Поиск по этому сайту

четверг, 21 ноября 2019 г.

Tural İrfan: Nəriman Qasımoğlu “Quran”ı öz anladığı və görmək istədiyi kimi yanlış tərcümə edib


Son zamanlar “Quranilər” deyilən, Qərb ideoloqlarının anti-islam kampaniyasının alətləri peyda olub. Onlar Qurandan başqa heç bir hədisi, mənbəni qəbul etmədiklərini deyirlər. Halbuki Quranı bu yolla inkar edirlər. Çünki Quran kodlaşdırılmış kitabdır, onun şərhini Peyğəmbər verməlidir və verib də. Əgər Peyğəmbərə və hədislərə lüzum olmasa idi Allah peyğəmbər göndərməz, elə göydən bir kitab endirərdi, hərə də öz anladığı kimi əməl edərdi. Bu absurddur. Nəriman Qasımoğlu Sovet Şərqşünasıdır və Quranı öz anladığı və görmək istədiyi kimi yanlış tərcümə edib. İndi də iddia edir ki, guya hicab Quranda əmr edilməyib. Əvvəla hicab ayəsi Nur surəsində var və qadınların abırlı geyinməsinə göstəriş var. Amma hicabın hansı formada olması isə hədislərdə nəql edilib. Bu günədək bütün islam üləması hicabın, yəni qadınların abırlı geyinərək başlarını örtməsinin vacid olmasında müttəfiqdirlər. Nəriman Qasımoğlu Quranı təhrif edir və hədislərdən ya xəbəri yoxdur, ya da görməməzliyə vurur. Çünki peyğəmbərin səhih hədisləri Quran qədər mötəbərdir və Quranda da Peyğəmbərə tabe olmaq, sözünə əməl etmək əmr edilir. Bütün hökmlər isə Quranda yoxdur, çünki Quran lakonik bir kitabdır. Onun şərhi hədislərdə və təfsirlərdədir. Hədissiz Quranı anlamaq mümkün deyil. Nəriman Qasımoğlu sadəcə ilahiyyatçı deyil və digər islam elmlərindən xəbərsizdir. Onun Qurana yanaşması baytar həkimin astornomik proqnozlar verməsi kimi müqayisə oluna bilər. Qeyd edim ki, hicab İslamın ilkin əmrlərindəndir, vacib və qəti hökmlərindəndir. Hətta bu bütün səmavi dinlərdə də belədir. İudaizm xristianlıqda da belədir. Örtük və övrət yerlərinin qapanması İslam dinində vacib qaydalardandır. Bunun heç bir mübahisəsi və şübhəsi yoxdur. İnsanların ərəb dilini bilməməsindən sui-istifadə edərək yanlış fikirlərlə inanclıları şəkk-şübhəyə salan Qasımoğlu sadəcə ərəb dilini bilməklə özünü din alimi kimi, ilahiyyatçı kimi təqdim etməsə yaxşıdır. Çünki azdan-çoxdan nüfuzu var, onu da itirməsə yaxşıdır.

   Tural İrfan
 İlahiyyatçı-islamşünas Bakı İslam Universitetinin müəllimi

SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий