“Azərkitab” Kitab Təbliğatı Mərkəzində
30 noyabr 2019-cu il tarixdə saat
15:00-da tanınmış hüquqşünas, DİN Daxili Qoşunlar Qarabağ Müharibəsi
veteranı-qazi, Ziyalılar Klubunun İdarə Heyətinin, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü Vüqar Dadaşovun milli, tarixi, fəlsəfi, siyasi mövzuda yazdığı “Mənim
düşüncəm” və istedadlı şair, araşdırmaçı-yazar, bir neçə kitablar-məqalələr müəllifi publisist Rəşad Mahmudun klassik üslubda yazılmış, nəsihətlər, ibrətlər
və tarixə əsaslanan ”Nurustan” adlı şeirlər kitabının təqdimatı olacaq. Hər iki
kitabın ön söz yazarı və redaktoru Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar
Birliyinin üzvü, Ziyalılar Klububub İdarə Heyətinin, Dünya Gənc Türk Yazarlar
Birliyinin Məsləhət Şurasının üzvü, yazıçı publisist, tanınmış ilahiyyatçı
Tural İrfandır. Məsləhətçi folklorşünas
alim, filalogiya elmlər doktoru, professor Seyfəddin Qəniyevdir. Kitablar müasir üslubda,
oxucuların tələblərinə uyğun uyğun janrda, maraqlı məzmunda, elm mənbələrə əsaslanaraq
və bir istinad materialı kimi yazılıb. Bütün ziyalıları, elm və poeziya
adamlarını, mətbuat mənsublarını kitabların təqdimatına dəvət edirik.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий