Поиск по этому сайту

понедельник, 30 сентября 2019 г.

Abşeron Rayon Diyarşünaslıq Muzeyi Qazax Ziyalılar Klubunun birgə təşkilatçılığı ilə İ. Nəsiminin 650 illik yubileyini keçirdi


2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Bu sərəncamın işığında 28 sentyabr 2019 cu ildə Abşeron Tarix-Diyarşünaslıq Muzeyi və Qazax Ziyalılar Klubunun birgə təşkilatçılığı ilə həmin muzeydə ” İmadəddin Nəsimi dünyası” mövzulu tədbir keçirilmişdir. Tədbirdə Respublikanın xalq artistləri Eyyub Yaqubov, Şükufə Musayeva, İkinci Nəsimi Festivalının qalibi, şair-qəzəlxan Səlim Nəsirli, ictimai xadim, alim Rüstəm Kəsəmənli, AYB-nin Abşeron filialının sədri Şəhla Ağbulud, Abşeron MKS nın direktoru, şair-publisist Məlahət Yusifqızı, Abşeron 11 illik Musiqi Məktəbinin tədris hissə müdiri Nəzakət Vəliyeva, Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvləri və bir sıra mədəniyyət-incəsənət, ədəbiyyat xadimləri, ziyalılar çıxış ediblər. Tədbiri giriş sözü ilə Muzeyin direktoru Cəmilə Kərimova açıb və qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqda danışıb. Daha sonra alim Rüstəm Kəsəmənli, Xırdalan 11 ilik Musiqi Məktəbinin Tədris hissə müdiri Nəzakət Vəliyeva, şair Səlim Nəsirli, araşdırmaçı-yazar Sərxan Carçı, hüquqşünas-qazi Vüqar Dadaşov, şair-publisist Rəşad Mahmud, yazar Sevda Qocayeva, yazar-jurnalist Tural İrfan Nəsimi şəxsiyyəti və yaradıcılığı haqqında öz fikirlərini bölüşüblər. Maraqlı çıxışlar milli musiqi alətləri ilə ifa olunan musiqi və muğamlarla daha da ahəngdar şəkildə davam edib. Tədbir Respublikanın xalq artisti Eyyub Yaqubovun Nəsiminin qəzəllərini səsləndirməsi və qəzəl ətrafında söhbətləri ilə yüksək əhval-ruhiyyədə başa çatıb.
SNN NEWS-Haber

понедельник, 23 сентября 2019 г.

Abşeron rayonunda İ.Nəsimiyə həsr edilmiş tədbir keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Sərəncamda vurğulanıb ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Bu sərəncamın işığında 28 sentyabr, saat 12:00 da Abşeron Tarix-Diyarşünaslıq Muzeyi və Qazax Ziyalılar Klubunun birgə təşkilatçılığı ilə həmin muzeydə " İmadəddin Nəsimi dünyası" mövzulu tədbir keçiriləcəkdir. Tədbirə bir sıra mədəniyyət-incəsənət və ədəbiyyat xadimləri dəvət olunub. Tədbirdə iştirak sərbəstdir.
  SNN NEWS-Haber

суббота, 21 сентября 2019 г.

Rafail Becanov: Bir ailənin problemini həll edə bilməyən Əli Kərimli Qarabağ problemini həll edəcək?

“Mənə görə hər hansı bir şəxsin ailəsində baş verənlərə gülmək, sevinmək, rişxənd etmət olmaz. Siyasi baxışlarından, sosial statusundan asılı olmayaraq, bu məsələlər bir az şəxsi məsələdir və hər kəsin yanaşması da belə olmalıdır. Şəxsən Fuad Qəhrəmanlının ailəsində baş verənlərə görə üzülürəm. Bu, bir ailə faciəsidir. Ancaq baş verənlər ictimai yüklü bir şəxsdən və onun ailəsindən gedirsə, məsələnin digər tərəfləri də var və bunu görməzdən gəlmək də mümkün deyil... Çünki onun təmsil olunduğu təşkilatın rəhbəri insan haqlarının yeganə müdafiəçisi kimi ancaq özünü görür”.

Cebhe.info xəbər verir ki, bunu “Cümhuriyər” qəzetinin baş redaktoru Rəfail Becanov “Yurd” sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının qızının ailədə zorakılığa məruz qalması barədə müraciətinə münasibət bildirərkən deyib.  
Bildirib ki, problemin böyüməsinin də səbəbi məhz  Əli Kərimlinin özünü insan haqlarının yeganə müdafiəçisi kimi görməsindədir:“Söhbət ölkənin gələcəyinə iddia edənlərdən gedirsə, məsələnin ictimai əhəmiyyəti daha da böyüyür. İndiki durumda Fuad Qəhrəmanlı və onun ailəsi ətrafında baş verənlərin də bu qədər müzakirə mövzusuna çevrilməsinin səbəbi bundadır. Çünki Fuad Qəhrəmanlının lideri, rəhbəri olan Əli Kərimli öz çevrəsində, müavini və onun ailəsi ətrafında baş verən olayı, problemi, şiddəti müraciət olunmasına, kömək umulmasına baxmayaraq, həll edə bilməyib, amma dövlət problemlərini həll etməyə iddia edir. Tam bir paradoks...
Problemdən, baş verənlərdən bu ailəyə yaxın, həmin ailənin lideri, hətta iclaslarını belə onların evində keçirən Əli Kərimli məlumatlı olubsa və problemin həllinə cəhd etməyibsə, ya laqeydlik göstərib, ya da bacarmayıb. Laqeydlik də, bacarıqsızlıq da eynidir və nəticə etibarı ilə adamın düşüncəsinin, potensialının iddialarına adekvat olmamasıdır. Əli Kərimli laqeydlik edibsə, sabah bütün mümkün və qeyri-mümkün vasitələrlə yiyələnmək istədiyi hakimiyyətə sahiblənərsə, ölkəyə, cəmiyyətə, milyonlarla ailəyə görün hansı laqeydliyi göstərər! Ya problemi həll edə bilməyibsə, bu laqeydlikdən də betərdir! Demək, ətrafında olan, onun liderliyini qəbul edən bir ailənin problemini, münaqişəsini həll edə bilməyən adam sabah milyonlarla ailənin sosial, iqtisadi problemini, yaxud Qarabağ problemini həll edəcək? O, topluma, 10 milyonluq xalqa nə verəcək və ya bu xalq ondan nə öyrənəcək!?
İndi Əli Kərimlidən soruşan lazımdır ki, 28 sentyabra təyin etdiyin mitinqdə bu məsələlərdən də, ailə zorakılığından da, qadın hüquqlarından da danışacaqsanmı? Yoxsa, sən də müşavirin kimi şiddətə, təhqirə haqq qazandırıb, bu ailədaxili söz-söhbətdir və bir çox ailədə olur, ancaq burada məsələ çox şişirdilib deyəcəksən?”
Cebhe.info
SNN NEWS-Haber

AXCP sədri Razi Nurullayev xalqa müraciət etdi...


  Azərbaycan Respublikası Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev öz Facebook səhifəsində "Yurd" sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının istefası ilə bağlı  fikirlərini bölüşərək Azərbaycan siyasətçilərinə, ziyalılara, ictimai aktiv şəxslərə müraciət ünvanlayıb. Həmin müraciəti oxucularımıza təqdim edirik.

“AXCP mütləq şəkildə bütövləşməli, mübarizə təmərküzləşməli, Elçibəy sevərlər bir çətir altında birləşməli və Əli Kərimli isə istefaya getməlidir. Çıxış yolu budur!
Mənə həddindən artıq çox suallar ünvanlanıb və sayını-hesabını itirmişəm. Hər kəs məndən Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı həyata keçirdiyi şiddətə münasibət bildirməyimi istəyir. Münasibət bildirməyə gecikmək səbəbim fürsət gözləyən damğasını önləmək idi. Çünki, Əli Kərimlinin söyüş maşını ləkə yaxmaq, şər-böhtan atmaq, "satqın" damğası vurmaq üçün 24 saat ərzində pusquda yatır! Amma, bu gün azad cəmiyyət qurmaq istəyən, qadına qarşı şiddətə qarşı olan hər kəs əlini daşın altına qoymalıdır.
Qadın nənəmiz, anamız, bacımız, həyat yoldaşımızdır. Onlara qarşı şiddətə və adət-ənənəmiz adı altında susmağa vadar etmə bağışlanılması mümkün olmayan günahdır. Xalqın təpgisi nəticəsində xalqın "qəhrəmanı", anti-qəhrəman oldu. Bəli xalq böyük qüvvədir və amansızdır. Fuad Qəhramanlının halına acıyıram, əslində o da qurbandır. O, Əli Kərimlinin qurbanıdır. Fuad Qəhrəmanlını uzun müddət tanımışam və qızının yazdıqlarını oxuyanda şok oldum və əvvəlcə inanmadım. Sonra düşündüm ki, necə ola bilər ki, bu cür ağıllı, dərrakəli və işini bilən adam dönüb tiran oldu. Cavabını tapdım. Axı, mən də Əli Kərimli ilə bir olanda günüm-güzəranım yox idi, işim-gücüm onun tapşırıqlarını yerinə yetirmək, çıxışlarını, yazılarını tərcümə edib paylaşmaq, hər gün min yerə şərh yazmaq, status yazmaq, kimlərisə qaralamaq, bir neçə facebook profili işlədib, gizli adlarla opponentləri hədəfə almaq (şükür olsun uca Allaha ki, bunu heç zaman etmədim) idi.
Onlarla saxta Facebook profili işlədilməyə, 24 saat pusquda dayanmağa və Əli Kərimlini təbliğ etməyə dəmir belə dayanmaz. Bir Facebook profili belə insanı yorur və ailədən uzaqlaşdırır. xatırlayıram ki, 5-6 il bundan öncə Rəyasət Heyətinin iclasları Fuad Qəhrəmanlının evində keçirilirdi. Hər Şənbə günü onun ailəsi 20 nəfər süfrə açırdı və 20 nəfər onun evinin nizamını pozurdu. Çay, şirniyyat, mürəbbələr və s. Təbii ki, Əli Kərimlinin bu şəkildə istismarı çox ailələrə nifaq salıb, onları incidib və cəbhəçilərin beyinlərinə, düşüncələrinə pis təsir edib. Fuad Qəhrmanlı bir qurbadır və doğrusu onun halına çox acıyıram! Kaş ki, onun ailəsində bu hadisələr olmasaydı.
Adama aöğır gələn odur ki, ən böyük günahlardan birini daşıyan, ailədaxili şiddəti gizləyən və onu neçə illər ərzində ört-basdır etmək üçün səylər göstərən, "qonşu arvad" funksiyasını yerinə yetirən Əli Kərimli yenə də özünü təmizə çıxarmaq üçün qurbanlar arayır. Birinci növbədə istefaya getməli şəxs odur. Birincisi, bir faciəni, şiddəti uzun illər bilib, gizləyib və kömək etmək əvəzinə qurban tərəfləri susmağa vadar edib. İkincisi, yanında və rəhbərliyində təmsil olunan şəxslərdən hörmətli Seymur Həzini çıxmaq şərtilə hər kəs bu şiddətə haqq qazandırıb və qazandırmaqdadır. Yalnız xalqın təzyiqi və təpgisi ilə geri çəkilirlər. Çünki, Əli Kərimli belə istəyir! Fuad Qəhrəmanlını elə müdafiə edirlər ki, o daha da gözdən düşür, Əli Kərimli isə əzabkeş obrazı qazanır. Allah belə bunu götürməz!
Bu gün onun qurban Fuad Qəhrəmanlı oldu. Hələ qurbanlar çox olacaq. Əli Kərimli elə bir kəsdir ki, özünü və adını qorumaq üçün millətin yarısını da qırğına göndərər, ölümə göndərər, həbsxanalara doldurar. Hörmətli cəbhəçilər ayılın, keçmişinizə, əldə etdiklərinizə və itirdiklərinizə nəzər salın, etdiyiniz mübarizənin nəticəsini analiz edin və doğru yolu seçin. Doğru olan yol, Əli Kərimlinin istefaya getməsi və AXCP-lərin birləşməsidir.
Hər zaman etdiyim kimi, bu gün də səmimi, əzabkeş, məhrumiyyətlər yaşayan cəbhəçilərə, Elçibəy sevərlərə müraciət edirəm. Tarixi bir şans yaranıb ki, siz Əli Kərimlini istefaya vadar edəsiniz. Öz partiyasında azad sözü boğan, daxili diktatura yaradan, fərqli sözə dözüm göstərməyən, opponentlərini iyrənc yollarla sıradan çıxaran bir siyasətbaz siyasi səhnədən istefa verməlidir.
Əziz cəbhəçilər! Sizə müraciət edirəm. Əli Kərimli yükünü, şiddətini üzərinizdən atın və AXCP-lərin birləşməsinə nail olaq. Yalnız biz bu yolla hakimiyyətə qarşı ciddi müqavimət təşkil edə bilərik! Əli Kərimli onilliklər boyu hər kəsi hakimiyyətə işləməkdə günahlandırıb "satqın" adlandırıb, amma elə satqın onun özüdür. Əgər satqın olmasaydı, o da həbs olunardı, daha bir-iki saat tutulub sonra buraxılmazdı. Nelson Mandela 40 il həbsxanada yatıb ölkəni dəyişdi. Bir-iki saat polis idarəsində vaxt keçirib, mürəbbəli-limonlu çay içib evinə qayıdan siyasətçi səmimi ola bilməz.
Əziz cəbhəçilər! Mən Mandela olmaq iddiasında olmasam da birləşmiş AXCP və daha canlı, planlı müqavimət üçün onilliklər boyu həbsxanalarda da yatmağa hazıram. Gəlin Elçibəy yadigarı AXCP-ni bütövləşdirək və Əli Kərimlini istefaya vadar edək.
Xalqın da üzərinə bu sahədə missiya düşür. Əziz ziyalılar, siyasətçilər, fəallar! Əli Kərimlini istefaya səsləyin!
#EliKerimliISTEFA
SNN NEWS-Haber

среда, 18 сентября 2019 г.

Millət vəkili Qənirə Paşayeva ona kitab hədiyyə edən tanınmış yazar Tural İrfana təşəkkür etdi

Millət vəkili Qənirə Paşayeva ona kitab hədiyyə edən tanınmış yazara təşəkkür etdi.Analoq.az xəbər verir ki, bu barədə millət vəkili Facebook sosial şəbəkəsində tanınmış ilahiyyatçı, yazar Tural İrfanla şəkil paylaşıb.Millət vəkili qeyd edib ki, dəyərli genc yazarımız Tural İrfan ilə gözəl görüş və söhbət oldu, aprel şəhidimiz Elmdar Səfərov haqqında olan sənədli romanı "Eşqin şəhidi" və Bağanis-Ayrım soyqırımından bəhs edən "Kamikadze 1" kitablarını hədiyyə etdiyi üçün təşəkkürümü bildirirəm, uğurlar diləyirəm, inşallah kitabları oxuyub fikirlərimi söyləyəcəm.
 SNN NEWS-Haber

вторник, 17 сентября 2019 г.

Millət vəkili Şamil Ayrım ermənilərin Azərbaycana qarşı işğalçı siyasətindən danışıb

Arx.az xəbər verir ki,millət vəkili Şamil Ayrım sentyabrın 15-də Türkiyə satı ilə 17:00 da Bengütürk Tv-də Anfisa Zinyəddinin qonağı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi şurasının dəstəyi ilə “Halkla İlişgilərin Gelişimi” sosial birliyinin sədri Anfisa Zinyəddinin hazırladığı və həyata keçirdiyi “Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin şəhərlər və Azərbaycan üçün təhlükəsi ilə əlaqədar Dünya Birliyinin bilgiləndirilməsi” adlı layihəsi çərçivəsndə çəkilən proqramda Azərbaycan Respublikası millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov, İstanbul AKP millət vəkili, Türkiyə-Azərbaycan parlamentlər arası dostluq qrupunun sədri Şamil Ayrım və Krabağ aktristi,yazar Metin Özer iştirak ediblər.
Anfisa Zinyəddinin hazırladığı proqramda çox önəmli məsələlərə toxunulub. Bir daha Qarabağ məsələsi gündəmə gətirilərək ermənilərin işğal etdikləri torpaqlardan danışılıb.
SNN NEWS-Haber

Vüqar Dadaşov: Ermənistan hərbiçiləri Suriyada “konsulluq” edir, biz isə KTMT-na hazırlaşırıq. YOX!


   Tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov Azərbaycanın KTMT-na üzv olmasına kəskin etiraz edib. Həmin çıxışı oxuğularımıza təqdim edirik.
“Son dövrlərdə Azərbaycanın Rusiyanın dirijoru olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük və ya “müşahidəçi” qismində cəlb edilməsi barədə diskussiyalar əslində xalqımızın refleksini yoxlamaqdır. Rusiya rəsmilərinin verdiyi  “təklif”  əslində siçan tələsindəki pendir kimidir və bu təklifin bizim üçün nə dərəcədə effektli olması barədə söz-söhbətlər satqın fikirli və siyasi savadsızların düşüncə tərzinin əksi və sübutudur. Əsl həqiqətdə isə Azərbaycan Respublikasının KTMT-na üzv olmasının daha böyük təhlükəsi var, bu təhlükə işğal altındakı Qarabağ və Qarabağ ətrafı rayonlarımız bir dəfəlik itirilməsi ilə bitməyəcək, məsələ ondadır ki,  KTMT-na hər hansı bir yolla cəlb edildikdən sonra Qarabağ məsələsi KTMT-nın daxili məsələsi olacaq və siyasi baxımdan beynəlxalq aktuallığını itirəcək, ermənilər de-fakto işğal altındakı torpaqlarımıza nəzarəti saxlayacaq, məskunlaşma davam etdiriləcəkdir. Azərbaycan üçün isə qarabağlı nəsil erası bitəcək. 
KTMT ilə bağlı xalqımıza iki mühüm faktı xatırlatmaq istəyirəm, 1-ci Rusiya postsovet respublikalarına Rusiya vətəndaşlığının verilməsini sadələşdirib, 2-ci Rusiya Azərbaycanın qərb zonasındakı rayonlarımızın əhalisinə “Rusiya vətəndaşlığı” “hədiyyə” edib və etməkdədir,  Abxaziya, Osetiya, Dnestryanı, Luqanski, Donetski kimi. Azərbaycanın hər hansı bir şəkildə KTMT-na “üzv” olması nəticə etibarı  ilə müstəqilliyimizi təhlükə altına alacaq. Təbii ki,  Azərbaycan xalqı buna öz reaksiyasını bildirəndə Rusiya bizə artıq unudulmuş və beynəlxalq aktuallığını itirmiş Qarabağı deyil, Azərbaycanın qərb bölgəsini xatırladacaq, biz buna məhəl qoymasaq qərb bölgəlimizdə vəziyyət nəzarətimizdən çıxacaq. Bunu etiraf etmək lazımdır, bu gün bizə Qarabağla təsir edirlər, səhər Qərb bölgəsi ilə təsir edəcəklər.
Azərbaycanın  KTMT-na “üzvlüklə” Qarabağ məsələsinin öz xeyrinə həll ediləcəyini düşünənlərə isə bir faktı xatırlatmaq istəyirəm. Bəzi politoloqlar, siyasətçilər qeyd edir ki, Rusiyanın təsiri və təhdidi ilə Ermənistan öz ordusunu Suriyaya yolladı. Fikir verin, Ermənistan hətta qərb dövlətlərinin və ABŞ-nın etirazlarına baxmadan Suriyaya öz hərbiçilərini yollayıb, əlbəttə ki, Ermənistanın Suriyada maraqları olmasaydı özünü bu qədər risklərə atmazdı, ermənilər bu adımla ruslara sadiqliyini göstərməklə əsas məqsədlərinə yəni, ermənilərin Suriyadan Qarabağa intensiv və planlı şəkildə köçünü  təmin etdilər.  Əsl həqiqət isə elə budur. Ermənistan Suriyaya ordu bölmələrini yeritməklə faktiki olaraq Suriyada  “konsulluq” fəaliyyətinə başladılar və Ermənistan ordu bölmələri Suriyada yaşayan ermənilərin Qarabağa köçürülməsi ilə məşğuldur.
Bir fikrimi də diqqətinizə çatdırım, Sovet dövründə Rus rəhbərliyinin dəstəyi ilə yaranmış Qarabağ konflikti əsl həqiqətdə elə bu məqsəd üçün yaradılıb-Azərbaycanı, ümumilikdə isə Qafqazı nəzarətdə saxlamaq və bu tipli konfliktlərin əsas xətti postsovet respublikalarının rus təsir dairəsindən çıxmasının qarşısını almaqdır.
Azərbaycanın KTMT-na hər hansı bir halda üzv olması, işğal olmuş ərazimizlərlə yanaşı digər yeni ərazilərimizin ən əsası ilə müstəqilliyimizin itirilməsinin fundamentidir. KTMT-na “üzvlük” əsla yolverilməzdir”.  

 SNN NEWS-Haber

воскресенье, 15 сентября 2019 г.

Rəşad Mahmud “Qazax Ziyalılar Klubu”nun fəaliyyəti barədə müsahibə verib



Qazax Ziyalılar Klubunun  həmsədri, yazıçı-publisist Rəşad Mahmud "Nöqtə" ictimai-siyasi, hüquqi qəzetinə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:

-Xoş gördük, Rəşad bəy!
- Xoş gördük.

-Rəşad bəy, təsis etdiyiniz Qazax Ziyalılar Klubu haqqında nə deyə bilərsiniz?

- Məlum olduğu kimi Qazax Ziyalılar Klubunun yaranması zəruri ehtiyacdan doğan bir məsələdir. Çünki ölkədə kifayət qədər ziyalılarımız var və bu ziyalıları lazımınca təbliğ etmək vacibdir. Qazax rayonu da tarixən ziyalılar, alimlər, mütəfəkkirlər yetirmiş bir rayondur. Biz özümüz də yaradıcı insanlarıq, hərəmizin kifayət qədər kitablarımız-əsərlərimiz var. İstədik ki, rayon ziyalılarının timsalında ölkəmizin müxtəlif yerlərdindən olan, xaricdə yaşayan, ucqa bölgələrimizdə olan ziyalıları, istedadlı adamları da bu klubun vasitəsi ilə birləşdirək, təbliğ edək, görüşlərini, yubileylərini, kitab təqdimatlarını təşkil edək. Bu amalla Qazax ziyalılarının timsalında bütün ziyalılarımızı təbliğ etmiş olarıq. Şükür Allaha ki, Klubumuz yüksək səviyyədə xoş qarşılandı cəmiyyət təəfindən. Qazaxın demək olar ki, bütün tanınmış ziyalıları bizi dəstəklədilər, uğurlar dilədilər. Təsis olunan kimi bir neçə mötəbər tədbir də keçirmişik. Ölkə başçısı cənab Prezidentin sərəncamı ilə 2019 cu il həm Nəsimi ili, həm də İsmayıl Şıxlının 100 illik yubileyi ili elan edilib. Bu fərman həqiqətən də təqdir ediləsi fərmandır. Biz də bu fərmana müvafiq olaraq Qazax Ziyalılar Klubunun təşkilatçılığı ilə "Nəsimi və irfan" mövzusunda tədbir keçirdik. Görkəmli alimlər, ziyalılar, mədəniyyət və incəsənət, ədəbiyyat adamlarını bir yerə topladıq, Nəsiminin xalqımıza verdiyi böyük dəyərdən, onun simasının parlaqlığından bəhs etdik. 13.19.2019 cu ildə Atatürk Mərkəzində xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyini qeyd etdik. Tədqiqatçılar, alimlər iştirak etdi, yüksək səviyyədə onu yad etdik. Yəni bizim amalımız ölkəmizin bütün tarixi şəxsiyyətlərini, tanınmış simalarını, ziyalılarını daha geniş və əhatəli olaraq təbliğ etməkdir. Mədəni-tarixi abidələrimizə bu gün birinci xanım hörmətli Mehriban Əliyeva tərəfindən xüsusi diqqət-qayğı göstərilir. Biz də həmin tarixi abidələrimizi və bu abidələrdə aparılan təmir-bərpa, quruculuq işlərini təbliğ etmək, digər abidələrimizin də bərpasına diqqət çəkmək, həmin yerlərlə bağlı yazılar, kitablar yazmaq, yazanları təbliğ etmək məqsədi daşıyırıq.

-Rəşad bəy, neçə nəfər üzvünüz var və müraciət edənlər varmı?

- Bəli, kifayət qədər müraciət edənlər var. Çünki son zamanlar sanki ziyalı sözünə, mədəni söhbətə, ədəbi məclislərə insanlarda böyük ehtiyac yaranıb. Demək olar ki, yüzə yaxın üzvümüz var. Bu şəxslər içində alimlər, tanınmış adamlar, gənc yazarlar, şairlər və digər peşə sahibləri də var. Əslən qazaxlı olmayanlar da bizə üzv ola bilirlər. Çünki bizim məqsədimiz ayrı-seçkilik və regionbazlıq yox, əsl ziyalılara xidmətdir. Ziyalı isə təkcə bir regiona-rayona yox, bütün xalqa məxsusdur. Bu yaxınlarda görkəmli bir nəslin nümayəndəsi, əsl ziyalı və kübar xanım Sevda Qocayevanın üzvlüyünü və idarə heyətinə qəbul etdik. İlahiyyatçı-jurnalist Bəxşeyiş Qarabağlının ali məclis sıralarına qatılmasına razılıq verdik. Rayondan kifayət qədər edilən müraciətləri də idarə heyəti olaraq dəyərləndiririk. Gənclər, əsasən yaradıcı insanlar daha çox müraciət edirlər. Onlar da istəyirlər ziyalılarla bir məclisdə, bir toplumda təmsil olunaraq təcrübə qazansınlar, ədəbi yaradıcılıqlarını işıqlandırsınlar.

- Siyasətə qarışırsınızmı?

- Bilirsiniz, biz ədəbi-mədəni, ictimai klubuq. Bizim fəaliyyətimiz ancaü xalqımıza-dövlətimizə xidmətdir. Siyasət bir az fərqli şeydir. Bizim nizamnamədə də göstərilib ki, biz ancaq ədəbi-mədəni, ictimai əlaqələr qurur, ziyalı mövqeyinə xidmət edirik. Təbii ki, dövlət dəyərlərinə, qanunlara riayət etmək hər birimiz üçün vacibdir. Ölkə başçısı dövlətin atributudur. Bu gün biz bəzən rastlaşırıq ki, özünü ziyalı, savadlı sayan bəziləri qarayaxma ilə məşğul olurlar, hər şeyi qara göstərməyə çalışırlar. Hətta son zamanlar sosial şəbəkələrdə ölkəmizin əleyhinə təhqiramiz ifadələr işlədirlər. Biz qətiyyən belə xoşagəlməz işlərin əleyhinəyik. Çünki əsl ziyalı mədəni, əxlaqlı, təmkinli və müdrik olmalıdır. Radikal insanları, təsirə düşərək ölkəmiz, ölkə başçımız əleyhinə addım atan şəxləri düşdükkləri çirkin təsirlərdən qopararaq ədəbiyyata, mədəniyyətə, incəsənətə, ziyalı-ağsaqqal sözü dinləməyə sövü etmək də bizim əsas prinsiplərimizdəndir. Söyüş bu xalqa yaraşmayan şeydir. İndi yekə kişilər sosial şəbəkələrə çıxıb söyüş söyürlər. Biz belə işlərin əleyhinə təbliğat aparırıq. O cür məkrli qüvvələrin əlaltısına çevrilərək xaricdə və regionda ölkəmizin imicinə xələl gətirənləri biz öz klubumuz vasitəsi ilə islah edəcəyik,  boş-boş, lazımsız işlərlə məşğul olub, radikal fikirlərə, söyüş maşınına qoşulmuşları biz Klubumuz vasitəsi ilə düz yola, haqqa-ədalətə, mədəniyyətə, vətəni sevməyə, xalqa hörmət etməyə, dövlətə dəstəyə, ölkəyə və ölkə başçısına hörmətə səsləyirik.
Ziyalılarımızın, elm-mədəniyyət adamlarımızın tövsiyyələr, təcrübəsi, ustadlığı bizim üçün tərbiyəvi əhəmiyyət daşıyır və bu dəyəri biz digərlərinə də ötürmək istəyirik. Gənclər sosial şəbəkələrdə söyüş-təhqir eşitməkdənsə, xoşagəlməz işlərə meyllənməkdənsə ziyalı məclisində vətənə-xalqa xidmət etsinlər.


- Tədbirlərə dəvət alırsınızmı?

- Desəm ki,  artıq çatdıra bilmirik, yəqin ki, inanarsınız. İnanın, iki gün əvvəl eyni gündə üç böyük tədbirdə iştirak etdik. Təbii ki, bəzən çatdıra bilmirik hamımız iştirak etməyə. Amma hər bir halda idarə heyətindən ən azı bir neçə üzvümüz iştirak edir bütün tədbirlərdə. İki gün əvvəl millət vəkili hörmətli Qənirə Paşayevanın təşkil etdiyi, Atatürk Mərkəzində keçirilən, Çanaqqala zəfərinə həsr edilmiş bir tədbirdə iştirak etdik. Kitablaşma etdik. Biz yzarlara kitablarımızdan verdik, onlar bizə bağışladı... Sonra həmin gün öz tədbirimiz oldu. Oradan da Qənirə xanımın dəvəti ilə qardaş Türkiyədən gəlmiş bir yazarın Azərkitabda keçirilən kitab təqdimatına getdik. Çox gözəl bir tədbir oldu.
Yəni tədbirlərə, təqdimatlara, ədəbi məclislərə saysız dəvətlər alırıq. Çalışırıq hamısında iştirak edək. Tutaq ki, bir neçə gün əvvəl Rəşid Behbudov adına Teatrda keçirilən dövlət tədbirində Xalq yazıçımız Nəriman Həsənzadə klubumuzun həmsədri, yazar Tural İrfanın soyqırımlar haqqında yazmış olduğu "Kamikadze1" sənədli romanı haqda çıxış edib, yüksək məziyyətlərindən söz açıb. Lakin təəssüf ki, nə Tural bəy özü , nə də biz o tədbirə gedə bilməmişdik. Yəni, qayğılarımız da çoxdur, bəzən çatdırmaq olmur. Amma böyüklərin, ziyalıların tövsiyyə və bizə dəyər verməsi bizi daha da ruhlandırır.
Ümidavaram ki, indən belə daha da faydalı işlərlə məşğul olacağıq.

-Müsahibəyə görə çox sağ olun.
- Siz sağ olun, klub adından sizə də təşəkkür edirəm.

Sədaqət Əliyeva
"Nöqə" qəzetinin müxbiri

SNN NEWS-Haber



пятница, 13 сентября 2019 г.

QAZAX ZİYALILAR KLUBU İSMAYIL ŞIXLININ 100 illiyinə həsr olunmuş tədbir keçirdi.


Qazax Ziyalılar Klubunun təşkilatçılığı ilə 13 Sentyabr, 2019-cu ildə Atatürk Mərkəzində Xalq Yazıçısı İsmayıl Şıxlınin 100 illik yubileyi keçirildi.
Yubiley tədbirini giriş sözü ilə açan Ziyalılar Klubunun idarə heyətinin üzvü Sərxan Carçı qısa çıxış edərək ilk sözü tədbirə xüsusi qonaq kimi dəvət edilmiş İsmayıl Şıxlı yadigarı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıya verdi. Elçin Şıxlı tədbir təşkilatçılarına təşəkkür edərək,  atası barədə xatirələrindən, ələxsus da İsmayıl Şıxlının iki böyük romanından, "Dəli Kür", "Öləm Dünyam" və digər romanlarından danışdı. Romanlar barədə geniş izah verən Elçin Şıxlı atasının sonucu romanı olan "Ölən dünyam" əsərinin necə ərsəyə gəlməsini, çox böyük təəssüf hissi ilə atasının romanın kitab formasını görə bilmədiyini, ancaq atasının qırx mərasimində hazır etdiklərini dedi.

Sonra söz Şərq qəzetinin baş redaktoru Akif Aşırlıya verildi. Akif Aşırlı İsmayıl Şıxlıdan iki dəfə müsahibə aldığını bildirərək dedi ki: "O dövrdə hadisələr çox qaynar idi. Əslində hər bir deputat istəyirdi ki, jurnalistlər ondan müsahibə alsın. Amma jurnalistlər məhz İsmayıl müəllimdən bircə kəlmə münasibət öyrənmək istəyirdi".

Növbəti çıxışçı Dövlət Televiziyasının əməkdaşı Avdı Qoşqar oldu. Avdı Qoşqar İsmayıl Şıxlının yaxşı yazıçı, əsl ziyalı olmaqla bərabər onun həm də gözəl pedaqoq olduğunu xüsusi ilə vurğuladı.

Tədbirdə iştirak edən "Qazax Xeyriyyə" İctimai Birliyinin idarə heyətinin üzvü Rəfail İncəyurd çıxış edərək ziyalılıq məsuliyyətindən danışdı. İsmayıl Şıxlının əsl ziyalı simvolu olduğunu bildirdi.

 Sonra, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Qazax Ziyalılar Klubunun fəaliyyətindən və İsmayıl Şıxlı yaradıcılığından geniş danışdı

Tədbirdə iştirak edən xanımlardan  ilk olaraq söz filologiya üzrə fəlsəfə doktoru Natavan Dəmirçioğluna verildi. İndiyə qədər də bu mövzuda geniş çıxışları olan Natavan Dəmirçioğlu çox geniş və əhatəli formada İsmayıl Şıxlı yaradıcılığı və şəxsiyyəti barədə danışdı. İsmayıl Şıxlının ictimai fəaliyyətindən də bəhs edən Natavan Dəmirçioğlu xalq yazıçısını "həm də yazmamağı bacaran, yazmayaraq da yazıçı ola bilən yazıçı" adlandırdı.

Söz publisist Səbinə Yusifə verildi. Səbinə Yusif  AYB Qazax Zona filialının sədri Barat Vüsalın məşhur "İsmayıl Şıxlını mən hardan alım?" şeirini söylədi.

Aşıq Dərya saz ifası ilə çıxış edərək, Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvü Tural İrfanın İsmayıl Şıxlıya həsr etdiyi şeiri söylədi. İfa çox böyük maraqla qarşılandı.
İfadan sonra Tural İrfan müəllifi olduğu şeirin davamını və İsmayıl Şıxlının imperiyaya qarşı sərgilədiyi mövqedən danışdı.

Tədbirin aparıcısı Sərxan Carçının bildirdiyinə görə yubileyə üzrlü səbəbdən gələ bilməyən, salamlarını göndərən bir çox insan var idi. Sərxan Carçı hamısının salamını tədbir iştirakçılarına söyləyərək Bakı Dövlət Universitetinin Qazax Filialının kafedra müdiri, professor Hüseyn Xəlilovun tədbir üçün yazdığı mətni oxudu.

Söz Qazaxdan tədbirə gəlmiş Göyəzən qəzetinin baş redaktoru Elçin İsmayıla verildi. Elçin İsmayıl tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək təəssüratlarını bölüşdü.

Sonra tədbir iştirakçılarından Pərvanə Mikayılova, şairə Svetlana Zeynalova, jurnalist Şəhla Hüseynova və Rəsmiyyə Çinay çıxış etdilər.

Gənc kinoşünas Ceyhun Mirzəli, şair Vəli Xramçaylı da öz fikirlərini bildirdilər.

Sonda isə Qazax Ziyalılar Klubunun idarə heyətinin üzvləri Vüqar Dadaşov, Rəşad Mahmud və Tural İrfan öz fikirlərini qonaqlarla bölüşdülər.

Tədbir Elçin Şıxlının son sözü ilə yekunlaşdı. 
Ümumi xatirə fotosu çəkildi.

  SNN NEWS-Haber



четверг, 12 сентября 2019 г.

Təhsil Nazirliyi hüquqi aktlara əməl etmir... Vüqar Dadaşovla müsahibə

Xarici rəsmi sənədlərin leqalaşdırılması barədə tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşovla müsahibəni oxucularımıza təqdim edirik.

-Salam Vüqar müəllim
-Salam
-Vüqar müəllim,  xaricidə təhsil almış şəxslərin diplomlarının leqalaşdırılmaslnda hansı çətinliklər, problemlər var?

 -Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası 5 mart 2004-cü il №  595-IIQ” Qanunununa əsasən Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqalaşdırılması tələbini ləğv edən Konvensiya" ya qoşulub.
Bu “Xarici rəsmi sənədlərin leqalaşdırılması tələbini ləğv edən konvensiyaya 130 ölkə qoşulub, Avropa ölkələri, ABŞ, MDB, Türkiyə,  Rusiya, Ukrayna, baltik yanı ölkələr və sair ölkələr var.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı Qərarı var, həmin qərar 13 may 2003-cü ildə imzalanıb.
Görünən odur ki, bu günümüzə kimi Nazirlər Kabinetinin 64 saylı Qərarı 5mart 2004-cü il 595-IIQ saylı Azərbaycan Respublikası qanununa əsasən həmin Konvensiyaya uyğunlaşdırılmayıb.   Əlbəttə həmin qərara əsasən müəyyən edilmiş Qaydalar xarici dövlətlərin ixtisas sənədlərinin tanınması üçün icra mexanizmidir, lakin təkmilləşdirilməsi və konvensiyaya tam uyğunlaşdırılması vacibdir və artıq bu məsələ çox gecikmişdir. Hələ də Təhsil Nazirliyi Azərbaycan həmin Konvensiyaya qoşulmamışdan əvvəlki dövrdə qəbul edilmiş Nazirlər Kabinetinin 64 qərar qərarı ilə fəaliyyət göstərir. Bu da o deməkdir Təhsil Nazirliyi nə Azərbaycan qanunlarına  nədə  Konvensiyanın tələblərinə əməl etmir və bu səbəblərə görə də xaricdə təhsil almış şəxslərin təhsil haqında sənədlərinin leqalaşdırılmasında  nəzərə çarpan dərəcədə problemlər var.

-Vüqar müəllim, bildiyimiz kimi xaricdə təhsil alanların  əksəriyyəti Rusiya, Ukraynada daha doğrusu MDB ölkələrində çoxluq  təşkil edir. Bu dövlətlərlə əlavə beynəlxalq müqavilə və razılaşmalar varmı?

-Əlbəttə, qeyd edim ki, mən özümdə Rusiyada iki ali təhsil almışam və şəxsən mənim özümdə belə problem yaşamışam. Hətta Azərbaycandakı Rusiya səfirliyə müraciət edərək təhsil haqqında sənədlərin qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdim və mənə rəsmi qaydada cavab verilərək, ali təhsil haqqında qarşılıqlı razılaşmaya əsasən diplomların təsdiq edilməsi tələb edilməməsi göstərilmişdi.
Diqqətinizə çatdırım ki,  23 sentyabr 2002-ci il tarixdə Azərbaycan hökumətinin  Rusiya hökuməti arasında bağlanmış razılaşmaya  əsasən tərəflər bir birlərinin verdikləri təhsil haqqında sənədi, alimlik  dərəcələri və adları  qarşılıqlı tanımalıdırlar.

31 may 2013-cü ildə imzalanmış razılaşmaya əsasən  MDB ölkələri arasında ali təhsil səviyyəsinin və ekvivalenti haqqında sənədlər qarşılıqlı tanınır.

Əlavə olaraq isə  Nazirlər Kabinetinin 64 saylı Qərarının
1.6. “Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlər arası razılaşmalar da ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir” göstərilsə də faktiki bu tələblərə əməl edilmir.
 Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə əsasən  “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir” və həmin qanunvericilik irarxiyası aşağıdakı normativ hüquqi aktlardan ibarətdir
Maddə148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Bütün bunlara baxmayaraq Təhsil Nazirliyi süni maneələr yaradır və bu haqlı narazılıqlara səbəb olur.

-Vüqar müəllim, əgər belə süni maneələrə vətəndaş məruz qalırsa hüquqi baxımdan problemini necə həll edə bilər? 

Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Dövlət rüsumu 50 manatdır.
Əgər təhsil haqqında sənədin tanınması Təhsil Nazirliyi imtina edibsə və ya bu məsələni süni şəkildə gecikdirirsə edibsə o halda, İnzibati Məhkəməyə müraciət edərək təhsil haqqında sənədin tanınması və müvafiq sənədin şəhadətnamənin verilməsini barədə iddia tələbləri qaldırıla bilər.
   Yeri gəlmişkən deyim ki,  xaricidə təhsil almış şəxslərin diplomlarının leqalaşdırılmasında problemlərin həlli üçün və digər səbəblərə görə Azərbaycan Respublikasının Prezidenti 17 yanvar 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində ki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsi qərar verdi.
Ümid varıq ki, bu sahədə problemlər öz həllini tapacaq.

 -Vüqar müəllim maraqlı müsahibə üçün təşəkkür edirəm
-Məndə öz növbəmdə sizə təşəkkür edirəm ki, bu problemlər  diqqətinizdən yayınmayıb.


Sədaqət Əliyeva
"Nöqtə" ictimai-siyasi, hüquqi qəzetinin müxbiri
    

SNN NEWS-Haber

пятница, 6 сентября 2019 г.

İlin ziyalısı adına kim layiq görüləcək? Vüqar Dadaşovla müsahibə

Qazax Ziyalılar Klubunun həmsədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qarabağ savaşının ilk yüz əsgərindən biri, Daxili Qoşunların qazisi, palittexnoloq-hüquqşünas, hərbi ekspert Vüqar Dadaşovla müsahibəni sizə təqdim edirik.

- Xoş gördük Vüqar bəy.
Xoş gününüz olsun.

- Vüqar bəy, Qazax Ziyalılar Klubunun yaranmasına nə səbəb oldu?
Bizim ailəmiz ümumiyyətlə dədə-babadan elmə, təhsilə, savada, milli dəyərlərə, mənəviyyata bağlı olub. Ata tərəfdən ulu babam Lənkəran xanının vəziri olub, ana tərfdən babam cənub bölgəsinin tanınmış seyidlərindən olub. Biz gözümüzü açıb vətənpərvərlik, elə-obaya, vətənə məhəbbət, təhsilə bağlılıq görmüşük, bu ruhda böyümüşük. Yardımlı rayonunun Bozayran kəndi hələ Sovet dönəmindən elm sahəsində sayılıb-seçilib, bu kənddən oxumamış adam çıxmayıb. Demək olar ki, hər ailədə ən azı iki-üç ali təhsilli adam var. Mən də uşaqlıqdan əla oxumuşam. İdmanla məşğul olmuşam, müxtəlif idman sahələri üzrə yarışların qalibi olmuşam. Təhsil üzrə Respublika Olimpiadasının qalibi olmuşam. Orta məktəbi bitirib Ali Hərbi təhsil aldığım ərəfədə məlum Qarabağ savaşı başladı, mən Daxili Qoşunların tərkibində Zəngilan bölgəsində düşmənlə savaşa atıldım. Altı ildən artıq hərbidə vətənə xidmət etdim. Sonra yaralandım, ordudan tərxis olunaraq DQ-ın veteranı, ehtiyyatda olan zabit kimi təhsilimi davam etdirməyə qərar verdim. Hərbi məktəblə yanaşı, Rusiyada Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib orada Sverdlovski vilayətində məhkəmə orqanlarında müxtəlif vəzifələrdə çalışdım. Lakin vətən hər zaman məni çağırırdı...
Nəhayət qayıtdım, hüquqşünas kimi fəaliyyətə başladım.
Hazırda mətbuatda, televiziyalarda hüquqla, politologiya ilə bağlı müxtəlif səpkidə çıxışlarım, məqalələrim yayınlanır. Qazaxın da bildiyiniz kimi yeddi kəndu işğaldadır. Mənə görə vətənin başı-ayağı yoxdur. Qazax da,  Yardımlı da, Bakı da, Gəncə də, Təbriz də, Borçalı da, Dərbənd də, İrəvan da bizimdir. Qazax tarixən ziyalılar, dahilər, şairlər diyarı kimi tanınıb. Qazaxda çoxsaylı dostlarım var. Ziyalılarla münasibətlərim var. Hər bölgənin özünə məxsus xüsusiyyətləri olur. Qazaxın da üstünlüyü oradan yazıçı-şairlərin daha çox çıxmasıdır. Dostlarım yazıçı-şair Tural İrfan, tədqiqatçı-yazar Sərxan Carçı, yazıçı-publisist Rəşad Mahmudla elmi, ədəbi, mədəni söhbətlərimiz, müzakirələrimiz, ölkəmizə, xalqımıza, qazaxlılara daha hansı mükəmməl töhfələr verə biləcəyi mövzularından olurdu ara-sıra. Qeyd etdiyim yazarlar yeni nəsil yazarları olsalar da sanballı əsərlər müəllifləridirlər. Sərxan Carçı repressiya qurbanlarına aid hətta keçmiş MTN in arxivində araşdırma aparıb bir neçə əsər yazıb. Rəşad Mahmudun vətənpərvərliyə həsr edilmiş bir neçə şeirlər kitabı, digər yazıları, məqalələri rəğbət qazanıb. Tural İrfan səkkiz kitab müəllifidir. Aprel şəhidlərinə aid Eşqin şəhidi və Qazaxın yeddi kəndində erməni vandallarının törətdiyi qırğınlardan bəhs edən Kamikadze 1 əsəri ölkədə böyük diqqətə səbəb olub. Cəmiyyət tərəfindən qəbul edilən bu yazar dostlarla məsləhətləşmədən, ölkənin sanballı ağsaqqal ziyalıları ilə söhbətdən sonra onların da xeyir-duası ilə bu klubu təsis etdik. Məqsədimiz Qazaxın timsalında, Qazax ziyalılarının timsalında bütün Azərbaycan ziyalılarını təbliğ etmək, gələcək nəsillərə ötürmək, mədəni, ədəbi əlaqələri genişləndirmək, bölgələrdə yaşayan müxtəlif qayğılara görə kölgədə qalmış gənc, yaşlı yaradıcı, istedadlı ziyalıları yad etmək, imkan daxilində yaradıcılıq nümunələrini işıqlandırmaq, ölkə xaricində də tanıtmaq, Tarixi abidələrimizin, mənəvi irsimizin təbliği, araşdırılması, yeni nəslə bu irsin çatdırılmasına vasitəçilik etməkdir.

Vüqar bəy, Klub hansı əsaslarla fəaliyyət göstərir?

Bizim Klub hüquqi əsaslarla, bütün qanuni tələblərə uyğun fəaliyyət göstərir. Kollegial idarəetmə sistem ilə İdarə heyəti tərəfindən məsləhətli şəkildə qərarlar qəbul edilir, ədəbi tədbirlər, kitab təqdimatları, yubileylər keçiririk. İnşallah bu ayın 13 də Atatürk Mərkəzində böyük yazıçı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirəcəyik. Bilirsiniz, İsmayıl Şıxlı yazıçılıqla yanaşı həm də tanınmış ictimai xadim, böyük ağsaqqal olub. Ölkə başmımızın da onun 100 illiyi ilə bağlı keçiriləcək tədbir planları haqda sərəncamı var.
Bu qəbildən biz İmadəddin Nəsimi ilə bağlı da tədbir keçirdik. Tanınmış ziyalılar, AMEA nın professorları, xalq artistləri, alimlər, yazarlar iştirak etdi və hardasa cımiyyətə mənəvi bir qida verə bildik.
Yeri gəlmişdək sentyabr ayının 13 də saat 15:00 da Atatürk Mərkəzində keçirəcəyimiz tədbirə bütün ölkənin ictimai xadimlərini, ziyalıları, İsmayıl Şıxlı sevərləri dəvət etmişik. Sizin mətbuat vasitəsi ilə də bütün İsmayıl Şıxlı sevərləri tədbirimizə bir daha dəvət edirik.

Vüqar bəy, " İlin Qazaxlı ziyalısı" naminasiyası elan etmisiniz. Münsiflər kimdir və işlər nə yerdədir?

Öncə qeyd edim ki, Qazax ziyalıların, yazarların bol olduğu yerdir. Bizdə Yardımlıda hər ailədə oxumamış, təhsilli adam tapmaq mümkün olmadığı kimi Qazaxda da elə bir ailə tapmaq olmaz ki, oradan bir şair, aşıq, istedadlı adam çıxmamış olsun. Qazaxdan kifayət qədər ziyalılar çıxıb, istər əvvəllər, istərsə də indi...
Ancaq bizim elan etdiyimiz naminasiya Qazax bölgəsi üzrədir və əvvəllər Ağstafa ilə eyni rayon olduğu üçün ayırım etməmişik. Münsiflər heyəti, İbrahim İlyaslı, Rəşat Kəsəmənli, Avdı Qoşqar, Akif Aşırlı, Fərifə Ləman, Ələddin Kəsəmənli, Taryel Qasımov, Vəli Xramçaylıdır. Həm münsiflər öz aralarında ilin sonuna qədər müzakirələr apararaq ilin ziyalısını müəyyən edəcəklər, həm də ictimai rəy və medianın münasibəti, hətta sosial şəbəkələrdəki müzakirələr də nəzərə alınacaq. Hələ ki, qızğın müzakirələr davam edir, təkliflər, namizədlər önə sürülür, ancaq təbii ki, ilin sonuna kimi hələ çox şey dəyişə bilər.

-Gizli deyilsə ən çox adı irəli sürülən, təklif edilən ziyalı kimdir?

Sözün açığı biz münsiflərə bu haqda tam sərbəstlik vermişik  və qarışmırıq. Onların fikirləri də müxtəlif şəxslərin üzərində cəmlənə bilər. Biz yalnız sosial şəbəkələrdə və edilən çoxsaylı zənglərdə adları çəkilən insanlar haqda deyə bilərik. Məsələn, zəng edib deyirlər ki, ilin Qazaxlı ziyalısı türkoloq alim Güllü Yoloğlu olsun. Bir qrup insan İlham Pirməmmədovu ilin ziyalısı gördüyünü deyir. Müxtəlif insanlar Akif Aşırlının, Elçin Şıxlının adlarını çəkirlər.

Vüqar bəy, Qazaxın ağsaqqal ziyalılarının adını çəkmədiniz heç...

- Axı mən dedim, biz bu işi münsiflərə həvalə etmişik. Mən sadəcə sizə ictimaiyyətdən, sosial şəbəkədən və zənglərdən deyilənləri dedim.
Əlbəttə Qazax ziyalıları nəhəng zirvələrə yüskəliblər. Akademik Teymur Bünyadov böyük insan, dəyərli alimdir. Nizami Cəfərov müasir dövrün ən böyük dilçi alimi, akademik, millət vəkilidir. Elçin Şıxlı həm tanınmış, böyük xalq yazıçısının oğlu, həm də özü öz sanbalı, dəsti-xətti ilə seçilən ziyalıdır. İlhamə Qəsəbova görkəmli alimdir.
Hətta orasını da deyim ki, bəzi sənglərdə münsiflər heyətindı olan şəxslərin də namizədliyini irəli sürənlər var. Lakin biz obyektivliyi, ədaləti, şəffaflığı tam qorumaq üçün bu işi tam münsiflərin öhdəsinə buraxmışıq. Təbii ki, biz də İdarə Heyəti üzvləri və Klubun həmsədrləri olaraq özümüzə edilən zəngləri, yazılı müraciətləri, məktubları münsiflərə yönəldirik. İnanırıq ki, sonda əsl layiqli ziyalı öz yerini tutacaqdır.

-Vüqar bəy, çox sağ olun, sizə uğurlar diləyirik.

Var olun, mən də sizə zəhmət çəkdiyiniz üçün təşəkkürümü bildirirəm.


Sədaqət Əliyeva
"Nöqtə" ictimai-siyasi,hüquqi qəzetinin müxbiri

SNN NEWS-Haber

четверг, 5 сентября 2019 г.

Həkim adını layiqincə qoruyanlar da var

Son vaxtlar ölkə mediasında Azərbaycan səhiyyə sistemində haqlı  narazılıqlar barəsində, eləcədə həkim səhlənkarlığı haqda  məlumatlara çox rast gəlirik. Ancaq ki, unutduğumuz və əməyini layiqincə qiymətləndirə bilmədiyimiz nümunəvi həkimlərimiz də var.

   Bu gün isə Hipokrat andına sadiq, əlləri şəfalı, savadlı həkimlərimizin birindən, həkim ginekoloq Vəfa xanım İsgəndərlidən söhbət açacayıq. Hal hazırda Vəfa xanım Abşeron Rayon Poliklinikasında həkim ginekoloq vəzifəsində xidmət göstərir.

   İsgəndərli Vəfa Elçin qızı Laçın rayonun Bozlu kəndində ziyalı ailəsində anadan olub.  Atası mərhum İsgəndərov Elçin Abbas oğlu  çox savadlı, hörmətli və Respublika miqyasında tanınmış həkimlərimizdən olub, 1989-2012-ci tarixlərdə Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib, 2000-ci il tarixdə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adına layiq görülüb. Sözün həqiqi mənasında Elçin həkim böyük nüfuz sahibi, ağır təbiətli, xeyirxah, ziyalı adına tam layiq bir şəxs olub.

  Elçin həkimin yadigarı Vəfa həkim atasının yolunu davam etdirərək  1992-ci il tarixdə Azərbaycan Tibb Universitetinə daxil olub, 1998-ci ildə təhsilini bitirib. Həkim fəaliyyətinə Laçın rayonunun Ağcabədi rayonunda  məcburi köçkünlərin Taxta Körpü qəsəbəsində yerləşən tibb müəssisəsində ağır şəraitdə əmək fəaliyyətinə başlayıb və 5 ildən artıq orada məcburi köçkünlərə tibbi xidmət göstərib sonra, Abşeron Rayon Poliklinikasında həkim fəaliyyətini davam etdirib. Hal-hazırda da həmin müəssisədə həkim ginekoloq vəzifəsində əhalinin xidmətindədir. Vəfa həkim sözün həqiqi mənasında ailələrə xoşbəxtlik gətirən, övladsız ailələri uşaq həsrətindən xilas edən, ailələrə sevinc göz yaşları nəsib edən əlləri şəfalı, üzü nurlu, xilaskar bir həkimdir. Şöhrəti bütün Respublikaya yayılmaqda olan Vəfa həkim qəbul otağı qarşısında növbələr gözləyən hər bir xanımı heç bir təmənnası olmadan, iş vaxtından aslı olmayaraq qəbul edər, onların  ümidin doğruldan fədakar, zəhmətkeş və çoxlarına nümunə olan, mərhum atasının adına layiqli  həkimdir. Vəfa xanım elə bir sahədə xidmət edir ki, ən başlıcası bu həm xalqımızın genefondunu qoruyur, ölkəmizin demoqrafik vəziyyətini yaxşılaşdır və hər bir gənc ailəyə sevinc bəxş edir. Vəfa xanım bir həkim kimi, öz peşə borcunun öhdəsindən şərəflə, əzmkarlıqla gəlir və imumən dövlətçiliyimizə və xalqımıza xidmət edir.

Vəfa xanım yaxşı həkim olmaqla yanaşı həmdə, nümunəvi azəri xanımdır, ailəlidir, 3 gözəl və ağıllı uşaq anasıdır. Ailəsi ilə  milli mental dəyələrimizi göz bəbəyi kimi qoruyan ailə nümunəsidir.

  Yüksək əxlaq və tərbiyə sahibi olan Vəfa xanım eyni zamanda təvazökar, imanlı bir insandı, “mən nə edirəm Allahın izni ilə edirəm” deyir.  
Vəfa xanım kimi həkimlər Azərbaycan səhiyyəsinin ağır yükünü çiyinlərində çəkən tək-tək həkimlərdir. Məhz Vəfa xanım  kimi həkimlərin sayəsində bu gün Azərbaycan səhiyyəsi yaşamaqda və dirçəlməkdədi. Əlbəttə ki, Azərbaycan səhiyyəsində olan çatışmamazlıqlarla yanaşı, səhiyyəmizə, xalqımıza layiqincə xidmət edən həkimlərimiz barədə məlumatlı olmağımız ümumi məqsədimizə xidmət etməlidir.
  Bu şərəfli və məsuliyyətli işdə Vəfa xanımın timsalında əsl həkimlərimizə şəfalı əllər, səbir, uğurlar can sağlığı və xoşbəxtlik arzu edirik.

  
SNN NEWS-Haber

среда, 4 сентября 2019 г.

...biz hamımız-latışlar, ruslar azca da olsa türkük



 
  Bəşəriyyətin əsasında türk etnosunun durması artıq danılmaz bir elmi faktdır. Belə qənaətə  türk dilli alimlər, araşdırmaçılar, tarixçilər, filoloqlar  deyil məhz qərb alimləri gəlir. Bəli türk etnosunun və türk dilinin insanlıq sivilizasiyasının əsasında olmasını sübut edən saysız dəlil, tarixi mənbə, elmi araşdırma nəticələri var.

    Avropa xalqlarının əksəriyyətinin dilinin  türk dili təsirindən formalaşması çoxlu mənbələrə əsaslanan danılmaz bir faktdır. Müasir dövrümüzdə də belə araşdırılmalar davam edir. Belə ki, latış dilçi-araşdırmaçı alim  filoloq  Qalina Şuke “Latışlar türklərdimi?” adlı kitabında yazır ki, “dil sahəsində araşdırmalar bütün insan sivilizasiyasının ilk danışdığı dilin aşkar edilməsini yaxınlaşdırır,   görünən odur ki, o dövrdə yer üzünün çox olmayan bütün əhalisi üzün müddət zamanında  bir dildə danışıb. Düşünürəm ki insanlığın ilk dili və özəyi  türk dilidir. İnsanlıq mənşəcə bir beşikdəndir. Və görünən odur ki, biz hamımız-latışlar, ruslar azca da olsa türkük...”

 SNN NEWS-Haber

вторник, 3 сентября 2019 г.

Армянам придется просит прошение у всего мира и тюрков тоже

  Тогда Рейган нам дал поручение о изучение так называемое «геноциде армян» Об этом рассказал советник Президента США Рональда Рейгана Брюс Фейсн.
 Брюс Фейсн рассказывал:

«На основании поручении Рейгана  мы провели проверки.  И тогда  мы изъяли документы  из архива Европейских стран и из нынешний военный архива Турции про Османской  империи.  В результате проверки выяснилось что, претензии армян о «геноциде армян» не обоснованно.  Сказки  армян о «геноциде армян» является выдумкой самих армян. Нельзя забывать что, тогда проживающие в Османской Турции все этнические и религиозные меньшинства пользовались со всеми правами, как и турки. Греки, армяне, курды, черкесы, сирийцы, арабы и другие в Османской Турции были довольно на высших государственных постах.  Во время первой мировой войны армяне предали тюрков и свою страну и стали воевать  с русскими против Османской Турции Кавказском фронте. Армяне убивали, грабили, жгли тюркских, азербайджанских грузинских жителей поселений. В результате зверств армян погибли более 2-х миллиона  мирных жителей. Турецкая страна дал нам разрешение работать в архивах Турции, к сожалению, армяне категорически отказали открывать свои архивы.   


    По моему мнению, если мы добьемся открывать армянские архивы,   тогда мы и узнаем правду и тогда,  армянам придется,  просит прошение у всего мира и тюрков тоже»  

SNN NEWS-Haber