Поиск по этому сайту

среда, 30 марта 2022 г.

31 Mart soyqrımı - tarixin yaddaşı


 Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, 31 Mart Azırbaycanlıların soyqrımı kimi taruxə düşmüş insanlığ əlehinə olan bu cinayət, bolşeviklərin Qafqaz üzrə nümayəndəsi millətçi erməni Stepan Şaumyanın rəhbərliyi ilə erməni millətçi Daşnaqstyun terror təşkilatının bolşeviklərlə birgə həyata keçmişdir.
Sonradan Azərbaycanda Xalq Cumhuriyyətinin qurulması, Bakının və digər regionların azad edilməsi 31 mart Azərbaycanlıların soyqırımının ağır siyasi nəticələrini aradan qaldıra bildi. Ermənilər XX əsrdə Azərbaycanlılara qarşı məlum olan və rəsmən tanınmış 4 soyqırım faciəsi həyata keçirib. Azərbaycan xalqı bu ağır fəlakətlərin təkrarlanmaması üçün nəticə çıxarmalı, tarixi ədaləti bərpa etməlidir, əks halda tarix təkrarlana bilər. Əldə etdiyimiz müstəqilliyimiz bir dövlət olaraq milli haqqımızı, ədaləti bərpa etməyə imkan verir.
Allah şəhidlərimizə rəhmət eləsin! Müstəqilliyimiz əbədi, Vətənimiz bütöv, Dövlətimiz qüdrətli, Xalqımız xoşbəxt olsun.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
2019

Rusiya, sənin özünü qoruyan lazımdı, sən kimə hədə gəlirsən?


 


Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Rusiya dövlət televiziya kanalında Olqa Skabayeva və Yevgeni Popovun təbliğatçı "60 dəqiqə" verlişində Azərbaycan ordusunun Fərrux dağında və eyni adlı kəndində möhkəmlənməsinə:

“Azərbaycanlılar açıq şəkildə sülhü pozublar. Bizimkilər dedi ki, biz danışdıq, onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər. Bu, Amerika və Türk aqressiya siyasətidir və Türkiyənin dövlət adlanırdığımız əlaltılarının davranışları bugünkü gündə real təhlükədir. Əgər bu, sərt və birmənalı şəkildə cəzalandırılmazsa… Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu etməsək, biz olmayacağıq” kimi sərsəm münasibət bildirib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov: "Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanın neft infrastrukturunun vurulmasına çağırması Rusiya hakimiyyətinin mövqeyinə uyğun deyil. Bu bəyanat Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun deyil, uyğun gələ də bilməz. Bu bəyanat daha çox aşıb-daşan şəxsi emosiyalarla bağlıdır”- deyə bildirib.

Deputat Delyaqin özü də dediklərinə görə Azəbaycan xalqından üzr istəyib.

Əvvəla, Peskovun açıqlaması, Delyaqinin üzrxahlığı mahiyyətcə diplomatik riyakarlıqdır ona görə ki, deputat Delyaqin Rusiya Təhlükəsizlik Şurasının (TŞ) elmi mərkəzinin üzvü, Dövlət Dumasının komitə sədrinin müavinidir yəni, Rusiya dövlətinin nümayəndəsi kimi rəsmi şəxsdir. Bu isə o deməkdir ki, Delyaqin bilikli, təcrübəli rəsmi şəxs kimi, Azərbaycan barəsində belə sərsəm açıqlamaları təsadüfən verə bilməzdi və sözsüz ki, TŞ-nın məsul əməkdaşı kimi bunu özbaşına etmək iqtidarında deyil və həm də Rusiyanın dövlət kanalında.

Sözsüz ki, Rusiya hakimiyyəti deputat Delyaqinin dili ilə Azərbaycana apardığı müstəqil siyasətə görə narahatçılıq keçirdiyini büruzə və həm də etiraf edir. Eyni zamanda da bu həm də onu göstərir ki, Rusiya Azərbaycanın nəinki regionda dünyada artan nüfuzundan bərk-bərk ehtiyat edir. Deputat Delyaqinin sərsəm açıqlaması, Ukrayna prezidenti Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək verdiyi siyasi dəstək, göstərdiyi köməyə təşəkkürünü bildirəndən və rus "sülhməramlılarının" Qarabağ iqtisadi zonasında Fərrux əməliyyatına görə Rusiya Müdafiə Nazirliyinin yalanını ifşa etdikdən və geri çəkilməyə məcbur qoyduğundan sonra deputat Delyaqinin sərsəm açıqlaması şübhəsiz ki, onun özünün yox Rusiya dövlətinin işğalçı mahiyyətinə uyğun reaksiyası idi.

Hər şey gün kimi aydındır. Rusiya uğursuzluğa yuvarlandıqca, nüfuzdan düşdükcə daha da aqresivləşəcək, hikkəsinə sahib ola bilməyəcək, hədə-qorxu ritorikasının həddi-səddi olmayacaq.

O ki, qaldı Delyaqinin təhdidlərinə, ümumiyyətlə Azərbaycan xalqı, dövləti Rusiya tərəfindən təhdidlərə vərdişkardır və əvvəllər belə təhdidlər müəyyən effekt versə də, son dövürdə rus təhdidinin, basqısının heç bir təsir qüvvəsi yoxdur. Aprel göyüşləri, Günnük əməliyyatı, Tovuz döyüşləri, 44 günlük müharibə, Qənimətlər Parkı, Fərrux əməliyyatı və davam edən Rusiyanın Ukraynadakı aqibəti onu sübut edir ki, rusun özünü müdafiə edən lazımdır, Rusiya o gündədir ki, Ermənistanın 4 qırıcısına möhtac qalıb, bu birincisi.

İkincisi, Rusiyanın üstümüzə gələcəyi varsa, əlimizdən yeni görəcəyi də var.

Üçüncüsü, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya kimi real və etibarlı müttəfiqləri, Rusiyanın isə Suriya, Belorusiya, Ermənistan kimi çarəsiz əl çalanları var.

Kiyevi 12 saata tutacağı ilə hədələyən və 64 km uzunluqda hərbi kalonla Kiyevə yol tutan Rusiyanın 35 gündü nə yolu bitir, nə də o kalonu tapılır. Delyaqin kimilərə Bakıda Qənimətlər Parkını bir dəfə görmək kifayət edir ki, bir daha Azərbaycana "kosa" baxmasın.

Allah Azərbaycan dövlətini qorusun, ordumuz həmişə müzəffər, xalqımız daima qalib olsun inşəAllah.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, hüquqşünas.

29.03.2022

 

Azərbaycana Ermənistanla sülh müqaviləsi lazımdırmı?

 


Son günlər Xankəndində və ətraf ərazilərdə baş verən məlum proseslər və Azərbaycan ordusunun dislokasiya məntəqələrinin yerdətişməsi fonunda belə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair müzakirələr səngimir.

Əvvəllər də qeyd etdiyim kimi, şəxsimdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tez bir zamanda bağlanmasının əleyhinəyəm . Gələcək geosiyasi proseslərsən asılı olaraq əsas hədəflərimizə çatmaq üçün ümumən Ermənistanla sülh müqaviləsinin bağlanmasından tam imtina da etmək olar.

Fikirlərimi izah etmək üçün əvvəla qeyd edim ki, dövlətimizin Ermənistanla sülh müqaviləsinin mümkünlüyünün müzakirə edilməsi prosesi düzgün strategiya və siyasi gedişdir. Sülh müqaviləsinin bağlanması prosesinin mümkün qədər çox uzadılması əslində Azərbaycan böyük hədəflərinə çatmaq imkanını qoruyur.

Birinci ən vacib şərt, əgər Azərbaycan Ermənistan arasında mümkün sülh müqaviləsinin müzakirəsi konkret tarixindən asılı olmayaraq SSRİ dövrünə aid xəritlərə uyğun aparılırsa, bu Azərbaycanın maraqlarına uyğun deyil ona görə ki, bu SSRİ dövründə Azərbaycanın Zəngəzur da daxil olmaqla digər əraziləri Azərbaycanın razılığı və imzası olmadan Rusiya hakimiyyəti tərəfindən Ermənistana qanunsuz verilmiş-bəxşiş edilmiş 10 minlərlə kv.km ərazilərimizdən imtina etmək deməkdir və həmin ərazilərimizin Ermənistana verilməsini rəsmən qanuniləşdirmiş oluruq.

İkincisi, bəzi analitiklərin fikrincə, Ermənistanla sülh müqaviləsi Qarabağda separatizmin boğulması deməkdir. Təbii ki, belədir, ancaq çox təəssüf ki, Ermənistanla sülh müqaviləsi Qarabağda separatizmin yaradıcısı və moderatoru Rusiyanı istəyindən çəkindirici hüquqi vasitə ola bilməz. Ermənistan faktiki Rusiyanın nəzarətində olsa da Ermənistanla sülh müqaviləsi Ermənistana aiddir, Rusiyaya yox, nə də Fransaya, ABŞ-a, İrana yox hərçənd ki, Qarabağda yaşayan ermənilər istənilən dövlət və qrup tərəfindən separatizm havasına oynadıla bilər. Digər tərəfdən İranla normallaşan münadibərlərimiz İran-fars xislətini dəyişdirmək gücündə deyil. Fransa, ABŞ və sair bəzi dövlətlər haqqında artıq sözə ehtiyac yoxdur. Yəni ki, Ermənistanla sülh müqaviləsi Qarabağda erməni separatizmin sonu demək deyil.

Tarixin elə bir dövrüdür ki, Azərbaycanın daha böyük hədəfləri üçün real imkanlar yaranıb hansı ki, xalqlara belə imkanlar əsrlər boyu nəsib olmur.

Rusiya işğalçılıq mahiyyət və xarakterinə uyğun illərlə hazırlanmış Ukrayna tələsinə salındı və Rusiyanın məhvi geriyədönməz proses alıb. Təbii ki, ən azı Rusiyanın zəifləməsindən sonra, erməni probleminin tamam ilə həlli də o qədər asanlaşacaq.

Rusiya ilə Qərbin "hesabı" bitənədək və yaxud Azərbaycan üçün daha da əlverişli şərait yarananadək, Ermənistanla sülh müqaviləsinin bağlanması məsələsinin siyasi gündəmdə saxlamaq daha düzgündür. 1920-ci il Paris Sülh Konfransı tərəfindən tanınmış Azərbaycan və Ermənistan sərhədləri daxilində sülh müqaviləsini bağlanması həm mümkün, həm də ədalətli olardı.

Azərbaycan dövləti, xalqı siyasi əxlaq, diplomatik mədəniyyət sahibi və sözünün ağası kimi, tarixdə özünə məxsus nüfuzu ilə tanınır. Bu yerdə Cənab prezident İlham Əliyevin "sözümüz imzamız kimi etibarlıdır" kəlməsini qeyd etmək lap yerinə düşər və hansı ki, xalqımızın mənəviyyatının, dövlətimizin dürüstlüyünün göstərcisidir. İndiki şəraitdə, əgər Azərbaycan SSRİ dövrünə uyğun sərhədlər daxilində Ermənistanla sülh müqaviləsi bağlayarsa, gəkəcəkdə geosiyasi şərait əsaslı şəkildə Azərbaycanın xeyrinə dəyişsə də belə, SSRİ dövründə qanunsuz verilmiş ərazilərimizi geri qaytarmaq siyasi, hüquqi və eləcə də mənəvi çətinliklər yarada bilər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında tələsik sülh müüaviləsinin bağlanmasın əleyhinə, danışıqların isə aramla, səbrlə aparılmasının leyhinəyəm.

 

Vüqar Dadaşov

Qarabağ qazisi, hüquqşünas

29.03.2022

 

Azərbaycanı nə ABŞ, nə Fransa, nə də Rusiya durdura bilməz!

 


Rusiyanın "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi və Azərbaycan Ordusunun dislokasiya yerlərinin və mövqelərinin yerdəyişməsinə etirazı başlanan prosesi dayandıra bilməz. Sözsüz ki, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə nazirliyinə məlum açıqlamasına görə yerini göstərməsi də elə bunun sübutudur.

Digər tərəfdən, Rusiya nümayəndə heyyətinin Azərbaycan Ordusunun Qərargah rəisi Kərim Vəliyevlə görüşərək erməni silahlılarının çıxarılmasının müzakirə etməsi, Ukraynada məğlub rus müdafiə naziri Serqey Şoyqunun Qalib Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığı, "Azərqaz"ın Xankəndinin qazla təmin edəcəyi barədə açıqlaması, Fərrux dağının və ətraf ərazilərin erməni silahlılardan təmizlənməsi ona sübutdur ki, Azərbaycan bütün hədəflərinə və məqsədlərinə inamla irəlləyir və məqsədimizə çatmağa heç kim mane ola bilməz.

Başqa bir məqam da ondan ibarətdir ki, Rusiya Ukraynada məğlub edildiyindən Putin hakimiyyəti əsaslı laxlamış və Rusiyanın parçalanmasının real prosesi başlandığı bir zamanda, bütün dünyadan təcrid edilmiş, təklənmiş və iqtisadiyadı məhv edilmiş halda, Rusiya-Putin ümid və nəfəslik yeri Türkiyə və Azərbaycanla münasibətləri korlamaq istəməz və təbii ki, Azərbaycanın istəklərinə qarşı çıxmaq heç də Rusiya üçün müsbət nəticələr verə bilməz hərçənd ki, 10 noyabr 2020, 22 fevral 2022 Moskva bəyanatları Azərbaycan üçün bu əməliyyatları keçirə biləcəyini labüd edir.

Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını öz maraqlarına zidd hesab edir və Qarabağ məsələsinin tam həllini istəməsə də ondan, yəni Rusiyanın iradəsindən asılı olmayan siyasi şərait və hərbi reallığa görə proseslərə istədiyi kimi müdaxilə imkanından məhrumdur. Bu fonda Rusiya Azərbaycana öz loyall münasibəti görünüşünü yaratmaq üçün formal razılığını verməyə məcbur duruma düşüb.

O ki, qaldı ABŞ-a, Fransaya və digərlərinə, Qərbin Rusiya ilə faktikil müharibəsi şəraitində, Avropanın enerji və iqtisadi təhlükəsizliyinin təminatı üçün real imkana, infrastruktura malik Azərbaycanın önəmini inanılmaz səviyyədə artırıb. Nəzərə alsaq ki, 22 fevral 2022-ci il Moskva bəyannaməsi Azərbaycanı Avropanın enerji təhlükəsizliyi məsələsində də çəkindirici hal ola bilər. Odur ki, Qərb o cümlədən ABŞ və Fransa da çətin ki, formal narazılıqdan o tərəfə keçsin. Geosiyasi vəziyyət o səviyyədədir ki, nə ABŞ, nə Fransa, nə də Rusiya Azərbaycanı öz maraqlarının təminindən çəkindirə bilməz.

Dünya da baş verən proseslər Rusiyanın özünü yemə çevirib və sözsüz ki, Rusiya və Putin əsl həqiqətdə öz haylarında və biabırçı aqibətlərinin sonluğunu əngələmək yollarının axtarışındadır.

Qısaca qənaət ondan ibarətdir ki, Azərbaycan daha böyük hədəflərə çatmaq üçün hərəkətə keçib nəinki, Xankədi və ətraf ərazilər. Bu işdə tarixin özü Azərbaycana müttəfiqdir.

 

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq

27.03.2022

 

вторник, 22 марта 2022 г.

Müharibədən sonra Rusiya və Putin...

 


Rusiyanın Ukrayna təcavüzünün ümumi hərbi və siyasi nəticələri açıq şəkildə əksər hallarda düzdün təsvir edilir. Sözsüz ki, Rusiya üçün Ukrayna tələsi Rusiyanın işğalçılıq mahiyyəti və Putinin şəxsi xüsusiyyətlərinə uyğun hazırlanıb və təbii ki, bu tələdən Rusiyanın salamat çıxmasına imkan verilməyəcək. Bu barədə hələ müharibədən əvvələr dəfələrlə yazmışam, çıxış etmişəm. Mübahisəsiz və mübağiləsiz bir cümlə ilə qeyd edim ki, Rusiya adlı bir dövlətin dövrü bitib və Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu mümkün deyil.

Sözsüz ki, bu proses böyük olmayan bir zaman daxilində baş verəcək və proseslər artıq geriyədönməz axarındadır. Rusiya Ukrayna müharibəsindən sonra dünyanın mənzərəsi, SSRİ-nin dağılmasından sonra yaranmış beynəlxalq vəziyyətdən də siyasi baxımdan mürəkkəb olacaq.

Bəs, Putinin öz şəxsi taleyi necə olacaq? Bu suala cavab verəcək və ya proqnozlar irəli sürə biləcək şəxslər ehtiyatı davranmaqla gözləmə mövqeyindədirlər. Şəxsimə gəldikdə isə, qənaətim belədir.

Əvvəla, ruslar özü Rusiyanın indi düşdüyü rüsvayçı aqibətinə, Ukraynada biabırçı məğlubiyyətinə görə Putini heç bir halda bağışlayan deyil. Putinun şəxsi üçün əsas təhlükə xaricdən yox, məhz daxildəndir və Putin də bynu gözəl anlayır. Rus generalların müharibə etməkdən imtinası, əhalinin müharubəyə qarşı çıxması, rus ziyalılarının, mədəniyyət və incəsənət xadimlərinin kütləvi etirazı və ölkəni tərk etməsi əlbəttə ki, Putini Rusiya hakimiyyətinin başında qalmasını mümkünsüz edib. Rusiya da daxil olmaqla dünyanı nüvə müharibəsi ilə məhv astanasına gətirmiş Putin artıq adekvat insan çərçivəsundən çox uzaqlaşıb.

Kiyevi 12 saata tutacağı ilə öyünən Putin bir aya yaxındır ki, Kiyevə girməyə cəhd edir. Aristoviçin dediyi kimi, ruslar Kiyevə girə bilər, ancaq çıxa bilməzlər. 15 min əsgər itkisi verən, ordu gücün və umumi hərbi texnikasının 90%-ni itirmiş Rusiya eyni zamanda Ukraynada hərbi cinayətlər törədir, qadağan edilmiş silahlardan istifadə edir, kütləvi sivil əhalini qətlə yetirir, infrastrukturu dağıdır, yerli əhalini girov götürərək Rusiya ərazisinə məcburi köçürür və sair insanlığa qarşı cinayətlər törədilir.

Putin nəyin bahasına olursa-olsun məğlubiyyətini gizlətməyə çalışır, müharibəni mənasız uzadır və bunu qəbul edə bilmir ki, artıq məğlub olub və hətta bundan sonra müəyyən hərbi qələbə qazansa belə məğlub olan məhz Rusiyadır. Putin, ən dəhşətlisi isə iki yaxın xalqı bir-birinə qanlı düşmənə çevirməklə Rusiyaya tarixin ən böyük zərbəsini vurub çünki, rus dövlətçilyi, hegemonluğu məhz Ukrayna ilə birlikdən keçib. Putin bu genetik birliyi məhv etdi.

Dünyanın Rusiya qarşı iqtisadi, diplomatik sanksiyaları misli görünməmiş səviyyədədir. Bu tədbirlər nəticəsində Rusiya iqtisadiyyatı ən azı 20-30 il geri düşüb, rus rublu ölü və dəyərsiz hala salınıb və proses daha acınacaqlı istiqamətdə inkişaf edir.

Qısa olaraq qənaətim belədir ki, ruslar Rusiyanın aqibətinə görə (Qərbin Ukrayna tələsinin məqsədi Rusiyanı dağıtmaqdır), dünya isə müharibə cinayətlərinə görə Putinə onun özünün layiq olduğu cəzanı verəcəkdir. Putinin mühakimə edilməsi, onun üçün nisbətən yaxşı taleh ola bilər hansı ki, Putinin mühakiməsi həm Rusiya daxilində rusların özü tərəfindən, pis halda isə beynəlxalq tribunada keçirilə bilər. Hərçənd ki, Vladimir Putinin mühakimə mərhələsinə çıxmacağına imkanının olacağı inandırıcı görünmür.




Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq.

22.03.2022

Ərdoğan Putinin xilaskarı niyə olsun ki? Vüqar Dadaşov...

 


Putinin Ukrayna avantiyurasının təhrikçisi sözsüz ki, ilk növbədə Rusiya adlı dövlətin tarixi işğalçılıq mahiyyətidir. Qərb Rusiyanın işğalçılıq, Putinin isə "bandit" xüsusiyərlərindən istifadə edərək Rusiyanı illərlə hazırlanmış Ukrayna tələsinə çəkə bildi və hansı ki, Rusiyanın bu tələdən salamat çıxması qeyri mümkündür.

Putini Ukrayna tələsinə şirnikləndirən onun cavabsız və cəzasız qalan əsas üç uğurlu hərbi-siyasi müdaxiləsi və təcavüzüdür.

Əvvəlcə Rusiya tərəfindən Krımın ilhaqı, ardınca Doneçck və Luqansk vilayətlərin işğalı, sonra Belarusiyada prezident seçkilərində qalib gəlmiş Tixanovskayanı devirərək Lukaşenkonu hakimiyyətə qaytarması və ən nəhayət Qazaxıstanda faktiki dövlət çevrilişi edərək Nursultan Nazarbayevin real hakimiyyətdən uzaqlaşdırılması Putinə "ona hər şey olar" illüziyası yaratdı.

Qazaxıstanda yanvar çevrilişi ilə Putin əslində Böyük Turan ideyasına zərbə vurmaq niyyətində idi. Böyük Turan ideyasının əsas simalarından olan, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin faktiki Qazaxıstan hakimiyyətdən uzaqlaşdırılması sözsüz ki, Rusiyanın maraqlarının təmin edilməsi idi. Rus dilindən imtina, latın qrafikasına keçid, ölkədə Türkiyənin təsirinin və Turançılıq ideyasının reallaşmasını təbii ki, Putini Qazaxıstanda prezident Tokayevin xəyanəti ilə Nursultan Nazarbayev uzaqlaşdırılması ilə əngələmək olardı. Putin Qazaxıstanda istəyinə nail olaraq Ərdoğanı bir addım qabaqlamış oldu.

Cənab Ərdoğan isə Putinin bu gedişinə Ukrayna cəbhəsi ilə mükəmməl cavab verə bildi. Dünyaya hərbi gücü ilə meydan oxuyan Rusiya rəzil gününə salındı, rüsvay edildi. Təkcə bir fakt: Rusiya sərhəddindən Ukrayna paytaxtı Kiyevə qədər uzanan 64 km uzunluqda olan Rusiyanın hərbi kolonu Türkiyənin Bayraktarları ilə qara metalloma çevrildi. Kiyevi 12 saata tutacağını sinəsinə dötərək Makrona hədə gələn Putin 20 günə bir dənə də olsun Ukraynanın böyük şəhərini işğal edə bilmədi.

13000 işğalçı əsgər itkisi verən, ordu gücünün 90%-ni itirən Rusiya və Putin çarəsiz, rəzil günə düşərək biabır oldu. Çinin Rusiyaya hərbi yardım etməkdən imtuna etməsi, KTMT üzvlərinin müharibəyə qoşulmaması Putini məğlubiyyətlə üz-üzə qoyub. Rusiyanın Ukrayna təcavüzünü davam etdirməsinə nə hərbi gücü, nə də iqtisadi imkanları qalmayıb. Müharibə davam edərsə deməli, Putin hakimiyyətinin sonu, Rusiyanın isə dağılması daha tez baş tutacaq.

Antaliyada Nursultan Nazarbayevin ən yüksək səviyyədə qəbul edilməsi, ardınca Putinin Ərdoğanla telefon danışığından sonra Putinin Ukrayna prezidenti Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Bu isə o deməkdir ki, müharibə dayandırıla, Rusiyanın rüsvayçı məğlubiyyəti maskalana bilər, Putinə siyasi-diplomatik manevr imkanları verilməklə Putinin hakimiyyətinin surətli sonluğunu müəyyən müddətə saxlamaq olar.

Ərdoğan bu şansı Putinə niyə və hansı şərtlərlə verir ki? Təbii ki, danışıqlar və şərtlər haqda müxtəlif təxminlər etmək olar. Düşünürəm ki, Şuşa Bəyannaməsini nəzərə alsaq Azərbaycanının Xankəndi və ətraf ərazilərdə suverenliyinin təmin edilməsi, erməni silahlıların çıxarılması, Laçın dəhlizinin Azərbaycanın qanuni nəzarətinə keçməsi, rus "sülhməramlılarının" çıxarılması kimi şərtlər həmin şansın qarşı tərəzi gözündə çəkiyə malikdir.

Ərdoğan Nazarbəyovu yüksək səviyyədə qəbul etdikdən dərhal sonra Qazaxıstanda hakimiyyəti əlində cəmləmiş Tokayev Nursultan Nazarbayevin qardaşı oğlunu korrupsiya ittihamı ilə həbs etdirdi. Tokayev Ərdoğan Putin razılaşmasından narahat qalıbsa deməli, həmin "şansın" tərəzi gözündə Qazaxıstan və Tokayev məsələsi də var. Məsələ ilə bağlı Türkmənistanda prezident seçkilərində Qurbanqulu Berdiməhəmədov hakimiyyəti oğlu, turançı ideyasının aşiqlərindən biri sayılan Sərdar Berdiməhəmədova ötürməsi xoş xəbərlərdəndir.

Putinə xilas olmaq şansının verilməsi heç də "havayı" deyil. Müzakirə edilən məsələlər bu gün ortaya çıxmış problemlər deyil və təbii ki, 2-ci dünya müharibəsindən sonra yeni dünya düzəni, siyasi xəritəsi çəkilir. Müttəfiqlərlər, hədəflər də müəyyən edilib. Böyük Britaniya, Türkiyə, Azərbaycan, İsrail bir təfəfin əsas oyunçularıdır. Dünyanın bölüşdürülməsi məsələsi ilə bağlı 2021-ci ildə çap edilmiş "Bizim tarix" adlı kitabımda bəhs etmişəm.

Odur ki, proseslər müəyyən ssenari üzrə inkişaf edir edir və sevindirici hal ondadır ki, tarix Azərbaycana öz keçmiş əzəmətini qaytarmaq şansı verir.

Vüqar Dadaşov

MCP SŞ-nın üzvü, politoloq

15.03.2022

суббота, 12 марта 2022 г.

Xankəndidə antiterror əməliyyatları mükündürmü və nə vaxt?

 


Rusiyanın Ukraynaya təcavüzü dünya gündəmində əsas mövzu olaraq qalır. Bu fonda Azərbaycanda Xankəndidə separatçı rejimlə bağlı və ümumən Azərbaycan Ermənistan münasibətləri müəyyən qədər kölgədə qalmış olsa da əslində, Ukrayna səhnəsində eyni zamanda da Azərbaycanın Xankəndində separatçı rejimin və orada yerləşən rus "sülhməramlılarının" taleyi həll olunur. Açıq etiraf etməsək də, həqiqət belədir.

Azərbaycanla Rusiya arasında bağlanmış 22.02.2022 tarixli Moskva bəyannaməsi bir tərəfdən Azərbaycan üçün neytrallaşdırıcı sənəd kimi, özündə həm də qarşılıqlı olaraq separatçı rejimlərlə bağlı və eləcə də milli təhlükəsizlik məsələlərin həllini ehtiva edir.
Ermənistan baş naziri Nikol Paşinyan son zamanlarda Azərbaycanla sülh müqaviləsinə hazır olduğunu təkrar-təkrar səsləndirməsi də bilavəsitə Rusiyanın dəhşətli sonluğu qorxusu ilə bağlı məsələdir baxmayaraq ki, Paşinyan Rusiyanın Ukrayna təcavüzünə qədər də belə fikir səsləndirmişdi. Ancaq indi Ukrayna istiqamətində Rusiyanın təxmin edilən yekun məğlubiyyəti Ermənistanı SSRİ dövrünə aid sərhədlərini sığortalamaq üçün maraqlı tərəfə çevirib. Məsələ burasındadır ki, Ermənistanın son təxribatları, yeni cəbhə xəttinin yaradılmasına cəhdlər əslində Azərbaycanla sülh razılaşmasınında müddəaların ermənilərin xeyirlərinə müəyyən qədərdə olsa yaxşılaşdırılmasına hesabdır.
Rusiya bütün gücünün 90%-nin Ukraynada itirib rüsvayçı hala düşdüydən və Xankəndidə tərəfli mövqe tutan rus "sülhməralıların" Ukraynaya göndərilməsi Ermənistanı və Xankəndidə olan separatçı rejimi köməksiz və çarəsiz hala salıb. Sülh müqaviləsi haqqında Ermənistanın söhbətləri həm də köməksiz qalan separatçı rejiminə qarşı antiterror əməliyyatların əngələmək məqsədi daşıyır.
10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamə, 22 fevral 2022-ci il Moskva bəyannaməsi, Rusiyanın Ukrayna rüsvayçılığı Ermənistanın və separatçı rejimin təxribatları, Azərbaycan Müdafiə Nazirliyininn ardıcıl açıqlamaları Azərbaycan ordusunun Xankəndidə və ətraf ərazilərdə antiterror əməliyyatların keçirəcəyini şərtləndirir.
Havaların istləşməsindən və Rusiya Ukrayna müharibəsində müəyyən aydınlıqdan sonra Azərbaycan antiterror əməliyyatları keçirə bilər. Amma, bu əməliyyatlar çətin ki, bir mərhələdən ibarət olsun.

пятница, 11 марта 2022 г.

Rusiya təcavüzü - Dünya liderlərinin qətiətsizliyinin səbəbi...



Rusiya prezidenti Vladimir Putin Ukraynaya təcavüzünün, umimiyyətlə şəxsi aqresiv davranışı və siyasi avantyuralarının əsas səbəblərindən sözsüz ki, Rusiya dövlətinin işğalçılıq mahiyyəti, Qərbin "xidməti" və planları ilə yanaşı Putinin özünün şəxsi barədə psixaloji dirumudur. Məsələ ondadır ki, Putin rus düşüncə tərzinə uyğun olaraq özünə və dövlətinə səmumi "böyük qardaş" yanaşmasından məhrum edildiyindən özünə istədiyi xüsusi diqqəti görmür. Dünya liderləri arasında Putinə olan diqqət hakimiyyətinin ilk illərindən başlayaraq 2010-cu ilə kimi yüksək səviyyədə idi.
Lakin, Putin tədricən öz şəxsi bandit xüsusuyyətlərini, diktatorluq nəfsini göstərməyə başladı, daha doğrusu bu xislətini gizlədə bilmədi. Dövlət başçısı kimi, dünya liderləri ilə görüşləri ancaq problemlərin həlli ilə bağlı görüşlərdən ibarət olub. Yüksək səviyyədə Putin xarici dövlət başçıları tərəfindən dəvət edilmir. Onun görüşləri əsasən keçmiş SSRİ respublikalarının başçıları ilə baş tutur. Artıq Putin dünya liderlərindən biri kimi diqqət mərkəzində deyil və onunla görüşmək, təmasda olmaq istəyən liderlərin sayı bir əlin barmaq sayına qədər azalıb. Tənhalıq, hörmətsizlik Putinin qeyri adekvat hərəkətlərinin mühərrikinə çevrilib.
Qısası, Pütin diqqətdən kənar və arzu olunmaz şəxsdir və bu hal ona olduqca mənfi psixaloji təsir edir. Yeri gəlmişkən, Prezident kürsüsündən bərk-bərk yapışması və bunun üçün Rusiya Konstitusiyasını üç dəfə dəyişdirmiş Putin öz şəxsiyyətinə pərəstiş düşüncəsi ilə yaşadığını sübut edir. Putin daimi özünə diqqət təlabatını saxlamaq üçün ağılasığmaz üsüllardan, müharibələrdən, hərbi müdaxilə və hərbi aqresiyadan istifadə edir. Hətta Putin bütün rəsmi görüşlərində tərəf müqabilini gözlətdirməklə özünün xüsusiliyini, fərqliliyini göstərməyə çalışıb.
Müstəqil və nüfuzlu beynəlxalq səviyyəli psixoloqların, ekspertlərin qənaətinə görə Putində psixaloji xəstəliklərin əlamətləri kritik həddədir və onun pisixi durumu yerində deyil. Mənzərə bu boyda dünyanın pisixi durumu yerində olmayan bir adamın əlində "mətəl" qalması kimi görünür. Dünya liderlərinin qətiətsizliyi əslində əsas mətləbdən xəbər verir. Heç şübhəsiz ki, Qərb bu qanlı təcavüzün uzanmasında və dərinləşməsində çox maraqlıdır. Rusiyanın gücsüzləşməsi, Putinin devrilməsi və ölkənin parçalanması əsas hədəf və məqsəd olaraq qalır.
Sözsüz ki, Rusiya imperiyasının dağılması tarixi zərurət və geriyə dönməz prosesdir. Çox təəsüf ki, bu məqsəd üçün butün dünya risk altına düşüb.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
03.03.2022.