Поиск по этому сайту

пятница, 25 октября 2019 г.

L. Kalaşnikov: Ermənilərin milli qəhrəmanı Qareqin Njde terrorçudur!

    Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının MDB üzrə Komissiya sədri Leonid İvanoviç Kalaşnikov 25 oktyabr 2019-cu il tarixdə Rusiya Federal  “PLANETA RTR” televiziya kanalında gedən “60 dəqiqə” verlişində ermənilərin Ermənistanda heykəlini qoyduğu  Ermənistanın milli qəhrəmanı hesab etdiyi faşist Qareqin Njdeni terrorçu adlandırmış və onun Rusiyanın Armavir şəhərində ermənilərin qoyduğu xatirə lövhəsinə kəskin etiraz etmişdir. Həmçinin  L. Kalaşnikov həmin verlişdə Azərbaycanın xalqının Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsində) xidmətini xüsusi vurğulamışdır.  L. Kalaşnikov öz çıxışında Azərbaycanın mövqeyini dəstəkləməsi onun sədri olduğu Rusiya Dövlət Dumasının MDB üzrə Komissiyasının üzvü Konstantin Zatulinin Azərbaycan Respublikasının razılığını almadan Ermənistan tərəfindən işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərindən sonra xüsusi ilə əhəmiyyətlidir.

Əlavə olaraq qeyd edək ki, ermənilər artıq Rusiyanın Armavir şəhərini qədim erməni şəhəri adlandırır və bu şəhərə  iddialar irəli sürürlər. Ermənilərin Rusiyanın Krasnodar vilayətində separatist meyllərinin güclənməsi barədə artıq yazmışdıq. Həmin yazını da oxucularımıza təqdim edirik- 
https://snn-news-haber.blogspot.com/2019/07/krasnodar-rusiyann-suqutu-olacaqdaglq.html

SNN NEWS-Haber


четверг, 17 октября 2019 г.

Vüqar Dadaşov: Türkiyənin Suriyada hərbi əməliyyatı Beynəlxalq hüquqa zidd...


Tanınmış hüquqşünas, hərbi ekspert, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşovun  Türkiyə Respublikasının Suriya ərazisində apardığı  “Sülh çeşməsi” adlı hərbi əməliyyatın  Beynəlxalq hüquqa uyğun olub-olmadığı barədə "Cümhuriyyət TV" və "Talk TV" kanalına verdiyi açıqlamanı oxucularımıza təqdim edirik.

“Türkiyə Respublikasının Suriya ərazisində apardığı  “Sülh çeşməsi” adlı hərbi əməliyyata  Beynəlxalq hüquq  baxımından müxtəlif yanaşmalar var.  Bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə  girməsi və hərbi əməliyyat aparması əsasən iki halda Beynəlxalq hüquqa uyğun hesab edilir. Birinci hal odur ki,  bir dövlətin və ya bir qrup dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə  girməsi yerli liqnitim hakimiyyətin qarşılıqlı razılaşması  əsasında yəni, dəvəti əsasında baş verirsə bu təcavüz hesab edilmir. İkinci, bir dövlətin və ya bir qrup dövlətlərin silahlı qüvvələrinin digər dövlətin ərazisinə  girməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən  baş verirsə bu da eyni ilə təcavüz hesab edilmir.  Bu baxımdan Türkiyənin silahlı qüvvələrinin Suriya ərazində girməsi bir sıra qərb, eləcədə bir neçə müsəlman ölkələrinin fikrincə Beynəlxalq hüquqa ziddir.

Ancaq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin normalarına əsasən Türkiyənin silahlı qüvvələrinin Suriya ərazində girməsi Beynəlxalq hüquqa uyğundur və bu müdaxiləni heç cürə təcavüz adlandırmaq olmaz.

Əvvəla, qeyd etmək lazımdır ki, Suriya Ərəb Respublikası Türkiyə Respublikası ilə həmsərhəd olan cənub ərazilərinə siyasi nəzarətini itirmiş və həmin ərazilər bir sıra dövlətlər tərəfindən terror təşkilatı kimi tanınmış PKK, PYD, YPQ kürd qruplaşmasının nəzarətindədir. Bu terror qruplaşmaları  Türkiyə dövlətinin ərazi bütövlüyünün pozulması hesabına  kürd dövləti yaratmaq fikrindədir.  Kürd PKK, PYD, YPQ terror qruplaşmaları  Türkiyənin  Suriya ilə həmsərhəd  bölgələrində qanunsuz  silahlı birləşmələr yaratmış, həmsərhəd ərazilərin əhalisinə təhlükəyə çevrilmişdir. Türkiyəyə qarşı silahlı mübarizə aparır, terror aktları törədir və Türkiyə dövlətinin ərazi bütövlüyünün, siyasi müstəqilliyinin təhlükəsinə çevrilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədlərinə uyğun olmayan hər hansı bir şəkildə güc tətbiq etməkdən və ya güc tətbiq etməkdən çəkinirlər;”  

Bildiyimiz kimi, Suriya  Ərəb Respublikası müstəqil dövlət kimi BMT-nin üzvü olsa da Türkiyə ilə həmsərhəd ərazilərində siyasi nəzarəti itirmişdir və həmin ərazilər PKK, PYD, YPQ terror qruplaşmalarının nəzarətində olduğundan Suriya bir dövlət kimi Türkiyənin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə təhlükəyə çevrilmişdir və Suriya bir dövlət kimi yaranmış vəziyyətə görə hüquqi və siyasi məsuliyyət daşıyır.  Göründüyü kimi Türkiyə Suriya ərazisindən gələn və onun ərazi bütövlüyünə, siyasi müstəqilliyinə  təhlükədən qorunmaq məcburiyyətindədir.  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin  51-ci maddəsinə əsasən  hər bir dövlət özünü müdafiə hüququna malikdir. Bu baxımdan Türkiyə silahlı qüvvələrinin Suriyada apardığı hərbi əməliyyatlar Beynəlxalq hüquqa tam uyğundur və bu hüquq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tərkib hissəsidir”.
  SNN NEWS-Haber

суббота, 12 октября 2019 г.

Özünü "şeyx" adlandıran, uşaqbazılığa haq qazandıran axund kimdir?


Ölkədə din sahəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi kifayət qədər önəmli işlər görür, islahatlar aparılır, kolleclər açılır. Hətta İlahiyyat İnstitutunun açılması da arzulanan hadisələrdəndir. Dini radikalizm, xurafatçılıq, təriqətçilik, məzhəb ayrıseçkiliyi yaradan qüvvələr zərərsizləşdirilir və tarixi, milli mənəvi ənənələrimizə müvafiq şəkildə inanclı insanlarımız öz ibadətlərini edir, dini mərasimlərini normal şəkildə icra edirlər. Lakin təəssüf ki, bəzi xaricdə təhsil alan şəxslər dini qütbləşmə yaratmağa meyllənərək təhsil aldıqları ölkənin siyasi düşüncələrindən təsirlənir, çıxışlarında milli əxlaqımıza, mentalitetimizə, bəzən də qanunlarımıza zidd ifadələr işlədir, gənclərin tərbiyəsinə xələl gətirir, ifata varırlar. Bu şəxslər təəssüf ki, bəzi hallarda hansısa gizli əllərin təsiri nəticəsində rəsmi şəkildə dini vəzifə daşıyan adamlardan da olurlar. Azərbaycanda qeyri-ənənəvi din və təriqətlərin yayılması xalqımızın din dünya görüşünə ziddir. Məsələn, vəhhabi-sələfilik, nurçuluq, süleymançılıq, mehdiçilik, yəmaniçilik, şiraziçilik kimi cərəyanlar tarixən ölkəmizdə olmayıb. İndi hansısa xarici qüvvələrin İslam dünyasını parçalamaq siyasətinin tərkib hissəsi kimi ortaya atdığı və lazım gələndə də həmin ölkədə qarışıqlıq salmağa xidmət etmək amaclı təriqət, məzhəb və cərəyanların yayılmasına münasibət mənfidir və buna yol vermək də olmaz. Müharibə şəraitində yaşayn xalq olaraq dövlətimizin təhlükəsizliyini göz bəbəyimiz kimi qorumalıyıq. Müstəqilliyin ilk illərində xaricdən müxtəlif dini təriqətlər boşluq hiss edərəkhumanitar dəstək adı ilə müəyyən qədər əhaliyə nüfuz edə bildilər və el dilində "vəhhabi" adlanan sələfi cərəyanı yarandı, xaricə təhsilə tələbələr göndərildi, məscidləri açıldı və sairə... Səudiyyə ərəbistanında ilk təhsil alıb gələn sələfi qeyri ənənəvi dini cərəyanının ilk təbliğatçılarından olan Qamət Süleymanov bu əqidəni yaymağa başladı. Xalqımız üçün yad olan, vaxtilə Osmanlı dövlətini parçalamaq üçün İngiltərə kəşfiyyatı tərəfindən əsası qoyulmuş bu dini-siyasi cərəyan istər sünni, istərsə də şiə məzhəbli yerli əhali üçün bu gün də ikrahdoğurucudur. Qamət Süleymanov zaman keçdikcə məsciddə yetişdirdiyi gəncləri Səudiyyə Ərəbistanına "təhsil" almağa yolladı, onlar da şalvarı gödək, saqqalı uzun halda geti qayıdaraq təbliğata girişdilər. Səudiyyədə yetişən bu cərəyan Britaniya və qərbin daima dəyişən siyasi maraqlarına xidmət etdiyi üçün onların təsirində olan oralı alimlər də mütəmadi olaraq fərqli fətvalarla gündəmə gəlməyi bacarırlar. Beləliklə oxuyub gerii dönən Mədinə Universiteti məzunları özündən əvvəl oxuyub gələn köhnə məzunlarla çox zaman ixtilafa girir, onların fikirləri ilə razılaşmır, onları tənqid edir və bəzən də bir-birlərini xəvariclikdə, təkfirçilikdə, həddadilikdə, hizbçilikdə ittiham edirlər. ( Adı çəkilən ifadələr Sələfi-vəhhabi təriqətinin daxilində yeni yaranmış qollardır). İndiki halda öz aralarında bir neçə qola bölünərək hərənin öz qəbul etdiyi imamı, başçısı vardır demək olar ki. Qamət Süleymanov isə demək olar ki, bölünərək onu qəbul etməyənlərin hər birini müxtəlif ittihamla tənqid edir və tərəfdarlarıa odan uzaq olmağı məsləhət görür. Qamət Süleymanov və onun tərəfdarları onu "şeyx" adlandırırlar. Qeyd edək ki, şeyxlik və ya şeyxulislamlıq rəsmi-dini titul olduğu üçün o ancaq Qafqaz Müsəlmanları İdarəsinin sədrlərinə verilir. Ölkəmizdə isə rəsmi bir şeyx var, o da Bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadə həzrətləridir. Qamət Süleymanovun adamları isə qeyri-rəsmi olaraq öz başçılarını şeyx adlandırırlar, Süleymanov özü də bundan xoşhal olur və etiraz etmir. Şeyx sözü ərəbcə olub, pirani, qocaman, ağsaqqal mənalarındadır. Lakin istilah baxımından bu ad dini titula çevrilib və yalnız Şeyxulislamlıq dərəcəsi olanlara deyilir. Ölkəmizdə hər təsadüfi adama şeyx deyilməyib. Axund Hacı Mirəziz özünün "İslami söhbətlər" kitabında qeyd edir ki, şeyxlik ən ali dini rütbələrdən biri olub ancaq dahi və tanınmış, xalq tərərindən sevilən-seçilən şəxslərə verilə bilər. Şeyx Nizami, Şeyx İbn Sina, Şeyx Molla Qələm kimi şəxslərə şeyx deyiblər və onlar bu adı haqq ediblər. Habelə ölkəmizdə uzun illərdir xalqımızın xidmətində duran, ölkəmizin mövqeyini hər zaman, hər yerdə müdafiə edən, dünyada böyük nüfuza malik olan QMİ sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə kimi şeyximiz var. Digərlərinin özünü qondarma şəkildə şeyx adlandırması özündən müştəbehlikdən savayı bir şey deyil. Qeyd etdiyimiz kimi Qərb dünyası, əsasən də Böyük Britaniya İslam dünyasını bölmək, müsəlmanların birliyini zədələyərək onları üz-üzə qoyub zəiflətmək naminə həm sünni aləmində iş aparır, həm də şiə aləmində fəaliyyətdən qalmır. Yuxarıda qeyd etdiyimiz kimi, sünni dünyasının ittifaqını dağıtmaq, özündən özünə qarşı çıxan qrup yaratmaq üçün Britaniya vəhhabiliyi təsis etdi və onun fəaliyyəti nəticəsində kifayət qədər İslam dünyasını zəiflədə bildi. Lakin şiə aləmini də zəiflətmək, içəridən növbəti nifaq ocağı yaratma

q üçün ələ alınası fiqur axtarışına çıxdı və nəhayət ki, tapdı. Sadiq Şirazi adlı din alimini fərqli, radikal, mühafizəkar, bir az da xurafatçı fikirlərlə mötədil şiəliyə qarşı qoydu. Habelə son zamanlar təfriqənin ziyanını görərək, kənar məkrlilərin hiyləsini anlayaraq vəhdətə gəlmək, qardaşlaşmaq istəyən sünni-şiə dünyasını yenidən qana çalxamaq üçün yaratdığı bu Şiraziçi cərəyanını sünnilərə qarşı daha qatı-radikal, barışmaz şəkildə köklədi. Beləliklə Qərb, sünnilərin içindən vəhhabi cərəyanını quraraq o cərəyan vasitəsi ilə həm sünniləri, həm də şiələri vurdu. Eyni zamanda şiələrin içindən də Şiraziçi qrupunu yaradaraq bu cərəyan vasitəsi ilə həm şiələri, həm də sünniləri vurdu. Qeyd edim ki, hər iki cərəyan qarşı tərəfi açıq-aşkar kafir hesab edir. İndi vəhhabiliyin nümayəndəsi Qamət Süleymanov fəaliyyət göstərirdi, özünə də şeyx titulu vermişdi ki, əks tərəfin "şeyx"i də peyda oldu. Suriyada həmin Şirazinin dini mərkəzində10 ildən artıq təlim-təhsil almış, özünü şeyx, əllamə, höccətul İslam vəl müslimin adlandıran Hacı Cavid Məmməov 2012 ci ildə "Hicab aksiyası"nda həbs olunub, evindən silah və xarici valyuta tapıldığına görə məhkum olunmağına baxmayaraq Əjdərbəy məscidinə (Göy məscid) axund təyin edildi 2015 ci ilin oktyabr ayının 13 də. Bu şəxs böyük ehtimalla təqiyyə (təhlükə zamanı özün və əqidəsini gizlətmə) edərək hansısa yolla məhkumluqdan sonra ölkənin və paytaxtın ən böyük və nüfuzlu məscidlərindən birinə rəhbər təyinatı ala bilib. O zamandan bu yana təbliğat aparır və Suriyada aldığı "təhsili" burada tətbiq edir. Şirazi və dünyadakı Şirazi mədrəsələri, hədəfləri ancaq digər müsəlmanlar olduğu üçün təhsillərini və təbliğlərini də elə qurublar ki, bütün araşdırmalar və kitablar sərf qarşı tərəfin ifşa edilməsinə, təkfir edilməsinə xidmət edir. Özünü şeyx adlandıran Cavid Məmmədov yutub vasitəsi ilə yayınladığı əksər çıxışlarında məzhbəçilik təmayüllərini fundamental radikalizmə kökləyərək digər məzhəbin müqəddəs hesab etdiyi, inam bəslədiyi nöqtələrə toxunur, öyrəndiyi metdolar vasitəsi ilə təriqət ayrı-seçkiliyinin gizli əsaslarını inşa edir. Özü üçün düzəltdirdiyi möhüründə " Əhli bayt xadimi Şeyx Cavid əs Salyani əş Şami" yazan Cavid Məmmədov özünü həm şeyd kimi, həm də Şama (Dəməşq-Suriya) məxsus alim kimi qələmə verir. Əgər Qamət Süleymanova yalnız öz tərəfdarları şeyx deyirlərsə, Cavid Məmmədov isə özü öz möhüründə bunu göstərməklə iddia edir. Kəbin kəsdiyi və yazdığı kağızlarada həmin möhürlə təsdiq də gətirir. Şiraziçilərin əsas məskəni Britanıyadır. Orada onların mərkəzləri, çoxsaylı telekanalları, geniş imkanları vardır. Şeyx Cavidin oradakı rəhbərlərlə əlaqələrinin nə dərəcədə olmasını deyə bilmərik, ancaq əsas olan odur ki, ideya və əqidə bağlılığı davam edir. Bu ilki Məhərrəmlikdə aşura günü İmam Hüseyndən danışmaq əvəzinə kəbin-talaq məsələlərindən danışması da məclis iştirakçılarında ayrı bir təəccüb doğurubmuş... Xütbələrində və ona ünvanlanan suallı müraciətlərə verdiyi cavablarda kifayət qədər qanuna, əxlaqa zidd məqamlar vardır. Məsələn, azyaşlı, südəmər körpə uşaqla cinsi əlaqəyə girmək haqqındakı suala müsbət cavab verərək bu işin icazəli olmasını bildirir, hətta başqa adamların adlarını çəkərək fikrini əsaslandırmağa da çalışır. Bu iyrəncliyə din adı qoyub, özünü də Şeyx adlandıran Cavid Məmmədovların, Qamət Süleymanovların fəaliyyəti görəsən kimə və kimlərə lazımdır...

Uşaqbazlığı açıq-aşkar təbliğ edərək guya İslam dininin də buna icazə verdiyini deyən bir şəxsi din alimi kimi xalqa sırıyanlar hansı məqsədi güdür görəsən? Gənclərimizin, gələcəyimizin təhsil, tədris, idman, mənəvi dəyərlərə bağlılıq, vətənpərvrərlik üzərində bərqərar olaraq müasir tələblərə uyğun savadlı vətəndaş olmalarına belələri əngəl törədirlər. Ümidvarıq ki, xaricdə təhsil alanları dini işlərə təyin edərkən yüz ölçüb bir biçmək məsəli unudulmayacaq və bu kimi halların qarşısı alınacaqdır.
Elvin Məmmədov

SNN NEWS-Haber

понедельник, 7 октября 2019 г.

Novruz bayramını dünyaya Azəri türkləri bəxş edib


Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış hüquqşünas, Qarabağ qazısı Vüqar Dadaşov Novruz bayramının Azərbaycan xalqı üçün vacib əhəmiyyətindən danışmışdır. Həmin çıxışı olduğu kimi oxuculara təqdim edirik.
 “Bildiyimiz kimi, Novruz bayramının islam dini ilə heç bir əlaqəsi yoxdur. Novruzun ilk mənbəyi Şumerlər və qədim Misirlər dövründə qeyd edildiyi təsdiqini tapmışdır. Novruz bayramının geniş yayılma səbəbi məhz biz türklər olmuşuq belə ki, 
Hicri təqviminin 430-cu ilində vəfat etmiş tarixçi Əbu Rehan Məhəmməd "ötən qərinələrdən qalan ölümsüz əsərlər" kitabında yazdığına əsasən əfsanəvi Cəmşid şah Azərbaycana Atəşgahı ziyarəti zamanı indiki mart ayına təsadüf etmişdir, bu zaman yerli türk tayfaları Cəmşid şahı təmtəraqla qarşılamış və ona Günəş adı vermişdir, Cəmşid şah məhz bu günü bayram elan etmişdir və bununla da Novruz geniş yayılmağa başlamışdır. 
Ömər Xəyyam "Novruznamə" əsərində Novruzun Cəmşid şahla və Azərbaycanla bağlılığın göstərir. 
Novruzun bir başa Azərbaycanla əlaqəsi təsdiqini tapmış və qürur verici faktdır.
İslamdan əvvəl hələ Zərdüştlər Novruz bayramını "Mihran" adı altında qeyd etmişlər. 
Novruz bayramının mahiyyəti həm iqtisadi həmdə sosial baxımdan təbəqələri eyniləşdirdiyinə görə birlik nümunəsi kimi həmdə siyasi əhəmiyyətli tədbir hesab oluna bilər. Eyni zamanda da Novruz bayramı biz azəri türklərinin qədim tarixinin sübutudur. Novruz bayramında odla bağlı əlamətlərin xalqımız tərəfindən gizlədilərək saxlanılması, islamın qadağa etdiyi atəşpərəstlik tariximizin qorumasında bir vasitə olması bu bayramın Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olmasının sübutu kimi eləcədə vacibliyi də  danılmazdır. Novruz bizim təkcə təbiətlə bağlı bayram deyil, Novruz biznim qədim tariximizmin canlı şahidi və birliyimizin təzahürüdür. Novruz bayramı bizim Azərbaycan xalqının tarixi kökünün təsdiqidir.
Novruz Bayramımız mübarək əziz həmvətənlər”
SNN NEWS-Haber

пятница, 4 октября 2019 г.

Elçin Şıxlının doğum günüdür


Bu gün, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist, dəyərli ziyalı Elçin Şıxlının doğum günüdür. Elçin Şıxlı 1957-ci ilin oktyabrın 4-də Bakı şəhərində Azərbaycan xalqının nəhəng oğlu İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Şıxlı kəndindən tanınmış Şıxlinskilər soyundandır.
Azərbaycan ədəbiyyatında, jurnalistikasında xüsusi dəsti xətti ilə seçilən Elçin müəllim nümunəvi insan, ədəb-ərkanlı, yüksək əxlaq sahibi Azərbaycanımızın ehtiyac duyduğu tək-tək ziyalılarımızdandır.  Bu xoş gündə dəyərli ziyalımızı təbrik edir, ona can sağlığı,  şərəfli  xidmətində yeni-yeni uğurlar arzu edirik.
SNN NEWS-Haber

четверг, 3 октября 2019 г.

Jurnalistikanı məhv edən “jurnalist”lər...

Tanınmış hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü Vüqar Dadaşov jurnalistika ilə bağlı fikirlərini bölüşüb, həmin yazını oxucularımıza təqdim edirik.

“ Ölkəmizdə və ümumiyyətlə dünyada baş verən siyasi ictimai proseslərin işıqlandırılması  jurnalistlərin bir başa peşə borcudur. Sözsüz ki, hər peşədə olduğu kimi jurnalistika da dinamik  inkişaf prosesi gedir və bu proseslə ayaqlaşan çox az sayda jurnalistlərimizin olduğunu da etiraf etmək lazımdır. Heç kəsə gizli deyil ki, bəzi jurnalistlər  əllərində olan media vasitəsindən hansısa məqsədə görə istifadə edir. Mətbuat orqanı var ki, hansısa məmura, işbaza xidmət edir əlbəttə ki, heçdə “sevgi” əsasında yox. Təsəffür  ki, bəzi mətbu orqanların fəaliyyətinə nəzər salanda görürük ki, “müəyyənləşdirilmiş”  qurum, məmur, işbaz haqqında heç bir məlumat və ya xəbər buraxmır və  dondurulmuş “susqunluq” qarşı tərəf hesabına “yağlanır”. Nə olar ki, etiraf etsək Azərbaycanda neytral mövqe sərgiləyən mətbu orqan və jurnalist  çox-çox az saydadır. Demək olar ki, əksər mətbu orqan, jurnalist  kiminsə yazan əlinə, danışan dilinə çevrilib və “müəyyənləşdirilmişlərin” müdafiəsinə və imicinə xidmət edir. Bu, əslində gülünc bir halı ortaya gətirib. Əsl “jurnalistikanın” necə olacağından xəbərsiz insanlar mətbu orqanlarında özünün şəxsi reklamı ilə məşğul olur, özünü mətbu vasitədə ön plana verir, baş vermiş hadisə barədə məlumatı “köşə” yazısı kimi təqdim edir.
Yeri gəlmişkən, Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı “köşə” yazısı barədə  yazdığı fikirləri sizinlə bölüşmək istərdim: “Əslində , Qərbdə bizim köşə yazısı dediyimizə redaktor yazısı deyirlər. Hərçənd bu o demək deyil ki, həmin yazını nəşrin redaktoru yaza bilər. İşin məğzi odur ki,  redaksiya həmin yazıdakı mövqeni tam olaraq bəyənir və dəstəkləyir, daha bizdə riyakarcasına demirlər ki, “bu fikirlər yalnız və yalnız müəllifindir”. Bəli, həqiqət budur ki, bu gün bəzi “jurnalistlər” köşə yazılarının əsl mahiyyəti itiriblər.  

Mətbu vasitələrdə gedən yazılarda çoxlu texniki, orfoqrafik, bədii və qrammatik səhvlərlə yanaşı əxlaqi, sosial, siyasi baxımdan xalqımıza, dövlətimizə zərərli və təhlükəli mövzuda  məlumatlar  adi hal alıb. Elçin Şıxlının “Sükutdan sitat”  adlı kitabından oxuduğum bir maraqlı məlumatı diqqətinizə çatdırmaq istəyirəm: “La Stampa” qəzetinin saytı yazır ki, Stalin “Pravda”nın redaktorluğunu edəndə  hətta Leninin 47 yazısını bəyənmədiyindən çapa verməyib. Lenin də onun redaktor işini çox bəyənirmiş...             Əslində isə Stalin çoxlarının hələ də anlamadığı bir həqiqəti qavramışdı-naşirlik və redaktorluq edən kəs yazı müəllifindən daha çox hökmə və hakimiyyətə malikdir”

Sözsüz ki, bütün məsuliyyət mətbu orqanının üstündədir və bu məsuliyyəti isə dərk etmək naşirlik və redaktorluq edənin savadının, qərəzçiliyinin və obyektivliyinin nəticəsində  qazandığı  peşəkarlığının möhürüdür. Hər bir peşədə olduğu kimi jurnalistikanın da hər zaman öyrənməli və təkmilləşməyə ehtiyac olduğunu dərk etmək, öz üzərimizdə işləmək, ancaq uğur qazanmaq deməkdir”.

SNN NEWS-Haber

среда, 2 октября 2019 г.

Qazax Ziyalılar Klubu BƏYƏNAT yaydı: söyüş, təhqir yol verilməzdir

Qazax Ziyalılar Klubu, Azərbaycanın sosial və siyasi həyatında söyüş və təhqirin istifadə edilməsini pisləyərək Bəyanat yaymışdır. 02.10.2019-cu il tarixli Qazax Ziyalılar Klubunun Bəyanatını am şəkildə oxucularımıza təqdim edirik.


"Azərbaycan dövlətinin və xalqımızın ictimai, siyasi həyatında söyüş, təhqir ritorikasının tətbiqi və bu halın adiləşməsi normal düşüncəli insanları narahat edən prosesdir. Xalqımızın mental dəyərlərinə, adət ənənəsinə  zidd olan söyüş, təhqir ritorikası milli kimliyimizi şübhə altına alaraq, fundamental insanlıq dəyərlərinə xələl gətirən ən zərərli haldır. Əxlaq və tərbiyə normalarını istisna edən bu ritorika əslində ayrı-ayrıqda şəxsindən, sosial statusundan,  dini mənsubiyyətindən, siyasi baxışından və mövqedən aşlı olmayaraq ümumilikdə xalqa və cəmiyyətin özünə dağıdıcı təsir edən ən mənfi xüsusiyyətdir. Mübarizənin söyüş və təhqir ritorikası, zəiflik, arqumentsizlik və qərəzin sübutudur. Dövlət rəhbəri xalqın və dövlətin hüquqi təmsilçisi olduğundan onun təhqiri bütün xalqın təhqiri deməkdir. Eləcədə sosial vəziyyətindən, partiya mənsubiyyətindən, baxışından, milliyyətindən, dini etiqadından aşlı olmayaraq hər hansı bir şəxsin təhqiri əsla yol verilməzdir. Odur ki, Qazax Ziyalılar Klubu söyüş və təhqir ritorikasından istifadəni qətiyyətlə pisləyir və onu Azərbaycan xalqının milli dəyərlərini və kimliyini məhv edən hal, virus hesab edir.
Qazax Ziyalılar Klubu, Azərbaycan Respublikası cəmiyyətinə və doğma vətənimizlə əlaqəli hər bir kəsə müraciət edərək tərəfləri söyüş və təhqir ritorikasından bir mübarizə vasitəsi kimi istifadə etməməyə çağırır və ümid edir ki, tərəflər müraciətimizi eşidəcək, mübarizəni sivil qaydalarla etik və əxlaq normalarına uyğun olaraq aparacaqlar.
Hörmətlə, Qazax Ziyalılar Klubu"

SNN NEWS-Haber

вторник, 1 октября 2019 г.

Vüqar Dadaşov: BMT TŞ-da struktur dəyişiliklər aparılmalıdır


Qarabağ Qazisi, tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Dadaşov Birləşmiş Millətlər Təşkilatının nüfuzunun düşməsin səbəbləri və məsələnin həlli barədə yazısını oxucularımıza təqdim edirik.

“Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci dünya müharibəsindən sonra 1945-ci ildə beynəlxalq problem, münaqişələrin həlli məqsədi yaradılmışdı.  BMT beynəlxalq siyasi təşkilatdır və onun  əsas orqanları BMT Baş Məclisi və BMT Təhlükəsizlik Şurasıdır.  BMT-nin Nizamnaməsinə görə bu təşkilat  beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasın da   əsas məsuliyyət daşıyır, 15 üzvü var: 5 ölkə  ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa daimi üzv və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.
Nüvə silahına malik olan ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzlərinin hər biri  “VETO” hüququna malikdir və həmin bu normalara görə de-fakto dünya ölkələrinin taleyi barədə qərar vermə funksiyası ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransaya həvalə edilmişdir.
BMT-nin nüfuzdan düşməsinin ən əsas səbəbi məhz Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlıdır. Hər hansı bir beynəlxalq münaqişə və problemin həllinə dair 5 daimi üzvlər faktiki olaraq öz maraqlarına uyğun olaraq qərar verir və ya hər hansı bir ölkəyə “Lobbi”  xidməti göstərir. Eyni zamanda da  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara və qətnamələrinin icra edilməməsi və qəbul edilmiş qərar və qətnamələrin icra etməyən tərəflərə, dövlətlərə cəza tədbirinin tətbiq edilməməsidir. 

Yeri gəlmişkən, onu da deyək ki, BMT 1948-ci ildə Kəşmirdə müstəqillik haqqında referendum keçirilməsi və Hindistan qoşunlarının oradan çıxarılması barədə qətnamə qəbul edib. Ancaq Hindistan bu günə kimi həmin qətnaməni yerinə yetirməyib.
İsrailin işğal etdiyi Holan yüksəkliyi barədə BMT-nin 17.12.1981-ci il tarixli 497 saylı qətnaməsi icra edilməyib.
BMT-nin Təhlükəsizlik Şurasının  30.04.1993-cü il 822 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən və Kəlbəcər rayonundan dərhal geri çıxarılması
29.07.1993-c2 il 853 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Ağdam rayonundan dərhal geri çıxarılması və 822 saylı Qətnaməmin icrası
14.10.1993-cü il 874 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Fizuli, Qubadlı, Cəbrayıl rayonlarından dərhal geri çıxarılması və 822, 853 saylı Qətnamələrin icrası
12.11.1993-cü il 882 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Zəngilan rayonundan geri çıxarılması və 822,853, 874 saylı Qətnamələrin icrası tələb olunur.
BMT Təhlükəsizlik Şurasının  sözü gedən Qətnamələri Ermənistan Respublikası tərəfindən 26 ildir ki, icra edilmir.

Danılmaz faktdır ki, BMT siyasi təşkilat kimi nüfuzdan düşmüş, artıq siyasi təşkilatdan humanitar təşkilata çevrilmişdir. BMT-nin qəbul etdiyi siyasi qərar və qətnamələr artıq icra olunmur.  BMT-nin nüfuzunun bərpa etmək üçün ilk öncə nizamnamə dəyişiklikləri aparılmalı, Təhlükəsizlik Şurası və onun funksional mexanizmi yenidən və fərli şəkildə qurulmalıdır.  Hər bir qitəni və regionu təmsil edən nüvə silahına malik olmayan  dövlətlərdə BMT Təhlükəsizlik Şurasına üzv seçilməli və ən aşağısı 15 dövlət təhlükəsizlik şurasında təmsil olunmalıdır, “VETO” hüququ ləğv edilməli, qəbul edilmiş qərarlar sadə səs çoxluğu ilə qəbul olunmalıdır. BMT-na üzv dövlətlərin əhali nisbətinə uyğun hər dövlətdən hərbiçilər cəlb edilməklə  BMT ordusu təşkil olunmalı, həmin orduya rəhbərlik BMT-na verilməlidir.  
BMT-nin qəbul etdiyi qərar və qətnamələrin icrasından yayınan tərəflərə BMT-nin qəbul etdiyi iqtisadi, siyasi və hərbi sanksiyaların tətbiqinin  icra və nəzarət mexanizmi müəyyən edilməlidir.
BMT-nın nəzdində  daimi fəaliyyətdə olan hərbi tribunalar, iqtisadi və siyasi məsələlərin həlli üçün məhkəmələr təşkil olunmalı, həmin məhkəmələrin tərkibi üzv dövlətlərdən təşkil olunmalı və qərarlar sadə səs çoxluğu ilə qəbul olunmalıdır”
 SNN NEWS-Haber