Поиск по этому сайту

четверг, 30 апреля 2020 г.

Unutmadıq! Xamiyev Abduləli Dadaş oğlu 1941-1945-ci il Böyük Vətən Müharibəsi

SSRİ tərkibində İkinci dünya müharibəsinə (1941-1945-ci illər Böyük Vətən müharibəsinə)  qoşulan Azərbaycan SSR faşizmə qarşı vuruşmağa 681000   əsgərini göndərib, onlardan 350 mini yəni yarısından çoxu, ümumi əhalisinin 10%-dən çoxu  canlarını faşizmlə mübarizədə qurban verdilər. Azərbaycan SSR əhalisinin sayı həmin dövrdə 3,4 milyon nəfərə yaxın idi, bu nisbətdə Azərbaycan əhalisinin 20% müharibənin bir başa iştirakçısı olmuşdur, 121 nəfər Sovet ittifaqı qəhrəmanı, 34 nəfər isə “Şərəf” ordeninin hər üç kateqoriyasına layiq görülmüşdü.   400-dən çox azərbaycanlı  SSRi-nin  müxtəlif orden və medallarına layiq görülmüşdü.  Faşizmə qarşı vuruşan və adlarının tarixin şərəf lövhəsinə yazanlardan biri də Yardımlı rayonu Bozayran kəndindən  Xamiyev Abduləli Dadaş oğludur.

 Xamiyev Abduləli Dadaş oğlunun haqında təqdim edilən qısa məlumat  Rusiya Federasiyası Müdafiə Nazirliyi  Mərkəzi Arxivinin 23.07.2019-cu il  № 11/154989 saylı (03.07.2019-cu il № УГ-35028 saylı sorğuya cavab), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11.06.2019-cu il D/1982 saylı,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yardımlı rayon Qeydiyyat  Şöbəsinin 04.12.2019-cu il  № 05/125 saylı arayışları əsasında  hazırlanmışdır.

 Xamiyev Abduləli Dadaş oğlu XX.XX.1906-cı ildə Yardımlı rayonu Bozayran kəndində anadan olub. Yardımlı kənd məktəbini bitirib. Sovet hakimiyyətinin ilk illərində yerli kadrların hazırlanması məqsədi ilə Lənkəran rayonunda açılmış təhsil müəssisəsində hesabdar (mühasib) və ticarət təhsili almışdır. Qeyd edək ki, Xamiyev Abduləli Dadaş oğlu Yardımlı Rayonundan ilk ticarət təhsili alan olmuşdur.  Böyük Vətən Müharibəsi başlanana kimi yerli kolxozda hesabdar vəzifəsində əmək fəaliyyəti göstərib.

Xamiyev Abduləli Dadaş oğlu 1941-ci ilin noyabr ayından  sovet ordusu tərkibində faşizmə qarşı vuruşmuşdur. Stalinqrad uğrunda döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin yanvar ayında  sol qolundan yaralanmış, barmaqlarını itirmişdir. 1943-cü il mart ayında ordudan tərxis olmuşdur. Gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdiyi üçün “Stalinqradın müdafiəsinə görə” medalları ilə təltif edilmişdir.
Həmçinin “Fədakar əməyə görə”, “1941-1945-cü illər Böyük Vətən Müharibəsində qələbənin 20 illiyi” yubiley medalı ilə və çoxlu digər medallarla təltif edilmişdir. Müharibədən sonra Yardımlı rayon RAYPO-da anbar müdiri, Yol tikinti idarəsində mühasib vəzifəsində işləmişdir. 21.10.1972-ci il tarixdə Yardımlı rayonu  Bozayran kəndində vəfat etmişdir.

  SNN NEWS-Haber

среда, 29 апреля 2020 г.

Qazaxıstanlı deputat Azərbaycan Prezidenti İlham Əliyeva müraciət ünvanlayıb

Xaricdə yaşayan həmyerlimiz Ənvər Ağayev Prezident İlham Əliyevə məktub ünvanlayıb. Bu haqda jurnalist Alim Hüseynli sosial şəbəkədə məlumat verib. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.

"Ənvər Ağayevdən, Qərbi Qazaxıstan vilayəti, Qazaxıstan

Möhtərəm cənab Prezident.

Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Biz - Qazaxıstanda yaşayan azərbaycanlılar yaşadığımız ölkə ilə yanaşı, doğma Vətənimizdə bu bəlanın yayılmasından narahatlıq keçirsək də, Azərbaycanda görülən tədbirləri, Sizin örnək fəaliyyətinizi, ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzindədir. Belə bir qənaətə gəlir və bir daha şahidi oluruq ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının rifahı Sizin üçün hər şeydən üstündür.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni, parlaq çalarlar gətirdi. Qlobal bəla ilə mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəylik nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq həm qürbətdəki həmyerlilərimiz, həm də Vətənimiz üçün gördüyünüz işlərdən qürur duyuruq. Başqa bir ölkənin vətəndaşı olsaq da, Qazaxıstandakı azərbaycanlılar, qürbət ölkədə mövqe tutmuş, müəyyən söz sahibi olan oğul və qızlarımız üçün Sizin çağırışınız bir siqnaldır. Biz tarixi məsuliyyətimizlə bu çağırış qarşısında hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.

Türkdilli xalqların liderlərinin videokonfransını keçirməklə Siz böyük türk oğlu kimi ümumbəşəri bəlaya qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdiniz. Qlobal problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaratdı və indi bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır.

Biz inanırıq ki, Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən Azərbaycan xalqı bu çətin günlərdən də uğurla çıxacaq. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik.

Siz mürəkkəb vəziyyətlərdə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Allahın köməyi, Sizin möhkəm iradəniz, eyni zamanda, birlik və həmrəyliyimizin gücü sayəsində gözə görünən və görünməyən bütün düşmənlərimizə hər zaman qalib gələcəyimizə öz varlığımız qədər inanırıq.

Dərin hörmət və ehtiramla,

Ağayev Ənvər, Qərbi Qazaxıstan vilayəti yerli qanunverici orqanının deputatı.

Qərbi Qazaxıstan vilayəti, Qazaxıstan Respublikası."

   SNN NEWS-Haber

пятница, 24 апреля 2020 г.

Vüqar Dadaşov: Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm

İlk öncə pandemiyaya çevrilmiş koronovirus  adlanan bu xəstəlikdən dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına  baş  sağlığı verirəm, Allah səbr versin, ölənlərimizə isə Allahdan rəhmət eləsin.  Xəstələrimizə Allahdan şəfa diləyir, bu xəstəliklə mübarizə aparan həkimlərimizə  isə  ehtiramımı və minnətdarlığımı bildirirəm.

Dünyanı cənginə alan bu Koronovirus pandemiyası,  bizə bir xalq və dövlət olaraq bir çox məqamları açdı. Ölkəmizdə
-səhiyyə sistemində,
-əhalinin məşğulluğu sahəsində,
-əhalinin sosial vəziyyəti barədə,
-xarici təchizat  asılılığımızın fəsadları kimi problemlər özünü göstərdi.
 Beynəlxalq məsələlərdə isə, qloballaşmanın əsl mahiyyəti  və zərəri, böyük dövlətlərin məkrli planlarının mümkünlüyü  artıq inkar edilməz fakt kimi qəbul olundu.

Mənəvi baxımdan isə, koronovirus pandemiyası insanlarda Allaha inam, haqq və ədalət, bərabərlik, bir -birinə yardım və kömək, varlı-kasıb münasibətləri  və sair bu kimi əxlaqi və mənəvi  dəyərləri önə çıxardaraq, insanları düşünməyə məcbur etdi.

Ölkə başçısından gizlədilmiş və Pandemiya nəticəsində  gizlədiləsi artıq mümkün olmayan  problemlərin həllinə başlanıldı. Cənab Prezidentimiz səhiyyə sistemində çatışmamazlıqların  aradan qaldırılması üçün tədbirlər görərək, daxili resurslarımız hesabına ölkə əhalisinin tibbi məhsullarla təchizatı qısa bir zamanda təmin edildi. Elə Sumqayıtda tibb məsullarının istehsalı zavodunun açılışı və istifadəyə verilməsi qeyd edilənlərə  sübutdur. Həm yeni iş yerləri açıldı həmdə, ölkənin xaricdən aşlılığı aradan qaldırıldı.  Ölkədə, əhalinin məşğulluğunda problemlinin mövcudluğu, real işsizlərin sayı, tətbiq edilən formal “məşğul şəxs" anlayışına yeni baxışı gündəmə gətirdi. Bu problemlinin aradan qaldırılması və əhalinin məşğulluğunu təmin etmək üçün ölkə Başçısı Cənab İlham Əliyev küllü miqdarda vəsait ayırdı və mövcud iş yerlərinin saxlanılması, yeni real iş yerlərinin açılması və sosial problemlərin həllinə yeni yanaşmalarla tədbirlərə başlanıldı. Karantin dövründə gəlirlərini itirən işçilərə və sahibkarlara  dövlətin maddi dəstəyi görülmüş tədbirlərin bir hissəsidir.  Eləcədə, vergi ödəyicilərnə güzəştlərin tətbiqi bu qəbildən olan işlərdəndir.

Az təminatlı ailələr və insanların sosial vəziyyətində problemlərin olduğu da ortaya çıxdı və bu məsələlərin həllinə dair tədbirlərə başlanıldı və bu kateqoriyaya aid olanların yeni meyarlarının müəyyən edilməsi və mexanizmi barədə işlərə başlanıldı.
Karantinlə bağlı İzolyasiya və özünü tədric etmə zamanı  rabitə, internet-kommunikasiya sistemində vəziyyətin qənaətbəxş olmadığı da aşkar olundu. Sözsüz ki, bu məsələnin də həllinə başlanıldı və qısa zamanda azda olsa irəliləyişlər hiss olunmaqdadır.

Haqq üçün, qeyd etmək lazımdır ki, dünya gücləri kimi tanınan böyük dövlətlərlə müqayisədə dövlətimiz, pandemiya ilə bağlı vəziyyəti daha professional şəkildə nəzarətə götürə bildi və şükür Allaha ki, ölkəmizdə  koronovirus pandemiyasının  ağır fəsadlar verməyi əngəlləndi. Bu çox sevindirici haldır və bütün görülmüş qabaqlayıcı tədbirlərə görə ölkə rəhbərinə Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm.

O ki, qaldı Qloballaşmanın məqsədi və zərəri barədə, hələ mən 2019-cu ilə müəllifi olduğum “Mənim düşüncəm” adlı kitabımda fikirlinimi bölüşmüşəm və bir daha qeyd edim ki, “Qloballaşma, əslində dövrümüzün bir siyasi vasitəsi kimi başqa ölkələri “zəbt etmək”, iqtisadi və siyasi dünya hökümranlığına hesablanmış və həyata keçməkdə olan ideyadır. (“Mənim düşüncəm” adlı kitabdan)”  Bu baxımdan “idarə olunan epidemiyalar” qlobalistlərin istifadə edə biləcəyi vasitə ola biəcəyi şübhə doğurmur. Sözsüz ki, seçimlə idarə olunan və müəyyən ərazilərə yayılan xəstəliklərin  müəyyən hədəfləri var... Nəticə budur, biz bir xalq və dövlət olaraq ancaq özümüz öz qeydimizə qala bilərik, ölkə daxili tələbatlarımızı daxili resurslarımız hesabına təmin etməli xarici asılılığı aradan qaldırmalıyıq. Nəhayət ki, bir birimizə dəstək olmalı, xalq olaraq birləşərək dövlətimizi  gücləndirtməliyik ki, dünya tarixində izimiz və yerimiz daima olsun.
   Allah xalqımızı qorusun!

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist  

    SNN NEWS-Haber

среда, 22 апреля 2020 г.

28 aprel işğal ərəfəsində Putinin “birləşmə” işarəsi


Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist ictimai-siyasi aktiv Vüqar Dadaşov, Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik Rusiyası tərəfindən işğalına dair yazısında maralı məqamlara toxunmuşdur. Həmin yazını  oxucularımıza təqdim edirik.

“28 may 1918-ci ildə müstəqilliyini qazanmış Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ilə Bolşevik Rusiyası tərəfindən işğal nəticəsində süqut edir. Rusiyanın AXC işğalı namərdcəsinə və xəyanətkarçaşına realaşır. Belə ki, Azərbaycan ərazilərinə soxulan Cəllad Andranikin rəhbərliyi ilə erməni daşnak ordusu Azərbaycan ərazilərində Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı qırğınlar törədirdi.

Azərbaycan Milli Ordu hissələri erməni daşnaklarına qarşı  1918-ci ilin yayından 1919-cu ilin payızına qədər davam etmiş döyüşlər aparmış   yalnız 1919-cu ilin sentyabrında Azərbaycan  AXC Milli Ordusunun hissələri erməni daşnak ordusunu Şuşa və Zəngəzurdan qovmuşdu  lakin, 1920-ci il martın 22-23-də Qarabağda hökumət əleyhinə  Ermənistan hökuməti tərəfindən hazırlanan və qızışdırılan iri qiyamdan sonra Dronun komandanlıq etdiyi daşnak qoşunları növbəti dəfə Qarabağı ələ keçirməyə cəhd göstərirlər. 1920-ci ilin aprel ayının əvvəli Azərbaycan Xalq Cümhuriyyəti  Qarabağda, Zəngəzurda erməni təcavüz və işğalının qarşını almaq məqsədi ilə Dövlət Müdafiə Komitəsi qarşıdan gələn 1 may 1920-ci il çağrışçılarının və 30 yaşına qədər şəxslərin Milli Orduya səfərbərliyini elan edir və erməni təcavüz və qiyamının yatırılması üçün Qarabağa  yeridir. Ölkənin digər ərazilərində  isə çox az sayda silahlı qüvvələr qalır.
Bolşevik Rusiyası bu vəziyyətdən xaincəsinə istifadə edərək  1920-ci il 28 aprel saat 00:05 radəsində dövlət sərhədini pozaraq Samur çayı üzərindəki körpünü keçərək 70 minlik  XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə təcavüz edir. Təcavüz edən ordu ilə birlikdə Azərbaycanda bolşevik Anastas Mikoyan və sapı bizdən olan Qəzənfər Nusabəyovda var idi. Barmaq sayında olan sərhədçilərimiz son nəticəni bilsələr də döyüşə atılır və qəhrəmancasına müqavimət  göstərirlər. Qısa bir zamanda sərhədçilərimizin  müqavimətini qıran bolşevik ordusu Yalamaya doğru hərəkət edir və tarixə “Yalama döyüşü” kimi düşən döyüş baş verir. Azərbaycan ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin və könüllülərə rəhbərlik edən Həmdulla Əfəndinin rəhbərliyi ilə 350 nəfər 70 minlik orduya qarşı döyüşə atılırlar. Nəticə məlum olsa da Azərbaycan əsgər və könüllüləri Qızıl Orduya və rus desantına çox ağır itkilər verməyə məcbur edir, XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə öldürülür. Bakını dənizdən mühasirə salan rus hərbi dəniz donanma qüvvələri və Bakıya girən XI-ci Qızıl Ordu təcavüzü və işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut edir.

Həmin dövrdə də Leninlə  Atatürk arasındakı isti münasibətlərin mövcudluğu və gizli danışıqlarının olduğu da artıq məlumdur və belə bir sövdələşmənin mövcudluğunu  təsdiq edən çoxlu elmi araşdırma materialları var. Bəzi tarixçilərin fikrincə, Bolşevik Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi məlumata əsasən Qırmızı Ordu Azərbaycan ərazisindən keçərək Türkiyə ərazisinə getməli idi, Türkiyə tərəfi isə bu məlumatı təkzib etməmişdi. AXC Milli Ordusunun Qarabağda olduğundan və Qırmızı Ordunun guya Türkiyə ərazisinə keçəcəyi məlumatı fonunda Qırmızı Ordunun Azərbaycanı işğal etməyi reallaşa bildi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bolşevik Rusiya İmperiyasına  Azərbaycan (AXC) təxminən 150 000 kv. km ərazi ilə daxil edilir. Azərbaycan xalqının, dövlətçiliyinin qəsdinə durmuş Rusiya Sovet dövründə də məkrli planlarını davam etdirir və Azərbaycan ərazilərini əsasən Ermənistan, Gürcüstan və Rusiya arasında bölüşdürür.  1991 oktyabr ayının 18-də rəsmən yenidən müstəqilliyini əldə etmiş Azərbaycan,  sovet-bolşevik imperiyasının tərkibindən  86600 kv. km ərazi ilə çıxır. Sovet-bolşevik birliyinə 1920-ci il 28 aprel tarixində zorla qoşulduğumuz  və 150000 kv. km əraziyə malik olduğumuz halda ərazilərimizin  yarısını itirirmiş olduq. Müstəqilliyimizin ilk dövründə Rusiyanın bir başa dəstəyi və hərbi yardımı ilə Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu,  təxminən 20% ərazimizi işğal etdi. Müharibə bitməyib, Azərbaycan xalqı hökmən öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyümüzün bərpa olunacağı şübhəsizdir ancaq ki,  bu gün faktiki olaraq, Azərbaycanın Beynəlxalq hüquqla tanınan 86600 kv. km ərazisindən təxminən 71000 kv. km ərazisi qalmışdır.

Qəlb ağrıdan isə odur ki, biz bir xalq olaraq bu tarixi hadisələrdən nəticə çıxarmırıq.  Rusiya Prezidenti  V.V. Putin “Rossiya1” TV kanalına verdiyi müsahibəsi,  Rusiyanın Azərbaycan müstəqilliyinə daimi təhlükəsinin  mövcudluğunun sübutudur. Putin müsahibəsində bildirmişdir:
“SSRİ-nin dirçəldilməsi qorxusu postsovet məkanında tədricən aradan qaldırılır, bu barədə açıq danışmaq lazımdır: Keçmişin hansısa fobiyasının, SSRİ-nin, sovet imperiyasının dirçəlməsi ilə bağlı qorxunun aradan qalxması onu göstərir ki, səylərin birləşdirilməsinin hamının xeyrinə olduğunu anlayıblar. Birləşmənin özünə yol açacağı qaçılmazdır”
Göründüyü kimi üstümüzdən qara buludlar çəkilmir. Bu vəziyyətdən  bir xalq olaraq nəticə çıxarmırıq, tariximizi öyrənmirik, təbliğ etmirik, laqeyd münasibət bəsləyirik, baş vermiş tarixi hadisələrə siyasi və hüquqi qiymət verməkdən çəkinirik. Çox narahat edici fakt odur ki, hələdə 1918-1920-ci illər Azərbaycan xalqının əldə etdiyi və bu gün varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin (Parlamentdə çoxluğa görə Müsavat hakimiyyəti adlanan) fədailərinin qəhrəmanlığını, uğurunu görməməzlikdən gəlirik, bəzən onlara düşmən damğası vuran rus şovinizmin alətlərinə çevrilirik.  Fəxri xiyabanda  AXC hakimiyyətinin bir sıra düşmənlərinə heykəllər qurulub və bu heykəllərə tamamı ilə məqsədli yanlış məlumatlar yerləşdirilib. Bəli, bu heykəllər bolşevik-sovet dövrünün heykəlləri və dövr tarixidir. Ancaq ki, hər bir yerdə bu kimi məlumatlar yenilənməli, həmin dövrün real tarixi, müstəqilliyimizin işğal edilməsi barədə məlumatlar da yerləşdirilməlidir. Bu görəcəyimiz işlərin zərrəsidir. Sadəcə heç nəyi unutmamalı və tarixi nəticə çıxarmalı, 28 aprel 1920-cu ildə baş vermiş işğala hüquqi və siyasi qiymət verməliyik ki, başımıza yeni işğallar gəlməsin-Putin yeni imperiyanın yaradılacağına anons verdi...”
 SNN NEWS-Haber



вторник, 21 апреля 2020 г.

Arif Məhərrəmov Beynəlxalq təşkilatın Azərbaycan üzrə nümayəndəsi təyin edilib

SNN NEWS-Haber  chechenews.com -a istinad edərək xəbər verir.
"Azad Qafqaz" Beynəlxalq ictimai-siyasi Hərakatının Koordinator Şurasının Qərarına əsasən, tanınmış ictimai-siyasi xadim Arif Məhərrəmov həmin təşkilatın Azərbaycan Respublikası üzrə nümayəndəsi təyin edilmişdir.
 Azərbaycanlı vətənpərvər Arif Məhərrəmov rus-çeçen müharibəsi zamanı Müqavimət Hərakatının üzvlərinə köməyi ilə tanınmış və Çeçenistan (İçkeriya) Respublikası Prezidenti Aslan Masxadov tərəfindən "Millət qəhrəman" təltif edilmişdir, eləcə də paytaxt Cohər-qala meri Leç Dudaev təfəfindən şəhərin fəxri vətəndaşı adına layiq görülmüşdür."
   SNN NEWS-Haber

Vüqar Dadaşov: İşğal edilmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü üçün hüquqi dövlət nümunəsi idi

Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist ictimai-siyasi aktiv Vüqar Dadaşov, Azərbaycan Xalq Cümhuriyyətinin Bolşevik Rusiyası tərəfindən işğal edilməsinin ildönümü  ərəfəsində AXC hakimiyyətinin  dövlət quruculuğunun əsas prinsipləri barədə yazmışdır. Həmin yazını olduğu kimi təqdim edirik.
  “İlk öncə onu qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa bir müddətə, dövrü üçün uğurlu dövlət modeli qura bildi. Bu dövlət modeli bir çox göstəricilərinə görə, ən əsası da hüquq, islam və  dünyəvilik baxımından nəinki islam dünyasının, eləcədə qoca qitənin dövlətlərinə nümunə ola bilən dövlət modeli qura bilmişdi.

Birinci dünya müharibəsinin gedişi və nəticəsi kimi və daxili narazılıqlar fonunda 1917-ci ilin oktyabr inqilabı Rusiya çar imperiyası süqut etdi. Bu halda Rusiya imperiyasının tərkibinə işğal nəticəsində daxil edilmiş və ikiyə bölünmüş Azərbaycanın müstəqillik əldə etməsinə tarixi şərait yaranmış oldu. 
   1918-ci il may ayının 28-də müsəlman şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ilk növbədə xalqımızın yaddaşından  yüksək milli ideyaya, dövlətçilik  istəyinin silinməməsinin sübutudur.
Cəmi 23 ay ömür sürmüş milli dövlətimiz nəinki, müsəlman dünyasında hətta Avropa və digər qitə ölkələrinə nümunə ola bilən yerli əhalinin  demokratik hüquq və azadlıqları bərqərar edilmiş, müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınmış, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara yiyələnmiş, parlament, hüquq mühafizə orqanları yaradaraq parlament idarə üsullu dövlət yaradılmışdır. Yeri gəlmişkən qeyd edim ki, həmin dövrdə əksər Avropa ölkələrində qadınların səs vermə hüququ yox idi.   Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlament idarə üsullu dövlət idi.
Xüsusi ilə qeyd etmək lazımdır ki,  ilk milli parlamentimiz 80 müsəlman, 21 erməni, 10 rus, 1 alman və 1 yəhudi millət vəkili əsasında formalaşmışdır. Göründüyü kimi 1918-ci ilin mart soyqırımından yarım il keçməsinə baxmayaraq, parlamentdə ən çox  ikinci  erməni nümayəndəsi də təmsil edilmişdir.

   Məhz AXC hakimiyyəti dövründə islam dininə mənsub muxtar fəaliyyət göstərən dini iki tirəliyə son qoyulmuş və bütün müsəlmanlar vahid dini təşkilat altında birləşmişdir. 1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul edir və həmin tarixdə də hökumət təsis olunur, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradılır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail ola bilir, bildiyimiz kimi,  Azərbaycanın Milli müstəqilliyinin elan olunmasına qədər bu dini təşkilatlar Tiflisdə yerləşirdi.  Həmin təşkilatlar XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Tiflisdən  Gəncəyə köçürülür və könüllü olaraq  1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşir. 1918-c il sentyabrın 7-də XMDEN qərarı təsdiqləyir və 1918-ci il sentyabrın 15-də Bakı daşnak və bolşevik işğalıdan azad edildikdən sonra bu təşkilat yəni  Məşixət (dini təşkilat rəhbərliyi, şeyxlik) Bakıya köçürülür. İlk şeyx Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və şeyxülislam vəzifəsindən istefa verir,  Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin təqdimat və tövsiyəsi ilə 1918-ci il dekabrın 12-də Təzəpir Məscidinin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam seçilir. Bununla da Qafqazda müsəlmanların dini işlərinin idarə edilməsində müstəqil fəaliyyət göstərən  ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırılır və bu günümüzə kimi fəaliyyət göstərən Qafqaz müsəlmanlarının vahid idarəsi yaradılır.
    Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət kimi müstəqilliyi elan edilmiş və ilk gündən də hüquqi dövlət kimi fəaliyyətə başlamış, cəmi 23 aylıq fəaliyyəti dövründə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılmasına və xüsusi əhəmiyyət vermişdir.

     Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmışdı. Fətəli xan Xoyskinin Tflisdə təşkil etdiyi 1-ci hökumət kabinəsində ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi — Azərbaycan Xalq Cümhuriyyətinin bütün məhkəmə və hüquq idarələri sisteminə və onların fəaliyyətinə nəzarət edən hökumət orqanı idi.
      Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi  28 may 1918-ci ildə Azərbaycan Milli İslam Şurasının qərarı ilə Azərbaycanın dövlət müstəqilliyini elan etdikdən sonra, elə həmin gün Fətəli Xan Xoyski başda olmaqla, ilk müvəqqəti hökumətini təsdiq etmişdir. Həmin hökumətdə Fətəli Xan Xoyski eyni zamanda daxili işlər naziri təsdiq olunmuşdur. 
      Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeçiliyində prokurorluğun fəaliyyəti bərpa edilmiş, başqa sözlə prokurorluq orqanları yaradılmışdır. Təsadüfü deyildir ki, elə həmin tarix əsas götürülərək Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyevin
17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər ilin oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.

    Ermənilərin və bolşeviklərin bütün Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində yerli əhaliyə qarşı soyqırımın, kütləvi qırğınların, qanlı hücumlarının, təxribatlarının qarşısını almaq  və dövlətçiliyimizi qorumaq məqsədi ilə  1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər.

   Azərbaycan Xalq Cümhuriyyətinin  parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasında «Gömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında Qanun» qəbul edildi. 8 maddədən ibarət olan Qanunun 1-ci maddəsində göstərilirdi: «Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin…
  Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin  23 aylıq fəaliyyət dövründə 35 nazirlik təsis edilmiş, bunlardan 17 nazirliyin rəhbərləri xaricdə təhsil almış hüquqşünaslar idi. Parlament  tərəfindən müzakirəyə çıxarılmış 270 qanun layihəsindən 230 qəbul edilmişdir.
    Eyni zamanda Azərbaycan Xalq  Cümhuriyyəti ilk günlərdən dövlətin sosial-iqtisadi inkişafı və idarə edilməsi üçün yerli kadrların hazırlanmasına xüsusi önəm verib.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur.
     Yuxarıda qeyd edilənlər Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət yaradılması istiqamətində gördüyü işlərin az bir hissəsidir. 28 may 1918-ci il  “İstiqlaliyyət Bəyannaməsi”nin 1-ci hissəsində
     “1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir” kimi göstərilmiş və qurulmuşdu.
XX əsrdə 2-ci dəfə 18 oktyabrın 1991-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.”

SNN NEWS-Haber

понедельник, 20 апреля 2020 г.

Adını gizli saxlayan şəxs kənd camaatının bütün borcunu bağlayıb

Əslən Yardımlı rayonundan olan publisist-şair Əsədulla Sadıqov  Facebook  səhifəsində  çox maraqlı paylaşım edib, həmin yazını olduğu kimi təqdim edirik.

  " Yardımlının ən dilbər guşələrindən biri də Dəryavar kəndidir.Dəryavar kəndini və onun zəhmətkeş camaatını mən yaxşı tanıyıram.Çünki çoxlarının da bildiyi kimi mən müəllimliyə başladığım gün 22 yaşımda həmin kəndə məktəb direktoru təyin edildim.Həmdə elimin dəyərli ağsaqqal ziyalısı,o vaxt Təhsil şöbəsinin müdiri Aydın müəllim Əbilovun əmri ilə.Təcrübəsiz vaxtlarım idi,Aydın müəllim mənə həmişə arxa dayaq olub düzgün yol göstərdi.Dəryavar əhalisi ilə qısa müddət ərzində qaynayıb qarışdım.Hamısının hörmətini qazandım.Allah baş üstədir onlar da mənə həmişə hörmət edib,ehtiramımı saxladılar.Ən nəhayət 15 il həmin kənddə işlədim.Xeyir şərlərində iştirak etdim.Demək olar ki,hamının evində düz çörək kəsdim və indi də hamısı ilə isti münasibətim var.Dünyasını dəyişənləri Allah rəhmət eləsin,yaşayanlara da can sağlığı versin.Onların xeyir işlərinə həmişə sevinən bir şəxsəm.

Dəryavar doğulduğum Bürzünbüldən sonra ikinci doğma kəndimdir.Son vaxtları korona bəlasının tüğyan etdiyi vaxt imkanlı şəxslər hörmətli prezidentimizin təşəbbüsünə qoşularaq imkanları daxilində ehtiyacı olanlara maddi yardım göstərirlər.19 aprel 2020 ci ildə Dəryavar kənd məktəbinin direktoru,yaxın dostum Ramiz müəllim mənə zəng edib dedi ki,müəllim siz xeyriyyə işlərində həmişə təşkilatçı olmusuz,yaradlcı,qələm əhli kimi həmişə belə işləri işıqlandırırsız.Sizə bir şad xəbər verim ki,bütün kənd əhalisinə yardım edilib.Deməli bu iş belə olub.Köryədi kənd sakini Cabir Adişovun mərkəzi yolun kənarında ərzaq marketi var.O cümlədən Dəryavar əhalisidə ümumilikdə bu marketdən həm nağd,həmd nisyə formada alış-veriş edirlər.Deməli dünən adının üzə çıxmasını və açılmasını istəməyən dəyərli bir yurddaşımız həmin marketin sahibi Cabir müəllimlə gizlincə əlaqə saxlayaraq bildirib ki, Dəryavar xalqının sizin nisyə dəftərinizdə nə qədər borcu varsa hesablayıb mənə deyin.Və məlum olub ki,Dəryavar camaatının həmin marketə 6 700 yəni hardasa 7000 (yeddi)minə qədər verəcəyi var.Və ,,naməlum,,xeyriyyəçi həmin pulu verərək bütün borcu bağlayıb.O kənddən olmasamda inanın sevincimin həddi hüdudu yoxdur.İki gündür Dəryavarlılar toy bayram içində olmaqla həmin vətənpərvər oğula dua edirlər.Bəli Azərbaycanın belə qeyrətli oğulları olduqca bu vətən basılmaz inşallah. 
Mən də bütün Dəryavarlılar adındam,bir ziyalı kimi,publisist kimi,bütün rayon ziyalıları adındam,şəxsən Yardımlılar və bütün Azərbaycan xalqı adından adının çəkilməsini gizli daxlayan bu xeyriyyəçi Azərbaycan oğluna səmimi təşəkkürümü bildirirəm.
Var olun qeyrətli ELOĞLU.

Əsədulla Sadıqov-müəllim,publisist-şair."


  SNN NEWS-Haber

суббота, 18 апреля 2020 г.

Ədalətsizlik, bərabərsizlik, nələr, nələr... Bəlkə cəhənnəmdəyik-xəbərimiz yoxdur?

   Hər yerdə boşanmaq üçün evlənənlər;
bir tikə çörəyə möhtac olanlar;
varının sayın itirənlər;
Allahı ələ salan "həci"lər;
yalandan balasının canına and içənlər;
ata-anasından, uşağından imtina edənlər;
varlı "xala" axtaran kişilər;
varlı kişi axtaran qadınlar;
paxıl və başqaslna quyu qazanlar;
şərçilər, böhtançılar;
əhli-kef ağsaqqallar;
şalvarı belindən düşən beyni dumanlı cavanlar;
nəhayət savadsız diplomlular;
elmsiz alimlər;
lal, kar, kor ziyalılar;
balaca bir dövriyədə belə olsun bərabərsizlik, ədalətsizlik, klanlıq, qohumbazlıq;
harın məmurlar;
yaltaqlar və riyakarların ağalığı;
pulla, məmura, "day-dayıya" söykənən ədalət;
torpağı işğalda-qız gəlini əsirlikdə olduğunu unudan-"yeyib, içən" şənlənənlər;
rəhbəri, böyünü eşitməyən özbaşnalar olan həyat CƏHƏNNƏM deyilmi?!
Kim deyir, CƏHƏNƏM yoxdur?, cəhənnəm var! Özü də bu dünyada, bizdə onun sakinləri.
   SNN NEWS-Haber

среда, 15 апреля 2020 г.

Vüqar Dadaşov: QMİ dini sahədə monopolist bir kommersiya təşkilatı olduğunu özü sübut edir


Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist  Vüqar Dadaşov koronovirusla bağlı  maraqlı çıxış etmişdir Həmin çıxışı olduğu kimi oxucularımıza təqdim edirik.    

  “Dünyanı cənginə bürümüş və insanlığı sınağa çəkən COVİD-19 epidemiyasına qarşı mübarizə aparan doğma vətənimizdə  bu məsələyə bəzi qurumların, tanınmış şəxslərin laqeyd münasibəti həqiqətən çox məyusedicidir. Baxmayaraq ki, çoxlu vətəndaşlarımız və sadə insanlar  bu epidemiyaya qarşı mübarizə fonunda əsl insanlıq nümunəsi göstərmiş, çətin maddi duruma düşən ailələrə maddi və mənəvi dəstək olmaqla bu epidemiyaya qarşı mübarizədə öz töhfələrini vermişdir. Yeri gəlmişkən, ölkə Prezidenti Cənab İlham Əliyev belə insanları yüksək qiymətləndirmis  və onlara öz təşəkkürünü bildirmişdir. 

   Lakin, bəzi qurumlar da var ki, bu məsələdə nə hökumətimizə nədə,  əhaliyə  heç bir  dəstək göstərmədiyindən haqlı olaraq qınaq obyektinə çevrilmişdir. Heç bir maliyyə xərci çəkmədən, ölçüyə gəlməz dərəcədə gəliri olan, az qala İNVESTİSİYA BANKları qədər varlı və maddi imkanlara malik Qafqaz Müsəlmanları İdarəsi  özünü yuxuya vermiş, ölkəmizdə baş verənlərə biganəlik nümayiş etdirir. Narahat edici fakt da odur ki, tanınmış şəxslərin koronovirusa qarşı mübarizə ilə dağlı QMİ-nin sədri Allahşükür Paşazadəyə müraciətləri də cavabsız qalıb. Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliyinin, DGTYB MŞ-nın üzvü, şar-yazar, uzun müddət Bakı İslam Universitetinin müəllimi olmuş, ilahiyyatçı və dinşünas alim Tural İrfan şəxsən mətbuat vasitəsi ilə  QMİ sədrinə müraciət edərək onunda Pandemiyaya qarşı mübarizəyə qoşulmağa dəvət etmişdir lakin, QMİ-dən və onun sədri Allahşükür Paşazadədən heç bir səs çıxmayıb. Sözsüz ki, Dövlətimizin və xalqımızın bu çətin durumunda, tarixi sınaq qarşısında birləşərək imkanlarımızı bu bəlaya qarşı mübarizəyə sərf etməliyik. Bu məsələdə biganəlik, “hacıqara”lıq etmək ən son həddir.

   Yardım etmək, dərdə şərik olmaq həm dini həmdə, insani baxımdan alqışa layiqdir. Bu yaxınlarda mətbuatdan tanıdığım, əsl vətəndaş mövqeyi və nümunə göstərən Kamil Zeynalınln "hacı"lar barədə dediklərini də doğru sayıram. Bu barədə heç belə açıqlamada vermək istəməzdim sadəcə, deyim ki, ölkəmizdə hacılar kifayət qədər özlərinə mənfi obraz yaradıblar və bu baxımdan Kamil Zeynallı tam haqlıdır. Qeyd edim ki, ölkəmizdə azda olsa nümunəvi və "hacı" adına layiqli insanlarımız vardır.

  COVİD-19 yəni, KORONAVİRUS adlanan və pandemiya şəklini almış bu epidemiya, əsl həqiqətdə çoxlu mətləbləri açdı-bu mətləblərdən biridə, Qafqaz Müsəlmanları İdarəsinin, müsəlmanların idarəsinin olmaması və sadəcə QMİ-nin dini sahədə monopolist bir kommersiya təşkilatı olduğu bir daha sübut olundu.

   Yeri gəlmişkən, bir hüquqşünas kimi deyim ki, hüquqi baxımdan Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş hüquqi şəxsdir yəni, digər dini qurumlar kimi, eyni təsis formasında eyni hüquqa malikdir və digər dini qurumlardan heç bir üstün inzibati hüquqa malik deyil. Ölkəmizdə, İcra Hakimiyyəti orqanlarına aid Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi inzibati hüquqa malikdir və digər dini qurumlar kimi də, Allahşükür Paşazadənin sədri olduğu Qafqaz Müsəlmanları İdarəsi də məhz, sözü gedən Dövlət Komitəsinin tabeliyi və nəzarətindədir.”

 SNN NEWS-Haber

понедельник, 13 апреля 2020 г.

Vüqar Dadaşov: Qonşularımızın qurban payı olmağa özümüz şərait yaradırıq

Tanınmış hüquqşünas Qarabağ Qazisi, AJB-nin üzvü, publisist Vüqar Dadaşovun böyük dövlətlərin Azərbaycana qarşı siyasəti barədə fikirlərini oxucularımıza təqdim edirik.
“Mənfur ermənilərlə qonşuluğumuz təbii proses nəticəsində deyil, böyük dövlətlərin siyasi planları əsasında baş vermişdir. Başımıza gələn belə bir çıxılmaz vəziyyətə görə qardaş Türkiyə bir başa məsuliyyət daşıyır. Əvvəlcə qeyd edim ki, qardaş Osmanlı türklərində dövlətçilik, imperiya hissləri ədalət prinsipindən üstündür. Bunun bariz nümunəsi elə 1918-ci ildə Türklərin təhdidi və təzyiqi ilə Ermənistan adlı dövlətin Azərbaycanın tarixi ərazisində yaradılmasıdır.
Birinci dünya müharibəsini aparan hər iki rəqib tərəflər həm Antanta (Rusiya, İngiltərə, ABŞ, Fransa) dövlətləri həm də Almaniya-Türkiyə bloku üzvləri arasında ermənilərə kiçik bir dövlət yaratmaq fikirlərində idilər. Antanta blokunun üzvləri yəni Rusiya, İngiltərə, Fransa və ABŞ yaradılacaq erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində Şərqi Anadolu regionunda yaratmaq barədə istəklərini bəyan etmişdilər. Faktiki məğlub olmuş Osmanlı Türkiyəsi isə “erməni təhlükəsi”ni özündən uzaqlaşdırmaq məqsədi ilə erməni dövlətini öz sərhədlərinin xaricində və Azərbaycanın arxalandığı qardaş Osmanlı türklərinin nəzarətində olan Azərbaycan torpaqlarında qurmaq istəyirdi. Həmin dövrdə erməni daşnak birləşmələri tərəfindən soyqrımlara və qırğınlara məruz qalan Azərbaycan əhalisini xilas etmək, bu fonda böyük dövlətlərin təzyiqi və ən əsası da Azərbaycan ərazilərinin Osmanlı türk ordusunun nəzarətində olması elə bir tarixi şərait yaratmışdı ki, biz Osmanlı türklərinin tələbləri və diktəsi ilə razılaşmalı idik. Azərbaycan məcburən Osmanlı türklərinin təzyiqi, vasitəçiliyi və nəzarəti ilə ermənilərlə danışıqlara getməli olduq. 11 .05-04.06.1918-ci il tarixli Batum konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Yusifbəyli Zaqafqaziya seyminin 27.05.2018-ci il tarixdə fövqəladə iclasında seymin üzvlərinə Osmanlı Türkiyəsinin “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq
üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeritdiyi barədə əlavə məlumat da vermişdir.
29.05.1918-ci il tarixdə Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan daxil olmaqla 9000 kv. km ərazi ermənilərə dövlət yaratmaq üçün güzəşt edildi. 04.06.1918-ci ildə isə Batum müqaviləsi imzalandı. Bununla da ermənilər dövlət yaratmaq xəyalını gerçəkləşdirdi, Osmanlı türklər isə “erməni təhlükəsini” özlərindən uzaqlaşdıraraq bizim boynumuza atdılar, daha doğrusu öz dövlətçilikləri naminə Azərbaycanı qurban verdilər.
Siyasi baxımdan və dövlətçilik naminə Türklərin addımları başa düşüləndi. Türklər şəxsi maraqlarına görə və seçim qarşısında olarkən Azərbaycanı qurban verməsi təbii hal kimi də qiymətləndirilə bilər və bu fakt bir daha sübut edir ki müttəfiqlik müvəqqəti xarakterli şəxsi maraqlara toxunana kimidir. Bunu xüsusən də biz yadda saxlamalıyıq.
Bəli bu gün qardaş Türkiyə Azərbaycan dövlətinin strateji müttəfiqi və partiniyorudur və Türkiyənin müstəqil Azərbaycanımızın ayaq üstə durmasında müstəsna xidmətləri vardır. Ancaq ki, İndiki Ermənistanın tarixi Azərbaycan ərazilərində qurulmasın da Rusiya ilə bərabər eyni səviyyə də məsuliyyət altındadırlar. Bəli bu inkar edilməz faktdır. Qarabağın Ermənistan tərəfindən işğalı, Azərbaycan xalqının soyqırımlara məruz qalaması həmin Batum müqaviləsinin acı nəticəsidir. Ermənilərin başımıza gətirdikləri fəlakətlərə görə Türk qardaşlarımız ən aşağısı mənəvi məsuliyyət daşıyır.
Batum müqaviləsi və onun bir əsirlik nəticələri biz Azəri türklərinə tarixi bir dərsdir və bu dərsdən biz bir nəticə çıxarmalıyıq. Nəticə budur ki, heç bir xalq və dövlət özündən başqa heç kimə və heç bir dövlətə güvənməməlidir. Rusların yaxşı bir deyimini xatırlasaq yerinə düşər. Rusiyanın iki müttəfiqi var: ordu və flot. Azərbaycan xalqı və ordusu bir birinə yeganə arxa və müttəfiqdir. Müttəfiqlik tarixi şərait fonunda iqtisadi və siyasi maraqların müvəqqəti üst-üstə düşməsidir. Müttəfiqlik daim deyil və olmayıb da. Müttəfiqlik müvəqqəti xarakterli müəyyən müddətli prosesdir.
Odur ki, Azərbaycan xalqı və dövləti öz potensialını genişləndirərək öz imkanlarına arxalanmalı və heç bir müttəfiqin qurban payına çevrilməsinə şərait yaratmamalıdır.
Həmin hadisələrdən bir əsrdən artıq keçsə də bu bir əsir işində ermənilər Azərbaycan xalqının başına 4 soyqrım gətirməklə müstəqil Azərbaycanımızın 20% ərazisini işğal etmiş və əlavə torpaq iddialarından da əl çəkməmişlər.
Yer gəlmişkən qeyd edim ki, Batum müqaviləsinin tələblərinə görə ermənilər 5 hissədən ibarət öhdəliklər götürmüşdür. Həmin öhdəliklərin mahiyyəti ondan ibarətdir ki, ermənilər Azərbaycan ərazilərindən öz ordu və daşnaq birləşmələrini çıxarmalı, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq və sülh prinsiplərinə uyğun olaraq yaşamalı, hər iki tərəfdən ərazi iddialarından əl çəkməli idi. Həmin Batum Müqaviləsinə əsasən ermənilərin götürdüyü öhdəlik ən maraqlı hissəsi də odur ki, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.
Bu gün 04.06.1918-ci il tarixli Batum müqaviləsi hüquqi qüvvəsini itirmiş müqavilədir. Indiki Ermənistan və Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etmiş Ermənistanın və Azərbaycanın hüquqi varisidir və hər ikisi həmin Batum müqaviləsinin icrası üçün məsuliyyətlidir yetər ki, bu məsələ beynəlxalq hüquq müstəvisinə çıxarılsın”
SNN  NEWS-Haber

воскресенье, 12 апреля 2020 г.

Afaq Bəşirqızına deyin:

1. Rayondan gələn binəva ona görə "podyezdə" uşaq doğur ki, sizin yaşadığınız şəhərin doğum evlərində buna görə 1000-2000 manat pul tələb edirlər.
2. Ona görə şikəst uşaq doğur ki, çörək pulu qazanmaq üçün hətta ikicanlı vəziyyətdə min cür əziyyətə qatlaşır.
3. Ona görə "dilənir" ki, ölkənin sizin kimi 5 dənə evi olan xalq artistləri və hətta süpürgəçinin maaş kartını mənimsəyən acgöz məmurları var.
4. O uşağı ona görə rayonda doğmur ki, orada heç "podyezd" də yoxdur.
5. Artist səhnə olmayanda həyatda da artistlik etmək məcburiyyətində deyil.
6. Allah atanıza qəni-qəni rəhmət eləsin. Bəşir müəllim həm də yaltaq adamların obrazını mükəmməl yaradaraq onları biabır etdiyi üçün xalqın sevimlisinə çevrilmişdi. Onu tez-tez yad edin.
Azadliq qəzetinin yazari Vidadi Məmmədli.
SNN NEWS-Haber

пятница, 10 апреля 2020 г.

Deputat Qüdrət Həsənquliyevin təklifi kasıbların Ali təhsil almasına qarşıdır


Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, 09.02.2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuş  Vüqar Dadaşov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin verdiyi təklifə etirazını bildirib. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.  

"Bu gün Reytinq.AZ  saytında “Deputat: Ali məktəblərin əksəriyyəti və Elmlər akademiyası özəlləşdirilməlidir” başlıqlı məqaləni oxuyub, narahatçılıq keçirməyə başladım. Əvvəla onu deyim ki, BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev  ümumilikdə, təhsilimiz barədə məqamları qarışdırıb. Məsələ ondadır ki, deputat Həsənquliyev  təhsilimiz barədə əksər düşüncəli şəxslərin illərlə səsləndirdiklərini deyib: AMEA-nın ləğvi, Ali məktəblərin pedaqoji kollektivin və elmi araşdırmalarla  məşğul olan işçilərin əmək haqlarının artırılması, Ali təhsil müəssisələrinə rəhbərlərin seçilməsi  barədə və sair.
   Narahat edici məqam isə, müsbət təkliflərin arasında  xalqımızın taleyinə mənfi təsir edə biləcək, “Ali məktəblərin əksəriyyətinin özəlləşdirilməsi" təklifidir.  Əvvəla onu deyim ki, mövcud Ali Məktəblərin özəlləşdirilməsi əsla yolverilməzdir. Bəllidir ki, özəl məktəblərin büdcələri əsasən öz hesabına formalaşır və bu da təbii olaraq, Ali təhsilin pullu olması deməkdir. Bu hal isə  yəni,  təhsilin ödənişli (pullu) olması, kasıbları mümkün Ali təhsil almaq şansından məhrum edəcək və dövlət idarə orqanlarında  müəyyən vəzifələrə  yolları qapadacaq. İnkar edilməz faktdır ki, ölkəmizdə əksər yüksək vəzifələrə məmur və varlıların  övladları, onların qohumları təyin edilirlər. Demək olar ki, kasıb ailələrin nümayəndələri yüksək və ümumiyyətlə vəzifələrdə çox az təmsil olunublar. Əgər deputat Q. Həsənquliyev təklif etdiyi kimi, dövlət Ali təhsil müəssisələri özəlləşərsə bu, o deməkdir ki, kasıbların Ali təhsil almaq imkanları kəskin məhdudlaşacaq və bunun nəticəsi olaraq təbəqələşmə daha kəskin forma alacaq və deyərdim ki,  Hindistan “kasta” mühiti yaranacaq. Odur ki, indiki şəraitdə təhsilin, eləcədə səhiyyənin özəlləşdirilməsi dövlət-xalq maraqlarına ziddir.
Yeri gəlmişkən deyim ki, dövlət Ali təhsil müəssisələri ilə paralel olaraq, digər özəl Ali məktəblərin mövcudluğu dövlət və özəl təhsil müəssisələri arasında rəqabətin-inkişafın yaranması deməkdir ancaq ki, mövcud dövlət Ali təhsil müəssisələrinin saxlanması şərti ilə.
     Bir məqamı da xüsusi ilə qeyd etmək istərdim. Azərbaycan Respublikası Milli Məclisini üzləri mövcud qanunvericiliyimizə uyğun “Millət vəkili” deyil, “deputat” adlanır. Millət vəkili çox yüksək zirvədir və həmin adı qazanmaq hər deputata nəsib olmur. Qeyd edim ki, Millət vəkil adına layiq deputatlarımız da vardır."

SNN NEWS-Haber

Vüqar Dadaşov: Karantin dövründə hər bir vətəndaşa kömək hökümətin funksional öhdəliyidir


Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov koronovirusla bağlı tətbiq edilmiş karantin dövründə əhaliyə maddi yardımla bağlı çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.

“KORONAVİRUS deyilən və pandemiya şəklini almış bu xəstəlik təhlükəli həddə çataraq bizim xalqımızı da ağuşuna çəkməkdədir. Bütün dünyanı bürüyən bu təhlükədən qorunmaq üçün, dünya dövlətləri eləcədə, Azərbaycan Respublikası müvafiq tədbirlər görür və görməkdədir. Vəziyyətin ağırlaşa və nəzarətdən çıxa biləcəyi təqdirdə ölkəmizin əhalisini olduqca çətin sınaq gözlədiyi də bəllidir. Məhz bu məqsədlə gözlənilən təhlükənin zərərsizləşdirmək üçün ölkəmizdə haqlı və əsaslı olaraq KARANTİN REJİMİ tətbiq olunub, əhalinin ölkə daxilində sərbəst hərəkəti məhdudlaşdırılıb. Strateji obyekt və əhalinin təchizat təşkilatları xüsusi rejimdə fəaliyyət göstərir.

     Sözsüz ki, bu tədbirlərin məqsədi ölkə əhalisinə, KORONAVİRUS pandemiyasının mümkün acı təsirinin zərərsizləşdirilməyinə hesablanıb və hər bir vətəndaş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının tətbiq etdiyi bütün məhdudiyyət və tövsiyələrinə əməl etməlidir. Bu halda, karantinin ən başlıca tələblərindən biri, əhalinin özünü tədric etməsidir. Bildiyimiz kimi, Koronovirusla bağlı dünya ölkələri öz funksiyalarını yerinə yetirərək analoji tədbirlər keçirir və əhalinin özünü tədric prosesinə maddi dəstək verir. Sözü gedən maddi dəstək müxtəlif formalarda tətbiq edilir.

24 Mart 2020-cu il tarixdən tətbiq edilən Karantin və 05 Aprel 2020-ci il tarixdən sərtləşdirilmiş karantinin nəticəsi olaraq əhalinin böyük bir qismi maddi gəlir mənbəyindən məhrum olmuşdur. Bu siyahıda aztəminatlı ailələr, işsizlər, gündəlik işləyənlər və sair və sair insanlar vardır. Müəyyən hesablamalara  görə ölkəmizdə ümumilikdə 3000000 yaxın insanın  hökumətin maddi dəstəyinə ehtiyacı yaranmışdır. Bu saydan əsas çətinlik çəkən  isə kasıb, aztəminatlı ailələrdi. 

 Məlumdur ki, bu məsələlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olmalıdır ancaq ki, əhaliyə maddi yardımla bağlı nazir Sahil Babayevin açıqlaması əhalinin ümidlərini puç etmişdir. Cənab nazir demişdir ki, "Tələbələr, hərbiçilər, adında pay torpaqları olanlar işsiz hesab edilmir, Birdəfəlik ödənişə bir ailənin iki üzvündə yaranırsa belə, ödəniş yalnız onların birinə ödəniləcək. Ailənin bir üzvü əmək haqqı alırsa, digər ailə üzvlərinə yadım edilməyəcək."

Düşünürəm ki,  belə yanaşma  doğru deyil həm mənəvi həmdə hüquqi baxımdan və Konstitusiyamıza ziddiyyət təşkil edir. İlk öncə qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövləti sosial yönümlü dövlətdir və Konstitusiyamızın 16 maddəsinin I-ci  bəndində “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.”  göstərilmişdir.  Eləcədə, Konstitusiyamızın 38-ci maddəsinin I-ci bəndinə əsasən "Hər kəsin sosial təminat hüququ vardır.”

    Sözsüz ki, araşdırılmalar aparılmalı maddi, sosial vəziyyəti faktiki ağır olan ailələr, şəxslər ümumiyyətlə isə çətin maddi və sosial durumda olan Azərbaycan vətəndaşları müəyyən edilməlidir və təxirə salınmadan həmin insanlara yardım edilməlidir.
Bir daha vurğulayıram ki, bu məsələyə formal gəlirlərdən baxaraq qərar vermək yanlış olar və faktiki çətin durumda qalan insanlar ən acı nəticələrin qurbanı ola bilər.

   Hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən əhalinin sosial təminatı dövlətimizin funksional öhdəliyidir və bu öhdəliklərin yerinə yetirilməsi üçün ölkə Prezidenti Cənab İlham Əliyev təxirəsalınmaz tədbirlərin görülməsi üçün  tapşırıqlar vermiş, sərəncamlar imzalamış,  maddi vəsaitlər ayırmışdır. Odur ki, Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi  Azərbaycan Respublikasının Konstitusiyasına  və digər hüquqi normativlərə müvafiq,  Koronovirusla bağlı tətbiq edilmiş Karantin rejimi dövründə əhalinin maddi və sosial təminatını tam ödəməlidir.”

SNN NEWS-Haber