NƏ İCAZƏ NƏDƏ DÖVLƏT RÜSUMUNUN
ÖDƏNİLMƏSİNİ TƏLƏB
ETMİR!
Yerli icra hakimiyyətlərinin tikinti sahəsində
nöqsanları və özbaşnalıqları Azərbaycan Respublikasında yaşayan hər bir insana
məlumdur. Bunların qarşısı alınmaz dərəcədə mövcud qanunların pozulmasına yönəldilmiş
hərəkətlərinə rəvac verən orqanlarla yanaşı elə sadə vətəndaşların özləridir.
Vətəndaşların
öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyətinin qeyri
qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olmuşdur. Baxmayaraq
ki, son zamanlar Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, Dövlət
başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində
qanunsuzluqların qarşısını almağa hədəflənsədə tikinti sahəsində icra
hakimiyyəti orqanlarının hələdə özbaşnalığı davam etməkdədir.
Bu sahədə çoxlu sualların olduğunu nəzərə
alaraq qeyd etmək istəyirəm ki, hal hazırda qüvvədə
olan qanun tələblərininə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli
asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə
əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi
rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli
icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Yəni, faktiki olaraq icazə “məlumatlandırma
icraatı” ilə əvəz olunub. Təbii ki, “məlumatlandırma icraatı” üçün
bir sıra şərtlər müəyyən edilmişdir. Göstərilən
tələblər daxilində yəni,
Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.
maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və
aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə
bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər:
- ərizə
- şəxsiyyət vəsiqəsinin surəti;
- torpaq
sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş
surəti);
- torpaq
sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);
- Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və
layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya)
almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma
bölməsi (3 nüsxədə
rəngli)
icra
hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən,
memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək
evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə)
çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və
ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr tərəfindən müəyyən pul müqabilində
hazırlanır. Qanuna əsasən, 15 gün ərzində
həmin plan-çertyoja (lahiyəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa,
tikintiyə başlanıla bilər. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra
hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti
normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu
iradları aradan qaldırıb tikintiyə başlaya bilər.Umimiyyətlə qanunda
plan-çertyojun (lahiyyənin) peşəkarlar tərəfindən hazırlanmışı haqda tələbin
qoyulmasını məntiqə uyğundur. Əks halda infrastrukturun təşkilində, planlaşdırmada,
ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.
Tikinti ilə
bağlı hər hansı bir mübahisəni 2016-сi ildən fəaliyət göstərən Azərbaycan
Respublikası Dövlət şəhərsalma və Arxetektura komitəsinin Apelliyasiya şurasına
müraciət etməklə həll etmək mümkündür.
Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə,
yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər
edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola
bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən
edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər
yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna
bilərlər.
Konkret olaraq icra hahimiyətləri tikilinin
sökülməsinə sərəncam verə bilməz.
Bu
hüquq Məhkəmə Hakimiyyətnə məxsusdur.
Müəyyən icra hakimiyyətləri məsuliyyətdən
yayımaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz
yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər. Vətəndaşla ünsiyyətdə olan
özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək
vətəndaşın haqqıdır. Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün
vacibdir. Belə hallarda həmin işçilər tikinti aparan şəxslərə özlərini və
müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə
verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi
icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər. Əks
halda tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin
müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və
olmayan bütün mobil telefonlar
alındıqdan sonra total yoxlama keçərək qəbula buraxılırlar və qeyri
qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir. Azərbaycan
Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə “Heç
kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə
vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri
qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.
Ümumiyətlə qeyd etmək istəyirəm ki, fiziki və
ya hüquqi şəxsə məxsus ev və ya tkililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti
orqanları tərəfindən sökülməsi qeyri qanunidir. Bu hal Azərbaycan respublikası
Cinayət Məcəlləsinin 186-cı maddəsinə “Əmlakı
qəsdən məhv etmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti
yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli
şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu maddələrinə əsasən “Vəzifə səlahiyyətlərini
aşma” və “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə
görə məsuliyyətə cəlb olunurlar.
Azərbaycan
Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış ev tikmək üçün nə icazə
nədə hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyət orqanına müvafiq sənədlər
əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev
tikmək məqsədi barədə məlumat verilir.
Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir, inzibati və cinayət məsuliyyəti yaraddır.
Mövzu
davam etdiriləcək.
Dadaşov
Vüqar Piri oğlu
1-ci
Qarabağ müharibəsi veteranı, hüquqşünas.
Комментариев нет:
Отправить комментарий