Поиск по этому сайту

вторник, 1 октября 2019 г.

Vüqar Dadaşov: BMT TŞ-da struktur dəyişiliklər aparılmalıdır


Qarabağ Qazisi, tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Dadaşov Birləşmiş Millətlər Təşkilatının nüfuzunun düşməsin səbəbləri və məsələnin həlli barədə yazısını oxucularımıza təqdim edirik.

“Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci dünya müharibəsindən sonra 1945-ci ildə beynəlxalq problem, münaqişələrin həlli məqsədi yaradılmışdı.  BMT beynəlxalq siyasi təşkilatdır və onun  əsas orqanları BMT Baş Məclisi və BMT Təhlükəsizlik Şurasıdır.  BMT-nin Nizamnaməsinə görə bu təşkilat  beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasın da   əsas məsuliyyət daşıyır, 15 üzvü var: 5 ölkə  ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa daimi üzv və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.
Nüvə silahına malik olan ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzlərinin hər biri  “VETO” hüququna malikdir və həmin bu normalara görə de-fakto dünya ölkələrinin taleyi barədə qərar vermə funksiyası ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransaya həvalə edilmişdir.
BMT-nin nüfuzdan düşməsinin ən əsas səbəbi məhz Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlıdır. Hər hansı bir beynəlxalq münaqişə və problemin həllinə dair 5 daimi üzvlər faktiki olaraq öz maraqlarına uyğun olaraq qərar verir və ya hər hansı bir ölkəyə “Lobbi”  xidməti göstərir. Eyni zamanda da  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara və qətnamələrinin icra edilməməsi və qəbul edilmiş qərar və qətnamələrin icra etməyən tərəflərə, dövlətlərə cəza tədbirinin tətbiq edilməməsidir. 

Yeri gəlmişkən, onu da deyək ki, BMT 1948-ci ildə Kəşmirdə müstəqillik haqqında referendum keçirilməsi və Hindistan qoşunlarının oradan çıxarılması barədə qətnamə qəbul edib. Ancaq Hindistan bu günə kimi həmin qətnaməni yerinə yetirməyib.
İsrailin işğal etdiyi Holan yüksəkliyi barədə BMT-nin 17.12.1981-ci il tarixli 497 saylı qətnaməsi icra edilməyib.
BMT-nin Təhlükəsizlik Şurasının  30.04.1993-cü il 822 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən və Kəlbəcər rayonundan dərhal geri çıxarılması
29.07.1993-c2 il 853 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Ağdam rayonundan dərhal geri çıxarılması və 822 saylı Qətnaməmin icrası
14.10.1993-cü il 874 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Fizuli, Qubadlı, Cəbrayıl rayonlarından dərhal geri çıxarılması və 822, 853 saylı Qətnamələrin icrası
12.11.1993-cü il 882 saylı Qətnaməsində Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən eləcədə Zəngilan rayonundan geri çıxarılması və 822,853, 874 saylı Qətnamələrin icrası tələb olunur.
BMT Təhlükəsizlik Şurasının  sözü gedən Qətnamələri Ermənistan Respublikası tərəfindən 26 ildir ki, icra edilmir.

Danılmaz faktdır ki, BMT siyasi təşkilat kimi nüfuzdan düşmüş, artıq siyasi təşkilatdan humanitar təşkilata çevrilmişdir. BMT-nin qəbul etdiyi siyasi qərar və qətnamələr artıq icra olunmur.  BMT-nin nüfuzunun bərpa etmək üçün ilk öncə nizamnamə dəyişiklikləri aparılmalı, Təhlükəsizlik Şurası və onun funksional mexanizmi yenidən və fərli şəkildə qurulmalıdır.  Hər bir qitəni və regionu təmsil edən nüvə silahına malik olmayan  dövlətlərdə BMT Təhlükəsizlik Şurasına üzv seçilməli və ən aşağısı 15 dövlət təhlükəsizlik şurasında təmsil olunmalıdır, “VETO” hüququ ləğv edilməli, qəbul edilmiş qərarlar sadə səs çoxluğu ilə qəbul olunmalıdır. BMT-na üzv dövlətlərin əhali nisbətinə uyğun hər dövlətdən hərbiçilər cəlb edilməklə  BMT ordusu təşkil olunmalı, həmin orduya rəhbərlik BMT-na verilməlidir.  
BMT-nin qəbul etdiyi qərar və qətnamələrin icrasından yayınan tərəflərə BMT-nin qəbul etdiyi iqtisadi, siyasi və hərbi sanksiyaların tətbiqinin  icra və nəzarət mexanizmi müəyyən edilməlidir.
BMT-nın nəzdində  daimi fəaliyyətdə olan hərbi tribunalar, iqtisadi və siyasi məsələlərin həlli üçün məhkəmələr təşkil olunmalı, həmin məhkəmələrin tərkibi üzv dövlətlərdən təşkil olunmalı və qərarlar sadə səs çoxluğu ilə qəbul olunmalıdır”
 SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий