Поиск по этому сайту

четверг, 24 декабря 2020 г.

Hüquqşünasın etirazına Kremldən cavab verildi - Putinin Sumqayıt hadisələri barədə açıqlamaları... FOTO

 


Putinin 1988-ci il Sumqayıt hadisələri barədə açıqlarına verdiyim  etiraza Rusiya Prezident Administrasiyasından cavab verildi.

Rusiya Prezidenti Vladimir Putin 1988-ci il Sumqayıt hadisələri barədə verdiyi tarixi və hüquqi faktları əks etdirməyən yerli-yersiz açıqlamaları sözsüz ki, Rusiya üçün siyasi nəticəyə hesablanmış və Rusiyanın Azərbaycana qarşı ənənəvi siyasətinin tərkib hissəsidir. Bəllidir ki, Qarabağ konfliktinin həlli Cənubi Qafqaz regionunun inkişafına və region dövlətlərinin Rusiya təsirindən tam şəkildə çıxmağını əngəlləyən Rusiya üçün bu günə kimi effektli bir təsir vasitəsidir. Rusiya üçün bu vasitəni  itirmək onun regionda siyasi mövqeyinin itirilməsi anlamına gəldiyindən sözsüz ki,  ermənilərlə  azərbaycanlılar arasında nifaqın davam etdirilməsinə  ən çox Rusiya maraqlıdır. 

 Bu baxımdan da, Rusiyan dövlətinin 1-ci şəxsinin dilindən 1988-ci il Sumqayıt hadisələrini tez-tez gündəmə gətirməsi, həmin hadisələri tam olaraq tarixə və hüquqa faktlara zidd formada dünya ictimaiyyətinə  təqdim etməsi və bu hadisələrin nəticəsi kimi ermənilərin məcburən silaha əl atmasına haqq qazandırması təbii ki, Rusiyanın Azərbaycana qarşı istəklərinin tam reallaşdıra bilməməsinə  sübut, gələcəkdə isə Azərbaycana qarşı mümkün namərd planların anonsudur. 

 Putinin sözü gedən açıqlamaları məni bir azərbaycanlı kimi narahat etdiyindən 21.12.2020-ci il tarixdə rəsmi qaydada  Vladimir Putinə müraciət etdim və onun 1988-ci il Sumqayıt hadisələri barədə həqiqəti əks etdirməyən açıqlamalrına etirazımı bildirdim və həmin Sumqayıt hadisələrinin əsl tarixi və hüquqi faktlarını onun diqqətinə çatdırdım.  Vladimir Putinə etirazım haqqında,  1988-ci il Sumqayıt hadisələri barədə əsl həqiqətləri  və eləcədə Sumqayıt hadisələri ilə bağlı SSRİ-ın Baş Prokurorluğunun cinayət işi haqqında məlumatları Rusiyanın 6 (altı) ən yüksək reytinqli qəzetlərinə “Moskovskiy komsomoleç”, “Rossiyskaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Arqumentı i faktı” və “Ekspres qazeta”-ya ünvanladım.  

 Rusiya prezidenti Vladimir Putinə ünvanladığım  etirazıma Rusiya Federasiyası Prezident Administrasiyasından cavab aldım. Həmin № А26-20-И-5456271 saylı cavabda  “Rusiya Prezidentinə müraciətiniz qəbul olunub. Verdiyiniz məlumat və fikirləriniz nəzərə alınıb”- deyə göstərilib. Həmçinin etirazımla bağlı müraciət etdiyim Rusiyanın aparıcı mətbuat orqanlarının  isə bəziləri 1988-ci il Sumqayıt hadisələri barədə onlara ünvanladığım  məlumatların nəzərə alınacağı barədə cavab verib.

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi

24.12.2020

 

понедельник, 21 декабря 2020 г.

Rusiya prezidentinə və Rusiya aparıcı mətbuat orqanlarına etiraz ünvanlandı




"Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında başlanan konfliktlə bağlı açıqlamaları həqiqəti əks etdirmir. Cənab Vladimir Putin SSRİ xüsusi təhlükəsizlik orqanının əməkdaşı kimi, 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrə hüquqi qiymət verməkdən yayınaraq məsələyə uzunmüddətli perspektivə hesablanmış siyasi yanaşma sərgiləyir, tarixi və hüquqi faktların tam əksini dilə gətirməklə Sumqayıt hadisələrində Azərbaycan tərəfi günahkar göstərməyə çalışır. Sözsüz ki, Putin xüsusi təhlükəsizlik orqanının nümayəndəsi kimi, Sumqayıt hadisələrin yaranma səbəbləri və əsl günahkarı haqqında tam məlumatlıdır, ancaq onun Qarabağ konfliktinə dair Sumqayıt hadisələri ilə bağlı həqiqəti əks etdirməyən çıxışları Rusiyanın siyasi məqsədlərinə hesablanmış daha doğrusu, Rusiyanın Azərbaycanla bağlı (Qarabağ kartı) ənənəvi siyasətinin davamıdır. Putin Sumqayıt hadisələrini tez-tez xatırlamaqla ermənilərin azərbaycanlılara qarşı süni yaradılmış nifrətini qorumaq və inkişaf etdirməklə ermənilərlə azərbaycanlılar arasında süni sədd, qorxu və nifrətin mövcudluğunu göstərməyə çalışır və təbliğ edir."

SNN NEWS.AZ xəbər verir ki, bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb. Hüquqşünas qeyd edib:
"Putinin belə yanaşmasının sözsüz ki, çoxlu hədəfləri var, onun əsas hədəfi odur ki, Ermənistan və ümumilikdə ermənilər azərbaycanlı təhlükəsini daimi hiss etsin və bu fonda Rusiyanın ermənilərin təhlükəsizliyinin yeganə təminatçısı kimi ona ehtiyacı olsun və bununla da Rusiyanın Ermənistanda mövcudluğu daimi şəkildə təmin edilsin.
Ermənistanın Azərbaycan qarşısında acı məğlubiyyəti fonunda erməni baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması və ölkəsi daxilində onun reytinqinin 38%-ə yaxın olması onu göstərir ki, ölkədə Ermənistanın qərbə inteqrasiyasının tərəfdarları olduqca çoxdur, əhalinin həmin 38%-i Qarabağ konfliktinin həllində maraqlıdır, onlar üçün Qarabağ Ermənistanın hər tərəfli inkişafını əngəlləyən, müstəqilliyini formal hala salan, Ermənistanı faktiki Rusiyanın bir əyalətinə çevirməyə imkan və şərait yaradan Qarabağ konfliktindən xilas olmaq faktiki olaraq Ermənistan respublikasını yenidən qazanmağa bərabərdir. Ermənistanda son günlərdə daha çox aktivləşən bir sıra qərb yönümlü “Sorosçu” partiyalarının Rusiya boyunduruğundan xilası üçün mitinqlər keçirilir və bu mitinqlərdə iştirakçıların sayı Paşinyana qarşı təşkil edilən mitinqlərdəki iştirakçıların sayından çox olur və digər siyasi proseslər əlbəttə Rusiyanı, Putini narahat edir, Putin Sumqayıt hadisələrini özünəməxsus şəkildə təqdim etməklə regionda Ermənistanın təhlükəsizliyinə ancaq rusların zəmanət ola biləcəyinə israrla işarə edir və vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Digər tərəfdən də, Putin Qarabağ konfliktinin tam həll olmasında heç cürə maraqlı deyil və iki millətin bərabər qonşuluq şəraitində yaşamağının mümkünsüzlüynü göstərməklə Rusiya sülhməramlılarının, daha doğrusu rus ordusunun Qarabağda yəni, Azərbaycanda uzun müddətə qalmasına zəmin və ehtiyacı yaratmaqdır. Göründüyü kimi, Putin üçün Qarabağ kartı və Sumqayıt hadisələrini ardıcıllıqla tez-tez xatırlatması ancaq və ancaq Rusiyanın bu iki cənubi Qafqaz respublikaları Ermənistan və Azərbaycan ərazisində hərbi-siyasi mövcudluğuna imkan verən amil və vasitənin qorunmasına hesablanıb. Təbii ki, Putinin Sumqayıt hadisələrini yerli yersiz xatırlatması və özü də tarixi, hüquqi faktların tam əksinə qeyd etməsi bir daha onu göstərir ki, Rusiya Dağlıq Qarabağ konfliktinin həllində maraqlı deyil və maraqlı ola da bilməz. Odur ki, Rusiya prezidentinin Sumqayıt hadisələrini tam yanlış istiqamətdə dəfələrlə səsləndirməsinin əsl hədəflərini anlamayan demək olar ki, yoxdur. Ancaq, Putin də hər düşən imkanda erməni-azərbaycanlı qarşıdurmasını, gərginliyini saxlamaqda və deyərdim ki, müəyyən qədərdə dərinləşdirməkdə maraqlıdır. Ancaq məlum səbəblərdən Rusiya bölgədə onun maraqlarını yandıra bilən müharibənin alovlanmasına maraqlı deyil, nəzarət edə biləcəyi erməni-azərbaycanlı qarşıdurmasına isə olduqca maraqlıdır.
Cinayət işi ilə təsdiqini tapmış 1988-ci ildə SSRİ və o cümlədən Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıt provokasiyası barədə Vladimir Putinin tarixi və hüquqi faktları inkar edərək həqiqəti əks etdirməyən açıqlamaları məni bir azərbaycanlı kimi narahat edir. Buna görə də mən, Vladimir Putinə müraciət edərək ona öz etirazımı ünvanladım və etirazımda 1988-ci il Sumqayıt hadisələri ilə bağlı həqiqətləri (onsuz da Sumqayıt hadisələrinin əsl mahiyyəti Putinə bəllidir) və hadisə ilə bağlı yüksək rütbəli rus generallarının rəsmi açıqlamalarını da qeyd etdim.
Əlavə olaraq qeyd edim ki, Sumqayıt hadisələri barədə əsl həqiqətləri Rusiyanın 6 (altı) ən yüksək reytinqli qəzetlərinə “Moskovskiy komsomoleç”, “Rossiyskaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Arqumentı i faktı” və “Ekspres qazeta”-ya ünvanladım və Sumqayıt hadisələri ilə bağlı həqiqətlər barədə məlumat verəcəklərinə ümid etdiyimi bildirdim."

21.12.2020

суббота, 14 ноября 2020 г.

Niyə Türk sülhməramlıları Qarabağa girmir?

 


Azərbaycan Respublikasının Prezidenti İ.H. Əliyev, Ermənistan Respublikasının baş naziri  N.V. Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V. Putinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları Azərbaycan Respublikasının Ermənistan Respublikası üzərində qələbəsini fiksasiya edən Bəyanat 9 bəndən ibarətdir. Həmin Bəyanatın

3-cü bəndində “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.” göstərilmişdir. Göründüyü kimi, həmin bəyanatda Rusiya sülhməramlıları Qarabağda ağır hərbi texnikadan məsələn, tankdan, qraddan və hərbi aviasiyadan istifadə edə biləcəyi qeyd edilməmişdir. Buna baxmayaraq, Rusiya sülhməramlıları Qarabağda tankdan və hərbi aviasiyadan istifadə edir. Bu, həmin Bəyanatın şərtlərinin pozulmasıdır, ya yox?

Qarabağda sülhməramlılar missiyasında Türkiyənin də iştirakının mümkünlüyü barədə Rusiya Prezidentinin sözçüsü Peskovun və Türkiyə müdafiə naziri Akarın verdiyi açıqlama, dünən Rusiya və Türkiyə arasında imzalanmış razılaşma, bu gün Rusiya nümayəndə heyətinin Ankaraya səfəri və Qarabağda bu dövlətlərin hərbiçilərin fəaliyyət planının müzakirəsi onu deməyə əsas verir ki, məlum 10.11.2020-ci tarixli Bəyanatdan əlavə razılaşmalar mövcuddur. Ölkə Prezidenti Cənab İlham Əliyevin və Türkiyə Prezidenti Ərdoğanın Qarabağla bağlı açıqlamaları onu göstərir ki, Cənubi Qafqazda ümumi siyasi vəziyyətə görə məzmunu tam açıqlanmayan, ancaq ölkəmizin maraqlarına uyğun razılaşmalar var. Düşünürəm ki, Azərbaycan etibarlı tərəfdaş kimi, qarşılıqlı olaraq Rusiyanın Cənubi Qafqaz maraqlarını nəzərə alıb, həmin Bəyanatda bəzi halların məsələn Türkiyənin sülhməramlılar missiyasında iştirakının qeyd edilməməsinə israr etməmişdir. Əgər belə bir razılaşma Bəyanatda qeyd edilsəydi, Rusiyanın Ermənistanda yerləşdirdiyi hərbi bazanın aqibəti necə olardı? Yaxud bundan sonra Ermənistan Rusiyanın orbitində qalacaqdımı?

Başqa bir məqamı da qeyd edim ki, Türkiyə-Rusiya əməkdaşlığını qısqanclıqla qəbul edən və əsasız olaraq Türkiyəni ermənilərə qarsı 1915-ci ildə hadisələrinə görə günahlandıran bəzi qərb dövlətləri, ermənilərə qarşı duran Türk ordusuna necə qiymət verərdilər? Yaxud, bu halda belə bir Bəyanatı beynəlxalq təşkilatlar dəstəkləyərdilərmi?

Fikrimcə, ona görə də Bəyanatda bu və ya digər sualları doğura bilən hallar qeyd edilməmişdir.

Sözsüz ki, Azərbaycanın Ermənistan işğalçı qüvvələri üzərindəki qələbəsindən Rusiya artıqlaması ilə faydalanıb. Ancaq, Rusiya siyasi və hərbi rəhbərliyinin canfəşanlığı onu göstərir ki, Rusiyanın daha böyük iştahası var və Azərbaycana da Moldovaya, Gürcüstana, Ukraynaya yeritdiyi sülhməralıların fəaliyyət dairəsindən baxır.

Ümumiyyətlə, Bəyanatda qeyd edilməmiş məsələlərin həllində çətinlik, Rusiyaya edilən etibarımıza göstərəcəyi münasibətindən asılıdır, hər-bir halda məsələlərin həlli hər mənada gücümüz daxilindədir və biz bunu artıq əminliklə deyə bilərik. Bəli, Rusiya keçmiş SSRİ ərazisindəki ölkələri 90-cı illərin arşını ilə ölçməkdə davam edir. Ancaq, meydan həmin meydan olsa da, artıq oyunçularda, zamanda başqadır.

Biz Qalib Xalqıq və Qalib Xalq kimi qələbəmizi diplomatik qaydada da davam etdirəcəyik.

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi



четверг, 22 октября 2020 г.

Araikin həbsidə bir hədəf kimi...


27 sentyabrdan başlayaraq Ermənistanın Azərbaycan Respublikasına qarşı "yeni müharibə-yeni torpaqlar" devizi ilə başladığı təcavüzü,  rəşadətli Azərbaycan Ordusu tərəfindən dəf edilərək əks hücum əməliyyatına başlanıldı.

 

Zəfər marşı ilə irəliləyən Azərbaycan Ordusu ard-arda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini davamlı azad etməkdə xalqımızın şanlı qələbə tarixini yazır.

 

Ermənistanın döyüş meydanında ağır, utan verici məğlubiyyəti, 10 minlərlə əsgərinin məhv edilməsi, ölkənin faktiki hərb maşınından məhrum edilməsi düşmənin azğınlaşmasına və bəlli xislətinə uyğun hərəkətinə, yəni müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərini davam etdirməsinin səbəbidir. Azərbaycanın mülki əhalisini,  dinc şəhərlərini və infrastrukturu hədəf götürən və çoxsaylı kütləvi qırğınlar törədən və ölçüyə gəlməz dağıntılar yaradan Ermənistan Respublikasının və onun işğal etdiyi ərazilərimizdə yaratdığı qondarma rejimin siyasi və hərbi rəhbərliyinin cinayət əməllərinə qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu 30-a yaxın cinayət işi açıb. Ermənistanın Azərbaycanın mülki əhalisinə, dinc şəhərlərinə qadağan olunmuş silahlarla həmçinin, güclü dağıdıcı gücə malik ballistik raketlərlə  zərbə endirməsi faktı hüquqi əsaslarla, beynəlxalq təşkilatların fiksasiyası ilə təsdiqini tapmışdır.

 

Azərbaycan Respublikası Baş Prokurorluğun  açdığı cinayət işləri Ermənistan Respublikasının   və onun işğal etdiyi Azərbaycan ərazisində  yaratdığı marionet, bandit, terrorcu "dqr" adlandırılan cinayətkar rejiminin siyasi-hərbi rəhbərliyinin cinayət məsuliyyətinə hüquqi bazadır. Sözsüz ki, ermənilərin törətdiyi cinayət əməlləri Beynəlxalq Cinayət Məhkəməsinin predmeti olsa da, cinayətkarların fiziki həbsi Azərbaycan tərəfin aparılması həm Beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğundur.

 

Hal-hazırda ərazi bütövlüyümüz uğrunda apardığımız ədalətli savaşımız çərçivəsində "dqr prezidenti" Araik Arutunyunyanın həbsi ədalətin bərpası kimi, Azərbaycan Respublikasının gücünü bir daha göstərmiş olar. Eyni zamanda separatçı meylli qüvvələrin daha yaxşı "düşünməsinə" səbəb olar.     

 

  Düşünürəm ki, ilk növbədə Araik Arutunyunyan başda olmaqla "dqr" rəhbərliyinin həbsi və ya zərərsizləşdirilməsi nəzərimizdən qaçmamalıdır. Araikin həbsi psixoloji, hərbi, siyasi və  hüquqi baxımdan nə qədər çox əhəmiyyətli olacağı şübhəsizdir.

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi

понедельник, 19 октября 2020 г.

Hüquqşünas - Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməsinə tam hüquqi əsas var

 


Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatlarına start verdiyi andan işğalçı Ermənistan Ordusu  ağır məğlubiyyətlərə uğrayır. Ard-ardınca qələbə, işğaldan azad edilmiş ərazilərimizin sayının günün-gündən artması Ermənistan dövlət rəhbərliyinin vahiməsinə səbəb olub. Döyüş meydanında Azərbaycan Ordusuna  biabırçı şəkildə məğlub olan, silahını, texnikasını qoyub qaçan, kütləvi fərarilik edən Ermənistan ordusu və onun siyasi-hərbi rəhbərliyinin təslim olmaqdan başqa vəziyyətdən çıxış yolu qalmayıb. Bundan azğınlaşan, havadarlarından təsirli dəstək ala bilməyən və Azərbaycan Ordusu ilə döyüş meydanında təkbətək qalan Ermənistan öz genetik xislətlərinə uyğun olaraq uşaq və qadınları, dinc sakinləri, cəbhə xəttindən xeyli uzaq mülki əhalini hədəfə götürüb. Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Goranboy, hətta Ordubadı belə və digər Azərbaycan şəhərlərini və onun dinc sakinlərini hədəfə götürüb Beynəlxalq normalara görə qadağan olunmuş silahlarla vurur.

 Oktyabrın 17-si gecə saat 00:55-də Ermənistan silahlı qüvvələri Vardenis rayonu ərazisindən Azərbaycanın Gəncə şəhərinə  növbəti dəfə ballistik raketlərlə (Elburus 9K72) zərbə endirib. Nəticədə 2-si uşaq olmaqla 15 nəfər dinc sakin ölmüş, 50-dən çox insan yaralanmış, 20-dən çox mülki ev dağıdılmış və şəhər infrastrukturuna güclü ziyan dəymişdir. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni və onun dinc sakinlərini Ermənistan ərazisindən ballistik raketlərlə vurulmasını demək olar ki, dünyanın sivil ölkələri və dünya liderləri tərəfindən kəskin qınanıb.

Dünya mediasında Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu anti insanlıq  hərəkətlərinə hansı hüquqi qiymətin verilməsi geniş müzakirə edilir. Demək olar ki, yanaşmalarda müəyyən uyğunluq var, ancaq qeyd etmək lazımdır ki, Ermənistan Silahlı qüvvələrinin cəbhə xəttindən xeyli uzaq Azərbaycanın Gəncə şəhərinə, mülki əhaliyə ballistik raketlə hücumu hüquqi baxımdan  terror deyil, müharibə cinayətidir.

Terrorizm – hər hansı bir qrupun və ya şəxsin ideoloji, dini, etnik, siyasi, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Ermənistanın Gəncəyə ballistik raketlərlə  zərbəsində etnik, siyasi məqsədlərin olmasına baxmayaraq sözü gedən əməl dövlətlərə aid edilmir. Baxmayaraq tarixdə bəzi dövlətlər öz məqsədləri üçün terrordan gizlicə istifadə edir. Bu hal siyasi termin kimi “dövlət terroru” adlandırılır. Ermənistanın Azərbaycana qarşı hərəkəti  dövlət terrorudur.

Müharibə və ya hərbi cinayət isə müharibə və hərbi konfliktlər zamanı Beynəlxalq Humanitar Hüquq normalarının ağır dərəcədə pozulmasını nəzərdə tutur. Humanitar hüquq dedikdə əsasən hərbi əsirlərin, eləcə də müharibə bölgəsində mülki şəxslərin öldürülməsi, işgəncə verilməsi və köləliyi, girov götürməsi və öldürməsi, mülki infrastrukturun əsassız şəkildə məhv edilməsi, hərbi ehtiyac olmadan evlərin və qəsəbələrin məhv edilməsi kimi ağır cinayətlərə yol verilməməsi nəzərdə tutur. Göründüyü kimi Ermənistan bir dövlət olaraq bütün müharibə cinayətləri kateqoriyasına aid ağır cinayət əməllərini sistematik şəkildə  törədir.

İlk olaraq “İnsanlıq əleyhinə cinayətlər” anlayışı və onun kriteriyaları II Dünya müharibəsindən sonra Nürnberq Tribunalından sonra müəyyən edilmişdir.

Beynəlxalq cinayətlərin mühakimə edilməsi məqsədi ilə 1998-ci ildə Pomada Birləşmiş Millətlər Təşkilatının nəzdində Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına qərar verilib. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna uyğun olaraq Məhkəmənin yurisdiksiyası bütünlükdə beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan təhlükəlilik dərəcəsinə görə mövcud cinayətlərlə məhdudlaşır (5.1-ci maddə) və hazırda üç cinayət növünü : soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri əhatə edir.

2002-ci il iyulun 1-də qüvvəyə minmiş BCM-nin Statutunda (7-ci maddə) insanlıq əleyhinə cinayət hesab olunan 15 cinayət əməli göstərilmişdir. Bu cinayətlər olduqca müxtəlifdir, onların obyektiv tərəfi adamöldürmə aktından tutmuş cinsi toxunulmazlıq əleyhinə olan əməlləri əhatə edir. Bu müxtəlifliyi ortaq məxrəcə gətirən başlıca meyar həmin əməllərin sistematik və ya geniş miqyasda törədilməsi və mülki əhaliyə qarşı yönəlməsidir. Beynəlxalq səviyyədə razılaşdırılmış bu meyar Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapmışdır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci maddəsinə əlavə olunmuş qeyddə göstərilir ki, bu fəslin 105-113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab olunur.

Ermənistan Silahlı qüvvələrinin  Gəncə şəhərinə, mülki əhaliyə ballistik raket hücumu Beynəlxalq hüquqa görə və eləcə də Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinə uyğun olaraq “müharibə cinayətiləri” və  “insanlıq əleyhinə cinayətlər” hesab edilir.  Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlum faktlar üzrə açdığı cinayət işləri  perspektivdə Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsində (tribunalında) mühakimə edilməsinə hüquqi əsas və baza yaradır.

Onu da qeyd etmək lazımdır ki, BCM yalnız insanları mühakimə edə bilər və Dövlətlər barəsində hökm vermək səlahiyyətinə malik deyil.

Odur ki, müəyyən hüquqi proseduralardan sonra Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməklə Ermənistan Silahlı qüvvələrinin  Gəncə şəhərinə, mülki əhaliyə ballistik raket hücumuna əmr vermiş Ermənistan Respublikasının siyasi-hərbi rəhbərliyinin məsuliyyətə cəlb olunması nail olmaq mümkündür.

Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi

воскресенье, 18 октября 2020 г.

KTMT üzv Dövlətlərinə Ermənistanın Təşkilatdan xaric edilməsi barədə müraciət edilib


 Döyüş meydanında müzəffər Azərbaycan Ordusu qarşında sarsıdıcı  məğlubiyyətə uğrayan işğalçı Ermənistan respublikasının silahlı qüvvələrinin cəbhə xətindən xeyli uzaq yerləşən Azərbaycanın dinc şəhərlərinə, mülki əhaliyə gecə vaxtında güclü dağıdıcı qüvvəyə malik ballistik raket sistemləri ilə zərbə endirməsi müharibə cinayətləri və  insanlıq əleyhinə cinayətdir və sözsüz ki, dinc sakinlərə atəş zərbəsi əmri verən Ermənistanının siyasi-hərbi rəhbərliyi  Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməlidir.

   Ermənistanın belə azğınlaşmasına səbəb sözsüz ki, döyüş meydanında məğlubiyyəti və onun hərbi blok Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin (KTMT) üzvü olmasıdır. Azərbaycana qarşı 30 ilə yaxın işğalçılıq siyasəti aparan Ermənistanın KTMK-na üzv olma səbəbi məhz işğalçılıq siyasətini qorumaq və gücləndirməkdir. Artıq məlumdur ki, Ermənistan müxtəlif provokasiya, manipulyasiyalarla eləcədə, feke informasiyalarla  Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfi daha doğrusu KTMT-nı cəlb etmək istəyir.

   Ermənistan KTMK-nın tənzimləyici normalarını kobud şəkildə pozmaqla işğalçılıq siyasəti aparır və nəinki regional sülhə və hətta qlobal müharibə yaratmaq cəhdləri göstərməklə təhlükəli dövlət siyasəti aparır.

   KTMK müqaviləsinin 1-ci müdəasında "iştirakçı dövlətlər dövlətlərarası  münasibətlərdə güc tətbiq etmə və ya güc təhdidindən  çəkinmək  borcunu təsdiqləyir". Həmin təşkilatın Nizamnaməsinin 3-cü müddəasında "Təşkilatın məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi gücləndirməkdir"- deyə göstərilib. Həmin Nizamnamənin 20-ci maddəsində isə "Üzv bir dövlət bu Nizamnamənin müddəalarına, Şuranın qərarlarına və Təşkilatın digər qurumlarının icrasında qəbul edilmiş qərarlarına əməl etmədikdə, Şura Təşkilat orqanlarının fəaliyyətində iştirakını dayandıra bilər. Üzv Dövlət bu öhdəliklərini yerinə yetirməməyə davam edərsə, Şura həmin Dövlətin Təşkilatdan xaric olmasına qərar verə bilər. Bu məsələdə barəsində  belə bir qərarın qəbul edilməsində həmin Dövlətin səsi nəzərə alınmır."

 KTMK-nın tənzimləyici normalarından  göründüyü kimi, üzv Dövlətlər Ermənistanın davamlı işğalçılıq siyasətinə və regional sülhə təhlükə yaratdığına görə Təşkilatdakı üzvlüyünə xitam verə bilər.

   Yuxarıda qeyd edilənləri nəzərə alaraq,  tərəfimdən KTMT-nın rəhbərliyinə, üzv Dövlətlərə, yəni Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan Prezidentlərinə, eləcədə həmin dövlətlərin Xarici İşlər Nazirliyinə,  Müdafiə Nazirliklərinə və Qanunverici orqanlarına müraciət edərək Ermənistanın KTMT-nın üzvlüyündən xaric edilməsi məsələsinin qaldırılması barədə müraciət ünvanlanıb.

Ümid varam ki,  Təşkilata üzv Dövlətlər Ermənistanın KTMT-nın hüquqi normalarını kobud pozduğuna və  Təşkilata üzvlüyünün işğalçılıq siyasətinin qoruyucu şiti kimi istifadə etdiyinə görə  onun Təşkilatdan xaric edilməsinə qərar verəcək.

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi




четверг, 17 сентября 2020 г.

Vüqar Dadaşov-Ermənistanın Tovuzdakı təxribatının ssenaristi Rusiyadır-Səbəblərdən QAZ...

 

Vüqar Dadaşov-Ermənistanın Tovuzdakı təxribatının ssenaristi Rusiyadır-Səbəblərdən QAZ...

Tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov Azərbaycanın Tovuz rayonunda Ermənistanın təxribatının səbəbləri barədə fikirlərini bölüşüb. Həmin yazın olduğu kimi təqdim edirik.

"İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Tovuz rayonu ərazisində avantürası Rusiyanın ssenarisi və nəzarəti ilə baş tutub. Belə bir qənaətimin izahlı əsaları var. Əvvəla onu deyim ki, Tovuz provokasiyasının hər iki tərəf Ermənistan və Azərbaycan üçün nəticəsindən aşlı olmayaraq yekunda qazanan tərəf Rusiyadır.

Rusiya Azərbaycana qarşı niyə belə bir addım atmalı oldu və niyə məhz Tovuzda?

Fikrimcə bu sualın cavabı çoxlarımıza bəllidir ancaq, xatırlasaq daha yaxşı fikrimi izah edərəm. Düşünürəm ki, ikinci dünya müharibəsində (Böyük Vətən Müharibəsi 1941-1945) faşizm üzərində qələbənin 75 illiyinin qeyd edilməsi şanına Rusiyanın Moskvada pandemiya görə təxirə salınmış və iyunun 24-də keçirilmiş qələbə paradında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin şəxsən iştirak etməməsi-Rusiya ilə Azərbaycan arasında bizə görünməyən fikir ayrılıqlarının mövcudluğunun göstəricisi idi. Azərbaycan hakimiyyətində Rusiya yönümlü kadrların ən yüksək dövlət postlardan uzaqlaşdırılması prosesinin başlanması, qeyd etdiyim Rusiya-Azərbaycan fikir ayrılıqlarının səbəblərindən biri ola bilər.

Rusiyanın Tovuz təxribatında maraqlı olmasının sübutlarından biri və ən başlıca səbəbi-Avropanın qazla təchizat məsələsidir yəni, Cənub Qaz Dəhlizi proyektidir. Bildiyimiz kimi, Cənub Qaz Dəhlizi proyektinin əsas məqsədi Avropanın enerji təhlükəsizliyinin təminatı və Avropanın rus qazından asılılığının ardan qaldırılmasıdır. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi proyekti Azərbaycan qazının Xəzər dənizindən Avropaya ixracıdır. Bu proyektin inşası və gücü daha yüksək ötürücü qabiliyyəti qonşu Qazaxıstan, Türkmənistan qazının da bu proyekt vasitəsi ilə Avropa bazarına çıxarılması barədə danışıqların aparılması və hətta İranın bu proyektə maraqlı olması, nəticə etibarı ilə Avropanın rus qazından aslılığının aradan qaldırmasına gətirib çıxara bilər. Əsas bir məqamı da yadımıza salsaq yaxşı olar-dünya bazarında neftin qiymətinin kəskin düşməsi əsas neft ixracçılarından biri olan Rusiyanın gəlirlərini xeyli azaldıb. Qeyd edək ki, neft dünya bazarına qiymətini neft birjaların yəni, qiymətin tələbata uyğun formalaşması, neft gəlirlərin stabilliyinə qeyri-müəyyənlik yardır. Qaz isə dünya bazarında və ölkələrə müqavilələrə uyğun olaraq stabil qiymətlə satılır. Bu baxımdan dünyanın nəhəng qaz ixracçısı Rusiya “Qazprom”un gəlirləri Rusiyanın əsas gəlirləri sayılır və demək olar ki, Rusiya iqtisadiyyatının onurğa sütunudur. Ona görə də Cənub Qaz Dəhlizi proyektini ruslar, Rusiya iqtisadiyyatı üçün təhlükə mənbəyi sayırlar.

Azərbaycanın Cənub Qaz Dəhlizi Proyekti üzrə və eləcədə digər proyektlər üzrə enerji daşıyıcılarının faktiki yeganə ixrac yolu məhz Tovuz rayonuda daxil olmaqla qərb rayonlarımızdan həyata keçirilir, Türkiyə vasitəsi ilə, elə Türkiyənin özünə və Avropa ölkələrinə çatdırılır. Sözsüz ki, Rusiyanın Tovuz təxribatı ətrafında yaranmış sualların (təxribat kimə sərfəlidir və niyə məhz, Tovuz rayonu?) cavabı elə budur. Bu cavabı yəni, Rusiyanın Tovuz təxribatının təşkilatçısı olduğunu təsdiqləyən digər məqamlarda var. Az qala 30 ilə yaxın bir dövrdə, Ermənistan işğalına qarşı Azərbaycanı dəstəkləyən Türkiyə bu dəfə ilk olaraq ölkəsinin 1-ci şəxsləri səviyyəsində Azərbaycana mümkün ən yüksək dəstək verməsi, Tovuz təxribatının Rusiyaya aid olmasının sübutudur. Maraqlısı odur ki, Tovuz təxribatı zamanı Rusiya proseslərə müdaxilə etməyən kimi görünməyə çalışırdı və əgər həqiqətən də Rusiya neytrallığı saxlayan ölkə idisə onda, 2016-cı il Aprel döyüşlərində Azərbaycan ordusunun əks həmlələrini niyə durdurmağa çalışırdı?! Nəzərə alaq ki, 2016-cı il Aprel döyüşləri beynəlxalq hüquqla tanınmış Azərbaycanın daxili ərazilərində, Tovuz təxribatı isə Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hərbi toqquşma idi. Qeyd edilənlərlə yanaşı Azərbaycan ordusunun General-mayorunun vurulması da Rusiyanın "xidmətidir". Heç kəsə gizli deyil ki, Ermənistan Azərbaycan Generalının hərəkət trayektoriyasını, mövqeyini müəyyən etmək üçün texniki imkanlara malik deyil və sözsüz ki, Azərbaycan Generalının koordinatlarının müəyyən edilməsi Tovuz təxribatında maraqlı olan Rusiyanın imkanı daxilində idi və nəticədə göz qabağındadır.

Əgər, Rusiyanın Tovuz təxribatı ilə bağlı Paşinyan Ermənistanı qarşısında qoyduğu tapşırıq və hədəf baş tutsaydı-nələrin baş verəcəyini təxmin etmək tam mümkün deyil. Ancaq, müəyyən proseslərin mümkünlüyü sözsüzdür. Rusiyanın Tovuz təxribatının əsas hədəfi olan Cənub Qaz Dəhlizi proyektinin əhəmiyyətsiz hala salınması olacaqdı. Bundan başqa, Rusiyanın müəllifi və dirijoru olduğu layihələrdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi Birliyinə, Avrasiya Kömrük İttifaqı bu kimi layihələrə Azərbaycanın üzvlük məsələləri qaçılmaz olacaqdı. Hətta, Azərbaycan dövlət sərhədinin qorunması məsələsində rusların istəyi də artıq gizli deyil. Rusların Tovuz təxribatı baş tutduğu halda Paşinyan hakimiyyəti Rusiya sədaqətini sübut edəcəkdi, Paşinyan hakimiyyətinin ömrü uzanacaqdı-buna əsas səbəb isə Paşinyanın Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsi ola bilərdi.

Lakin, Azərbaycan ordusu Rusiyanın planlarını puç edərək işğalçı Ermənistan ordusunun arzularını ürəyində qoydu. Biz Azərbaycanlılar rus-erməni birliyinin Tovuz təxribatından qalib çıxdığımızın əsl mahiyyət və dəyərini bəlkə də hələ tam anlaya bilmirik ancaq ki, tarix bu hadisələri bir döyüşlə müstəqilliyimizin, suverenliyimizin qələbəsi kimi yazacaq. Bu qələbənin əsl dəyəri ölçüyə gəlməz dərəcədədir. Artıq düşmən kimliyindən aşlı olmayaraq, Azərbaycan ordusunun gücünü, milli maraqlarımız olan yerdə xalq, ordu və hakimiyyət birliyini, xalqımızın döyüş əzmini və döyüş ruhunun keçilməzliyini gördü.

Tovuz təxribatı əsl həqiqətdə Azərbaycan dövlətinə Qarabağda antiterror əməliyyatının üçün əlavə arqumentli siyasi, hüquqi əsaslar verdi."

среда, 22 июля 2020 г.

Təbrik edirik!

Şəxsiyyətlərinə böyük hörmətlə yanaşdığım, sözün həqiqi mənasında əsl ziyalı adını layiqincə daşıyan Elçin Şıxlinski və Akif Aşırlı bu gün yüksək fəxri adlara layiq görülüblər. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin müəllim 3-cü dereceli "Vətənə xidmətə görə" medali ilə təltif olunmuşdur. Şərq qəzetinin baş redaktoru Akif müəllim isə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür. Bu münasibətlə əziz ziyalılarımızı təbrik edirəm, Allahdan Elçin müəllimə və Akif müəllimə can sağlığı, şərəfli peşə fəaliyyətində yeni-yeni zirvələr arzu edirəm!

 Vüqar Dadaşov


понедельник, 6 июля 2020 г.

Əbülfəz Qarayevin rəhbərliyi dövründə bəzi şəxslərə verilmiş fəxri adlar geri alınmalıdır

Dünən, 05.06.2020-ci tarixdə Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynov vəfat edib. Yaxınlarının verdiyi məlumata əsasən mərhum sənətkar Xırdalan qəbristanlığında dəfn edilib. Hörmətli sənətkarımızın yaxınlarına baş sağlığı verirəm və Allahdan ona rəhmət diləyirəm. Yeri cənnət olsun.

Diqqətimi çəkən məqam isə rəhmətlik sənətkarımızın "XALQ ARTİSTİ" deyil, hələdə "Əməkdar artist" fəxri adında qalmasıdır yəni, Azərbaycan səhnəsinin ən tanınmış simalarından olan, istedadlı, təvazökar, Azərbaycan klassik səhnə ənənələrini yaşadan mərhum qocaman aktyorumuz Tofiq Hüseynovu, Əbülfəz Qarayevin başçılıq etdiyi Mədəniyyət Nazirliyi "Xalq artisti" adına layiq bilinməyib. Ancaq ki, Mədəniyyət Nazirliyi yarımçılpaq, 2-3 mahnı oxuyan, adət-ənənələrimizi məhv edən, danışığını belə bilməyən adamlara layiq olmadığı fəxri adları verib.
Niyə və hansı əsasa?!

Hələ, 2017-ci ildən başlayaraq müvafiq inzibati orqanlara, Milli Məclisə müraciət edərək layiq olmayanlardan fəxri adların geri alınmasını təklif və xahiş etmişdim. Müraciətlərim KİV-də də geniş işıqlandırılmışdı. Bu müraciətimə cavab alsam da məsələ baxılmamış qalmışdır. Hesab edirəm ki, Mədəniyyət nazirliyində baş vermiş hadisələrdən sonra, Əbülfəz Qarayevin başçılıq etdiyi dövrdə Mədəniyyət Nazirliyinin "zəhməti" əsasında layiq olmayan adamlara verilmiş fəxri adlar geri alınmalıdır.


Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, publisist,  VI çağırış Milli Məclisə deputatlığa namizəd.
https://axar.az/news/kult/142247.html


 SNN NEWS-Haber

суббота, 4 июля 2020 г.

BƏS MƏMMƏDYAROVUN ÖZÜ NECƏ OLSUN?!


BƏS MƏMMƏDYAROVUN ÖZÜ NECƏ OLSUN?!

Azərbaycan Respublikası DTX-nin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat sözsüz ki, çox sevindirici haldır və ilkin verilən məlumatlara əsasən həbs edilmiş şəxslərdə var. Ancaq ki, sözün düzü, XİN-də maliyyə məsəlləri əksər vətəndaşlarımızı o qədərdə maraqlandıran məsələ deyil. Belə ki,  Azərbaycan Respublikası XİN sıradan bir orqan deyil və onun başlıca vəzifəsi-beynəlxalq arenada Azərbaycan xalqının dövlət və milli maraqlarının qorunmasıdır.

Azərbaycan Respublikası Xarici İşlər naziri E. Məmmədyarov isə, Azərbaycan xalqının milli və dövlət maraqlarının üstündən qalın qara xətt çəkən bir şəxsdir və bunun müqabilində xarici ölkələrə küllü miqdarda varidat sahibi olmuşdur. E. Məmmədyarov Azərbaycanın milli maraqlarının al-verçisidir və məhz buna görə də şəxsən özü məsuliyyətə cəlb edilməlidir.

Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, publisist

  SNN NEWS-Haber

четверг, 2 июля 2020 г.

TƏBİB, nə istəyirsən BİZDƏN, YETMƏDİMİ?!


Gündəmi zəbt etmiş əksər tanınmış şəxslərin, siyasətçilərin, həkimlərin əsas tövsiyyələrlə  yəni, qoruyucu maskalardan istifadə, sosial məsafə, özünü təcrid və gigiyenik qaydalara əməl edilməsinə dair çağırışlarına əhalinin laqeyd münasibətini aradan qaldırmaq üçün, tətbiq edilən inzibati üsullar lazımı effekti verə bilməz. Sözsüz ki, bu kimi tələblərə əməl olunmalıdır. Ancaq, məsələni inzibati yolla həll etmək mümkün deyil, məsələnin kökündə Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətsizliyinin nəticəsi kimi mövcud “inamsızlıq” yaranıb və durur.

 Fikrimcə ilk növbədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə TƏBİB arasında liderlik uğrunda mübarizəyə və ikitirəliyə son verilməlidi və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Səhiyyə Nazirliyi ölkə üzərində bir başa əhalinin sağlamlığına cavabdeh icra edici hakimiyyət orqanı kimi, yaranmış vəziyyətə məsuliyyətlidir və başqa təşkilatlar kimi, TƏBİB-də Səhiyyə Nazirliyinin tabeliyində və nəzarətində fəaliyyət göstərməlidir. Əsl həqiqətdə də TƏBİB-ə əhalinin sağlamlığının təhlükəli bir dövründə və ümumiyyətlə belə bir məsuliyyətli funksiyanı həvalə etmək yanlışlıqdır. Əhalinin çağırışlara inamsızlığının əsas səbəbini məhz bunda görürəm.

İkinci bir məqamda odur ki, özünü tədric və sosial məsafə məsələsinin uğursuz tətbiqinin əsas səbəbləri, əhalinin daimi gəlir yerinin daha doğrusu, işsiz şəxslərin saylarının çox olması müqabilində əhalinin dolanışığının təmin edilməməsidir. Kim istəməz ki, evdə otursun, ailəsi ilə xoş günlər keçirsin-sözsüz ki, əgər müəyyən dərəcədə karantin rejiminə uyğun olaraq ailələrin minimum səviyyədə dolanışığı təmin edilərsə. Etiraf edək ki, bu karantin dövründə əhalinin gəliri nəzərə çarpacaq dərəcədə azaldığından işsizlərin küçələrə axını  ancaq, çörək üçün qazanc dalınca çıxanlardı. Odur ki, həqiqətən əgər, bu COVİD-19-la effektli mübarizə aparmaq istəyiriksə heç olmasa az təminatlı ailələrin və rəsmi gəlirləri ehtiyac meyarından aşağı olanların minimum dolanışığı təmin edilməlidir ki, əhalinin karantin rejimini pozmağa əsası və o cümlədən bəhanəsi olmasın.

Üçüncü bir məqamda odur ki, dəfələrlə bu haqda deyilsə də, yazılsa da, tibbi qoruyucu maska və digər gigiyenik vasitələrinin bahalığıdır. Pandemiya dövrünə qədər ölkəmizdə qoruyucu maskaların qiyməti 8-10 qəpik arasında idi və demək olar ki, bu vasitə ilə təchizat xarici ölkələrin hesabına təmin edilirdi. Cənab Prezidentimiz İlham Əliyevin bir baha tapşırığı ilə Sumqayıt şəhərində tibbi qoruyucu maskaların istehsalına başlanılıb. Ancaq ki, işbazlar ən ucuz maskanı 30 qəpikdən aşağı satmırlar.

Qısa və konkret olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığına faktiki məsuliyyətli icra edici orqan olaraq fəaliyyət göstərməli, Qərargahdan işbazlar, səriştəsizlər uzaqlaşdırılmalıdır, əhalinin karantin rejiminə riayət etməyi üçün onların minimum maddi və ərzaq təminatı aparılmalı, gigiyenik vasitələrlə təmin edilməlidir. Bu halda istənilən nəticəni əldə etmək mümkündür.

TƏBİB isə, ümumi və gündəlik statistikanın reqresiv olmasına baxmayaraq nə işində dönüş yarada bilmir nədə, bacarıqsızlığını etiraf edərək mahiyyət dəyişikliyinə getmir... Görünən odur ki, TƏBİB inadından yapışıb bacarıqsızlığını boynuna almır ki, efektsiz və xeyirsiz bir qurum kimi, ölkə üzrə ümumi fəaliyyətinə son verilər və ləğv edilər. Ancaq, bu TƏBİB-in "inadı" xalqımızın və dövlətimizin milli təhlükəsizliyinə təhdid yaradır, TƏBİB bunu görmürmü və ya görmək istəmir?! Sadəcə, TƏBİB yaranmış vəziyyətə bir "dahada varlanmaq" şansı kimi baxır və yaxşı gəlirdən könüllü imtina etməyəcək. Əhalinin sağlamlığının risk altına alaraq TƏBİB bu yarıtmaz fəaliyyətini davam etdirəcək?!  TƏBİB, nə istəyirsən bizdən?! Bəs deyilmi?! Yetmədimi?!

  Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, publisist.

  SNN NEWS-Haber

Bu gün, Azərbaycan Polisinin yaranmasının 102-ci il dönümüdür

Bu gün yaradılmasının yüz ikinci ilini bayram edən Azərbaycan polisi gərgin və şərəfli inkişaf yolu keçmişdir. Azərbaycanın ilk daxili işlər naziri kimi tarixə adı düşən şəxs AXC-nin qurucularından biri, görkəmli dövlət xadimi Fətəli Xan Xoyski olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tbilisidə “İstiqalal Bəyannaməsi”ni qəbul etdikdən sonra birinci hökumətin yaradılması haqqında da qərar verir. İlk hökumətin Baş naziri seçilən F.X. Xoyski həm də daxili işlər naziri portfelini daşıyırdı.
Həmin il iyunun 17-də Gəncəyə köçən milli hökumətin ikinci təşkilində daxili işlər naziri postunu Behbud xan Cavanşir tutur. B.Cavanşir polis orqanlarının formalaşdırılmasında böyük xidmətləri olan nazir kimi hər zaman ehtiramla yad edilir. Məhz onun rəhbərliyi və təşkilatçılığı liə Azərbaycanda ilk dəfə milli polis təşkilatının yaradılması işinə başlanmışdır.
Cümhuriyyət Höküməti iyulun 2-də Daxili İşlər Nazirliyinin məruzəsi əsasında polis işçilərinin əmək haqqını artırmaq barədə qərar qəbul edir. Bu qərarla Gəncə Quberniya İdarəsi işçilərinin sayı ixtisar edilir və təşkilatın yenidən qurulması haqqında təlimatlar hazırlanır. DİN-in Gəncə şəhərində həyata keçirdiyi ilk tədbirlərdən biri də şəhərin özünüidarəsinin bərpa edilməsi olmuşdur. Polis orqanlarının konkret fəaliyyəti və təşkili ilə bağlı 1918-ci il iyulun 2-də verilən bu qərar Azərbaycan polisinin yaradılması günü kimi qəbul edilmişdir.
     Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

  1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.

 Müstəqilliyimizin ilk dövründə Azərbaycan Respublikası DİN DQ tərkibində vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda vuruşan ilk əsgər və zabitlərə DİN döş nişanları verildi, fəxr edirəm həmin əsgərlərdən biri də mən idim və həmin nişanı əziz xatirə kimi saxlayıram.

   Tariximizi və bu günümüzü yaşadan bayram münasibəti ilə Daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik edir, can sağlığı və şərəfli peşə xidmətlərində uğurlar arzulayıram.
    Bayramınız mübarək!

 Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi, DİN DQ veteranı, publisist, AJB-nin üzvü

 SNN NEWS-Haber

вторник, 30 июня 2020 г.

Millət vəkili Razi Nurullayev: məmurların "həbs etdikləri kreslolar"...

Millət vəkili Razi Nurullayev bu gün Milli Məclisin plenar iclasında olduqca maraqlı çıxış edib. Həmin çıxışı olduğu kimi təqdim edirik.

"Hörmətli xanım sədr, hörmətli deputatlar,

Ölkəmizin bu ağır vəziyyətində həm müxalifətin, həm də iqtidarın əlini daşın altına qoyması vacibdir. Bizim vəzifəmiz əl qaldırmaq, lehinə, yaxud əleyhinə düyməsini basmaq deyil, göndərilən bütün layihələrə "hə" demək də deyildir. Qəbul etməmək və qanunları geri qaytarmaq hüququmuz da var.

Rüşvətxorluqla, məmur özbaşınalığı ilə mübarizə danışmaqla olmur. Çox da danışanda, tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın. Neynəyək, elə oturub burada hər kəsə tərif deyək, əl çalaq və təzim edək?

Parlamentdə təmsil olunan müxalifət nümayəndələrinin konkret vəzifə və məsuliyyət daşıması mütləqdir. Qoy müxalifət nümayəndələri ən çox korrupsiyaya bulaşmış qurumların işinə nəzarət etsin və sənədlərlə tanış olsun. Qoy müxalifət nümayəndələri dövlətçiliyin möhkəmlənməsində və xalqın güzaranının yaxşılaşdırlmasında olan layihələrdə vəzifə alıb məsuliyyət daşısınlar və fərqli yanaşmanı ortaya qoysunlar. Uğur qazanılmasa, hörmətli Siyavuş müəllimə əsaslı mövzu verəcəyik ki, bizi sərt tənqidə məruz qoysun.

Hələ də elə məmur var ki, telefonu belə qaldırmağı özünə sığışdırmır. Bu isə millət vəkilinə qarşı ciddi hörmətsilzikdir. Bu gün adlarla gəlmişdim, son anda fikrimdən daşındırıldım. Bilsinlər ki, onların taleyi cənab Prezidentin bir imzasına, sözünə bağlıdır. Altlarında onillərlə həbs etdikləri kresloların azad olunmasını istəyirlərsə, kömək edə bilərik. Unutmayın bunu!
Bütün bunların fonunda barışmaz qüvvələr pandemiyaya fürsət kimi yanaşır və məsuliyyətsiz məmurlar da onların əlinə oynayır. Sizə Əli Kərimli, digər barışmaz qüvvələr lazımdır? Beş qat dərinizi soyar, açığı soyumaz, sonra da üstünə duz səpər. Ölkə məhv olub gedər.

Belə bir vəziyyətdə, nə daxili, nə də xarici qüvvələrə xalqın narazılığı üzərində hakimiyyət oyunları qurmağa imkan vermək olmaz. Mən də müxalifət təmsilçilərindən biri olaraq dəyişikliklərin lehinəyəm, amma uzun və keşməkeşli yol olsa da dəyişikliyin qanunlar çərçivəsində olması mütləqdir. Çünki, inqilabların əzab, iztirab və dağıntılar gətirəcəyini bilirəm. Müasir dövrümüzün qanlı-qadalı inqilabları heç bir xalqı xöşbəxt etməyib.

Vəzifəmiz dövlət, torpaq, bayraq və ordu üçün şərəflə ölməkdir. Vəzifəmiz dövlətin bütün atributlarını qorumaqdır. Azərbaycanın prezidenti və birinci vitse-prezidenti də ölkəmizin təmsilçiləri, atributlarıdır. Vəzifəmiz həm də dövlətçilik naminə onların adlarını uca tutmaqdır. Sağ olun."

  SNN NEWS-Haber

понедельник, 29 июня 2020 г.

KORONAVİRUS-Səhiyyə və BİZ... QISA və KONKRET!



Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, VI çağırış Milli Məclisə deputatlığa namizəd, Qarabağ Qazisi Vüqar Dadaşov karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə bağlı maraqlı çıxış edib. Həmin çıxışı oxucularımıza təqdim edirik

Gündəmi zəbt etmiş əksər tanınmış şəxslərin, siyasətçilərin, həkimlərin əsas tövsiyyələrlə yəni, qoruyucu maskalardan istifadə, sosial məsafə, özünü təcrid və gigiyenik qaydalara əməl edilməsinə dair çağırışlarına əhalinin laqeyd münasibətini aradan qaldırmaq üçün, tətbiq edilən inzibati üsullar lazımı effekti verə bilməz. Sözsüz ki, bu kimi tələblərə əməl olunmalıdır. Ancaq, məsələni inzibati yolla həll etmək mümkün deyil, məsələnin kökündə Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətsizliyinin nəticəsi kimi mövcud “inamsızlıq” yaranıb və durur.

Fikrimcə ilk növbədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə TƏBİB arasında liderlik uğrunda mübarizəyə və ikitirəliyə son verilməlidi və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Səhiyyə Nazirliyi ölkə üzərində bir başa əhalinin sağlamlığına cavabdeh icra edici hakimiyyət orqanı kimi, yaranmış vəziyyətə məsuliyyətlidir və başqa təşkilatlar kimi, TƏBİB-də Səhiyyə Nazirliyinin tabeliyində və nəzarətində fəaliyyət göstərməlidir. Əsl həqiqətdə də TƏBİB-ə əhalinin sağlamlığının təhlükəli bir dövründə və ümumiyyətlə belə bir məsuliyyətli funksiyanı həvalə etmək yanlışlıqdır. Əhalinin çağırışlara inamsızlığının əsas səbəbini məhz bunda görürəm.
İkinci bir məqamda odur ki, özünü tədric və sosial məsafə məsələsinin uğursuz tətbiqinin əsas səbəbləri, əhalinin daimi gəlir yerinin daha doğrusu, işsiz şəxslərin saylarının çox olması müqabilində əhalinin dolanışığının təmin edilməməsidir. Kim istəməz ki, evdə otursun, ailəsi ilə xoş günlər keçirsin-sözsüz ki, əgər müəyyən dərəcədə karantin rejiminə uyğun olaraq ailələrin minimum səviyyədə dolanışığı təmin edilərsə. Etiraf edək ki, bu karantin dövründə əhalinin gəliri nəzərə çarpacaq dərəcədə azaldığından işsizlərin küçələrə axını ancaq, çörək üçün qazanc dalınca çıxanlardı. Odur ki, həqiqətən əgər, bu COVİD-19-la effektli mübarizə aparmaq istəyiriksə heç olmasa az təminatlı ailələrin və rəsmi gəlirləri ehtiyac meyarından aşağı olanların minimum dolanışığı təmin edilməlidir ki, əhalinin karantin rejimini pozmağa əsası və o cümlədən bəhanəsi olmasın.

Üçüncü bir məqamda odur ki, dəfələrlə bu haqda deyilsə də, yazılsa da, tibbi qoruyucu maska və digər gigiyenik vasitələrinin bahalığıdır. Pandemiya dövrünə qədər ölkəmizdə qoruyucu maskaların qiyməti 8-10 qəpik arasında idi və demək olar ki, bu vasitə ilə təchizat xarici ölkələrin hesabına təmin edilirdi. Cənab Prezidentimiz İlham Əliyevin bir baha tapşırığı ilə Sumqayıt şəhərində tibbi qoruyucu maskaların istehsalına başlanılıb. Ancaq ki, işbazlar ən ucuz maskanı 30 qəpikdən aşağı satmırlar.

Qısa və konkret olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığına faktiki məsuliyyətli icra edici orqan olaraq fəaliyyət göstərməli, Qərargahdan işbazlar, səriştəsizlər uzaqlaşdırılmalıdır, əhalinin karantin rejiminə riayət etməyi üçün onların minimum maddi və ərzaq təminatı aparılmalı, gigiyenik vasitələrlə təmin edilməlidir. Bu halda istənilən nəticəni əldə etmək mümkündür.”

SNN NEWS-Haber

воскресенье, 28 июня 2020 г.

“Ziyalı” adına iddialı olanlar...

Son günlərdə ölkə mətbuatında “ziyalı” məfumu ilə bağlı müəyyən fikirlərə rast gəlinir əlbəttə ki, bu çox sevindirici haldır. Sözü gedən mövzu ilə bağlı yazım hələ 2019-cu ilin may ayından başlayaraq ölkə mətbuatında geniş yayımlanmışdı. Sözsüz ki, cəmiyyətimizdə əsl ziyalı kimi görmək istədiyimiz şəxslərə ehtiyac və hörmət var buna baxmayaraq, artıq cəmiyyətimizdə “ziyalı”nın kim olduğu barədə yanlış təəssürat yaranıb, daha doğrusu “ziyalı” oz mahiyyətindən kənar düşüb. Ziyalı kimdir? Bu təbəqəyə kimləri aid etmək olar? Əvvəla “ziyalı” nə təhsil səviyyəsi nədə ki, tutulmuş mövqe deyil. “Ziyalı” düşüncə tərzidir. İlk növbədə ziyalı tərəf müqabilinə hörmətlə yanaşan və onu dinləmək qabiliyyətli, tənqidi qəbul edən və nəticə çıxarmaq qabiliyyətli şəxsdir. Əsl ziyalı çox həssasdır, heç vaxt heç kəsi alçaltmaz, kobudluq etməz, paxıllıq etməz və heç kəsə özünə arzulamadığını arzulamaz. Bütün pisliklər genetik quruluşuna zidd olan şəxslər ziyalıdır.

Ziyalı o şəxs deyil ki, klassik ədəbiyyatı bilsin, klassik rəssamlıqdan anlayışı olsun, muzeyləri gəzsin, klassik musiqi dinləsin, teatr və kinoya getsin. Bütün bu deyənlər əsas şərt deyil. Qeyd edilənlər ziyalıya xas olsa da, əsl ziyalı bilikli və elmli, gözəl görüntülü və maneralı insan deyil. Ziyalı qəlbi geniş və qəlbən varlı ətraf dünyaya biganə qalmamaq, yeni bilikləri mənimsəmək və mədəni dəyərləri qavramaq və qorumaq bacarığıdır, mənəvi anlayışı yüksək olan zəkalı şəxsdir. Ziyalı şəxsin borcu onu əhatə edən cəmiyyətə biganə olmamağı və insanlara xeyirxahlıq hissidir. Deməli ziyalılıq düşüncə tərzidir. Qeyd edilənlər dən kənar düşüncəyə malik, hər hansı bir mövqe tutan, təhsilli, titullar və medallara sahib adamlar ziyalı sayılmır.

Əsl ziyalı hər bir cəmiyyətin inkişafı, milli mənəvi dəyərlərin qorunması, dövlət və dövlətçiliyin saxlanılması üçün dayaq nöqtəsi və qoruyucu immunitetdir. Ziyalı canlı bir orqanizm olan dövlətin və xalqın refleks xüsusiyyətidir, ziyalı xalqın və dövlətin mayakıdır.

Çox təəssüf ki, doğma vətənimizdə ziyalılar bir təbəqə kimi yox olmaqdadır və özlərini xalqın ziyalısı kimi hiss edənlər xalqımızın milli, mənəvi dəyərlərinə, adət ənənələrinə və bizi bir millət edən identik quruluşumuzun tərkib hissəsi olan mentalitetimizə edilən təhdidlərə qarşı reaksiya vermirlər. Dövlət və dövlətçiliyimizə, suverenliyimizə, sosial rifahımıza təhlükə yaradan hallara münasibət bildirmirlər. Sovet dönənimdə belə, repressiyalara baxmadan Əhməd Cavad, Şıxəli Qurbanov, Hüseyn Cavid, Vəli Məmmədov, Xudu Məmmədov, Mikayıl Müşfiq və adlarını saymadığım digər Azərbaycan oğulları əsl ziyalı kimi xalqın önündə idilər və bir mayak kimi xalqa istiqamət verirdilər. Müstəqilliyimiz dövrümüzdə isə tam əksinə olan proseslər baş verməkdədir. Milli, mənəvi dəyərlərimiz məhv edilir, ərazi bütövlüyümüz pozulub, dövlətə və xalqa xidmət yaltaqlıqla əvəz olunub. Budumu ziyalılıq?! Mənə məlum olan qədər deyə bilərəm ki, özlərini ziyalı sayan ara sıra cəmiyyətimizdə baş verən neqativ hallara münasibət bildirən demək olar yoxdur sözsüz ki, bir neçə nəfər şəxsi ziyalını çıxmaq şərti ilə. Bəs qalanları, həmin yox kimi görünən, susan “ziyalı”lar niyə ziyalı adına iki əlli yapışıblar?!

Həqiqətən etiraf etmək lazımdır ki, həm bir xalq olaraq həmdə bir dövlət olaraq Azərbaycan cəmiyyətinin əsl ziyalıya ehtiyacı var, Azərbaycan xalqı əsl ziyalı axtarışındadır, imamlar susuz səhrada su axtaran kimi. Allah xalqımızı və dövlətimizi qorusun!
Vüqar Dadaşov
Hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, VI çağırış Milli Məclisə deputatlığa namizəd, Qarabağ Qazisi
SNN NEWS-Haber

воскресенье, 14 июня 2020 г.

15 iyun 1993-cü il-Milli Qurtuluş günü


1993-cü ilin may-iyununda müstəqil Respublikamızda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 27 iyun1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi Dövlət bayram kimi qeyd olunur.
Allah, Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin!

   SNN NEWS-Haber

воскресенье, 31 мая 2020 г.

Razi Nurullayev: veteran müavinəti 250 manata çatdırılmalıdır


Millət vəkili Razi Nurullayev bu günki Parlament iclasında veteran, qazi və şəhid ailələri barədə çıxış edib. Həmin çıxışı olduğu kimi oxucularımıza təqdim edirik.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 3-cü maddəsinə dəyişiklik təklif edirəm.
Qarabağ müharibəsi veteranlarına, əlillərinə,  şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən   güzəşt və imtiyazlar müəyyən edilib. Pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi göstərdi ki, bu kateqoriyadan olan şəxslərin daha çox qayğıya ehtiyacı var və keçmiş döyüşçülərin maddi və sosial durumları ürək açan deyil. Veteranlara verilən müavinətin miqdarı 80 manatdır-bu məbləğ ölkə üzrə müəyyən edilmiş 160 manat ehtiyac meyarından da belə 2 dəfə azdır. Yeri gəlmişkən, 80 manata görə keçmiş döyüşçülərə və onların həyat yoldaşlarına 190 manat məbləğində bir dəfəlik yardım belə verilmədi.

Ancaq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının  Qanunun 1-ci maddəsinə əsasən dövlətimiz veteranlara əmək haqqının minimum səviyyəsindən az olmayan yaşayışa təminat verir. Bildiyimiz kimi, bu il ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilib. Bu baxımdan hesab edirəm ki, keçmiş döyüşçülərə ödənişlərin miqdarı artırılmalı və minimum əmək haqqı miqdarına çatdırılmalıdır.

Ümumiyyətlə veteran, qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin  yaxşılaşdırılmasına dair təkliflər Milli Məclisə, müvafiq orqanlara təqdim olunub, mənə də müraciətlərin sayı çoxdur. Hesab edirəm ki, bu məsələlərə  yenidən baxılmalıdır, veteran qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılması kompleks şəkildə aparılmalıdır."

 SNN NEWS-Haber