Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatlarına start verdiyi andan işğalçı Ermənistan Ordusu ağır məğlubiyyətlərə uğrayır. Ard-ardınca qələbə, işğaldan azad edilmiş ərazilərimizin sayının günün-gündən artması Ermənistan dövlət rəhbərliyinin vahiməsinə səbəb olub. Döyüş meydanında Azərbaycan Ordusuna biabırçı şəkildə məğlub olan, silahını, texnikasını qoyub qaçan, kütləvi fərarilik edən Ermənistan ordusu və onun siyasi-hərbi rəhbərliyinin təslim olmaqdan başqa vəziyyətdən çıxış yolu qalmayıb. Bundan azğınlaşan, havadarlarından təsirli dəstək ala bilməyən və Azərbaycan Ordusu ilə döyüş meydanında təkbətək qalan Ermənistan öz genetik xislətlərinə uyğun olaraq uşaq və qadınları, dinc sakinləri, cəbhə xəttindən xeyli uzaq mülki əhalini hədəfə götürüb. Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Goranboy, hətta Ordubadı belə və digər Azərbaycan şəhərlərini və onun dinc sakinlərini hədəfə götürüb Beynəlxalq normalara görə qadağan olunmuş silahlarla vurur.
Oktyabrın 17-si gecə saat 00:55-də
Ermənistan silahlı qüvvələri Vardenis rayonu ərazisindən Azərbaycanın Gəncə şəhərinə növbəti dəfə ballistik raketlərlə (Elburus
9K72) zərbə endirib. Nəticədə 2-si uşaq olmaqla 15 nəfər dinc sakin ölmüş, 50-dən
çox insan yaralanmış, 20-dən çox mülki ev dağıdılmış və şəhər infrastrukturuna
güclü ziyan dəymişdir. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni və onun dinc
sakinlərini Ermənistan ərazisindən ballistik raketlərlə vurulmasını demək olar
ki, dünyanın sivil ölkələri və dünya liderləri tərəfindən kəskin qınanıb.
Dünya mediasında Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu anti insanlıq
hərəkətlərinə hansı hüquqi qiymətin
verilməsi geniş müzakirə edilir. Demək olar ki, yanaşmalarda müəyyən uyğunluq
var, ancaq qeyd etmək lazımdır ki, Ermənistan Silahlı qüvvələrinin cəbhə xəttindən
xeyli uzaq Azərbaycanın Gəncə şəhərinə, mülki əhaliyə ballistik raketlə hücumu
hüquqi baxımdan terror deyil, müharibə
cinayətidir.
Terrorizm – hər hansı bir qrupun və ya şəxsin ideoloji, dini, etnik, siyasi, iqtisadi məqsədlərə çatmaq
üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Ermənistanın
Gəncəyə ballistik raketlərlə zərbəsində
etnik, siyasi məqsədlərin olmasına baxmayaraq sözü gedən əməl dövlətlərə aid
edilmir. Baxmayaraq tarixdə bəzi dövlətlər öz məqsədləri üçün terrordan gizlicə
istifadə edir. Bu hal siyasi termin kimi “dövlət terroru” adlandırılır. Ermənistanın
Azərbaycana qarşı hərəkəti dövlət
terrorudur.
Müharibə və ya
hərbi cinayət isə müharibə və hərbi konfliktlər zamanı Beynəlxalq Humanitar
Hüquq normalarının ağır dərəcədə pozulmasını nəzərdə tutur. Humanitar hüquq
dedikdə əsasən hərbi əsirlərin, eləcə də müharibə bölgəsində mülki şəxslərin
öldürülməsi, işgəncə verilməsi və köləliyi, girov götürməsi və öldürməsi, mülki
infrastrukturun əsassız şəkildə məhv edilməsi, hərbi ehtiyac olmadan evlərin və
qəsəbələrin məhv edilməsi kimi ağır cinayətlərə yol verilməməsi nəzərdə tutur. Göründüyü
kimi Ermənistan bir dövlət olaraq bütün müharibə cinayətləri kateqoriyasına aid
ağır cinayət əməllərini sistematik şəkildə
törədir.
İlk olaraq “İnsanlıq əleyhinə cinayətlər” anlayışı və onun kriteriyaları II
Dünya müharibəsindən sonra Nürnberq Tribunalından sonra müəyyən edilmişdir.
Beynəlxalq cinayətlərin mühakimə edilməsi məqsədi ilə 1998-ci ildə Pomada
Birləşmiş Millətlər Təşkilatının nəzdində Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına qərar verilib. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM)
Roma Statutuna uyğun olaraq Məhkəmənin yurisdiksiyası bütünlükdə beynəlxalq
ictimaiyyətin narahatlığına səbəb olan təhlükəlilik dərəcəsinə görə mövcud
cinayətlərlə məhdudlaşır (5.1-ci maddə) və hazırda üç cinayət növünü :
soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri əhatə edir.
2002-ci il iyulun 1-də qüvvəyə minmiş BCM-nin Statutunda (7-ci maddə)
insanlıq əleyhinə cinayət hesab olunan 15 cinayət əməli göstərilmişdir. Bu
cinayətlər olduqca müxtəlifdir, onların obyektiv tərəfi adamöldürmə aktından
tutmuş cinsi toxunulmazlıq əleyhinə olan əməlləri əhatə edir. Bu müxtəlifliyi
ortaq məxrəcə gətirən başlıca meyar həmin əməllərin sistematik və ya geniş
miqyasda törədilməsi və mülki əhaliyə qarşı yönəlməsidir. Beynəlxalq səviyyədə
razılaşdırılmış bu meyar Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini
tapmışdır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci maddəsinə əlavə
olunmuş qeyddə göstərilir ki, bu fəslin 105-113-cü maddələrində nəzərdə tutulan
istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı
genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş
əməllər insanlıq əleyhinə cinayətlər hesab olunur.
Ermənistan Silahlı qüvvələrinin Gəncə
şəhərinə, mülki əhaliyə ballistik raket hücumu Beynəlxalq hüquqa görə və eləcə
də Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinə uyğun olaraq “müharibə
cinayətiləri” və “insanlıq əleyhinə cinayətlər”
hesab edilir. Azərbaycan Respublikasının
Baş Prokurorluğunun məlum faktlar üzrə açdığı cinayət işləri perspektivdə Ermənistan Respublikasının
siyasi və hərbi rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsində (tribunalında) mühakimə
edilməsinə hüquqi əsas və baza yaradır.
Onu da qeyd etmək lazımdır ki, BCM yalnız insanları mühakimə edə bilər və Dövlətlər barəsində hökm vermək
səlahiyyətinə malik deyil.
Комментариев нет:
Отправить комментарий