Tanınmış
hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ
Qazisi Vüqar Dadaşov sosial şəbəkədə Arif Məhərrəmova qarşı səslənən
neqativ fikirlərə kəskin etiraz etmişdir. Vüqar Dadaşov sözü gedən məsələyə
sosial şəbəkədə bildirdiyi münasibəti oxucularımıza təqdim edirik.
“Son zamanlar sosial şəbəkələrdə Azərbaycanımızın qəhrəman
oğlu Arif Məhərrəmova qarşı başladılmış kampaniya sözün əsl mənasında məni çox
kədərləndirir. Əvvəla onu deyim ki, Arif Məhərrəmovun Azərbaycanımız üçün
etdiyi xidmətini gözdən salmağa çalışanlar əslində Azərbaycan xalqının vətənpərvərliyini,
qəhrəmanlığını şübhə altına alaraq biz Azərbaycanlıların qəhrəmanlıq , vətənpərvərlik
ruhunu sındırmaq istəyənlərdir. Bir mənalı olaraq Arif Məhərrəmovun timsalında Azərbaycan xalqının igid oğullarını hədəfə
alanalar Azərbaycanın özünü hədəfə alanlardır. Bizim Azərbaycan xalqı qədirbilən,
yaxşını pisdən ayırmağı bacarandır və Arif Məhərrəmov haqqında deyilən mənfi
fikirlər onun qəhrəmanlığını heç cürə şübhə altına ala bilməz. Belə neqativ
fikirləri yayanlar bilərəkdən özlərini korluğa və karlığa vuranlardır. Ömər Xəyyam demişkən “Həyatda ən
çətin iş özünü bilərəkdən qanmazlığa vuranları qandırmaqdır.” Qeyd edilən
sitata baxmayaraq, özünü korluğa və karlığa vuranların diqqətinə bir daha
çatdırmaq istəyirəm: Arif Məhərrəmov 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha
sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına
layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci
ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı
fəxri adını alıb.
Arif Məhərrəmov Azərbaycanımızın qəhrəman oğludur və ona qarşı
hər hansı bir təhdid doğma yurdumuzun hər bir vətənpərvər övladına qarşı olan basqıdır. Sözsüz ki, qədirbilən
xalqımız öz qəhrəmanını köməksiz qoymayacaq, bunu anlamağınız lazımdır.”
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий