Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Ziyalılar Klubunun İH-nin üzvü, publisist, Qarabağ Qazisi Vüqar Dadaşov sabiq
deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində Qarabağ uğrunda döyüşlərdə
iştirak etmiş qadınları təhqir etməsinə kəskin
etirazını bildirib. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Cümşüd Nuriyevin
AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi,
ictimaiyyətdə çox böyük qəzəb və hiddətlə qarşılanıb. Buna baxmayaraq Cümşüd
Nuriyev sonradan buraxdığı səhvi düzəltməyə çalışsa da AzTV-nin “Əsas məsələ” verilişində səsləndirdiyi fikir, onun daxilən Azərbaycan
xalqının qəhrəmanlığını, milli kimliyinə qəsbkar olduğunun maddi sübutudur. Yadımızdadır,
Cümşüd Nuriyev Ramil Səfərovun Azərbaycan bayrağına görə qəhrəmanlığını da şübhə
altına almağa çalışmışdı.
Həmin Cəmşid Nuriyevin Azərbaycan xalqının oğul və qızlarının kifayət
qədər qəhrəman və əsrlər boyu başqa
xalqlara igidlik nümunəsi olmasından kifayət qədər məlumatlıdır. Bu məqamda Ömər Xəyyam: “həyatda ən çətin iş, özünü bilərəkdən
qammazlığa vuranı qandırmaqdır” demişdir. Fikrim kimisə anlatmaq və ya
qandırmaq deyil, fikrim odur ki, biz Azərbaycan xalqı namuslu, qeyrətli, igid və
qəhrəman olduğumuzu gözəl bilirik və buna heç bir ünsür şübhə yarada bilməz. Cümşüd Nuriyevin Azərbaycan qadınını səhvən və
ya təsadüfən alçatmayıb, o, kifayət qədər elmli adamdı-siyasi elmlər doktorudur
və onun azəri qadınları təhqir etməsi məqsədyönlüdür, onun məkrli məqsədi var-
məqsədi isə budur-bizi öz gözümüzdən
salmaq, kimliyimiz itirmək.
Cəmşid Nuriyev, sən gözəl bilirsən Azərbaycan qadınları doğma
Qarabağımız uğrunda bizlərlə bərabər ,çiyin-çiyinə fədakarcasına vuruşub...
16 yaşından kişi geyimində vuruşan Qəqəni ləqəbli Kamalə
xanımı,
polkovnik Aidə Şirinovanı, dillər dastanı Qazaxlı Qarateli,
Nurcahan
Hüseynovanı, hansı ki, 18 yaşlı oğlu ilə döyüşürdü, döyüşlərdə tək
uşağını-oğlunu qurban verdi. Oğlunun
intiqamını həmin ermənini tapıb, əlləri
ilə ürəyini çıxarıb, şüşədə oğlunun məzarına qoyub,
vətən uğrunda döyüşlərə qatılan kapitan xanım kəşfiyyatçı Gülarə Musayevanı,
vətən uğrunda döyüşlərə qatılan kapitan xanım kəşfiyyatçı Gülarə Musayevanı,
Qarabağ Tutusu
kimi tanınan Rüxsarə Cumayevanı,
Azərbaycanın, Qarabağın Həcəri
kimi tanınan Səbirə Mahmudovanı,
müstəqil Azərbaycanımızın ilk snayperçi xanımı, "xala
qızı" ləqəbli Qarabağ müharibəsi veteranı Növrəstə Yusiflini və sair və
sair qəhrəman qadınlarımızı tanımamış
olmazsan. Bilərəkdən Azərbaycanın süvrenliyi və ərazi bütövlüyü uğrunda vuruşan qadınlarımızı təhqir etmək dövlətçiliyimizə,
ərazi bütövlüyümüzə, xalqımıza nifrət və düşmənçilik hissindən qaynaqlanır. Cümşüd
Nuriyev Azərbaycanlı olduğun üçün utanıram. Öz növbəmdə isə Qarabağımızda və
ümumuiiyətlə müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda bizimlə çiyin-çiyinə vuruşan
qadınlarımıza müraciət edib deyirəm-siz bizim baş tacımızsınız, sizn qədrinizi əsl
veteran, qazilər və qədirbilən Azərbaycan xalqı bilir.
Əgər Cümşüd Nuriyev əsl veteran olsaydı-Azərbaycan
qadınlarının qəhrəmanlıqlarını gözü ilə görərdi və belə danışmazdı.”
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий