Поиск по этому сайту

вторник, 25 февраля 2020 г.

Allah səbrimizi kəssin!

Azərbaycan, Xocalı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya hərbi birləşmələrinin birbaşa iştirakı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal etmiş, azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmişdir.  
Həmin gün Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib.
2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
   Allah bizim səbrimizi kəssin!
SNN NEWS-Haber

Baş redaktor SOCAR-ın prezidentinə müraciət etdi...

Tanınmış jurnalist, "Yardımlının səsi" qəzetinin baş redaktoru Elman Eldaroğlu öz Facebook səhifəsində SOCAR-ın prezidentinə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik.

"SOCAR-ın prezidenti
cənab Rövnəq Abdullayevə

Hörmətli Rövnəq müəllim!
Sizə “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin professor və tanınmış ziyalılardan ibarət İdarə Heyətinin adından müraciət edirik. Müraciətimiz sərhəd rayonu olan Yardımlının təbii qazla təmin olunması problemi ilə bağlıdır.

Bildiyiniz kimi, ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyev 2019-cu ildə respublika ərazisinin təxminən 95 %-nin qazlaşdırılması ilə bağlı müvafiq qurumlara xüsusi tapşırıqlar vermiş, bu layihənin icra vəziyyəti barədə hökumətin rüblük və illik hesabatlarında məlumatlar dinlənilmişdir. Ölkə əhalisi regionların inkişafı ilə bağlı çoxsaylı prezident sərəncamları ilə təsdiqlənən və dövlətimizin başçısının birbaşa nəzarəti altında reallaşan bu cür həyat əhəmiyyətli layihələrin uğurla yerinə yetirilməsini iqtisadiyyatımızın, bölgələrdəki infrastrukturun, fermer təsərrüfatlarının, kiçik və orta biznesin davamlı və dayanaqlı inkişafı üçün önəmli hesab edir. Respublikamızın paytaxtdankənar müxtəlif bölgələrinin sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət və təhsil mərkəzlərinə çevrilməsini atılan addımların bəhrəsi kimi qiymətləndirilir.
 
Ölkəmizin sərhəd bölgəsində, digər rayonlarımızla müqayisədə coğrafi cəhətdən qeyri-əlverişli mövqedə yerləşən Yardımlı rayonunun iqtisadi dirçəlişinə, tanıdılmasına, ehtiyacı olan insanlara qayğı və yardım göstərilməsinə, bu bölgə insanları arasında sosial münasibərlərin dəstəklənməsinə çalışan Xeyriyyə cəmiyyətimiz rayonun iqtisadi inkişafı, əhalinin ən zəruri ehtiyaclarının ödənilməsi, insanların sosial-məişət şəraitinin və ekoloji mühitin yaxşılaşdırılması üçün rayon kəndlərinin qazlaşdırılması prosesinin ləngiməsinin bölgə ziyalılarını, rayon ictimaiyyətini narahat etdiyini diqqətinizə çatdırır. Rayonun 80-dən çox kəndindən bu günədək cəmi 12-nin qazlaşdırılması Yardımlıda müvafiq dövlət proqramlarının icra vəziyyətinin real göstəricisidir. Belə bir şəraitsizlik vəziyyətində rayon əhalisinin kütləvi şəkildə Bakı və Sumqayıta, şəhərlərətrafı kəndlərə axışması, çoxəsrlik tarixə, maddi-mənəvi dəyərlərə, unikal həyat tərzinə, mifik-folklor yaddaşına malik tarixi ərazilərimizin kimsəsizləşməsi prosesi səngimir. Respublikamızın strateji  sərhəd bölgəsi üzrə belə bir statistikanın gətirilməsi və işıqlandırılması nə qədər ağır olsa da, fakt faktlığında qalır. Qazlaşdırma prosesinin dayandırılması  ərazi, coğrafi, iqlim və əhalinin həyat tərzinə görə bizə yaxın olan qonşu Lerik rayonu ilə müqayisədə Yardımlının geridə qalmasına səbəb ən ciddi məsələdir.

İki yüz əlli mindən çox Yardımlı əsilli soydaşlarımızı təmsil edən bir ictimai təşkilat kimi Sizə olunan bu müraciətimizə diqqətlə və həssaslıqla yanaşılacağına, Yardımlı kəndlərinin qazlaşdırılması prosesinin tezliklə davam etdirilməsinə, qazlaşdırma səviyyəsinin digər dağ rayonları səviyyəsində həyata keçiriləcəyinə göstəriş verməyinizə inanırıq. 

Hörmətlə,
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri,
Elman Eldaroğlu"
SNN NEWS-Haber

суббота, 22 февраля 2020 г.

Ziyalılar Klubu xidmətlər təklif edir

 "Ziyalılar Klubu"nda aşağıdakı xidmətlərdən faydalana bilərsiniz

Bildiyiniz kimi" Ziyalılar Klubu" ziyalı, savadlı, istedadlı, peşəkar, ixtisaslaşmış, təcrübəli insanların könüllülük əsasında cəmləşdiyi birlikdir. Klub əsasən, ədəbi, mədəni, mənəvi, elmi, ictimai fəaliyyətlə məşğul olur, bu yöndə maarifləndirici, vətənpərvərliyə yönəlik, faydalı tədbirlər keçirir, kitab təqdimatları, tanınmış simaların yubileylərini təşkil edir, müxtəlif mövzulu seminarlar keçirir. Dövlətimizin möhkəmliyi, cəmiyyətin sağlamlığı naminə qanunla təsbit olunmuş faydalı işlərlə məşğul olur.

Həmçinin Klubda cəmləşmiş peşəkar, ziyalı mütəxəssislərin bacarığından, töhfələrindən bəhrələnmək üçün bu şəxslərin təşəbbüsü ilə aşağıdakı xidmət növlərini sizlərə təqdim edirik. Arzu edən şəxslər əlaqə saxlaya bilər.

1. Şəxsi inkişaf kursu;
2. Motivasiya yönümlü seminarlar;
3. NLP (Neyro Linqustik Proqramlar) ;
4. İngilis dili (Convertation) ;
5. Kitab təqdimatlarının təşkili;
6. Biznes və biznes planın hazırlanmasının öyrədilməsi;
7. Hüquq məsləhətləri;
8. Təşəbbüskarlıq. Sıfırdan biznesin qurulması;
9. Turizm təşkili və təşkilin öyrədilməsi;
10. Gənclərin istedad və bacarıqlarının faydalı istiqamətlərə yönləndirilməsi;
11. SOS, İNAYƏ, ASAN MƏKTUB qurumları ilə ödənişsiz seminarlar;
12. Böyük şirkətlərin işçiləri üçün təlim, təşəbbüskarlıq, biznes artırılması və çökmüş bizneslərinin bərpa edilməsi;
13. Beynəlxalq seminarlar, konsertlər, digər mədəni tədbirlər, biznes, tikinti, nəşr işləri və müxtəlif tədris kursları;
14. Müəllim və müxtəlif peşə sahiblərinin yeni, müasir təlim texnologiyalarının inkişaf etdirilməsi və öyrədilməsi.15. Universitet, kollec tələbələri üçün şəxsi inkişaf, onların həyat və ailədə daha da uğurlu olmaları üçün təlim, seminarlar;

16. İşsiz şəxslərə, işləməyə, öz bizneslərini qurmağa, təşəbbüskarlığa kömək etmək;

17. Müasir kompüter texnologiyalarının öyrədilməsi;

Talant tapmaq üçün unikal kurslar, özünə güvən və uğur qazanmaq yolları.
ziyalilarklubu@gmail.com
Ziyalılar Klubu
SNN NEWS-Haber

четверг, 20 февраля 2020 г.

SORĞU: Layiqli dövlət məmuru-kimi tanıyırsız?

SNN NEWS-Haber Respublika Ziyalılar Klubunun Facebook səhifəsinə istinad edərək xəbər verir.
 "Respublika Ziyalılar Klubu
 Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,  Cənab Prezidentimizin tapşırıq və çağrışlarına əməl edən, xalqına, dövlətinə həqiqətən ürəkdən xidmət edən dövlət məmurlarının adlarını aşkar edib, təbliğ edərək digərlərinə nümunə göstərmək məqsədi ilə  "LAYİQLİ DÖVLƏT MƏMURU-KİMİ TANIYIRSIZ?" adlı SORĞUya start verir. Sorğunun nəticələri və  siyahı 2020-ci ilin sonu elan ediləcək."
SNN NEWS-Haber

Vüqar Dadaşov: İki palatalı məclis və ya...

Tanınmış hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, deputatlığa namizəd Vüqar Dadaşov Milli Məclis və deputat statusu ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinin vacibliyi barədə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.

“09.02.2020-ci tarixdə ölkəmizdə keçirilmiş Parlamentə növbədənkənar seçkilərdə deputatlığa namizəd kimi iştirak etdim, bir hüquqşünas və namizəd kimi deyə bilərəm ki,  Milli Məclis və deputat statusu barədə qanunvericilikdə müəyyən uyğunsuzluq  mövcuddur.

Əvvəla onu qeyd edim ki, dövlət hakimiyyət orqanları qanunverici hakimiyyətdən, icra hakimiyyətindən və məhkəmə hakimiyyətindən ibarətdir  və bu hakimiyyət bölgüsü Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Bildiyimiz kimi Konstitusiyamızın 81-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Milli Məclisə üzvlərin seçilməsi mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə  seçki əsasında seçilir və Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 

Konstitusiyamıza müvafiq olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən “Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri zamanı seçki dairələri — birmandatlı seçki dairələri, referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab edilirlər.”
Yəni, orta hesabla bu gün ki gün, hər deputat 40 000-dən (qırx min) çox  səs vermə qabiliyyətli ərazi-dairə üzrə təmsilçilik-nümayəndəlik prinsipi əsasında seçilir. Ancaq Azərbaycan Respublikasıın heç bir qanunda və ya qanunverici aktında deputatın təmsilçilik-nümayəndəlik üzrə nə funksiyası nə də vəzifə səlahiyyətləri əksini tapmayıbdı.

Seçilmiş deputat fəaliyyət dövründə faktiki olaraq Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən “Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır”  Yəni deputat təmsil etdiyi ərazi-dairə üzrə Milli Məclisdə “nümayəndəlik” funksiyasına görə də əmək haqqı alır. Ancaq mövcud qanunvericilikdə deputatın “nümayəndə” kimi funksiyası, səlahiyyətləri müəyyən edilməyib ancaq, deputat müəyyən ərazi-dairə üzrə “nümayəndə” kimi seçilir lakin, faktiki olaraq qanunvericilik sahəsində fəaliyyət göstərir. Deputatın “nümayəndə” kimi funksiyasının, səlahiyyətlərinin müəyyən edilməsi deputatın təmsil etdiyi ərazi-dairə üzrə sosial-iqtisadi problemlərin həllinə kömək  olar və deputatların “nümayəndə” kimi məsuliyyətini müəyyən edər. Bəlli faktdır ki, bu gün ki gün, deputat təmsil etdiyi ərzazi-dairə üzrə “nümayəndə” kimi əhalinin sosial, iqtisadi, infrastruktur və sair problemlərin həlli üçün heç bir səlahiyyətə malik deyildir.

Ümumiyyətlə, dünya praktikasında müxtəlif cür adlanan yerli Məclisin əksəriyyəti iki palatadan ibarətdir yəni, biri nümayəndəlik, biri isə qanunvericilik fəaliyyəti ilə məşğul olan palatalar. Azərbaycan Respublikası Milli Məclisi isə bir palatalı  və faktiki qanunvericilik fəaliyyəti ilə məşğuldur. Baxmayaraq ki,  Milli Məclisə üzvlər (deputatlar) ərazi-dairə üzrə nümayəndə kimi seçilirlər. Bu baxımdan “nümayəndə” kimi vəzifə, funksiya və səlahiyyətləri müəyyən edilməmiş deputata “nümayəndə” kimi əmək haqqının verilməsinin də nə dərəcədə düzgün olması əsaslı sual doğurur.  Göründüyü kimi, mövcud uyğunsuzluğu aradan qaldırılması üçün seçilmiş deputatların “nümayəndə” kimi funksiya və səlahiyyətləri müəyyən edilməli və ya iki palatalı Məclis sisteminə keçilməlidir. Qeyd edilən uyğunsuzluq aradan qaldırılmasına qədər deputatlara “nümayəndə” kimi verilən əmək haqqı dayandırılmalıdır.

   SNN NEWS-Haber

среда, 19 февраля 2020 г.

Vüqar Dadaşov: Deputatlar fəalliyyət göstərmədiyi "nümayəndə" kimi niyə əmək haqqı alırlar?!

понедельник, 17 февраля 2020 г.

Qarabağ qazisi: Cənab Prezident, müharibə əmrinizi canımla, qanımla yerinə yetirməyə hazıram

Tanınmış hüquqşünas, publisist, AJB-nin üzvü Qarabağ qazisi Vüqar Dadaşov öz səhifəsində Cənab Prezidentimizin Almaniya görüşü haqqında maraqlı paylaşım edib. Həmin yazını əziz oxucularımıza təqdim edirik.
"Haqlı olaraq gündəmi zəbt etmiş Cənab Prezidentimiz İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Almaniyanın Münhen şəhərində təşkil edilmiş və canlı efirlə bütün dünyaya yayımlanan debat-görüşü nəticə etibarı ilə Cənab Prezidentimizin növbəti siyasi uğuru olaraq məni bir müharibə veteran kimi, azərbaycanlı kimi hədsiz sevindirir.
    Bu görüş sözsüz və mübağiləsiz Cənab Prezidentimizin yüksək siyasi savad və qabiliyyətə, elmi biliklərə, əla linqvistik  bacarığa, yuksək intellektə malik olmasının bir daha sübutu kimi dünya siyasi liderlərinə nümunə olması da  danılmazdır.
   Bütün qeyd edilənlərə görə Cənab  Prezidentimizə öz minnətdarlığımı bildirirəm və bununla yanaşı Cənab Prezidentimizə bildirmək istəyirəm ki, mən bir veteran olaraq əsgər kimi  Müharibə əmrinizi səbirsizliklə gözləyirəm və Ali Baş Komandan kimi hər bir əmr və tapşırığınızı canım və qanım bahasına yerinə yetirməyə hazıram. Şübhəsiz inanıram ki, Rəhbərliyinizlə  doğma yurdumuzu, Qarabağımızı azad edəcəyik və Azərbaycanımızın üç rəngli bayrağı   işğal altındakı torpaqlarımızda dalğalanacaq."
 
  SNN NEWS-Haber

воскресенье, 16 февраля 2020 г.

Tural İrfan: "Çalışın azad olun ilk öncə."

79 cu İmişli Seçki Dairəsində parlaq qələbə qazanmış dəyərli insan, müdrik siyasətçi, görkəmli ictimai xadim, partiya sədri Razi Nurullayev haqqında bəzi öyrədilmiş adamlar özlərinə xas çirkin qarayaxmalar edirlər. Təbii ki, onlara təlim verən, onları yemləyən, fitnələyən Əli Kərimlidir. Onsuz da İmişli camaatı öz seçimini edib, öz dəyər verdiyi namizədini deputat seçib. Sadəcə belələrinin özlərini oda közə vurması, ancaq İmişli əhalisinə qarşı yönəlib. Onlar zatən uzun müddətdir ki, Razi bəyə və komandamıza qarşı Yurd sədrinin göstərişi ilə təhqir kampaniyası apararaq özlərini ifşa edirdilər. Ancaq bu ərəfədə apardıqları çirkin oyunlar artıq təkcə Razi bəyə qarşı yox, eyni zamanda ona səs verən, ona etimad göstərən, onu deputat seçən seçicilərinə, İmişli əhalisinə qarşı yönəlib. Bu qaragüruhçular "babam mənə kor deyib, yol keçəni vur deyib" prinsipi ilə ağıllarına, ağızlarına nə gəldi deməklə əslində mahiyyətcə Razi bəyin seçicilərinə dil uzadırlar.
Seçki təbliğatı zamanı öz yüksək intellekti sayəsində digər namizədlərə də öz xoş arzularını (baxmayaraq ki, onlardan bəziləri Razi bəyə qarşı haqsız hücumlar edirdilər) bildirən hörmətli Nurullayev siyasi təmkin nümayiş etdirərək əksər zamanda bu şərçilərə əhəmiyyət verməməyə çalışır. Lakin onun kamandasının üzvü, müavini olaraq ona qarşı edilən bu haqsızlığa qarşı bizlərin artıq səbri tükənir, ona olan çirkin hücumlar bizi hiddətləndirir.
Razi bəyə qarşı çərənləyənlərə deyirəm ki, məscidin ağzı açıqdır, gərək itin də həyası olsun! Razi Nurullayev çox zaman səbr edir, dözümlü yanaşır, bəlkə düz yolu tapasınız deyə təmkinli yanaşır, ancaq sizlər bu humanistlikdən sui istifadə edərək daha da azğınlaşırsınız.
Razi Nurullayev prezident seçkilərində iştirak edərək nəinki bir rayonun, bir bölgənin, bütün xalqın ümumi problemlərini dilə gətirib canlı efirdən səsləndirəndə siçan deşiyinə girənlərin indi şirə dönməsi onların alət olduqlarını sübut edir.
İmam Əli buyurur ki, özgəyə qul olma, Allah səni azad yaradıb. Əli Kərimliyə qul olanlara səslənirəm ki, mitinqlərdə "Azadlıq" deyə çığırırsınız mahiyyətinə varmadan, halbuki özünüz Əli Kərimli dən azad ola bilmirsiniz, onun eyforiyası, xofu, zənciri, buxovu sizi əsir-yesir edib illərdir. Çalışın ondan azad olun ilk öncə!
 Tural İrfan
Yazar-siyasətçi

SNN NEWS-Haber

понедельник, 10 февраля 2020 г.

"Nöqtə-Yeni Başlanğıc" İB-nin verdiyi proqnoz rəsmən təsdiqləndi, Razi Nurullayev qalib oldu

Azərbaycan Respublikası MSK-nın rəsmi məlumatına əsasən, 09.02.2020-ci il növbədənkənar Parlament seçkilərində 79 saylı İmişli SD-dən Razi Nurullayev millət vəkili seçilib. Xatırladaq ki, bütün "EXİT POLL" sorğularına da görə Razi Nurullayev qələbə qazanmışdır.
  Seçkiyə qədər yerli ictimai sorğularda göstərirdi ki, Razi Nurullayevin seçkilərdə qalib olmalıdır. Belə ki, "Nöqtə-Yeni başlanğıc" İB -nin 07.02.2020-ci il tarixdə elan etdiyi ictimai sorğunun nəticəsinə görə də 79 saylı İmişli Seçki Dairəsindən əhalinin 71.5%-i  Razi Nurullayevə səs verəcəyini bildirmişdi. Odur ki, Razi Nurullayevin Millət vəkili seçiləcəyi təbii və  gözlənilən idi.
  Razi Nurullayevi təbrik edir və deputat fəaliyyətində uğurlar arzu edirik.
 SNN NEWS-Haber

пятница, 7 февраля 2020 г.

Sorğunun qalibi 71.5 faizlə Razi Nurullayev oldu

"Nöqtə-Yeni Başlanğıc" İctimai Birliyinin bu ilin 09 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinin seçki təbliğatı müddətində  79 saylı İmişli seçki dairəsi üzrə canlı sorğu  keçirərək namizədlərin əhali arasında reytinqini müəyyənləşdirib. Sorğunun nəticələri namizədlər arasında aşağıdakı kimi qeydə alınmışdır. Artıq seçki təbliğatı başa çatdığı üçün nəticələri elan edirik:
1. Razi Nurullayev  - 71.5;
2. Taleh Tapdıqov - 19.8;
3. İlqar Hüseynli - 6.7;

Qeyd edək ki, digər namizədlər 1 faizlik baryeri keçə bilməyiblər.
Nəticələrə əsasən Razi Nurullayevin reytinqi birinci sıradadır.
SNN NEWS-Haber

понедельник, 3 февраля 2020 г.

Qarabağ Qazisi : Qarabağsız yaşaya bilmirəm...

SNN NEWS-Haber AZSİAM. İNFOya istinad edərək xəbər verir.

 01.02.1992-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zəngilan taborunun yaranmasının ildönümü münasibəti ilə həmin taborun veteran döyüşçüləri ilə görüş keçirilib. Görüşdə salamat qalmış həmin taborun şəxsi heyəti eləcədə, Zəngilan taboru tərkibində vuruşmuş və Milli Qəhrəman adına layiq görülmüş Sahil Məmmədov, yüksək rütbəli zabitlər, həmin taborun komandiri Əkbər Hüsüyev və Daxili Qoşunların rəsmi nümayəndəsi Şahin Bəylərov iştirak etmişdir. Görüşdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun təbrik məktubu oxunmuşdur. Dövlət himni səslənmiş, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxışçılar Ali Baş Komandan, Cənab İlham Əliyevin ordumuza, veteran, qazı və şəhid ailələrinə yüksək diqqət və qayğısından geniş danışımlar.
Tədbirdə iştirak edən veteran döyüşçülər  yaşlarının keçməsinə baxmayaraq hər an döyüşə və Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını qeyd etmişlər.
Görüşdə maraqlı çıxışlar olmuşdur. Sözü gedən taborun ilk döyüşçülərindən olan tanınmış hüquqşünas, qazı Vüqar Dadaşovun çıxışı xüsusi ilə yadda qalan olmuşdur. Veteran döyüşçü Ali Baş Komandan, Möhtərəm Prezident, Cənab İlham Əliyevin möhtəşəm ordu quruculuğundan bəs etmiş və məhz Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan ordusunun dünyanın 50 ən güclü ordularından biri olduğunu qeyd edərək, tarixə  “Aprel döyüşləri” kimi düşən döyüşləri qeyd edilənlərə əyani sübut kimi nümunə gətirmişdir. Vüqar Dadaşov bir neçə döyüş epizodlardan danışaraq, həyatda xoşbəxt olmadığını demişdir. Torpaqlarımızıın işğal faktının heç cürə qəbul edə bilmədiyini və bu faktın şəxsi məğlubiyyəti və alçalmağı kimi  rahat yaşaya və həyatda sevinə bilmədiyini, yuxusunun ərşə çəkildiyini demişdir.
Veteran döyüşçü Vüqar Dadaşov  “mən Qarabağsız yaşaya və xoşbəxt ola bilmirəm” deyəndən sonra çıxışını davam etdirə bilməmişdir.
  SNN NEWS-Haber