Dəmirçilər məscidində bayram tədbiri idi və bölgənin bütün böyükləri ora toplaşmışdılar. Bu tarixi olayı Məmməd Səid Ordubadi (1872 - 1950) "Qanlı illər" kitabında belə nəql edir :" 22 yanvar 1906 ci ilə uyğun gələn Qurban bayramı günü Qızıl Hacılı camaatı bayram namazını qılıb qurbanlarını kəsməyə məşğul olarkən kəndlərə hücum edən erməni birləşmələri müsəlmanları qətl etdilər. Yaxın kəndləri yandırdılar, hətta bir şikəst qocayla iki həddi buluğa çatmamış qızı anaları ilə birgə əsir apararaq obaları yağmalayıb atəşə qərq etdilər. 

Müsəlmanlar bayramı unudaraq digər kəndlərə qaçışdılar. O sırada Dəmirçilər kəndində olan İsrafil bəy güllə səslərini duyaraq Nuru bəylə birlikdə, qırılan camaatın yardımına yetişərək erməniləri, dustaqları buraxaraq, yarısı yandırılıb yıxılmış kəndlərdən qaçmaq məcburiyyətində qoydular."

Digər qaynaqlara və yerli əhalinin istinadına görə o zaman Dəmirçilərdə bayram zamanı toplaşan igid Dəmirçilər camaatı silahlanaraq yuxarı kəndlərə hücum edən erməniləri darmadağın edib geri oturdublar. Dəmirçilərin əli silahlı kişilərinin yuxarı kəndlərə yürüdüyünü və kəndin mühafizəsinin olmadığını görən digər erməni dəstələri Lələ kənd deyilən kənd tərəfdən Cəfərli istiqaməti ilə əhalini qıra-qıra Dəmirçilər məscidinə yetişib orada yalnız qadın-uşaqların qaldığını görərək onları məscid qarışıq yandırıb məscidi viran ediblər. Bu zaman yuxarı kəndlərin xilasına üz tutan Nuru bəylə, İsrafil bəy olayı duyaraq yenidən geri üz tutublar. Artıq onların gəlişini hiss edən ermənilər talanı və qətliamı yarımçıq qoyaraq gəldikləri istiqamətlə geri qaçıblar.
Məscid 2 il dağılmış vəziyyətdə qalıb. Sonra kənd əhalisi toplaşaraq məscidi təmir etməyə çalışıblar. 

Kənddən Kərbəlayi Mansır, İmamalı oğlu Kərbəlayi Xəlil, Məşədi Molla Alı və digər nüfuzlu şəxslər həmin məscidi əvvəlki təmtəraqlı formada olmasa da minarəsiz və sadə halda, köhnə təməllər üzərindən təmir-bərpa ediblər. Hazırda qapının kənarında da təmir tarixi hicri qəməri təqvimi ilə qeyd edilib. Bu məscid yenidən fəaliyyətini bərpa edib, böyük alim, Məşhədi Molla Alı bölgə qazısı olaraq bu məsciddə oturub. Onun məsciddən bir qədər aralıda öz Hüseyniyyəsi ( namazgah ) də olub ki, son zamanlara qədər qalırdı. Kənddən Məşədi Baba, Kərbəlayi Mansır, Kərbəlayi Xəlil, Seyid Murtuz və digərlərinin sayəsində 180 nəfərə yaxın insan o dövrdə Məşhəd, Kərbəla və Məkkə ziyarətinə gedib. Hazırda Tiflis arxivində Məşhədi Molla Alının qazı olması və Dəmirçilər məscidində qərargahlanması təsdiq edilir digər mühüm məlumatlarla bahəm.

Məlum Sovet hakimiyyəti qurulduqda isə represiyalar nəticəsində din adamları fəaliyyətini zəiflədib, kitablar müəyyən yerlərdə və məscidin müəyyən əhatəsində dəfn edilib, məscid isə anbar kimi istifadəyə verilib, müəyyən qədər də təmir olunub. Sovet hökuməti çökəndən sonra isə məscidə heç bir qayğı-diqqət olmayıb. 

Uzun illər Qazaxda bölgə qazısı işləyən bir şəxsin məzhəbçi və nifaqçı fəaliyyəti nəticəsində bu məsciddə dini icmanın yaranmasına da imkan verilmədi. Hətta sakinlər ərizə ilə Qafqaz Müsəlmanlar İdarəsinə və digər qurumlara da müraciət etdilər, xeyri olmadı. Bunu görən yerli imkanlı şəxslər özləri öz şəxsi hesablarına bu tarixi abidəni təmir etmək istədilər, qaranlıq əllər buna da imkan verməyərək həmin imkanlı şəxsləri tora salmaq istədilər.

Hal hazırda o abidəni nə din ocağı-məscid kimi, nə də tarixi abidə kimi təmir etməyə, heç kənarına mühafizə olunması üçün maneə çəkməyə də imkan vermirlər. 

Ermənilərlə sərhəddə yaxın bir kəndin Səfəvilər dövrünə aid ən qədim abidəsini qaranlıq əllər bax beləcə məhv edirlər. Məscidə kim yaxın gedirsə dərhal ya həbs edirlər, ya da həbslə hədələyib qaçırdırlar.
Abidənin içində isə vəhşi heyvanlar, at-eşşək, mal-qoyun arxaclanır. Dəfələrlə məscidin içində gün isti olan zamanlarda yatıb gövşəyən inəklər, anqıran eşşəklər görmüşəm. Yadıma Şuşa məscidi düşüb. 

Şuşada anoloji olayı ermənilər edir, bəs Qazaxda bunu kim edir? Şuşada bu olayı milləti erməni olanlar edir, burada isə xisləti erməni olanlar edir. Çünki Səfəvilər dövrünə aid olan bu abidəni məvh etmək kəndin tarixini ermənilərin istəyinə uyğun olaraq cavanlaşdırmaqdan başqa bir şeyə xidmət etmir. 

Məscidin qapıları, pəncərələri də yoxdur. 

Üstü torpaqla örtüldüyündən 111 illik ağac millər, sütunlar artıq yağış sularına tab gətirmək əzmində deyil. İki qapısı olan bu tarixi abidənin əhatəsində hətta arxeoloji qazıntılar aparılsa daha faydalı məlumatlar əldə etmək olar.

İlk təməlini qoyanlardan biri mənim ulu babamdır. Hər dəfə ürək ağrısı ilə o mənzərəni görəndə, məsciddəki mal-qaranı çıxara-çıxara sanki babamın ruhunun məni danladığını, gileyləndiyini eşidirdim ki, "bala niyə səsini çıxarmırsan???"

Bu yazını ona görə yazıram ki, qurumlar bir-birinin üstə ataraq nəticədə erməniyə xidmət edib belə bir abidəni məhv edirlər onsuz da. Abidə məhv olur və olacaq da. Ancaq heç olmasa yox olandan sonra onun haqqındakı məlumat qoy tarixdə qalsın. 

Necə ki, Ordubadinin yazdığını mən burada sitat gətirdim, qoy gələcəkdə də onun davamı olaraq mənim yazdığımı sitat gətirsinlər. Ancaq bir fərqlə: Ordubadinin nəql etdiyi dövrdə o məscidi ermənilər dağıtmışdı, amma indi öz ermənilərimiz dağıdır və ya nə bərpa edir, nə də təmirinə imkan vermirlər...

Tural İrfan
İlahiyyatçı-jurnalist
AYB, AJB - nin üzvü

"QAZAX ZİYALILAR KLUBU" loqosunu təsis etdi



"Qazax Zityalılar Klubu"  23.08.2019-cu il tarixdə öz loqosunu təqdim edib. Xatırladaq ki, "Qazax Ziyalılar Klubu" 03.07.2019-cu il tarixdə bir qrup ictimai aktiv gənclərin təşəbüsü ilə yaradılıb və  məqsədi Qazax elindən olan dəyərli ziyalılarımızın, tarixi şəxsiyyətlərimizin, eləcədə milli, mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında həmçinin, dövlətçiliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüz uğrunda xüsusi fədakarlıqla  fəaliyyət göstərən və canını, sağlamlığını qurban vermiş şəxslərin təbliğidir.
   Yeri düşmüşkən qeyd edək ki, "Qazax Ziyalılar Klubu"  yaradıcı gənclərin fəaliyyətinə dəstək verən təşkilatdır. Tərəfimizdən "Qazax Ziyalılar Klubu"na vətənimizə xidmətlərində yorulmazlıq və uğurlar arzu edirik.

SNN NEWS-haber

воскресенье, 18 августа 2019 г.

“Qazax Ziyalılar Klubu” “ilin qazaxlı ziyalısı” müsabiqəsini elan edir

 “Qazax Ziyalılar Klubu”  Qazax Rayonu üzrə İlin ziyalısı  müsabiqəsini elan edir. Müsabiqənin münsiflər heyəti müəyyən edilib və münsiflər heyəti tanınmış ictimai,  incəsənət və mədəniyyət xadimlərindən təşkil olunub. Münsiflər heyəti aşağıdakı tərkibdən ibarətdir:  
        1. Akif Aşırlı (Şərq qəzetinin təsisçisi və baş redaktoru),
        2. Tariyel Qasımov (Azərbaycan Respublikasının xalq artisti),
        3. Rəşat Kəsəmənli (Aktyor, şair-yazar),
        4. Avdı Qoşqar (AJB-nin üzvü, əməkdar jurnalist)
        5. İbrahim İlyasl (Sumqayıt Poeziya Evinin sədri, AYB-nin üzvü),
        6. Barat Vüsal (AYB-nin Qazax Zona filialının sədri, şair-publisist),
        7. Fəridə Ləman (AYB-nin üzvü, yazar),
        8. Ələddin Kəsəmənli(Qarayev) (Media xəbərləri  İP-nın təsisçisi və baş redaktoru),
        9.Vəli Xramçaylı (AYB-nin üzvü, şair).
   Müsabiqənin nəticəsi münsiflər heyətinin qərarı ilə müəyyən ediləcək və 31 dekabr 2019-cu il tarixdə Dünya Azərbaycanlılarının həmrəylik günündə  elan olunacaq. “İlin qazaxlı ziyalısı”  seçilmiş şəxsə xüsusi diplom və mükafat  təntənəli şəkildə təqdim olunacaq.

SNN NEWS-Haber

воскресенье, 11 августа 2019 г.

Путин наказал Атамбаева за...



Известный юрист, политолог  Вугар Дадашов высказал  свое мнение о преследовании бывшего президента Киргизии А. Атамбаева. Выступлению В. Дадашова предоставляем нашим читателям.
 «Новые власти Киргизии дал старт преследование бывшего  президента Киргизии, добровольно здавшего пост первого лица страны А. Атамбаева.
Безусловно, это не  приятной  пример для остальных действующих глав государств, особенно на пространстве  бывшего СССР и именно это ситуация для “вечных правителей” является первой причиной удержание власти, то есть  "страх преследования". Конечно ж, перед законам все одинаковы, но в этом случае, а именно преследование А. Атамбаева явно заказное. Новый Президент Киргизии С. Жээнбеков во время выступление в совете безопасности страны вел себя как процессуальное лицо и он как следователь переквалицировал действия Атамбаева  и сказал что, бывший президент Атамбаев со своим действием превратился с свидетеля на подозреваемого. Нынешний президент Киргизии С. Жээнбеков выступил не как президент а как следователь. Не оспорим тот факт что, вес Киргизия под колпаком Кремля и был почти всегда, да и А. Атамбаев был человеком Москвы но, как видите, Москва дал добро на преследование Атамбаева и этому одно причина-А. Атамбаев со своим уходом показал пример Путину и русским. Путин посчитал это унижением так как, Киргизия на этом фоне выглядит более демократичным, чем Россия и поэтому Путин решил наказать А. Атамбаева  за "самовольный" уход с власти.
  При непрекращающийся  народная волнения против управление Путина в России и добровольный  уход президента Киргизии Атамбаева  дал дополнительный  импульс русским для окончательное и не уступчивое  требование ухода Путина. Конечно, ж Путин считает что, Атамбаев предал его и стал для него и для его страны “плохой” примером. И вот  А. Атамбаев наказывается.
Считаю что, уход Путина с поста президента России не за горами и в этом процессе в Киргизии, а именно преследование А. Атамбаева не продолжится, но и на этого уйдет немало времени»
SNN NEWS-Haber



среда, 7 августа 2019 г.

Qadınlar niyə axı boşanırlar?!


   
Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov olkəmizdə artan boşanmalardan danışıb. Həmin çıxışı oxucularımıza təqdim edirik.
  "Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin ilk kvartalında ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 6,6% (938 nigah) azalıb, boşanmaların sayı isə əksinə 13,6% (433 boşanma) artıb. Regionlara nisbətən Bakıda boşanmalar daha çox qeydə alınmışdır, yəni Bakıda 2957 nigah, 1134 boşanma faktı qeydə alınıb. Bu isə o deməkdir ki,  boşananların sayı nigaha girənlərin 38,3%-i səviyyəsində olub. Ölkə ərazisində isə ən böyük göstərici Xankəndi şəhərində qeydə alınmışdır belə ki, boşananların sayı nigaha girənlərin 75% -i səviyyəsində olmuşdur.
   Dövlət Statistika Komitəsinin məlumatına əsasən boşanmaların  sayı dinamik şəkildə artmaqdadır və son on ilin göstəriciləri ailə institutunun məhv olma istiqamətində olduğunu göstərir. Belə ki, 2007-ci il – 81758 nikah, 8340 boşanma, 2008-ci il – 79964 nikah, 7933 boşanma, 2009-cu il – 78072 nikah, 7784 boşanma, 2010-cu il – 79172 nikah, 9061 boşanma, 2011-ci il  – 88145 nikah, 10747 boşanma, 2012-ci il – 79065 nikah, 11087 boşanma faktı qeydə alınmışdır. Göründüyü kimi boşanmaların sayında dinamik artım qeydə alınmaqdadır. Yeri gəlmişkən qeyd edim ki, sosioloji mənbələrə görə   boşananlar içərisində valideyn razılığı olmadan, özbaşına ailə quranlar çoxluq təşkil edir. 
  Bəs hansı səbəblərdən boşanma hadisələri artmaqdadır? Bunun həm obyektiv həmdə subyektiv səbəbləri vardır. Maddi və sosial problemlər əsas səbəblərdən olmaqla yanaşı müxtəlif səbəblərdə mövcuddur. Əvvəla qeyd etmək vacibdir ki, praktik olaraq boşanmaya meylli qadınlardır belə ki, məhkəmə praktikası göstərir ki, məhkəmələrə boşanmaq üçün müraciət edənlərin hər beş nəfərdən dördü məhz qadınlardır. Haqlı olaraq belə bir sual ortaya çıxır.
  Bəs qadınlar niyə boşanmağa can atırlar?
Əlbət ki, bu işin psixoloji tərəfidir. Bu istəyin yaranma səbəbləri müxtəlif olsa da qeyd etmək lazımdır ki, cəmiyyətimizdə qadınlara və uşaqlara xüsusi yanaşma, dövlətin əhalinin bu kateqoriyasına diqqətin və qayğısının fonunda baş verməsi ailədə xüsusən də qadınlarda müəyyən fikrin və həyata baxışın formalaşmasından irəli gəlməsidir.
Mülki qanunvericiliyin o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarının adət ənənələrimizə və mentalitetimizə uyğun  tətbiq edilməsi qadınlarda özlərinə inam yaratmaqla ailə, məişət qayğılarından  uşaqlaşmağa və fərdi azadlıqlara meyliliyə səbəb olmuşdur. Məhkəmələrdə boşanmalar zamanı birgə nigah dövründə doğulmuş uşaqların analarla qalmasına, mənzil təminatına, uşaqların saxlanılması üçün atadan ananın xeyrinə alimentin tutulması de-fakto qadınlara boşanmadan əvvəl məlum “qələbə”dir. Bu səbəbdən də qadınlar ailədə adi və mənasız səbəblərdən güzəştə getməyərək həvəslə hakimiyyətini göstərməyə çalışaraq və qarşı tərəfi cəzalandırmaq istəyindən və boşanma zamanı məlum “qələbə”nin məhz onlara məxsus olduğundan həvəslə məhkəmələrə müraciət edirlər.
 Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edildiyi halda “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun1-ci maddəsinə əsasən 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136 manat 60 qəpik, 2018-ci il üçün 154 manat, 2019-cu il üçün 160 manat müəyyən edilməsi və  ölkəmizdə aliment fondunun yaradılması ümumilikdə müsbət hadisə kimi qiymətləndirilsə də bu problemin psixoloji və mənəvi tərəfinə deyil məhz maddi tərəfinin həllinə effektlidir.
 
  Sual olunur ki, bəs necə boşanmaların sayının azalmasına və ailə institutunun bərpasına nail olmaq mümkündür. Hesab edirəm ki, ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad arasında nigah bağlanarkən paralel olaraq “nikah müqavilələri bağlanmalıdır.

 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 
On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafedən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunduğu halda  14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılması məhkəmə təcrübəsinə çevrilmişdir. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Azərbaycan Respublikası sözü gedən Konvensiyaya qoşularaq  hələ 1992 ildən ratifikasiya etmişdir.
Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı Azərbaycan Respublikasında  yaşayış minimumuna uyğun deyil, məhz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən edilməlidir.
   Hesab edirəm ki, ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad arasında nigah bağlanarkən paralel olaraq “nikah müqavilələri” bağlanmalıdır. Nigah müqavilələrində ər və arvadın vəzifə və öhdəlikləri, boşanma zamanı birgə nikahdan doğulan uşağın valideynlərdən kiminlə qalması, aliment məsələsi, əmlak bölgüsünün detalları, boşanmadan sonra ər və arvadın yaşayış yerinin müəyyən edilməsinin göstərilməsi adi səbəblərdən boşanmaların qarşısını almaqla, tərəflərin bir-birinə qarşılıqlı münasibətin qorunmasına şərait yaradaraq və “qələbəyə” yüklənmiş boşanma meylini azaldacaq. Nigah müqavilələri ailələrin dağılmasının qarşısını almağa effektli bir hüquq norması kimi uşaqların bütöv ailədə tərbiyə almasına imkanı artırmış olacaqdır"

 SNN NEWS-Haber

суббота, 3 августа 2019 г.

Vladimir Putinin Qarabağ Qazisınə cavabı (rəsmi sənədlər)

   
07.06.2018-ci il tarixdə keçirilmiş “Vladimir Putinlə bir başa əlaqə” proyektində  Rusiya Prezidenti Vladimir Putinin 1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas Vüqar Dadaşovun “Niyə görə Çeçenistanda Rusiyaya öz konstitusion qayda və qanunlarını bərpa edə bildiyi halda Qarabağda  Azərbaycan niyə öz konstitusion qayda və qanunlarını bərpa etməyə haqlı deyil?”   sualı axır ki, gec də olsa Rusiya Federasiyası Prezident Administrasiyası və Rusiya Xarici işlər Nazirliyi tərəfindən cavablandırılmışdır.
  Sözü gedən sual 07.06.2018-ci il tarixdə keçirilmiş “Vladimir Putinlə bir başa əlaqə” proyektində  Rusiya Prezidentini tərəfindən cavablandırılmadığına görə  qoyulmuş sual sonradan bütün elektron vasitələrlə dəfələrlə Prezident Putinə ünvanlanmışdır və bu məsələ də Azərbaycan KİV-də və elektron media da(https://shar.es/anGR3z http://milletinsesi.az/postview/post/50704 https://t.co/P1SbXGj77u ) geniş işıqlandırılmışdı.
   Rusiya Federasiyası Prezident Administrasiyasından 26.06.2018-ci il tarixli
А26-02-70497771 saylı Dadaşov Vüqar Piri oğluna ünvanlanmış cavabdan görünür ki,    Rusiya Federasiyası Prezident Administrasiyası sualı Rusiya Federasiyası Xarici işlər Nazirliyinə yönəldərək Vladimir Putin qarşısında qoyulan sualdan yayınmışdır.

  Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Rusiya Federasiyası Prezident Administrasiyasından ona yönəldilmiş 
“Niyə görə Çeçenistanda Rusiyaya öz konstitusion qayda və qanunlarını bərpa edə bildiyi halda Qarabağda  Azərbaycan niyə öz konstitusion qayda və qanunlarını bərpa etməyə haqlı deyil?”
1-ci Qarabağ müharibəsi qazisının sualını   01.08.2018-ci il tarixli  6926/4ДСНГ saylı sənədlə formal olaraq  ümumi sözlərlə cavablandırmaqla qoyulmuş suala mahiyyəti üzrə cavab  verə bilmədiyi və ya cavab vermək istəməməsi məsələdə maraqlı olduğunun sübutu kimi qiymətləndirilməlidir.
   Rusiya Federasiyası  Qarabağ konfliktinin ədalətli həllində maraqlı və israrlı olması Rusiyanın  Qafqazda süni yaratdığı Ermənistan dövlətinə və Azərbaycan Respublikasına və ümumilikdə Qafqaza təsir rıçaqından imtinası deməkdir! Rusiyanın Qafqaz və keçmiş SSRİ dövlətlərinə qarşı siyasətindən və maraq dairəsindən uzaqlaşması yaxın perspektivdə mümkünsüzlüyü Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Qarabaq və ətraf rayonlarının işğaldan azad olunmasını əngəlləyir.



SNN NEWS-Haber
704977 Страница 1 из 1
АДМИНИСТРАЦИЯ ПРЕЗИДЕНТА
РОССИЙСКОЙ ФЕДЕРАЦИИ
УПРАВЛЕНИЕ
ПРЕЗИДЕНТА РОССИЙСКОЙ ФЕДЕРАЦИИ
ПО РАБОТЕ С ОБРАЩЕНИЯМИ ГРАЖДАН
И ОРГАНИЗАЦИЙ
_________
ул. Ильинка, д. 23, Москва, Российская Федерация, 103132
« 26 » июня 20 18 г.
№ А26-02-70497771
ДАДАШОВУ В.П. iqush72@mail.ru
*2280083088678*
704977
Ваше обращение на имя Президента Российской Федерации получено 26.06.2018 г. в форме электронного документа и зарегистрировано 26.06.2018 г. за № 704977.
В связи с тем, что в Вашем заявлении отсутствуют сведения о рассмотрении поставленного в обращении от 26.06.2018 г. за № 704977 вопроса Министерством иностранных дел Российской Федерации, в компетенцию которого входит его решение, для обеспечения получения Вами ответа по существу поставленного Вами вопроса Ваше обращение направлено в Министерство иностранных дел Российской Федерации.
Советник департамента письменных обращений граждан и организаций
А.Ицкович






МИНИСТЕРСТВО ИНОСТРАННЫХ ДЕЛ
РОССИЙСКОЙ ФЕДЕРАЦИИ
ЧЕТВЕРТЫЙ ДЕПАРТАМЕНТ
СТРАН СОДРУЖЕСТВА
НЕЗАВИСИМЫХ ГОСУДАРСТВ

01 августа 2018 года
№ 6916/ 4 дснг


В.П.ДАДАШОВУ


адрес электронной почты: iqush72@mail.ru




Уважаемый Вугар Пири оглы,
В 1994 г. стороны нагорно-карабахского конфликта договорились
об установлении режима прекращения огня для того, чтобы положить конец трагическому кровопролитию, и приняли посредничество ОБСЕ
с целью поиска мирного решения путем переговоров.
Сопредседатели Минской группы ОБСЕ (Россия, США и Франция) оказывают содействие сторонам в достижении мирной договоренности
на основе Устава ООН, Хельсинкского Заключительного акта, других основополагающих документов ООН и ОБСЕ, с учетом содержащихся
в них принципов неприменения силы или угрозы применения силы, территориальной целостности государств, равноправия и права народов
на самоопределение.
В своей посреднической работе Россия исходит из коренной заинтересованности азербайджанского и армянского народов
в установлении мира и достижении процветания.
С уважением,



 ЧЕТВЕРТЫЙ ДЕПАРТАМЕНТ
СТРАН СНГ