Поиск по этому сайту

суббота, 30 ноября 2019 г.

Sözün gücü və tarixin işığı gələn kitablar


Ziyalılar Klununun təşkilatçılığı ilə 30.11.2019 cu il tarixdə Azərkitabda hüquqşünas-qazi Vüqar Dadaşov və araşdırmaçı-şair Rəşad Mahmudun "Mənim düşüncəm" və " Nurustan" kitablarının təqdimatı keçirildi.
Rəşad Mahmudun sayca dördüncü kitabı olan " Nurustan" klassik üslubda yazılmış, ibrətli hekayətlərin nəzmə çəkilməsi nəticəsində son dövrlərdə ərsəyə gətirilən sanballı əsərlər sırasına daxil edilə biləcək bir kitabdır. Kitabda şair səlist şəkildə müxtəlif şeir janrlarında öz məharətini göstərərək milli dəyərlərimizə, irfan-təsəvvüf mövzularına işıq tutmuş, xüsusi ilə gəncliyimizə əvəzsiz töhfə bəxş etmişdir. Həmçinin Vüqar Dadaşov " Mənim düşüncəm" kitabında publisistik şəkildə tariximiz, milli kimliyimiz, mənəvi dəyərlər və digər məsələlər haqda öz mülahizələrini, fikirlərini qeyd etmişdir. Habelə bəzi mənbələrdən də istifadə etməklə tarixi qaynaqlardan da sitatlsr gətirmişdir.
Hər iki kitabın redaktoru və ön söz yazarı ilahiyyatçı-yazar Tural İrfan, məsləhətçisi filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyevdir.
Keçirilən təqdimat mərasimini AYB üzvü Tural İrfan açaraq ilk sözü araşdırmaçı- yazar Sərxan Carçıya verib. Çıxışçıların maraqlı müzakirəsi ilə tədbir davam edib. Hər iki kitab haqqında tədbirdə iştirak edən ziyalılar, ictimai xadimlər öz fikirlərini bildiriblər. Prezidentliyə sabiq namizəd, tanınmış ictimai-siyasi xadim, partiya sədri Razi Nurullayev hər iki yazarın kitabı haqqında çıxış edərək onlara uğurlar arzu edib. Daxili İşlər Nazirliyinin polkovniki, qazi Faiq müəllim, qazi-qəhrəman, 20 yanvar və Qarabağ əlili Arif Məhərrəmov, Daxili İşlər Nazirliyinin polkovniki Cəlal Səmədov, Qarabağ Qaziləri Bəhrəm Heydərov, Vaqif Qasımov, Seymur Qurbanov, Əbülfəz Abbasov  müəlliflər haqda xoş sözlər deyiblər. Şair Məhərrəm Şəmkirli, Ziyalılar Klubunun İdarə heyəti üzvü Sevda Qocayeva, Ali Məclis sədri, tarixçi-araşdırmaçı Elmar Həsənli, Ali Məclis üzvləri, ilahiyyatçı-jurnalist Bəxşeyiş Qarabağlı, ictimai xadim, iqtisadçı-yazar Pərviz Şıxəliyev, hüquqşünas Nemət Əliyev, Aşıqlar Birliyinin üzvü, aşıq-şair Dərya Mərdanzadə, ictimai- siyasi xadim Əjdər Əliyev, həkim-alim Ziyalılar Klubunun Ali Məclisinin üzvü Cəfər Cığatay, Pərvanə Mikayılova, gənc fəal Elnur Əkbərov, Günay Əhmədova, kinorejissor Ceyhun Mirzəli çıxış edərək müəlliflər haqda geniş fikir söyləyiblər. Bir sıra media nümayəndələrinin iştirakı ilə yekunlaşan tədbiri Talk Tv internet televiziyası tarixə köçürüb. Tədbirin sonunda tədbirin aparıcısı Tural İrfan və müəlliflər iştirakçılara öz təşəkkürlərini bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.
SNN NEWS-Haber




Azərbaycan ictimaiyyətinə “NURUSTAN” və “MƏNİM DÜŞÜNCƏM” təqdim edildi

Bu gün Azərkitab” Kitab Təbliğatı Mərkəzində 3 saat 15:00-da tanınmış hüquqşünas, DİN Daxili Qoşunlar Qarabağ Müharibəsi veteranı-qazi, Ziyalılar Klubunun İdarə Heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Dadaşovun milli, tarixi, fəlsəfi, siyasi mövzuda yazdığı “Mənim düşüncəm” və istedadlı şair, araşdırmaçı-yazar, bir neçə kitablar-məqalələr  müəllifi publisist Rəşad Mahmudun  klassik üslubda yazılmış, nəsihətlər, ibrətlər və tarixə əsaslanan ”Nurustan” adlı şeirlər kitabının təqdimatı keçirildi. Təqdimatda elm, siyasi-ictimai xadimlər, media nümayəndələri, Qarabağ müharibəsi veteranları, Qazilər iştirak ediblər.
  SNN NEWS-Haber








четверг, 28 ноября 2019 г.

Qarabağ Qazisi: Cümşüd Nuriyevin Azərbaycan qadınını səhvən və ya təsadüfən alçaltmayıb, onun məkrli məqsədi var


Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, publisist, Qarabağ Qazisi Vüqar Dadaşov sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş qadınları təhqir etməsinə kəskin  etirazını bildirib. Həmin çıxışı oxucularımıza təqdim edirik.
 “Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi, ictimaiyyətdə çox böyük qəzəb və hiddətlə qarşılanıb. Buna baxmayaraq Cümşüd Nuriyev sonradan buraxdığı səhvi düzəltməyə çalışsa da  AzTV-nin “Əsas məsələ” verilişində  səsləndirdiyi fikir, onun daxilən Azərbaycan xalqının qəhrəmanlığını, milli kimliyinə qəsbkar olduğunun maddi sübutudur. Yadımızdadır, Cümşüd Nuriyev Ramil Səfərovun Azərbaycan bayrağına görə qəhrəmanlığını da şübhə altına almağa çalışmışdı.
Həmin Cəmşid Nuriyevin  Azərbaycan xalqının oğul və qızlarının kifayət qədər qəhrəman  və əsrlər boyu başqa xalqlara igidlik nümunəsi olmasından  kifayət qədər məlumatlıdır. Bu məqamda  Ömər Xəyyam: “həyatda ən çətin iş, özünü bilərəkdən qammazlığa vuranı qandırmaqdır” demişdir. Fikrim kimisə anlatmaq və ya qandırmaq deyil, fikrim odur ki, biz Azərbaycan xalqı namuslu, qeyrətli, igid və qəhrəman olduğumuzu gözəl bilirik və buna heç bir ünsür şübhə yarada bilməz.  Cümşüd Nuriyevin Azərbaycan qadınını səhvən və ya təsadüfən alçatmayıb, o, kifayət qədər elmli adamdı-siyasi elmlər doktorudur və onun azəri qadınları təhqir etməsi məqsədyönlüdür, onun məkrli məqsədi var- məqsədi  isə budur-bizi öz gözümüzdən salmaq, kimliyimiz  itirmək.
Cəmşid Nuriyev, sən gözəl bilirsən Azərbaycan qadınları doğma Qarabağımız uğrunda bizlərlə bərabər ,çiyin-çiyinə fədakarcasına vuruşub...
16 yaşından kişi geyimində vuruşan Qəqəni ləqəbli Kamalə xanımı,
polkovnik Aidə Şirinovanı, dillər dastanı Qazaxlı Qarateli,
Nurcahan Hüseynovanı, hansı ki, 18 yaşlı oğlu ilə döyüşürdü, döyüşlərdə tək uşağını-oğlunu  qurban verdi. Oğlunun intiqamını  həmin ermənini tapıb, əlləri ilə ürəyini çıxarıb, şüşədə oğlunun məzarına qoyub,
vətən uğrunda döyüşlərə qatılan kapitan xanım kəşfiyyatçı  Gülarə Musayevanı,
Qarabağ  Tutusu kimi tanınan Rüxsarə Cumayevanı,
Azərbaycanın, Qarabağın  Həcəri  kimi tanınan Səbirə Mahmudovanı,
müstəqil Azərbaycanımızın ilk snayperçi xanımı, "xala qızı" ləqəbli Qarabağ müharibəsi veteranı Növrəstə Yusiflini və sair və sair qəhrəman qadınlarımızı  tanımamış olmazsan. Bilərəkdən Azərbaycanın süvrenliyi və ərazi bütövlüyü uğrunda  vuruşan qadınlarımızı təhqir etmək dövlətçiliyimizə, ərazi bütövlüyümüzə, xalqımıza nifrət və düşmənçilik hissindən qaynaqlanır. Cümşüd Nuriyev Azərbaycanlı olduğun üçün utanıram. Öz növbəmdə isə Qarabağımızda və ümumuiiyətlə müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda bizimlə çiyin-çiyinə vuruşan qadınlarımıza müraciət edib deyirəm-siz bizim baş tacımızsınız, sizn qədrinizi əsl veteran, qazilər və qədirbilən Azərbaycan xalqı bilir.
Əgər Cümşüd Nuriyev əsl veteran olsaydı-Azərbaycan qadınlarının qəhrəmanlıqlarını gözü ilə görərdi və belə danışmazdı.”
SNN NEWS-Haber

вторник, 26 ноября 2019 г.

"NURUSTAN" gənc qoca...


Azərbaycan ədəbiyyatı nümunələri arasında son dönəmdə yazılan əsərlərdən ən diqqətimi çəkən Rəşad Mahmudun "Nurustan" əsəri oldu. Klassik ədəbiyyatda Nizami Gəncəvinin, Əfzələddin Xaqaninin, Məhəmməd Füzulinin, İmadəddin Şeyx Nəsiminin öz izi-cığırı vardır. Ancaq o izi-cığırı indi davam etdirən, onların yazdığı üslubda, o ruhda yazıb-yaradan şairlər indi demək olar ki, yox dərəcəsindədir. İrad bildirəndə də deyirlər ki, "onların üslubu köhnəlib, əruz vəznini sərbəst vəzn əvəz edib...və.s." Lakin bildirmək istəyirəm ki, əslində elə deyil. Sadəcə o "şairlər" "köhnə" dedikləri üslubda yaza bilmirlər yaxud da yazmağa həvəsləri yoxdur, sadəcə bəhanə gətirirlər. Əslində isə biz klassik şairlərimizin yazdığı üslubu diri və duru saxlamalı, yaşatmalı, gələcək nəsillərə əyani şəkildə ötürməliyik. Şair-publisist Rəşad Mahmud həm məna-məzmun, həm də üsul-üslub baxımından keçmiş klassiklərimizin dəsti-xəttini məharətlə davam etdirir. Bu əsəri oxuduqca onun mütaliəsinin geniş olduğu, tarix, fəlsəfə, din, irfan-təsəvvüf qavramlarını mənimsədiyinin şahidi oluruq. Sədi Şirazinin "Gülüstan" əsərinə nəzirə də adlandıra bilərik "Nurustan"ı. Belə ki, əgər Sədi öz əsərini fars dilində, tarixi həqiqəti əks etdirməyən (lakin ibrətamiz olması danılmazdır !) rəvayətlərlə bəzəmişdisə, Rəşad Mahmudun ondan müsbət mənada fərqi ondan ibarətdir ki, o "Nurustan"ı türk-azərbaycan dilində yazıb və nəzmə çəkdiyi bir çox ibrətamiz-nəsiətamiz olaylar tarixi gerçəkliklərdəndir. Kitab bölümlərə ayrılıb, hər bölüm hissələrdən ibarətdir, sanballı aforizmlərdən sitatlar gətirilib, qeyd olunan nəsihətlər, ibrətli hekayələr Sədidən fərqli olaraq bütövlükdə nəzmə çəkilib.
"Nurustan" Rəşad Mahmudun uzun illərinin bəhrəsidir. Bu əsəri yazınca o bir neçə pyes, poema, müxtəlif şeirlər toplusu yazıb-yaradıb, hətta bir qismini nəşr də etdirib. İki kitabı işıq üzü görmüş Rəşad Mahmud əsərin adını da düşünərək doğru seçib. İnsanın həyatını da axirətini də aydınladan (aydınlatmalı olan) məhz ilahi nurdur, işıqdır, zəkadır... Quranda təsadüfi deyil ki, "Nur" surəsi var və Haqq təala öz vəchini nura bənzədir. Həqiqətən də Rəşad Mahmudun "Nurustan" əsərini oxuduqca insan sanki nur qərq olur, keçmiş klassiklərimizi bir daha xatırlayır, onların üslubunda, ancaq yeni ruhda, müasir qələmlə yazılmış nəsihətlərlə süslənir. Türk millətinin çoxminilik tarixi-milli gələnəklərinə işıq tutaraq yaşını qabaqlayan müəllif özündə bir ağsaqqallıq cəsarəti bularaq sanki Dədə Qorqudcasına gəncliyə-gələcəyə nəsihət edir, tariximizi, milli ruhumuzu, irfanımızı, dərin köklərimizi bizə xatırladır. Hesab edirəm ki, müasir zamanda yazıb-yaradan yeni nəsil yazarlarımız arasında Rəşad Mahmudun öz xüsusi, sanballı, ağır taxtalı dəsti-xətti var və bu xətt bayağılıqdan, pafosdan, səthilikdən arınmış, durulmuş, həyat məktəbi keçərək püxtələşmiş, müdrikləşmişdir.
Rəşad Mahmud gənc olmasına baxmayaraq, dünya ədəbiyyatını, İslam dinini, siyasət aləmini bilən, oxuyan, izlə gedən yox, öz izi olan yazarlarımızdan, dostlarımızdandır. Heç təsadüfi deyil ki, bu yaşında artıq o ölkənin yaşlı-başlı ağsaqqallarının, qocaman ziyalılarının da halallığı ilə qurulmuş, "Ziyalılar klubu" adlanan özündə ədəbi, mədəni, mənəvi aləmi ehtiva edən ciddi bir qurumun təsisçilərindən-idarə heyətinin üzvlərindən biridir. Öz təvazökarlığı (bu təvüzökarlıq onun yaradıcılığına da sirayət edib) səbəbindən mətbuatda  ağır-ağır görünsə də sanballı əsərləri ilə, kəsərli vətənpərvər yazıları-şeirləri ilə cəmiyyətə nur saçmağı bacarır.
Mən, dostum Rəşad Mahmuda uğurlar diləyərək əziz oxucuları "Nurustan"ın nurun qərq olmağı arzu edirəm.

Tural İrfan
İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

 SNN NEWS-Haber

Nurlu söz və qəbul etmək istəmədyimiz tarixin işiğı


 Ziyalılar Klununun təşkilatçılığı ilə 30.11.2019 cu il tarixdə Azərkitabda hüquqşünas-qazi Vüqar Dadaşov və araşdırmaçı-şair Rəşad Mahmudun "Mənim düşüncəm" və " Nurustan" kitablarının təqdimatı keçirildi.
Rəşad Mahmudun sayca dördüncü kitabı olan " Nurustan" klassik üslubda yazılmış, ibrətli hekayətlərin nəzmə çəkilməsi nəticəsində son dövrlərdə ərsəyə gətirilən sanballı əsərlər sırasına daxil edilə biləcək bir kitabdır. Kitabda şair səlist şəkildə müxtəlif şeir janrlarında öz məharətini göstərərək milli dəyərlərimizə, irfan-təsəvvüf mövzularına işıq tutmuş, xüsusi ilə gəncliyimizə əvəzsiz töhfə bəxş etmişdir. Həmçinin Vüqar Dadaşov " Mənim düşüncəm" kitabında publisistik şəkildə tariximiz, milli kimliyimiz, mənəvi dəyərlər və digər məsələlər haqda öz mülahizələrini, fikirlərini qeyd etmişdir. Habelə bəzi mənbələrdən də istifadə etməklə tarixi qaynaqlardan da sitatlsr gətirmişdir.
Hər iki kitabın redaktoru və ön söz yazarı ilahiyyatçı-yazar Tural İrfan, məsləhətçisi filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyevdir.
Keçirilən təqdimat mərasimini AYB üzvü Tural İrfan açaraq ilk sözü araşdırmaçı- yazar Sərxan Carçıya verib. Çıxışçıların maraqlı müzakirəsi ilə tədbir davam edib. Hər iki kitab haqqında tədbirdə iştirak edən ziyalılar, ictimai xadimlər öz fikirlərini bildiriblər. Prezidentliyə sabiq namizəd, tanınmış ictimai-siyasi xadim, partiya sədri Razi Nurullayev hər iki yazarın kitabı haqqında çıxış edərək onlara uğurlar arzu edib. Daxili İşlər Nazirliyinin mayoru, qazi Faiq Məmmədov, qazi-qəhrəman, 20 yanvar və Qarabağ əlili Arif Məhərrəmov, Daxili İşlər Nazirliyinin polkovniki Cəlal Səmədov, Qarabağ Qaziləri Bəhrəm Heydərov, Vaqif Qasımov, Seymur Qurbanov, Əbülfəz Abbasov  müəlliflər haqda xoş sözlər deyiblər. Şair Məhərrəm Şəmkirli, Ziyalılar Klubunun İdarə heyəti üzvü Sevda Qocayeva, Ali Məclis sədri, tarixçi-araşdırmaçı Elmar Həsənli, Ali Məclis üzvləri, ilahiyyatçı-jurnalist Bəxşeyiş Qarabağlı, ictimai xadim, iqtisadçı-yazar Pərviz Şıxəliyev, iqtisadçı Nemət Əliyev, Aşıqlar Birliyinin üzvü, aşıq-şair Dərya Mərdanzadə, ictimai- siyasi xadim Əjdər Əliyev, həkim-alim Ziyalılar Klubunun Ali Məclisinin üzvü Cəfər Cığatay, Pərvanə Mikayılova, gənc fəal Elnur Əkbərov, Günay Əhmədova, kinorejissor Ceyhun Mirzəli çıxış edərək müəlliflər haqda geniş fikir söyləyiblər. Bir sıra media nümayəndələrinin iştirakı ilə yekunlaşan tədbiri Talk Tv internet televiziyası tarixə köçürüb. Tədbirin sonunda tədbirin aparıcısı Tural İrfan və müəlliflər iştirakçılara öz təşəkkürlərini bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.


                                                                             
SNN NEWS-Haber


воскресенье, 24 ноября 2019 г.

“Azərkitab”da 30.11.2019-cu il tarixdə saat 15:00-da iki kitabın təqdimatı keçiriləcək...

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində 30 noyabr 2019-cu il tarixdə  saat 15:00-da tanınmış hüquqşünas, DİN Daxili Qoşunlar Qarabağ Müharibəsi veteranı-qazi, Ziyalılar Klubunun İdarə Heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Dadaşovun milli, tarixi, fəlsəfi, siyasi mövzuda yazdığı “Mənim düşüncəm” və istedadlı şair, araşdırmaçı-yazar, bir neçə kitablar-məqalələr  müəllifi publisist Rəşad Mahmudun  klassik üslubda yazılmış, nəsihətlər, ibrətlər və tarixə əsaslanan ”Nurustan” adlı şeirlər kitabının təqdimatı olacaq. Hər iki kitabın ön söz yazarı və redaktoru Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliyinin üzvü, Ziyalılar Klububub İdarə Heyətinin, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, yazıçı publisist, tanınmış ilahiyyatçı Tural İrfandır.  Məsləhətçi folklorşünas alim, filalogiya elmlər doktoru, professor  Seyfəddin Qəniyevdir. Kitablar müasir üslubda, oxucuların tələblərinə uyğun uyğun janrda, maraqlı məzmunda, elm mənbələrə əsaslanaraq və bir istinad materialı kimi yazılıb. Bütün ziyalıları, elm və poeziya adamlarını, mətbuat mənsublarını kitabların təqdimatına dəvət edirik.
SNN NEWS-Haber



четверг, 21 ноября 2019 г.

Tural İrfan: Nəriman Qasımoğlu “Quran”ı öz anladığı və görmək istədiyi kimi yanlış tərcümə edib


Son zamanlar “Quranilər” deyilən, Qərb ideoloqlarının anti-islam kampaniyasının alətləri peyda olub. Onlar Qurandan başqa heç bir hədisi, mənbəni qəbul etmədiklərini deyirlər. Halbuki Quranı bu yolla inkar edirlər. Çünki Quran kodlaşdırılmış kitabdır, onun şərhini Peyğəmbər verməlidir və verib də. Əgər Peyğəmbərə və hədislərə lüzum olmasa idi Allah peyğəmbər göndərməz, elə göydən bir kitab endirərdi, hərə də öz anladığı kimi əməl edərdi. Bu absurddur. Nəriman Qasımoğlu Sovet Şərqşünasıdır və Quranı öz anladığı və görmək istədiyi kimi yanlış tərcümə edib. İndi də iddia edir ki, guya hicab Quranda əmr edilməyib. Əvvəla hicab ayəsi Nur surəsində var və qadınların abırlı geyinməsinə göstəriş var. Amma hicabın hansı formada olması isə hədislərdə nəql edilib. Bu günədək bütün islam üləması hicabın, yəni qadınların abırlı geyinərək başlarını örtməsinin vacid olmasında müttəfiqdirlər. Nəriman Qasımoğlu Quranı təhrif edir və hədislərdən ya xəbəri yoxdur, ya da görməməzliyə vurur. Çünki peyğəmbərin səhih hədisləri Quran qədər mötəbərdir və Quranda da Peyğəmbərə tabe olmaq, sözünə əməl etmək əmr edilir. Bütün hökmlər isə Quranda yoxdur, çünki Quran lakonik bir kitabdır. Onun şərhi hədislərdə və təfsirlərdədir. Hədissiz Quranı anlamaq mümkün deyil. Nəriman Qasımoğlu sadəcə ilahiyyatçı deyil və digər islam elmlərindən xəbərsizdir. Onun Qurana yanaşması baytar həkimin astornomik proqnozlar verməsi kimi müqayisə oluna bilər. Qeyd edim ki, hicab İslamın ilkin əmrlərindəndir, vacib və qəti hökmlərindəndir. Hətta bu bütün səmavi dinlərdə də belədir. İudaizm xristianlıqda da belədir. Örtük və övrət yerlərinin qapanması İslam dinində vacib qaydalardandır. Bunun heç bir mübahisəsi və şübhəsi yoxdur. İnsanların ərəb dilini bilməməsindən sui-istifadə edərək yanlış fikirlərlə inanclıları şəkk-şübhəyə salan Qasımoğlu sadəcə ərəb dilini bilməklə özünü din alimi kimi, ilahiyyatçı kimi təqdim etməsə yaxşıdır. Çünki azdan-çoxdan nüfuzu var, onu da itirməsə yaxşıdır.

   Tural İrfan
 İlahiyyatçı-islamşünas Bakı İslam Universitetinin müəllimi

SNN NEWS-Haber

среда, 20 ноября 2019 г.

Ağsu rayon sakini Cənab Prezidentdən kömək istəyir...


     Ağsu rayon sakini Cəlal Səmədov 19.11.2019-cu il tarixdə 
“SNN NEWS-Haber”ə şikayət ünvanlayıb. Həmin şikayəti oxucularımıza təqdim edirik.

“ 05 02 2019-cu il tarixdə Ağsu rayonunda bas vermiş zəlzələ zamani Ağsu rayonu, Koroğlu 9 ünvanında yerləşən ailəmizə məxsus fərdi yaşayış evimiz tam qəzalı vəziyyətə düşmüşdür. Evin qəzalı vəziyyətə düşməsi barədə Fövqəladə  Hallar Nazirliyinin Ağsu rayonu Icra Hakimiyyətində fəaliyyət göstərin komissiyasını məlumatlandırdım. Baş vermiş zəlzələ ilə bağlı olaraq Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında fəaliyyət göstərən FHN-nin əməkdaşları mənim evimə baxış keçirmiş və evimin zəlzələ nəticəsində qəzalı vəziyyətə düşməsi barədə faktı qeydiyyata almışdır. Bir neçə ay keçdikdən sonra bir daha Ağsu İcra Hakimiyyətinə müraciət etdim.  Və mənə bildirdilər ki, komissiyanın qərarına əsasən mənim evim sökülüb yenidən tikiləçəkdir. 7 ay da belə keçdi,  yenidən Ağsu rayon İcra Hakimiyyətinə şəxsən müraciət etdim lakin mənə konkret cavab verən olmadı. Məcbur olub Cənab Prezidentə, 1-ci vitse Prezidentə və eyni zamanda da FHN-nə nazirliyinə müraciət etdim. Müraciətlərim Ağsu rayon İcra Hakimiyyətinə yönəldildi, ancaq yenə də heç bir tədbir görülmədi. Bundan sonra mən Prezident administrasiyasında və FHN-nin  qəbulunda da oldum. Mənə məsələ həll olunacağı barədə söz verilsə də, bu günə kimi yenə də heç bir tədbir görülməyib. Ağsu rayon İcra Hakimiyyəti mənə bu məsələdə biz acizik və heç nə edə bilmirik deyir. 
      Deməli, məmur özbaşınalıqları və uzun süründürməçiliyin əsl şahidi oldum və eyni zamanda da Cənab Prezidentin tapşırıq və göstərişlərinin yerinə yetirilməməsi mənim məsələmdə əyani sübut kimi öz əksin tapir.  Ağsu rayonu Koroğlu küçəsində bütün evlər barədə zəlzələnin nəticələri aradan qaldırılır,  tək mənim fərdi yaşayış evim barədə heç bir tədbir görülmür. Halbuki mənim evim çiy kərpicdən tikilmiş evdir, daha çox qəzalı vəziyyətdədir. Ona görə əvvəldə qeyd etdim ki, mən hələ uzun illərdən bəri belə haqsızlıqlarla  qarşılaşmamışdım, hara da müraciət olunsa da heç bir nəticəsi yoxdur.

      Qeyd etmək istəyirəm ki həmin ünvandan başqa heç bir evim yoxdur,  o da qəzalı  vəziyyətdə. Özüm de ağır xəstəlikdən əziyyət çəkirəm.
 Mətbuat vasitəsilə Cənab Prezidentimiz İlham Əliyevə müraciət  edərək xahiş edirəm ki, zəlzələ nəticəsində tam qəzalı vəziyyətə düşmüş evimin probleminin həll edilməsində mənə köməklik  göstərəsiniz. Ümidim ancaq Sizədir Cənab Prezident, xahiş edirəm kömək edin."

SNN NEWS-Haber











воскресенье, 17 ноября 2019 г.

Vüqar Dadaşov: “Azərkosmos”a Kərim Kərimovun adı verilsin


Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov 12 aprel “kosmonavtika günü”nə dair fikirlərini oxucularımızla  bölüşdürüb.  Həmin yazını təqdim edirik.

“12 aprel 1961-ci il tarixdə dünyada ilk dəfə Sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1” kosmik raketdə yerin orbitini 1 saat 48 dəqiqəyə dövr etdi. Həmin tarix SSRİ dövründə “kosmonavtika günü” kimi tarixə düşdü və 12 aprel “kosmanavtika günü” kimi qeyd olunur. Bu tarixinin qeyd olunması biz azəri türkləri üçündə çox vacibdir belə ki, kosmik orbitə çıxaraq dövr etmiş Yuri Qaqarin milliyyətə rus olsa da Sovet vətəndaşı və Sovet ölkəsinin nümayəndəsi idi. Biz, Azərbaycan Respublikası həmin dövrdə Sovetlər birliyinin 15 müttəfiq respublikalardan biri idik. Sovetlər ittifaqının kosmos proqramının yaranmasına və inkişafına xüsusi  texniki və elmi töhfələr vermiş sovet vətəndaşları olan azəri türklərinin xidmətləri əvəzsizdir. 
Sovet dövrünün ən məxfi və xüsusi mühafizə olunan şəxslərin önündə olan milliyyətə azəri türkü olan Sovet Kosmik Sənaye Kompleksinin yaradıçılarından biri, Sosialist Əməyi Qəhrəmanı, Lenin, Stalin və SSRİ laureatı General-Leytenant Kərimov Kərim Abbasəli oğlunun kosmos sənayesinin inkişafında xidmətləri heç bir şəxsin xidmətləri ilə müqayisə edilə bilməz.
1960-cı ildən başlayaraq SSRİ Kosmik sənayesində də yüksək vəzifələrdə və 1966-cı ildən 1991-ci ilə kimi SSRi pilotlu kosmik raketlərin sınaq və uçuş komissiyasının sədri kimi 25 il fəaliyyət göstərmişdir.  Komissiyanın  SSRİ Elmlər Akademiyasının Prezidenti, SSRİ Müdafiə Naziri kimi digər nazirlər olmaqla 50 komissiya üzvü var idi. Eləcədə Kərimova minlərlə müəssisələr məxfi məlumatlar verirdilər. Kərim Kərimov Serqey Korolyov ilə birgə çalışmışdı. Kərim Kərimovun V.P. Mişın, V.P. Qluşko,  Y.P Semyonov kimi müavinləri olmuşdur. Bu adlara baxanda və belə şəxslərin K. Kərimovun müavini olduğunu dərk edəndə K. Kərimovun hansı ölçüdə olmasını anlamaq çətin deyil. K. Kərimov SSRİ Kosmik sənayesinin yaradıcısı və komissiya sədri kimi  bu postu ən uzun müddətə yəni 25 il tutmuş yeganə şəxsdir.
2001-ci ildə Rusiya Prezidenti V.V. Putin Kərim Kərimovun Rusiya kosmik sənayesinin və kosmonavtikasının  yaradıcısı və inkişafınada şəxsi xidmətinə görə Kərim Kərimovu “Vətənə xidmətlərinə görə” Ordeni ilə təltif etmişdir.
Müstəqiliyimiz dövründə Azərbaycan Respublikasının Prezidentinin  fərmanı ilə Azərbaycan kosmik sənayesinin inkişafına görə Kərim Kərimov “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü  seçilmişdi.
03.05.2010-cu ildə Azərbaycan Respublikasının Rezidenti İlham Əliyevin sərəncamı ilə “Azərkosmos” yaradıldı. Hal-hazırda ölkəmizdə kosmik sahədə müvəffəqiyyətli irəliləyişlər əldə etmiş  və uğurlu kosmik nailiyyətlər əldə etmişdir. Etnik azəri türklərindən ibarət bu kosmik təşkilat özünü doğrultmuşdur. Beynəlxalq Telekommunikasiya İttifaqı 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib. Onların ikisi ölkənin daxili tələbləri üçün, biri isə beynəlxalq istifadə üçün nəzərdə tutulub. 08.02.2013-cü ildə Azərbaycan özünün ilk süni peykini kosmik orbitə bununla da müstəqil Azərbaycanımızın kosmik dövlətlər sırasında yer aldı. Hal-hazırda Azərbaycan  Respublikasının  fəaliyyətdə olan üç süni kosmik peyki var.

Dünyada ən məxfi və qorunan şəxslərdən biri SSRİ Kosmik Sənayesinin yaradıcısı Kərim Kərimov etnik mənşəcə azəri türküdür. Kərim Kərimov nəinki SSRİ, dünya, eləcədə  Azərbaycan kosmik sənayesinin inkişafına görə xüsusi xidmətlərə malikdir. Kərim Kərimov dünyaya kosmik sahədə heç bir kəslə müqayisə olunmayacaq səviyyəsindədir. Çox yaxşı olar ki, “Azərkosmos” dahi Kərim Kərimovun adını daşısın. Bununla biz dünya kosmonavtikasının azəri türkünün adı ilə bağlılığını göstərər və dahi həmvətənimizin şəxsinə və ruhuna ehtiramımızı bildirərik”

  Xatlrladaq ki, sözü gedən təklif 12.04.2019 tarixdə KİV-də, elektron mediada və sosial şəbəkədə geniş işıqlandırılmış və müzakirə edilmişdir. 
   

Kərim Kərimov 14 noyabr 1917-ci ildə Bakı şəhərində anadan olub, 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat edib. Allah rəhmət eləsin!

SNN NEWS-Haber


суббота, 16 ноября 2019 г.

Tural İrfan: Azərbaycanda Razi Nurullayevin təqdim etdiyi "sivil mübarizə modeli"nə ehtiyac var


Reallıq və ölkədəki son durum bir daha sübut edir ki, AXCP sədri Razi Nurullayevin irəli sürdüyü bütün təkliflər, fikirlər öz təsdiqini tapır. Ona görə də hökumət radikal müxalifəti müxalifət kimi qəbul etməkdənsə sivil mübarizə apararaq real təkliflərlə çıxış edən müxalifət partiyalarını dinləməlidir. Əli Kərimli kimi radikal və qaragüruhçu şəxslərə əhəmiyyət verdikcə onlar da özlərini əhəmiyyətli sayırlar və daha da cığallaşırlar. Əvvəla, onu hələ də AXCP sədri kimi təqdim etmək doğru deyil. Çünki məlum Qurultaydan sonra onun sədrliyini təsdiq edən heç bir sənəd, hüquqi təsdiq vasitəsi qalmamış, əsl AXCP sədri kimi Razi Nurullayev qəbul edilmişdir. Prezident seçkilərində də Razi Nurullayevin təbliğat kampaniyası zamanı mötəbər mətbuat orqanları da haqlı olaraq Razi Nurullayevi sədr kimi göstərmişlər. Reallıqda bu məsələ hərçənd ki, hüquqi cəhətdən tam dəqiqləşmiş olmasa da belə, ictimaiyyət artıq AXCP sədri kimi Razi bəyi qəbul edir. Həm apardığı mübarizə, fəaliyyət, Elçibəy ideyalarına sədaqət, həm də Əli Kərimlinin bu ideyalardan uzaqlaşması, uzun illərdir kürsü hərisliyi, anti-demokrat idarəçiliyi, partiyanın çoxsaylı qruplara - partiyalara parçalanmasına rəvac verməsi, bu səbəbdən də xalqın AXCP ə Elçibəy dövründəki rəğbətinin azalması əsas verir ki, Kərmlinin artıq mənəvi cəhətdən bu partiyaya iddia etməsi siyasi hərislikdən savayı bir şey deyil. Ən pisi də odur ki, Əli Kərimliyə zahirdə düşmən olan iqtidar mənsubları və mediası hələ də onu AXCP sədri kimi təqdim edirlər. Bu artıq o düşüncəni yaradır ki, demək onlar bu partiyanı da Əli Kərimliyə mənsub hesab edərək onun mənfi obrazı ilə bu siyasi təşkilatı eyniləşdirirlər. Əli Kərimlinin hələ də AXCP sədri kimi təqdim olunmasında maraqlı olanları başa düşmək olmur. Bunların fonunda da digər radikallar sivil müxalifətə hücuma keçir və nəticə etibarı ilə də iqtidarın qəbul etdiyi müxalifət Əli Kərimlinin dəstəsi olmuş olur. Bəs onda iqtidarın arzuladığı normal, sivil, doğru-əsl müxalifət hansıdır? İqtidar müxalifəti parçalamaq və üz-üzə qoymaq siyasətinə yenidən baxmalıdır. Çünki müxalifətin parçalanması bilavasitə xalqın parçalanmasına xidmət edir. Xalqın parçalanması isə dərin fəsadlara yol aça bilər. İqtidar radikal müxalifəti lənətləməklə yanaşı sivil və normal müxalifəti də dışlayır. Parçalanmış müxalifətin arxasında gələn xalq nümayəndələrinin etiraz müxtəlifliyi heç də demokratik fərqli düşüncə tərzindən doğmur. Bir-birinə zidd və rəqib qoyulmuş müxalif partiyaların didişməsindən təngə gəlib lidersiz formada öz daxili etirazlarını ifadə etməyə qalxan kütlənin sayı artsa idarəolunmaz xaos baş verə bilər. Narazı kütlə də kiməsə inanmalıdır. Son aksiyalarda biz gördük ki, etirazçılar fərqli-fərqli istəklər, tələblər irəli sürürdülər və onlar heç də Əli Kərimli və onun kimi özlərini lider sayanların çağırışı ilə çıxmış onun dəstəkçiləri deyildilər. Ona görə də sivil müxalifətin inkişafına imkan verilməli, bir masaya oturulmalıdır. Bu məsələni Razi Nurullayev dəfələrlə səsləndirib. İqtidar nümayəndələri təkəbbür taxtından düşüb səmimiyyət nümayiş etdirməli, xalqın dilində danışan, xalqın ürək sözünü deyən müxalifətlə danışmalıdır. AXCP sədri Razi Nurullayevin indiyədək onlarla təklifini hökumətin reallaşdırdığının şahidi olduq. Seçkiləri baykot edənlərdən fərqli olaraq xalqın rəyinə müvafiq olaraq seçkilərdə iştirak edirik. Sivil və müasir dünya standartlarına uyğun mübarizə aparırıq... Bu halda bizə ögey münasibət sərgiləyənlər Əli Kərimlini AXCP sədri deyə təqdim edərək, hələ az qala ümumi müxalifətin başına keçmiş kimi göstərməyə çalışıb ondan qəhrəman obrazı düzəldirlər. Məhz onu müxalifət kimi təqdim etməklə xalqın ümumilikdə müxalifətə ikrahını formalaşdırılar. Sonra da deyirlər ki, ölkədə sağlam müxalifət yoxdur. Ona görə də hesab edirəm ki, iqtidar sivil, normal müxalifətlə bir masaya oturmalı, yeni düşüncəli, müasir fikirli demokratik qüvvələrlə fikir mübadiləsi aparmalıdır. Əks halda sabitqədəm müxalifətin fəaliyyətinə mane törədən Əli Kərimlilərə rəvac verənlər xalqın müxalifətə inamını zəiflədəcək. Bu da həm xalqın, həm müxalifətin, həm də hökumətin aparmaq istədiyi islahatların ziyanına olacaq. Ona görə də iqtidar radikal və yarıtmaz dəstəylə uğraşmaqdansa, təkliflərini nəzərə alıb icra etdiyi müxalifət zümrəsini reallıqda heç bir qısqanclıq etmədən qəbul edərək danışıqlara getməli, islahatlarda kadr məsələlərində və digər real işlərdə nəzərə almalıdır.

Tural İrfan 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

SNN NEWS-Haber

вторник, 12 ноября 2019 г.

İctimai aktivlər: Arif Məhərrəmova arxa duraq


Azərbaycan xalqının qəhrəman oğullarından biri, 20 yanvar, Qarabağ əlili, Çeçenistan Respublikasının Milli qəhrəmanı Arif Məhərrəmova qarşı sosial şəbəkələrdə təhdid və təzyiqlər ictimaiyyətimizi narahat etməkdədir. Bu səbəbdən də Azərbaycanın siyasi, ictimai aktivləri sözü gedən məsələyə kəskin etiraz etməklə Arif Məhərrəmova öz dəstəklərini bildirir, onunla görüş keçirirlər.  Belə görüşlərin biridə 12.11.2019 tarixdə Bakı şəhərində keçirilmiş və  bir sıra elm, ictimai  aktivlər Arif Məhərrəmovla  şəxsən görüşərək əyani dəstəklərini bildirmişlər.

Keçirilən həmin görüşdə  Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliyinin üzvü, DGTYB-nin MŞ-nın üzvü, “Dünyanın səsi” və “Nöqtə” qəzetinin baş redaktoru, “Nöqtə-Yeni Başlanğıc” İB-nin sədri, çoxlu kitab müəllifi, ilahiyyatçı alim Tural İrfan(Əhmədov),
araşdırmaçı yazar-publisist, “Carçı Araşdırma Mərkəzi”nin sədri, bir neçə sənədli kitab müəllifi Sərxan Carçı (Carçıyev),
tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov iştirak edərək Azərbaycanın qəhrəman oğlu Arif Məhərrəmova öz dəstəklərini bildirmiş və bununla bağlı  ictimaiyyətə müraciət edərək qədirbilən xalqımızı öz qəhrəmanı Arif Məhərrəmova arxa durmağa səsləmişlər. Xalqımızın igid oğlu Arif Məhərrəmova qarşı bütün təzyiqlərin və belə anti milli halların  yolverilməzliyini qeyd etmişlər.

Xatırladaq ki, Arif Məhərrəmov 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb.  Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997-ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. Arif Məhərrəmov 20 yanvar faciəsinin əlilinin həyat yoldaşı, Qarabağ şəhidi Asif Məhərrəmovun isə qardaşıdır.

Tural İrfan, Sərxan Carçı və Vüqar Dadaşov eyni zamanda da Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına mətbuat vasitəsi ilə müraciət edərək xalqımızın qəhrəman oğlu Arif Məhərrəmova qarşı başladılmış kampaniyanın qarşısını almağa və günahkarları məsuliyyətə cəlb edilməsini xahiş etmişlər.
 SNN NEWS-Haber

воскресенье, 10 ноября 2019 г.

Vüqar Dadaşov: Arif Məhərrəmov Azərbaycanımızın qəhrəman oğludur


Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,  Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov  sosial şəbəkədə Arif Məhərrəmova qarşı səslənən neqativ fikirlərə kəskin etiraz etmişdir. Vüqar Dadaşov sözü gedən məsələyə sosial şəbəkədə bildirdiyi münasibəti oxucularımıza təqdim edirik.

“Son zamanlar sosial şəbəkələrdə Azərbaycanımızın qəhrəman oğlu Arif Məhərrəmova qarşı başladılmış kampaniya sözün əsl mənasında məni çox kədərləndirir. Əvvəla onu deyim ki, Arif Məhərrəmovun Azərbaycanımız üçün etdiyi xidmətini gözdən salmağa çalışanlar əslində Azərbaycan xalqının vətənpərvərliyini, qəhrəmanlığını şübhə altına alaraq biz Azərbaycanlıların qəhrəmanlıq , vətənpərvərlik ruhunu sındırmaq istəyənlərdir. Bir mənalı olaraq Arif Məhərrəmovun  timsalında  Azərbaycan xalqının igid oğullarını hədəfə alanalar Azərbaycanın özünü hədəfə alanlardır. Bizim Azərbaycan xalqı qədirbilən, yaxşını pisdən ayırmağı bacarandır və Arif Məhərrəmov haqqında deyilən mənfi fikirlər onun qəhrəmanlığını heç cürə şübhə altına ala bilməz. Belə neqativ fikirləri yayanlar bilərəkdən özlərini korluğa və karlığa  vuranlardır. Ömər Xəyyam demişkən “Həyatda ən çətin iş özünü bilərəkdən qanmazlığa vuranları qandırmaqdır.” Qeyd edilən sitata baxmayaraq, özünü korluğa və karlığa vuranların diqqətinə bir daha çatdırmaq istəyirəm:  Arif Məhərrəmov 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb.  Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 

 Arif Məhərrəmov  Azərbaycanımızın qəhrəman oğludur və ona qarşı hər hansı bir təhdid doğma yurdumuzun hər bir vətənpərvər  övladına qarşı olan basqıdır. Sözsüz ki, qədirbilən xalqımız öz qəhrəmanını köməksiz qoymayacaq, bunu anlamağınız lazımdır.”


 SNN NEWS-Haber

понедельник, 4 ноября 2019 г.

Hadı Rəcəbli deputat mandatından və elmi addan məhrum oluna bilər

Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,  Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov,  Milli Məclisin deputatı Hadı Rəcəblinin Azərbaycan xalqını “nankor xalq” adlandırmasına kəskin etirazını bildirmiş və bununla bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək H. Rəcəblinin deputat mandatından məhrum edilməsini xahiş etmişdir. Eyni zamanda da V. Dadaşov  AMEA müraciət edərək H. Rəcəblinin siyasi elmi dərəcəsini plagiat olub-olmaması barədə araşdırma aparılmağını xahiş etmişdir. Milli Məclisə ünvanlanmış həmin  müraciəti oxucularımıza təqdim edirik.

   “Hörmətli sədr, Milli Məclisin deputatı Hadı Rəcəblinin sosial şəbəkələrdə dediyi sözləri oxuduqdan sonra şəxsən sizə müraciət etmək qərarına gəldim.  Nəzərinizə çatdırmaq istəyirəm ki, Hadı Rəcəbli bir deputat kimi fəaliyyət dövründə qalmaqalı çıxışları, söyüş söyməsi ilə layiq olduğu mənfi obrazını yaratmışdır. Hadı Rəcəbli bütün etik qayda və normaları pozaraq təmsil etdiyi Azərbaycan xalqını “nankor xalq” adlandırmışdır. Nəzərə alsaq ki, H. Rəcəbli Azərbaycan dövlət qanunvericilik hakimiyyət orqanının nümayəndəsidir, o halda, H. Rəcəblinin şəxsinin əqli və psixoloji halının yoxlanılması lazım gəlir. Xalqı və  qanunverici hakimiyyəti təmsil edən şəxsin Azərbaycan xalqını “nankor” adlandırması və açıq aşkar təmsil etdiyi xalqa nifrəti sözsüz ki, onun Azərbaycan xalqına xidmət etmədiyinin təkzibedilməz sübutudur. H. Rəcəblinin  siyasi elmlər üzrə dərəcəyə sahib olması faktı qarşısında, bir deputat və siyasi bir fiqur kimi, publik şəkildə nümayəndəsi olduğu xalqa qarşı “nankor xalq”  belə bir ifadə işlətməsi onun, siyasi savadsızlığının və daşıdığı elmi dərəcəyə layiq olmadığına sübutudur. Belə bir ifadə heç bir deputatın, siyasi fiqurun və siyasi bilikli insan səviyyəsinə uyğun deyildir.
  Hörmətli Oqtay müəllim, yuxarıda qeyd edilənləri nəzərə alaraq  Milli Məclisin deputatı Hadı Rəcəblinin deputat mandatından məhrum edilməsi məsələsinə baxılmasını xahiş edirəm.”  

 SNN NEWS-Haber