Tanınmış
hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin
üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov 12 aprel “kosmonavtika günü”nə dair fikirlərini
oxucularımızla bölüşdürüb. Həmin yazını təqdim edirik.
“12 aprel
1961-ci il tarixdə dünyada ilk dəfə Sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1”
kosmik raketdə yerin orbitini 1 saat 48 dəqiqəyə dövr etdi. Həmin tarix SSRİ
dövründə “kosmonavtika günü” kimi tarixə düşdü və 12 aprel “kosmanavtika günü”
kimi qeyd olunur. Bu tarixinin qeyd olunması biz azəri türkləri üçündə çox
vacibdir belə ki, kosmik orbitə çıxaraq dövr etmiş Yuri Qaqarin milliyyətə rus
olsa da Sovet vətəndaşı və Sovet ölkəsinin nümayəndəsi idi. Biz, Azərbaycan
Respublikası həmin dövrdə Sovetlər birliyinin 15 müttəfiq respublikalardan biri
idik. Sovetlər ittifaqının kosmos proqramının yaranmasına və inkişafına
xüsusi texniki və elmi töhfələr vermiş
sovet vətəndaşları olan azəri türklərinin xidmətləri əvəzsizdir.
Sovet
dövrünün ən məxfi və xüsusi mühafizə olunan şəxslərin önündə olan milliyyətə azəri
türkü olan Sovet Kosmik Sənaye Kompleksinin yaradıçılarından biri, Sosialist Əməyi
Qəhrəmanı, Lenin, Stalin və SSRİ laureatı General-Leytenant Kərimov Kərim Abbasəli
oğlunun kosmos sənayesinin inkişafında xidmətləri heç bir şəxsin xidmətləri ilə
müqayisə edilə bilməz.
1960-cı ildən
başlayaraq SSRİ Kosmik sənayesində də yüksək vəzifələrdə və 1966-cı ildən
1991-ci ilə kimi SSRi pilotlu kosmik raketlərin sınaq və uçuş komissiyasının sədri
kimi 25 il fəaliyyət göstərmişdir. Komissiyanın SSRİ Elmlər Akademiyasının Prezidenti, SSRİ
Müdafiə Naziri kimi digər nazirlər olmaqla 50 komissiya üzvü var idi. Eləcədə Kərimova
minlərlə müəssisələr məxfi məlumatlar verirdilər. Kərim Kərimov Serqey Korolyov
ilə birgə çalışmışdı. Kərim Kərimovun V.P. Mişın, V.P. Qluşko, Y.P Semyonov kimi müavinləri olmuşdur. Bu
adlara baxanda və belə şəxslərin K. Kərimovun müavini olduğunu dərk edəndə K. Kərimovun
hansı ölçüdə olmasını anlamaq çətin deyil. K. Kərimov SSRİ Kosmik sənayesinin
yaradıcısı və komissiya sədri kimi bu
postu ən uzun müddətə yəni 25 il tutmuş yeganə şəxsdir.
2001-ci ildə
Rusiya Prezidenti V.V. Putin Kərim Kərimovun Rusiya kosmik sənayesinin və
kosmonavtikasının yaradıcısı və
inkişafınada şəxsi xidmətinə görə Kərim Kərimovu “Vətənə xidmətlərinə görə”
Ordeni ilə təltif etmişdir.
Müstəqiliyimiz
dövründə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan kosmik sənayesinin
inkişafına görə Kərim Kərimov “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan
Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi.
03.05.2010-cu
ildə Azərbaycan Respublikasının Rezidenti İlham Əliyevin sərəncamı ilə “Azərkosmos”
yaradıldı. Hal-hazırda ölkəmizdə kosmik sahədə müvəffəqiyyətli irəliləyişlər əldə
etmiş və uğurlu kosmik nailiyyətlər əldə
etmişdir. Etnik azəri türklərindən ibarət bu kosmik təşkilat özünü
doğrultmuşdur. Beynəlxalq
Telekommunikasiya İttifaqı 3 orbital sahəni Azərbaycanın mülkiyyətinə verib.
Onların ikisi ölkənin daxili tələbləri üçün, biri isə beynəlxalq istifadə üçün
nəzərdə tutulub. 08.02.2013-cü ildə Azərbaycan özünün ilk süni peykini kosmik
orbitə bununla da müstəqil Azərbaycanımızın kosmik dövlətlər sırasında yer
aldı. Hal-hazırda Azərbaycan
Respublikasının fəaliyyətdə olan
üç süni kosmik peyki var.
Dünyada ən məxfi və qorunan şəxslərdən biri SSRİ Kosmik Sənayesinin
yaradıcısı Kərim Kərimov etnik mənşəcə azəri türküdür. Kərim Kərimov nəinki
SSRİ, dünya, eləcədə Azərbaycan kosmik sənayesinin
inkişafına görə xüsusi xidmətlərə malikdir. Kərim Kərimov dünyaya kosmik sahədə
heç bir kəslə müqayisə olunmayacaq səviyyəsindədir. Çox yaxşı olar ki, “Azərkosmos”
dahi Kərim Kərimovun adını daşısın. Bununla biz dünya kosmonavtikasının azəri
türkünün adı ilə bağlılığını göstərər və dahi həmvətənimizin şəxsinə və ruhuna
ehtiramımızı bildirərik”
Xatlrladaq ki, sözü gedən təklif 12.04.2019 tarixdə KİV-də, elektron mediada və sosial şəbəkədə geniş işıqlandırılmış və müzakirə edilmişdir.
Kərim Kərimov 14 noyabr 1917-ci ildə Bakı şəhərində anadan olub, 29 mart 2003-cü ildə Moskva şəhərində vəfat edib. Allah rəhmət eləsin!
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий