Son günlər Xankəndində və ətraf
ərazilərdə baş verən məlum proseslər və Azərbaycan ordusunun dislokasiya
məntəqələrinin yerdətişməsi fonunda belə Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin bağlanmasına dair müzakirələr səngimir.
Əvvəllər də qeyd etdiyim kimi, şəxsimdə
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tez bir zamanda
bağlanmasının əleyhinəyəm . Gələcək geosiyasi proseslərsən asılı olaraq əsas
hədəflərimizə çatmaq üçün ümumən Ermənistanla sülh müqaviləsinin bağlanmasından
tam imtina da etmək olar.
Fikirlərimi izah etmək üçün
əvvəla qeyd edim ki, dövlətimizin Ermənistanla sülh müqaviləsinin mümkünlüyünün
müzakirə edilməsi prosesi düzgün strategiya və siyasi gedişdir. Sülh
müqaviləsinin bağlanması prosesinin mümkün qədər çox uzadılması əslində
Azərbaycan böyük hədəflərinə çatmaq imkanını qoruyur.
Birinci ən vacib şərt, əgər
Azərbaycan Ermənistan arasında mümkün sülh müqaviləsinin müzakirəsi konkret
tarixindən asılı olmayaraq SSRİ dövrünə aid xəritlərə uyğun aparılırsa, bu
Azərbaycanın maraqlarına uyğun deyil ona görə ki, bu SSRİ dövründə Azərbaycanın
Zəngəzur da daxil olmaqla digər əraziləri Azərbaycanın razılığı və imzası
olmadan Rusiya hakimiyyəti tərəfindən Ermənistana qanunsuz verilmiş-bəxşiş
edilmiş 10 minlərlə kv.km ərazilərimizdən imtina etmək deməkdir və həmin
ərazilərimizin Ermənistana verilməsini rəsmən qanuniləşdirmiş oluruq.
İkincisi, bəzi analitiklərin
fikrincə, Ermənistanla sülh müqaviləsi Qarabağda separatizmin boğulması
deməkdir. Təbii ki, belədir, ancaq çox təəssüf ki, Ermənistanla sülh müqaviləsi
Qarabağda separatizmin yaradıcısı və moderatoru Rusiyanı istəyindən çəkindirici
hüquqi vasitə ola bilməz. Ermənistan faktiki Rusiyanın nəzarətində olsa da
Ermənistanla sülh müqaviləsi Ermənistana aiddir, Rusiyaya yox, nə də Fransaya,
ABŞ-a, İrana yox hərçənd ki, Qarabağda yaşayan ermənilər istənilən dövlət və
qrup tərəfindən separatizm havasına oynadıla bilər. Digər tərəfdən İranla
normallaşan münadibərlərimiz İran-fars xislətini dəyişdirmək gücündə deyil.
Fransa, ABŞ və sair bəzi dövlətlər haqqında artıq sözə ehtiyac yoxdur. Yəni ki,
Ermənistanla sülh müqaviləsi Qarabağda erməni separatizmin sonu demək deyil.
Tarixin elə bir dövrüdür ki,
Azərbaycanın daha böyük hədəfləri üçün real imkanlar yaranıb hansı ki, xalqlara
belə imkanlar əsrlər boyu nəsib olmur.
Rusiya işğalçılıq mahiyyət və
xarakterinə uyğun illərlə hazırlanmış Ukrayna tələsinə salındı və Rusiyanın
məhvi geriyədönməz proses alıb. Təbii ki, ən azı Rusiyanın zəifləməsindən
sonra, erməni probleminin tamam ilə həlli də o qədər asanlaşacaq.
Rusiya ilə Qərbin
"hesabı" bitənədək və yaxud Azərbaycan üçün daha da əlverişli şərait
yarananadək, Ermənistanla sülh müqaviləsinin bağlanması məsələsinin siyasi gündəmdə
saxlamaq daha düzgündür. 1920-ci il Paris Sülh Konfransı tərəfindən tanınmış
Azərbaycan və Ermənistan sərhədləri daxilində sülh müqaviləsini bağlanması həm
mümkün, həm də ədalətli olardı.
Azərbaycan dövləti, xalqı siyasi
əxlaq, diplomatik mədəniyyət sahibi və sözünün ağası kimi, tarixdə özünə məxsus
nüfuzu ilə tanınır. Bu yerdə Cənab prezident İlham Əliyevin "sözümüz
imzamız kimi etibarlıdır" kəlməsini qeyd etmək lap yerinə düşər və hansı
ki, xalqımızın mənəviyyatının, dövlətimizin dürüstlüyünün göstərcisidir. İndiki
şəraitdə, əgər Azərbaycan SSRİ dövrünə uyğun sərhədlər daxilində Ermənistanla
sülh müqaviləsi bağlayarsa, gəkəcəkdə geosiyasi şərait əsaslı şəkildə
Azərbaycanın xeyrinə dəyişsə də belə, SSRİ dövründə qanunsuz verilmiş
ərazilərimizi geri qaytarmaq siyasi, hüquqi və eləcə də mənəvi çətinliklər
yarada bilər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında tələsik sülh
müüaviləsinin bağlanmasın əleyhinə, danışıqların isə aramla, səbrlə
aparılmasının leyhinəyəm.
Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
29.03.2022
Комментариев нет:
Отправить комментарий