Поиск по этому сайту

среда, 20 ноября 2019 г.

Ağsu rayon sakini Cənab Prezidentdən kömək istəyir...


     Ağsu rayon sakini Cəlal Səmədov 19.11.2019-cu il tarixdə 
“SNN NEWS-Haber”ə şikayət ünvanlayıb. Həmin şikayəti oxucularımıza təqdim edirik.

“ 05 02 2019-cu il tarixdə Ağsu rayonunda bas vermiş zəlzələ zamani Ağsu rayonu, Koroğlu 9 ünvanında yerləşən ailəmizə məxsus fərdi yaşayış evimiz tam qəzalı vəziyyətə düşmüşdür. Evin qəzalı vəziyyətə düşməsi barədə Fövqəladə  Hallar Nazirliyinin Ağsu rayonu Icra Hakimiyyətində fəaliyyət göstərin komissiyasını məlumatlandırdım. Baş vermiş zəlzələ ilə bağlı olaraq Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında fəaliyyət göstərən FHN-nin əməkdaşları mənim evimə baxış keçirmiş və evimin zəlzələ nəticəsində qəzalı vəziyyətə düşməsi barədə faktı qeydiyyata almışdır. Bir neçə ay keçdikdən sonra bir daha Ağsu İcra Hakimiyyətinə müraciət etdim.  Və mənə bildirdilər ki, komissiyanın qərarına əsasən mənim evim sökülüb yenidən tikiləçəkdir. 7 ay da belə keçdi,  yenidən Ağsu rayon İcra Hakimiyyətinə şəxsən müraciət etdim lakin mənə konkret cavab verən olmadı. Məcbur olub Cənab Prezidentə, 1-ci vitse Prezidentə və eyni zamanda da FHN-nə nazirliyinə müraciət etdim. Müraciətlərim Ağsu rayon İcra Hakimiyyətinə yönəldildi, ancaq yenə də heç bir tədbir görülmədi. Bundan sonra mən Prezident administrasiyasında və FHN-nin  qəbulunda da oldum. Mənə məsələ həll olunacağı barədə söz verilsə də, bu günə kimi yenə də heç bir tədbir görülməyib. Ağsu rayon İcra Hakimiyyəti mənə bu məsələdə biz acizik və heç nə edə bilmirik deyir. 
      Deməli, məmur özbaşınalıqları və uzun süründürməçiliyin əsl şahidi oldum və eyni zamanda da Cənab Prezidentin tapşırıq və göstərişlərinin yerinə yetirilməməsi mənim məsələmdə əyani sübut kimi öz əksin tapir.  Ağsu rayonu Koroğlu küçəsində bütün evlər barədə zəlzələnin nəticələri aradan qaldırılır,  tək mənim fərdi yaşayış evim barədə heç bir tədbir görülmür. Halbuki mənim evim çiy kərpicdən tikilmiş evdir, daha çox qəzalı vəziyyətdədir. Ona görə əvvəldə qeyd etdim ki, mən hələ uzun illərdən bəri belə haqsızlıqlarla  qarşılaşmamışdım, hara da müraciət olunsa da heç bir nəticəsi yoxdur.

      Qeyd etmək istəyirəm ki həmin ünvandan başqa heç bir evim yoxdur,  o da qəzalı  vəziyyətdə. Özüm de ağır xəstəlikdən əziyyət çəkirəm.
 Mətbuat vasitəsilə Cənab Prezidentimiz İlham Əliyevə müraciət  edərək xahiş edirəm ki, zəlzələ nəticəsində tam qəzalı vəziyyətə düşmüş evimin probleminin həll edilməsində mənə köməklik  göstərəsiniz. Ümidim ancaq Sizədir Cənab Prezident, xahiş edirəm kömək edin."

SNN NEWS-Haber











Комментариев нет:

Отправить комментарий