Ailədə kişinin qadına ev işlərinə görə
əmək haqqının ödəməsi təklifinə münasibətim birmənalıdır.
Sözü gedən təklif natamamdı və ümumən
insanlıq, qadın-kişi fəlsəfəsinə zidd yanaşmadır. Əvvəla qeyd edim ki, ədalət
və sosial bərabərlik baxımından həmin o təklifin və ümimiyyətlə çox hallanan
"gender bərabərliyi" deyilən anlayışın dağıdıcı qüvvəsinin tətbiqi yolverilməzdir.
Təkcə bir fakt - əgər kişi ilə qadın bərabər hüquqludurlarsa onda, qadının
(işçi) profilləşdirilməsi hansı məntiqə uyğundur. Ailə anlayışı, könüllülük,
sevgi, bərabərlik prinsipidir, profilləşmə isə sadaladığım prinsiplərin
öhdəliyə çevrilməsidir, yəni məcburətdir - deməli ailə də məcburi və öhdəlikli
ittifaq görünüşü alır. Bu isə o deməkdir ki, ailə anlayışı mahiyyətini dəyişir,
o halda sual ortaya çıxır - belə ailə forması nəyə və kimə lazımdır? Məqsəd ali
insan birliyini - ailə məfununu məhv etməkdirsə, təklif olunan belə qaydaların
tətbiqi o nəticəni verə bilər. Yox əgər, məqsəd o deyilsə onda, evdar qadınlara
dövlət tərəfindən analıq, evdarlıq müavinətlərinin verilməsi ailəyə sosial
dəstəklə yanaşı həm də, ailə bağlılığını gücləndirər və bu üsul
dəstəklənməlidir.
Yeri gəlmişkən, çoxları "gender
bərabərliyi" anlayışının mahiyyətini anlamır. Bu prinsip özündə qadın və kişi arasında bir başa bərabərliyi təbliğ etmir.
Gender bərabərliyi haqqında vikipedik məlumatdan bu fərqi görmək mümkündür:
"Gender bərabərliyi Bəhai
dininin fundamental təlimlərindən biridir. Qadın və kişi bərabərdir və
cinslərin bərabərliyi ruhani və mənəvi bir meyardır ki, planetin birləşməsi və
sülhün bərqərar olması üçün zəruridir. Bəhai təlimlərində bu prinsipin fərdi, ailəvi
və cəmiyyətin həyatında həyata keçirilməsinin vacibliyi qeyd edilir. Bəhai
təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq
etsə də, bərabərlik anlayışı eyniliyi nəzərdə tutmur, cinslərin özünə xas
aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri
var."
Odur ki, qadın və kişi, hər
kəs onun üçün həyatda əzəldən müəyyən edilmiş özünəməxsus mahiyyətinə uyğun
funksiyasını yerinə yetirməlidir. Qadın və kişinin
Allahdan, təbiətdən gələn özəlliklərin qorunması, ümumən insanlıq
sivilizasiyasının mühafizəsi deməkdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq,
hüquqşünas
15.04.2022
Комментариев нет:
Отправить комментарий