Поиск по этому сайту

пятница, 24 декабря 2021 г.

Real təhlükə - Qərb Rusiyanın diqqətini yayındırır, yoxsa...?

 


Rusiya  xarici siyasətində özü üçün “qırmızı xətt”ni müəyyən edib və açıq-aşkar qərb dünyasına, ABŞ başda olmaqla NATO üzvlərinə konkret mövqeyini bildirib. Günü-gündən gərginləməkdə olan Rusiya-Qərb qarşıdurması  özünü Ukrayna cəbhəsində daha kritik həddə çatdırıb. Əksər analitiklərin proqnozlarına görə son dövr üçün Rusiya-Qərb qarşıdurması ən pik həddədir və müharibə ehtimalını reallığa çevirir.  Rusiya açıq bəyan edir ki, heç bir sanksiya Rusiyanı elan etdiyi “qırmızı xətti”inə mövqeyini dəyişən deyil və hətta Rusiya ABŞ başda olmaqla NATO-ya kəsə tələblər qoyub. Putinin baxışlarına görə NATO Rusiyanın “qırmızı xətt”inə dirənib. İndiki Kreml hakimiyyətinin “qırmızı xətt”i SSRİ dağıldıqdan sonra NATO-nun bir daha (6-cı dəfə)  genişlənməsinə yol verməməkdir. Bu baxımdan NATO Ukrayna cəbhəsində Rusiyanın bu istəyini qəbul etmək istəmir, Rusiyanın da bu məsələdə NATO-ya güzəştə gedəcəyi də görünmür. Və hətta Rusiya açıq şəkildə güc nümayiş etdirir və onun elan etdiyi maraqlarına yönələn  hər hansı bir təcavüzə qarşı bənzəri olmayan hərbi tədbirlər görəcəyi ilə hədələyir.

 

Görünür ki,  bir müddət öncə (07.12.2021) ABŞ prezidenti Bayden və Rusiya prezidenti Putin arasında keçirilmiş  video görüşündə də heç bir razılığa gəlinməyib. Hər ilin sonunda Putinin keçirdiyi ənənəvi mətbuat konfransında (23.12.2021) Putin bir daha Rusiyanın mövqeyi barədə konkret olaraq tələblərini dilə gətirdi. Ümumən Putin  həmişəki kimi, keçmiş SSRİ-ni respublikalarını sahibi kimi vərdiş etdiyi sitildə çıxış etdi. Hətta Ukrayna adlı bir dövlətin olmadığını və bu ölkənin Lenin tərəfindən yaradıldığın dedi. Baxmayaraq ki, Putinin bu mətbuat konfransında Cənubi Qafqaz  mövzusu əsas mövzu olmasa da, Ukrayna timsalında Rusiyanın keçmiş SSRİ respublikalarına qarşı hansı fikirdə olduğunu bir daha açıq şəkildə göstərdi. Elə buna görə də Rusiya Qarabağ məsələsinin tam həll edilməsinə mane olur və bölgədə öz mövcudluğunu təmin etməyə çalışır. Bu mətbuat konfransı ilə Putin  Rusiyanın keçmiş SSRİ respublikalarının müstəqilliyinə ən başlıca təhlükə mənbəyi kimi qaldığını növbəti dəfə də sübut etmiş oldu.

 

Ukrayna cəbhəsində Rusiya-NATO qarşıdurması dərinləşməsi, dünyanın ən böyük ölkəsinə qarşı böyük oyunun bir mərhələsidir, əsasən də aldadıcı, baş qarışdırıcı və diqqəti əsas hədəfdən və zərbədən yayındıran qurulmuş prosesdir. Bu oyunda  sözsüz ki, Rusiya qarşı ABŞ-la sövdələşənlərin birincisi Çindir.  Ukrayna ətrafında Rusiya-NATO qarşıdurması 10 sentyabr 2021-ci il tarixli Bayden və Çizin Pi arasında telefon danışığından sonra daha da dərinləşib. 16 noyabr 2021-ci ABŞ prezidenti Co Bayden və Çin rəhbəri Çizin Pi arasında virtual samitdə tərəflər bir-birlərinə müxtəlif təkliflər verməklə əməkdaşlığa və sülh şəraitində mövcudluq barədə danışıblar. Sözsüz ki, ABŞ və Çin arasında iqtisadi və siyasi qarşıdurma var, ancaq Rusiya qarşı  ABŞ və Çin eyni məqsəd və hədəf üçün sövdələşməsinin inandırıcı əlamətləri var.

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Çinin siyasətləri səbəbindən ABŞ iqtisadiyyatının ildə 500 milyard ABŞ dolları itirdiyini açıqlayıb. Bunu D. Tramp “Fox News”a müsahibəsində deyib. Keçmiş prezident Donal Tramp Baydenin Çinlə sövdələşməsinə eyham vuraraq Baydenin Çin siyasətini kəskin tənqid edib. Yeri gəlmişkən keçmiş ABŞ prezidenti D. Tramp özünün Rusiya sevgisi ilə tanınan tək bir prezident olub. Elə Trampın 2-ci dəfə ABŞ prezidenti seçilməsinə əsas mane olan Rusiya amili oldu.

Maraqlısı da budur ki, ABŞ Çinə hansı xidmətinə görə bu qədər iqtisadi güzəştə gedir baxmayaraq ki, beynəlxalq publik siyasi arenada ABŞ Çin qarşıdurması, fikir ayrılığı  görünür. ABŞ hətta Çini müsəlmanlara, uyğur tüklərinə qarşı soyqırıma görə ittiham da edir. Qeyd etdiyim kimi ABŞ-ın Asiya, Hind və Sakit Okean regionunda maraqlarının tam təmin edilməsinə mane olan əsas qüvvə məhz Çindir. Ancaq Rusiya qarşı ABŞ və Çinin maraqları üst-üstünə düşdüyündən onların sövdələşməsi real görünür.

 

Rusiyanın Uzaq Şərqi, Sibiri Çinin iqtisadi və immiqrant nəzarətindədir. Məlumatlar var ki, Sibirin elə yaşayış məntəqələri var ki, yerli rus əhalisi oranı tamamilə tərk edib və çinlilər həmin yerlərin mütləq etnik  çoxluğuna çevriliblər (nisbət baxımından müqayisəsi o qədər də uyğun olmasa da, ermənilər Rusiyanın Qara dəniz ətraflarında çoxluğa çevrildikləri kimi). 

ABŞ tərəfindən 2021-ci ilin yayında faktiki olaraq Əfqanıstanda hakimiyyətə gətirilmiş Talibanın da ABŞ qarşısında öhdəlilərin olduğu şübhəsizdir. Məlumdur ki, Taliban Rusiya qarşı Mərkəzi Asiya istiqamətindən  böyük problemlər yarada bilər və bu sadəcə zaman məsələsidir.

 

Bu baxımdan Rusiya öz gücünü Ukrayna cəbhəsində Qərb istiqamətdə, Avropa istiqamətində fokuslaması Rusiya üçün əlavə gərginlik yaradır, daxili narazılıqlara səbəb olur, iqtisadiyyatını zəiflədir, Rusiyanın təcavüzkar imicini gücləndirir. Real müharibə ritorikası artsa da

Rusiya – NATO bir başa hərbi qarşıdurması ehtimalı olduqca azdır.  Ukrayna istiqamətində

Rusiya - NATO qarşıdurmasının uzun sürünən müddətə saxlanması strateji baxımdan Rusiyanın Asiya və Çin istiqamətindən demoqrafik, iqtisadi, siyasi, müqavimət imkanlarını zəiflədir, elə Ukrayna istiqamətində gərginliyin saxlamasının bir hədəfi də budur.

 

Keçmiş SSRİ respublikaları daxilində separatçı ərazilərdə  Rusiyanın məharətlə istifadə etdiyi “status kvo” üsulu Ukrayna məsələsində uzunmüddətli perspektivdə Rusiya üçün fərqli nəticələr verir  və bu vəziyyət Rusiyanı Mərkəzi Asiya və  Çin istiqamətindən də daha çətin və müdafiəsiz hala gətirir. Ona görə də Ukrayna cəbhəsi  Rusiyaya qarşı ən təsirli vasitə olaraq istifadə olunacaq və müəyyən vaxta qədər uzadılacaq.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas

24.12.2021

 

суббота, 4 декабря 2021 г.

Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabı çap olunub

 


Əziz kitabsevərlər, Vüqar Dadaşovun müəllifi olduğu “BİZİM TARİX” adlı növbəti kitabı çap olunub.
Tarixi, milli-ideoloji, elmi-fəlsəfi, siyasi mövzuda yazılmış bu kitabda müəllif Azərbaycan xalqının, türk etnosunun problemləri, problemlərdən qurtuluş yolları, həyat mübarizəsi, haqq savaşı barədə, həmçinin digər vacib məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanaraq habelə şəxsi mülahizələrini də qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim etmişdir. Həmçinin əsərdə qalib Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümunəvi birliyi, yüksək döyüş ruhu, qəhrəmanlığı, əzmkarlığı, dostu və düşmənləri, müharibədə gizli tərəflər və gizlinlər haqqında mötəbər mənbələrə əsaslanan məlumatlar əksini tapmışdır. Kitab yeni nəslin maariflənməsində, tədrisində və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Vüqar Piri oğlu Dadaşov 18 dekabr 1972-ci ildə Yardımlı rayonu Bozərən kəndində anadan olub. Ali təhsilli hüquqşünasdır. Qarabağ müharibəsi qazisidir. 2019-cu ildə çap olunmuş “Mənim düşüncəm” adlı tarixi, elmi-fəlsəfi, milli-ideoloji mövzuda yazdığı kitab və 200-dən çox elmi araşdırma, publisistik məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qeyd edək ki, Vüqar Dadaşov Milli Cəbhə Partiyasının Siayasi Şurasının üzvüdür.
Kitabın təqdimatı ilə bağlı əlavə məlumat veriləcək.
Vüqar Dadaşov


среда, 1 декабря 2021 г.

Vüqar Dadaşov: Reqlament və qaydaların qanuniləşdirilməsi və məcburi tətbiqi mütləq zərurətdir


 

Dünən Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbçimiz şəhid olub, 2 hərbiçimiz isə yaralanıb. Hadisə ilə bağlı DSX rəisi Elçin Quliyev çoxlu suallar doğuran açıqlama verib. E. Quliyev bildirib ki, helikopter təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb. Həmçinin Elçin Quliyev bildirib ki, helikopter tamamilə yeni olub: “Qara qutu” tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.
DSX rəisi Elçin Quliyevin “kənar təsirdən söhbət gedə bilməz” ifadəsi məncə tələsik verilən açıqlamadır və təbii ki, “qəzaya” səbəb olan kənar təsirin olub-olmaması “qara qutu”nun öyrənilməsindən sonra məlum ola bilər və hansı ki, Rusiya istehsalı olan təyyarə və helikopterlərin “qara qutu”sunun oxunmasını Rusiya həyata keçirir. Bu isə o deməkdir ki, əsl həqiqət gizli olaraq qala bilər əlbəttə ki, “qara qutu” öyrənilməsi üçün həmişəki kimi Rusiyaya verilərsə. Həqiqətən faciə ilə bağlı qaranlıq qalan məqamlar çoxdur və “qara qutunun” deşifrə edilməsinə və məlumatın ictimaiyyətə elan olunmasına qədər bir mənalı fikir irəli sürmək düzgün olmazdı. Ancaq fakt budur ki, Qaraheybət faciəsi bir xalq və dövlət olaraq yaxın keçmişimizdə baş vermiş, mahiyyət etibarı ilə eyni faciələrin ardıcıllığının davamı kimi çox böyük əsaslı narahatlıqlar və faciələrin təkrarlanma ehtimalını yaradır. 20.11.1991-ci il Qarakənd faciəsi, 24.07.2019-cu il Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsini kor edilməsi və nəhayət ki, 30.11.2021-ci il Qaraheybət faciəsi.
Ümumən ölkəmiz ətrafında hərbi siyasi vəziyyətin analizi göstərir ki, baş verənlər heç də təsadüfi deyil. Bir faciə barədə lap unutmuşuq, o dəhşətlər barəsində heç danışmırıq da. 14.07.1989-cu il Kəlbəcər faciəsi hansı ki, rus pilot Kəlbəcərdə təpədə atıl-düş edən 8 uşağı vertolyotun pərləri ilə doğrayıb, parça-parça edib (mənbə Vüqar Dadaşov “Mənim düşüncəm” kitabı, səh.,111).
Dövlət və milli təhlükəsizliyimizlə bağlı Rusiyanın texniki istehsalından imtina etməliyik. Sözsüz ki, bu iqtisadi məsələ yox siyasi məsələdir. Ancaq elə məsələlər var ki, bir başa bizim özümüzdən asılı məsələlərdir. Dünyanın bəzi dövlətlərində dövlət rəhbərinin və onu əvəz edə biləcək şəxslərin, eləcə də ordu rəhbərliyinin, yüksək rütbəli zabitlərin və sair bir yerə toplaşması, hərəkətini müəyyən edən reqlament və qaydalar var. Həmin reqlament və qaydaların mahiyyəti ondan ibarətdir ki, dövlət və milli təhlükəsizlik naminə dövlətin yüksək vəzifəli şəxslərin, yüksək rütbəli zabitlərin bir yerə toplaşmasının, bir yerdə hərəkətinin, uçuşunun məhdudiyyətləri var. Təbii ki, Azərbaycanda da belə reqlamentin və qaydaların tətbiqi milli təhlükəsizliyimizi və mümkün vəziyyətlərdən minimum itki və zərərlə çıxmağımızı təmin edə bilər.
14 nəfər zabitin hansı ki, Azərbaycan dövlətinin, xalqının təhlükəsizliyinin, ərazi bütövlüyünün keşikçilərini bir vertolyota yığmaq hansı məntiqə, qaydaya uyğundur?! Sözsüz ki, Qaraheybət faciəsi ilə bağlı istintaqın nəticəsinin obyektivliyi və günahkarların cəzalandırılması gələcəkdə belə faciələrin qarşısını almağa zəmanət vermir. Ancaq, milli təhlükəsizliyimizin təmini üçün və belə hadisələrin təkrarlanmaması üçün yuxarıda qeyd etdiyim reqlament və qaydaların qanuniləşdirilməsi və məcburi tətbiqi mütləq zərurətdir.

Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi