Поиск по этому сайту

суббота, 25 января 2020 г.

72 saylı Yardımlı-Masallı SD-dən deputatlığa namizəd APREL QƏHRƏMANI Xəqani Cəfərova dəstək verək


2016-cı il Aprel ayında 4 günlük müharibə kimi tarixə düşən döyüşün qəhrəmanı, Qazi Polkovnik-Leytinant Xəqani Cəfərovun Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınıb. Bununla bağlı olaraq qəhrəman qazimiz Qarabağ müharibəsi iştirakçılarına müraciət edərək dəstəyə ehtiyac olduğunu bildirib. Sözsüz ki, bütün vətənsevərlər, müharibə iştirakçıları qəhrəman qazimizə dəstək verir və bu yolda qazimizə uğurlar arzulayırlar.
 Xəqani Cəfərov kimdir?
    Xaqani Ceferov 1978-ci il yanvar ayının 15-də Yardımlı rayon Ostaır kəndində anadan olub. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin “Artilleriya” ixtisasına qəbul olub. 1999- cu ildə təhsilini bitirib, leytenant kimi Gədəbəy rayonunda “N” saylı hərbi hissədə, hərbi xidmətə başlamışdır. Bakı, Gəncə və Ağdam bölgəsində işini davam etdirmişdir.2002-2003-cü illərdə Türkiyənin İzmir şəhərində ingilis dili kursunu bitirib, yenidən ölkəmizə dönərək “N” saylı hərbi hissədə Tağım komandiri, Batareya komandiri, Divizion komandiri, Briqadanın Artileriya rəisi vəzifələrində layiqincə xidmət etmişdir. 2016-cı il Aprel döyüşlərində Ağdamın Sarıcalı kəndi ərazisində döyüşlər zamanı atılan minanın partlaması nəticəsində baş- beyin və sinəsindən çoxlu sayda qəlpə yaraları alaraq Bakıya, sonra isə Türkiyəyə, Gülhanə xəstəxanasına aparılaraq müalicə olunmuşdur. Fəxrimiz və qürurumuz olan, ölkə prezidenti İlham Əliyev tərəfindən "İGİDLİYƏ GÖRƏ" medalı ilə təltif olunmuş Polkovnik- leytenant X.Cəfərov hal-hazırda Ali Hərbi Akademiyada baş müəllim kimi gənclərin hərbin sirlərini mənimsəmələri üçün çalışır.
Belə bir məsuliyyətli vəzifənin, missiyanın öhtəsindən ləyaqətlə gələcəyini düşünən, şərəfli həyat yolu keçən Qarabağ qazimiz, Polkovnik Leytenant Xəqani Cəfərovu qədirbilən xalqımız, Yardımlı, Masallı seçiciləri səs verməklə onu Parlament seçkilərində qələbələr qazanmasına nail olacaqlar.
Çünki, Xəqani bəy ölkəsini, dövlətini, xalqını, millətini sevən dəyərli ziyalımız, peşəkar hərbiçimiz, hərtərəfli savadlı və ən layiqli namizədlərdən biridir.
Yolunuz açıq, uğurların bol olsun, cənab Polkovnik Leytenant.


Xatırladaq ki, növbədənkənar Parlament seçkiləri 09.02.2020-ci il tarixə təyin edilib, seçkilərdə fəallıq istəyinizi gerçəkləşdirə bilər.

SNN NEWS-Haber

суббота, 18 января 2020 г.

Vüqar Dadaşov seçki Platformasını təqdim edir

72 saylı Yardımlı-Masallı  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Qarabağ qazisi, hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov seçki platformasını açıqlayıb.
Vüqar Dadaşov seçicilərə müraciətində bildirir:                                                                                      “Bir müharibə iştirakçısı kimi sözsüz ki, hər bir problemdən vacib dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümuzun bir mənalı mənada bərpası ən ümdə və təxirəsalınmaz şəkildə həllinə var gücümlə çalışacağam.
Namizədi olduğu  bölgənin sosial iqtisadi  problemləri mənə çox yaxşı məlumdur və ilk növbədə infrastrukturun yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, kommunal təminatın  mükəmməl təşkili, ucuzlaşdırılması və limitlərin ləğv edilməsi,  tibbi xidmət və müalicənin tam şəkildə dövlət təminatında olmasını, aztəminatlı ailələrin, veteran, qazı və şəhid ailələrinin sosial şəraitinin və maddi təminatının təşkili, veteran, qazı və şəhid ailələrinin xüsusi imtiyazlarla təmin edilməsi, təhsil sistemində inqilabi dəyişiklərin aparılması ən əsas məqsədlərimdəndir.
Bildiyimiz kimi Milli Məclis ölkəmizin qanunverici hakimiyyətidir və bu orqanın əsas funksiyası ölkəmizin idarə olunması və inkişafı üçün mükəmməl və işlək qanunların hazırlanması və qəbul edilməsidir. Bu baxımdan bir hüquqşünas kimi məqsədim təklif olunan qanunların hazırlanmasında ümumxalq və dövlət maraqlarına uyğun fəal iştirak etməklə, qəbul edilməsini təmin etməkdir. Bununla yanaşı məqsədim, dövlətçiliyimizin qorunması və sosial iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün şəxsən hazırladığım qanunların, qanunlara dəyişikliklərin və təkliflərimin Milli Məclisdə qəbuluna nail olmaqdır.                                                               Hazırladığım həmin lahiyələrdən bir çoxunu  əziz seçicilərə təqdim edirəm:
KORRUPSİYAYA QARŞI SƏMƏRƏLİ MÜBARİZƏNİN TƏŞKİL EDİLMƏSİ
Rəhbər vəzifələrə şəxsin 5 ildən artıq müddətə təyin olunmasını qadağan edilməsi və həmin şəxsin fəaliyyət müddətində aşkar oluna biləcək korrupsiya qanun pozuntularına görə inzibati və cinayyət məsuliyyətinə cəlb olunma müddətinin müddətsizliyi və bununla bağlı
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası  Qanununa
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və  Azərbaycan Respublikası Cinayət Məcəlləsininə müvafiq dəyişiliklərin edilməsi
   
PROKURORLUĞUN NADZOR FUNKSİYASININ TƏKMİNLƏŞDİRİLMƏSİ
Dövlət ittihamçısı funksiyasının və müvafiq idarənin Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdindən ayrılması və müstəqul fəaliyyətinin təşkili və eyni zamandada  Azərbaycan Respublikasının Baş Prokurorluğunun nəzarət (nadzor) funksiyasının  ayrılacaq  idarəyədə aid edilməsi hüquq-mühafizə orqanlarının effektiv fəaliyyətini və məhsuliyyətini, qanunların aliliyini, fiziki və hüquqi şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə qorunmasnda hüquqi bazanin, şəraitin yaranmasına və sosial ədalətinin ali səviyəsinin bərqərar olmasına xidmət etmiş olacaq.  Belə təcrübə bir neçə xarici ölkələrdə hal-hazırda müvəfəqiyətlə tətbiq edilir.
VƏTƏNDAŞLARIN HƏR BİR MƏHKƏMƏ İNSTANSİYASINA MÜRACİƏTİNİN ASANLAŞDIRILMASI
 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələri Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə dolayısı da olsa məhdudiyyət yaradır. Məlumdur ki, heç bir qanun norması ölkənin əsas qanuna yəni Konstitusiyasına ziddiyyətli ola bilməz. Bu halda vəkilin orderinin olması və şikayətin vəkil tərəfindən tərtib edilməsi tələbi vətəndaşın məhkəməyə müraciət etmək hüququna məhdudiyyət yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələrində dəyişilik edilməli “vəkilin orderi və” sözləri çıxarılmalıdır. Bununla da vətəndaşların konstision hüquqlarından heç bir məhdudiyyət olmadan istifadəsi bərpa olunmalıdır.

MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA QANUNUNA DƏYİŞİLKİLƏRİN EDİLMƏSİ
Ən əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin fəaliyyətini tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır, İlk növbədə hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət qabiliyyəti mütəmadi yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb edilməsi bağlı araşdırmaya şikayətçi və şikayət olunan hakim bərabər cəlb olunmalı və onların iştirakı ilə araşdırma aparılmalıdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan  Respublikasının Qanunun  111-ci maddəsinə əsasən hakimlərə qarşı intizam icraatının başlanmasına səbəblərdən biri kimi  fiziki və hüquqi şəxslərin şikayətləri müəyyən edilmişdir. Lakin bu günə kimi belə bir praktika olmayıb. Hakimliyə təyinat isə məhz müəyyən effektiv hüquqi  təcrübədən sonra ən aşağısı 15 illik təcrübədən sonra təyinat olunmalıdır. Hakimlərin sosial şəraiti və maddi təminatı xeyli dərəcədə artırılmalıdı. Məhkəmə hüquq şurasının üzvlərinin sayı artırılmalı, onların səs vermə mexanizmi dəyişdirilməlidi  və Şuraya  ictimai nəzarət mexanizmi yaradılmalı və bu üzvlər bir dəfədən artıq  təkrar seçilməməlidirlər.   

İCRA HAQQINDA QANUNA DƏYİŞİLİKLƏR EDİLMƏSİ, TƏQAÜD VƏ PENSİYALARDAN TUTUMLARIN    QADAĞAN EDİLMƏSİ
 Azərbaycan Respublikası Milli Məclisindən  “İcra haqqında”  Azərbaycan Respublikasının Qanununa 43.1.2-ci maddəsində və 65.4-cü maddəsində müvafiq dəyililiklər edilməsi və tələbin borclunun pensiya və təqaüdünə yönəldilməsi məhdudlaşdırılmalıdır. Təklif olunan dəyişikliklərin qəbul edilməsi xəstə, əlil və yaşlıların sosial  hüquqlarının bərpa olunmasına və onların Konstision haqlarının sosial qaydalara uyğun olaraq  layiqli həyat səviyyəsini təmin etmiş olacaq. Eyni zamanda kredit və kommersiya təşkilatların əhalinin aztəminatlı və riskli təbəqəsinin kreditləşməsində məsuliyyətini artırmış olacaq.

SAHİBKARLIĞIN İNKİŞAFI VƏ BİZNES MÜHÜTİNİ YAXŞILAŞDIRILMASI
Sahibkarlıq fəaliyyəti sahəsində qanunvericiliyə müvafiq zəruri dəyişiliklər edilməlidir. Bu halda həm sahibkarların fəaliyyətinə sərbəstlik verilməklə, monopoliyanın və korrupsiyanın aradan qaldırılmasına, bolluğun və yeni iş yerlərinin yaranmasına şərait yaratmaq mümkündür. Buda öz növbəsinə iqtisadi mühitin və  əhalinin sosial şəraitinin yaxşılaşdırılması deməkdir. Bu məqsədlə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının təkminləşdirilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiliklərin edilməsini təklif edirəm və bu təkliflərin mahiyyəti ondan ibarətdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” na əsasən malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilmiş  270 (iki yüz yetmiş) gün müddət xeyli uzadılmalı, kömrük ekspertizasının keçirilməsi elektron qaydada sadələşdirilməli və geçikdirilmələrə görə inzibati orqanların məsuliyyəti müəyyən edilməlidir.
Prioritet məsəllərin həllinə dair hazırladığım layihələrin Milli Məclisdə qaldırılması və onların qəbul edilməsini təmin etməkdir:
Ailə institutun bərpa edilməsi, ailələrin dağılmasının qarşısını almaq məqsədi ilə dövlət proqramının qəbul edilməsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi, nigah müqavilələrinin nigaha qədər məcburiliyi, yaxın qohumlar arasında nigahın yolverilməməzliyini təmin edən qanunvericiliyə dəyişikliklərin qəbul edilməsi,
KİV və JURNALİSTLƏR HAQQINDA QAYDALARIN VƏ SENZURANIN TƏTBİQİ VƏ NƏZARƏTİN TƏMİNİ
Bir hüquqşünas kimi qeyd etmək istəyirəm ki, səhnəni, efiri və mətbuatı duel meydanına çevirənlər öz qeyri etik və qeyri əxlaqi hərəkətləri ilə  xalqımıza,  dilimizə, dövlətimizin rəmzlərinə biganəlik və hörmətsizlik edirlərin  “söz azadlığı”, “özünü sərbəst ifadə etmək” və sair bu kimi demokratik anlayışlara  heç bir aidiyyəti yoxdur. Belələrinin kütləvi İnformasiya vasitələrinə çıxışçının məhdudlaşdırılması üçün mexanizmin yaradılması və tətbiqi
Yuxarıda qeyd etdiklərimlə yanaşı seçki Platformamın tərkib hissəsi:
-Ana dilimizin bütün təhsil müəssisələrində tədrisi və təbliği , bütün orqan və təşkilatlarda ana dilimizin tam şəkildə istifadəsini təmin etmək,
-İnkişaf etmiş Avropa ölkələrinin istifadə etdiyi “SSRİ təhsil sistemi”nin qəbul edilməsi və onun tətbiqinə nail olmaq,
-Tibbi sığortanın dövlət büdcəsi hesabına aparılması və bütün növ müalicə xərclərinin dövlət sığortası hesabına təmin etmək,
-Bank kredit faizlərinin 6% qədər endirilməsi və kredit üçün əlavə xərclərin qadağan edilməsi,
-Kənd əhalisinə fərdi təsərrüfatlarının yaradılması üçün  faizsiz kreditlərin verilməsi və özünün məşğulluğun təmin edilməsi,
-Ailələrinin rəsmi gəlirinə uyğun olaraq  sosial müavinət və yardımların müəyyən edilməsi və bu tip təyinatların müəyyən edilməsi müraciət olunmadan aşkarlanması və təyin edilməsi, uşaq pullarının verilməsi,
-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda veteran, müharibə əlilləri, şəhid ailələrin, hərbi və güc strukturda xidmət etmiş şəxslərin maddi və mənzil təminatının sistem halına salınması
-Milli kimliyimizin, adət-ənənələrimizin qorunması üçün ziyalılardan və ağsaqqallardan ibarət səlahiyyətli inzibati və ictimai nəzarətin təşkil edilməsi,
kimi təklif və layihələrin qəbul edilməsinə nail olmaqdır.
Əziz seçicilər təklif, məsləhət və iradlarınızı bildirmək üçün 051-408-26-16, 070-712-18-44 nömrələrə və 077-562-11-88 WhatsApp nömrəsi ilə müraciət edə bilərsiz.
“Mənim səsim sizin səsinizdir, haqqa səs verin ki, ədalət hakim olsun!”
SNN NEWS-Haber


среда, 15 января 2020 г.

Qarabağ qazisi, hüquqşünas Vüqar Dadaşovun namizədliyi qeydə alındı

1-ci Qarabağ savaşının cəsur döyüşçüsü, qazi, hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İdarə Heyətinin üzvü Vüqar Dadaşovun Parlamentə namizədliyi 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən qeydə alınıb.  
Vüqar Dadaşovun qısa tərcümeyi-halını oxucularımız təqdim edirik.
Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə Yardımlı rayonunun Bozərən kəndində anadan olub,
1990-cı ildə orta məktəbi fərqlənmə ilə bitirib, məktəblilər arasında Azərbaycan Respublika Olimpiadasının qalibi olub,
1991-1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib,
22.09.1993-cü il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı yaralanıb.
1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında yaşayıb.
Ali təhsillidir, Moskva Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini,
və Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin “Bilik” elmi mərkəzinin
“Əhalinin və yüklərinin daşınmasinin təşkili” ixtisasını və
“Ural Ali Məktəblər Assosiasiyası “ingilis dili” kursunu bitirib.
2000-2008-ci illər Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayəti bölməsinin nəzarət-yoxlama komissiyasının sədri vəzifəsində diaspor fəaliyyəti göstərib. Rusiyada hüquq-mühafizə orqanlarında və vəkillər ittifaqında tərcüməçi, hüquqşünas, hüquq məsləhətçisi kimi vəzifələrdə işləyib.
2015-ci ildən Azərbaycan KİV-də, TV-də, radioda, elektron mediada hüquqşünas, hüquq eksperti və politoloq kimi sıxış edir. 130-dan çox elmi, hüquqi, siyasi araşdırma xarakterli məqalə və 10-dan çox Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş  qanun layihələrinin müəllifidir.
21.10.2019-cu il tarixdə "Mənim düşüncəm" adlı tarixi-elmi, siyasi-fəlsəfi, ideoloji mövzuda yazılmış kitabı işıq üzü görüb.
Ailəlidir, üç övladı var.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Müharibə veteranı”dır. Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Xatırladaq ki, Azərbaycan Respublikasının Milli məclisinə növbədən kənar seçki 09 fevral 2020-ci ilə təyin olunub.  
 SNN NEWS-Haber