Поиск по этому сайту

понедельник, 13 сентября 2021 г.

Vəziyyət Rusiyanı Azərbaycanın hərbi əməliyyatlarına göz yummağını şərtləndirəcək

 


Azərbaycanda rus sülhməramlıların müvəqqəti yerləşdiyi məsuliyyət zonasında Rusiya və İran öz hərəkətlərini birgə koordinasiya edir. Paşinyan hakimiyyəti ilə 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda keçirilmiş növbədənkənar seçkilərdə Paşinyanın yenidən qələbə qazanmasının əsas səbəbi erməni cəmiyyətinin ümumən Qarabağ yükündən azad olmaq, qonşularla sülh istəyi idi. Ermənistanda son proseslər açıq şəkildə göstərir ki, İrəvan hakimiyyəti Qarabağ adlı problemin mövcudluğun belə xatırlamaq istəmir və görünən də odur ki,  Azərbaycan və Türkiyə ilə münasibətlərini  normallaşdırmaq niyyətindədir, ancaq Rusiya və İran  Paşinyan hakimiyyətinə bu niyyətini reallasdırmağa imkan vermir. Düzdür Fransa, ABŞ-da konfliktin tam həllində maraqlı deyil. Ancaq Rusiya üçün konfliktin dirçəlməsi onun regionda üzün müddətə mövcudluğunu təmin edən vasitə olduğundan Qarabağda konfliktin dirçəlməsi Rusiya üçün geosiyasi hədəfdir.

 

Bəli, Rusiya və İran isə bölgədə Qarabağ adlı problemi dirçəltmək niyyətindədir. Buna görə də Rusiya tərəfindən Ermənistan müəyyən mənada proseslərdən kənarlaşdırılıb. Qarabağ ətrafında diqqəti cəlb edən ən son vacib proseslərdən biri - rus sülhməramlıların komandanı general Rüstəm Muradovun  ənənəvi rus işğalçı siyasətinin mahir icraçısı  Mixail Kosabokovla əvəzlənməsidir hansı ki, bu Kosobokov Gürcüstanın Abxaziyasının, Ukraynanın Donbasının, Krımının işğalını həyata keçirən mühüm fiqurlardan biridir.  Sözsüz ki, Rusiya bu addımı ilə Azərbaycan açıq şantaj və hədə etmiş oldu. Təbii ki, Azərbaycanda adekvat addımlar atmaq məcburiyyətindən çıxış edərək ilk öncə Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirdi, Gorus-Qafan yolunun Azərbaycan hissəsində polis postları qurub, İrandan gələn maşınları nəzarətə götürdü. Azərbaycan eyni zamanda Qarabağa İranın yük maşınlarının və digərlərinin sərbəst giriş-çıxışı bağlı Rusiyaya narazılıq məktubları ünvanladı və müvəqqəti fəaliyyət göstərən Laçın koridoruna vizual nəzarəti gücləndirtdi. Sentyabrın 12-dən isə Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin  iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq hərbi təlimlərinə start verildi. Xatırlamaq yerinə düşər ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri rus sülhməramlıların məsuliyyət zonasında keçirdiyi hərbi təlimlərdən bir gün sonra keçirilib. “Üç qardaş - 2021” beynəlxalq hərbi təlimlərin Bakıda keçirilməsi isə geniş ictimaiyyətə məlum olmayan mümkün təhlükələrin qarşısını almağa hesablana bilər. 44 günlük müharibə zamanı Bakıya atılan raket hücumları haqqında az danışsaq da dövlətimizə və xalqımıza hər şey bəllidir.

 

Qısa dövr üzrə proseslərin ardıcıllığı və ümumən rus-fars tandeminin Azərbaycana qarşı ənənəvi nifrət siyasəti onu deməyə əsas verir ki, rus sülhməramlıların məsuliyyət zonasında hərbi müstəvidə əməliyyatlar gözləniləndir.  Hər şey açıq-açıqcasına bəllidir, Rusiya regionda konfliktin dirçəlməsinə və rus ordusunun Azərbaycanda uzun müddətə qalması üçün əsaslar yaratmağa çalışır. İranın istəyi təbii ki, son yüzilliklərə uyğun olaraq Rusiya ilə eyni amala xidmət edir və ümid edir ki, Qarabağ konflikti ilə Azərbaycanın inkişaf tempini, hərbi gücünü azalda biləcək və nəticə etibarı ilə Cənubi Azərbaycanın istiqlalını əngəlləyə biləcəkdir.

 

Böyük ehtimalla Qarabağda Rusiya-Azərbaycan hərbi qarşıdurması gözlənilmir, ancaq ruslar tərəfindən təsirli təxribatlar mümkündür,  Türkiyə-Azərbaycan, Pakistan-Türkiyə-Azərbaycan müttəfiqliyi, hərbi təlimləri rusların bir başa silahlı qarşıdurmadan çəkindirən şərtlərdir. Çox güman ki, Rusiya  Azərbaycanın tələbləri ilə razılaşacaq, 10 noyabr və 11 yanvar üçtərəfli Bəyanatlarının icrası ilə bağlı praktik addım atacaqdır. Əks təqdirdə isə vəziyyət  Rusiyanın  məsuliyyət zonasında Azərbaycanın  hərbi əməliyyatlar keçirməsinə mane olmamağını şərtləndirəcək və nəticədə  Xankəndinin, ətraf ərazilərin Azərbaycanın yurisdiksiyasına keçməsi reallaşacaq.   

Vüqar Dadaşov

Hüquqşünas, Qarabağ qazisi


суббота, 11 сентября 2021 г.

İranın qanla dolu Azərbaycan nifrəti nə vaxt bitəcək? Bəlkə Allahşükür...

 


İranın Azərbaycana qarşı çox əsrlik düşmənçiliyi davam edir. Ənənəvi fars siyasəti donunu dəyişir, amma mahiyyətini dəyişmir, necə deyər “it tükün tökər, xasiyyətin dəyişməz.” Azərbaycanı ikiyə bölən, şiyəçiliyimizi farslaşdırıb gözdən salan, xalqımızı din pərdəsi ilə  əsarətdə saxlayan, Qarabağımızın işğalına kömək edən, separatistlərin mövcudluğunu hər vasitə ilə təmin edən, Qarabağımızın işğaldan azad edilməsinə hər cürə mane olan, Azərbaycan düşməninə maddi, hərbi, informasiya dəstəyi verən, kəşfiyyatla hərbi məlumatlar toplayıb erməniyə ötürən, 44 günlük müharibədə Azərbaycanın qələbəsini öz şəxsi məğlubiyyəti hesab edən İran-fars rejimindən  xəyanətdən başqa bir şey gözləmək dahi Nəsimi demişkən cahillikdir.

 

Bir ay əvvəl 11, avqustda Azərbaycan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş  faktlarla bağlı qarşı tərəfə nota versə də İran Azərbaycana qarşı düşmənçiliyini dayandırmadı, İranın  Qarabağa qanunsuz yük maşınlarının axınını davam edir. Yeni aşkar edilmiş faktlar isə təkzib olunmaz şəkildə İranın dəyişməz düşmən siyasətinin mahiyyətini təkrar-təkrar sübut edir. İran Azərbaycanın verdiyi NOTA-dan nəticə çıxarmayıb əksinə, daha alçaqcasına, riyakarcasına  maskalanaraq düşmənçilik fəaliyyətini davam etdirir. 44 günlük müharibə zamanı, erməni bloger Roman Baqdasaryan demişkən-qadın paltarı geyib, süni sinə qoyub, qadın dodaq boyası çəkib döyüş meydanından qaçan ermənilərin bacarığını eyni kökdən və millətdən olan farslarda həyasızcasına istifadə edir, maskalanırlar - Qarabağa gələn İran maşınlarına saxta Ermənistan maşın nömrələri vurub, sürücüləri dəyişdirib Azərbaycana soxulurlar.

 

Az qala 30 illik işğal zamanı İran Azərbaycanla dövlət sərhədində, o vaxt nəzarətimizdə olmayan ərazilərimizə üzbə-üz heç bir İran bayrağı olmadığı, ordusu saxlamadığı halda, Azərbaycan torpaqlarını azad edən kimi, sərhədə ordusunu və dövlət atributlarını yerləşdirən  İranın hansı qonşuluğundan, etibarından, müsəlmançılığından danışmaq olar?! Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin işğaldan azad etdiyimiz ərazilərimizə (Cəbrayıla) səfəri zamanı İran təxribatçı, xəyanətkar, qeyri siyasi-diplomatik davranışları 1813, 1828, 1992-1993-cü illər Gülüstan, Türkmənçay, 1-ci Qarabağ savaşı kimi Azərbaycan xalqının milli şüuruna həkk oldu. İrandan danışaq- özünü yormaq kimi bir şeydir. Bu dövlətin Azərbaycan siyasətində –hiylə, təxribat, riyakarlıq, xəyanət, anti islam, hədə-qorxu və qısası-insan  məxluquna xas ən pis hisslər, vərdişlər cəmləşib.  

 

Düşmən bəllidir. Azərbaycan cəmiyyəti isə deyərdim ki, İranın özündən çox fars rejimini Azərbaycanda təbliğ edən, müdafiə edən adamların riyakar çıxışları daha çox hiddətləndirir. İranın Azərbaycana qarşı qanla dolu nifrətini “FƏTVA SƏRƏNCAMI” ilə dostlarımızın sırasına qatmağa çalışan şeyx Allahşükür Paşazadə görəsən bu dəfə nə deyəcək, vəziyyətdən necə çıxacaq?!  Əsrafurullah, özünü Allah kimi aparan, qəbul günləri olmayan Qafqaz Müsəlmanları İdarəsi başçısı Allahşükür Paşazadə İrana görə ABŞ prezidenti Donald Trampa məktub yazaraq xahiş edən deyildimi? Azərbaycanın düşməninə kömək edən Azərbaycan xalqının düşməni deyilmi?! Üstəlik hələ də, Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri kimi fəaliyyətini davam etdirir doğrudur, İranın Azərbaycanda səlahiyyətli nümayəndəsi və səfiri kimi...

 

Gözləntimiz isə budur, Allahşükür Paşazadə İran üçün ABŞ yazdığı yalvarış məktubundan öz dövləti Azərbaycan üçün Rəisiyə məktub yazacaqmı, yaxud bir söz deyəcəkmi?! Hərçənd ki, Nicatlar, Ruhanilər, Rəisilər kimdi ki, 1989-cu ildən bu yana söz sahibi Ali dini rəhbər Əli Xamneidir və hansı ki, İranın xarici və daxili siyasət kursunu müəyyən edir. Dini rəhbər Əli Xamneinin Azərbaycan siyasəti ənənəvi fars tarixinə xas mahiyyətdə dəyişməz olaraq qalır. Bəs,  Azərbaycanın İrana qarşı dözümlülük siyasəti dəyişməyəcəkmi?

 

Vüqar Dadaşov  
Hüquqşünas, Qarabağ qazisi

пятница, 10 сентября 2021 г.

Rusiyanın Azərbaycana qarşı Kosobokov gedişi



Azərbaycanda, Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının statusu və mandatı ilə bağlı bir-birinə təzadlı fikirlərin səsləndirilməsi və proseslərin gedişi onu göstərir ki, rus sülhməramlıların mandatı və statusu ilə bağlı Rusiya və Azərbaycan arasında kəskin fikir ayrılığı var. Rusiya üçün sülhməramlıların statusunun rəsmiləşməsi onun Azərbaycana qarşı siyasətində müəyyən edici istiqamətdir. Bu baxımdan, indiki vəziyyət Rusiyanın Azərbaycana qarşı post müharibə dövrü üçün siyasi kursunda qeyri müəyyənlik yaradır. (Ümumən isə bəllidir ki, Rusiya Azərbaycana qarşı ənənəvi işğalçılıq, imperialist siyasətindən əl çəkən deyil).
Rusiya bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycana qarşı şantaj, hədə-qorxu, psixoloji, siyasi-diplomatik və hətta hərbi təzyiqlərdən istifadə edir ki, rus ordusunun Azərbaycan ərazisində uzunmüddətli mövcudluğunu təmin edə bilsin. Tolstoy, Zatulin, Jirinovski və sair bu kimi adamların Azərbaycana qarşı təhdid dolu çıxışları Kremlin öz istəyi ilə baş verir. 05.09.2021-ci il tarixdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir". Hikmət Hacıyevin "müəyyən müzakirələr hələ davam edir" kəlməsi onu göstərir ki, Rusiya və Azərbaycan arasında rus sülhməramlıların statusu ilə bağlı danışıqlar aparılmır sadəcə müəyyən müzakirələr var və özü də intensiv xarakterli deyil. Rusiya Azərbaycan ilə rus sülhməramlıların statusu ilə bağlı məzmunlu danışıqların başlanmasına belə nail ola bilməyib. Rus sülhməramlılarının Azərbaycanda, məsuliyyət zonasında hərbi təlimləri kimi təzyiqləri də neytrallaşdırılır. Azərbaycan-Türkiyə ordularının Laçın rayonunda birgə təlimlərə rus sülhməramlıların keçirdiyi hərbi təlimlərdən bir gün sonra başlaması sözsüz ki, ruslara və ermənilərə açıq mesajdır. Qarabağda atəşkəsin requliyar pozulmasında da rus sülhməramlılarının özünün iştirakı barədə inandırıcı fikir və rəylər var. Azərbaycanda rus sülhməramlıların məsuliyyət zonasında və eləcə də Ermənistan-Azərbaycan sərhədində Azərbaycan ordusu avtomobil yollarının müəyyən vaxta bağlamaqla ərazidə kimin söz sahibi olduğunu göstərir.
Sözsüz ki, Rusiya yaranmış vəziyyətdən çox qıcıqlanır və narahatdır. Azərbaycanda Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıların sabiq komandanı general Rüstəm Muradovun general Mixail Kosbokov ilə əvəz edilməsi indiki halda Rusiyanın Azərbaycana qarşı ən yüksək hərbi xarakterli siyasi-diplomatik və psixi təzyiqidir. Belə ki, rus generalı Mixail Kosabokov ənənəvi rus işğalçı siyasətinin mahir icraçısıdır və post sovet məkanında özünəməxsus imicə malikdir. Ukrayna Şərqinin Rusiya tərəfindən işğalında, separatçıların dəstəklənməsində xüsusi xidməti var və hansı ki, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi də açılıb. Bu Mixail Kosobokov həmin Kosobokovdur ki, Rusiya tərəfindən işğal olunmuş Gürcüstanın Abxaziyasında rus hərbi bazasının komandanı olub. Görünən odur ki, Rusiya açıqcasına Azərbaycana mesaj verir ki, Abxaziya ssenarisi Azərbaycanın da başına gələ bilər.
Qeyd edək ki, general Rüstəm Muradovun general Aleksey Avdeyevlə əvəz olunacağı gözlənilirdi və hətta general Avdeyevin Azərbaycanda müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanı vəzifəsinə təyin olunacağı barədə məlumatı rus mətbuatı da yayımlamışdı. Rusiyanın general Avdeyebdən imtina etməsi və Kosobokovun bu vəzifəyə təyin edilməsinin, Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilməsi fonunda artıq Rusiya Azərbaycan arasında gərginliyin yeni səhifəyə keçidinin göstəricisidir. Kosobikov şəxsinin bu vəzifəyə təyin edilməsi sözsüz ki, Azərbaycana qarşı bir başa şantaj, təzyiq və psixoloji hücumdur və hansı ki, gücündən əsər-əlamət qalmayan post sovet respublikalarına qarşı daima eyni ssenari ilə çıxış edən Rusiyasının ehtiyat işğalçılıq planın mövcudluğuna işarədir.
Məlumdur ki, Rusiya hər vasitə ilə Azərbaycanda rus sülhməramlılarının bölgədə uzunmüddətli qalmasını təmin etməyə çalışır. Abxaziya ssenarisinin Azərbaycan üçün keçərli olacağına Rusiya özü də inanmır və bilir ki, Azərbaycan Moldova, Ukraynaya və Gürcüstan kimi praktik tək deyil, onun Türkiyə kimi, Pakistan kimi, Böyük Britaniya kimi real müttəfiqi və dəstəyi var. Ən əsası isə Rusiyaya bəllidir ki, Azərbaycanın güclü dövləti, Qalib Ordusu, Avropa xalqları içində ən yüksək döyüşmək əzmi və ruhu olan xalqı var. Rusiya onu da bilir ki, Azərbaycan 44 günlük müharibədə erməni sifəti ilə rus ordusunu, rus texnikasını, rus hərbi nüfuzunu məhv edib.
Odur ki, Rusiyanın ordusunun hər hansı bir adla Azərbaycan ərazisində üzün müddətə qalacağı qeyri realdır və onu da qeyd etmək lazımdır ki, Azərbaycan rus ordusunun öz ərazisindən çıxarmaq üçün 1992-ci, 2013-cü illər təcrübəsinə malikdir.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ qazisi