Dini radikalizm islamla niyə əlaqələndirilir?
Ümumiyyətlə
“RADİKALİZM” bir termin kimi “kəskin mövqe və ya barışmaz mövqe” mənası verir. Radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının
hüquqlarına hörmət göstərməyən; başqalarının hüquqlarını pozmaq bahasına məqsədə
çatma fəaliyyətinə deyilir. Dini radikalizm də bu mənada, özündən olmayan dini
qruplara qarşı, cəmiyyətə qarşı digər din nümayəndələrinə qarşı barışmaz mövqe
göstərməklə, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən fəaliyyət
növüdür. Radikalizm-ağlın, düşüncənin, şüurumuzun işğalıdır.
Bir mənalı olaraq Radikalizmin
İslam dini ilə əlaqələndirmək olmaz. Radikalizm dünyanın əsas aparıcı dinlərində
yəni xristianlıqda buddizmdə islam
tarixindən qat-qat əvvəl yaranmışdır. Dünyanın əsas aparıcı ənənəvi sayılan
dinlərindən biri olan xristian dinin inkişaf tarixini qısa da olsa təhlil etsək
görərik ki, xristianlıqda dövlət səviyyəsində hələ 316-cı ildən başlayaraq Roma
imperiyasının imperatoru 1-ci Konstantin
donatizm (imperiya hakimiyyəti ilə kilsənin əlaqəsinə görə kilsə
ayrılığı-kilsənin parçalanması) dini hərəkatın nümayəndələrini təqib etməklə
mülkiyyətini alaraq xristian din nümayəndələrinə verilməsi barədə qərar vermişdi.
Sonra isə Roma imperiyasında 382-ci ildən başlayaraq digər din nümayəndələrinə
qarşı ölüm cəzasının tətbiqinə başlanılıb. Sasani dövlətinin indiki İraq ərazisində
yaranmış manaxizm (zoraastrizm-buddizm-xristian dini inancının simbioz şəklinin
təlimi) dini hərəkatına qarşı radikal mövqe sərgilənirdi. Hətta xristian
yazıçı-Prisçiliana dini baxışlarına görə İmperator Maksim gözü qarşısında işgəncə
ilə edam edilmişdi.
XII əsrdən başlayaraq Katolik kilsəlilərin dini təqibləri gücləndi.
Katolik Lateran kilsələrin 3 dekreti ilə
başqa din nümayəndələrinə əsasən də eretiklərərə (hər hansı bir dini təlimləri
qəbul etməyənlər) qarşı inkvizisiya (dini məhkəmə) və cəza tədbirləri genişləndi.
Inkvizisiyanı Alman imperatoru II-ci Fridrix, Fransız imperatoru VIII-Lüdovik dövlət
səviyyəsində qəbul edərək, ocaqda yandırılma praktikası tətbiq olunmağa
başlandı. İspaniyada isə inkvizisiya görünməz həddə çatdı, hətta insanlar
bir-biri ilə bir başa ünsiyyətdən yayınmağa və İspaniyanı tərk etməyə
başladılar. 1492-ci ildə mart ayının 31-də İspan Karolu Ferdinand qəbul etdiyi
“Alham dekreti” adlı qanun əsasında 40 min yəhudi çıxarıldı.
1493-cü ildə manax Tomas Torkvemada bütün İspaniyanın baş inkvizitoru təyin
edildikdən sonra ölkə ərazisində təşkil edilmiş dini məhkəmələr kütləvi şəkildə
dəhşətli dərəcədə edamlar təşkil etməyə başlamışdılar. Təkcə katolik Torkvemada
tətəfindən 2000-dən çox müsəlman və yəhudilər ocaqda diri-diri yandırılmışdır.
Inkvizisiyanın məqsədi “Konversos” yəni İspaniyanı tam və təkcə katolik inanclı
insanların vətəninə çevirmək idi.
Pravoslav kilsəsi “Malakanlar” adlı dini hərəkatının nümayəndələrinin elə
Rusiyadan Azərbaycana köçürülməsi dini radikalizmin təzahürüdür. Rus çarı 1-ci
Nikahlayın fərmanı əsasında Malakanlar (malakanları “staroverçı” kimidə
adlandırırlar) 1830-cu ildən Rusiya ərazisindən çıxarılmağa başlanılmışdır.
Buddizm radikalizmi barədə də
geniş tarixi mənbələrin vardır. Qısa olaraq qeyd etmək lazımdır ki, İlk tarixi
mənbələrə görə buddist missionerləri bütün dünyaya o cümlədən Asiyaya I əsrdə cənubi
Hindistandan yayılmağa başlayıblar. Buddizmin geniş yayılmış ərazilərdə buddist
məbədlərin manaxlarından təşkil edilmiş müasir dillə desək xüsusi biliklərə yiyələnmiş
qrupun üzvləri fərdi qaydada digər din nümayəndələrinin aparıcı şəxslərin din
xadimlərinin öldürülməsi ilə məşğul olublar. Belə hadisələr Hindistan, Çin
(indi kimi hələ çin uyğurları başqa çin ərazilərində öz dini ayinlərini keçirə
bilmirlər) ərazisində IV-VI əsrlərdə daha geniş yayılmışdı.
Dövrümüzdə isə 2012-ci ildən daha da geniş və kəskin şəkildə Birmada
indi Myanma adlanan ölkədə başda olmaqla müsəlmanlara qarşı-islama qarşı
buddist manax Viratu tərəfindən Mandalay məbədində buddist manaxlarından təşkil
edilmiş radikal, ekstremist və ölkənin ordusu və ordu rəhbərliyi tərəfindən bir
başa dəstəklənən “969”hərəkatı yaradılmışdı.
(969-yəni Buddanın 9-xasiyəti və ya keyfiyyəti, 6 elmi istiqaməti, 9-sanqhi
keyfiyyəti)
Məsələ bundadır ki, Cənubi Asiya
müsəlmanları 786 rəqəmlərindən geniş istifadə etdiyindən (bu rəqəmlərin mənası-Bismillahi-r-Rəhmani-r-Rəhim)
buddistlər bu rəqəmlərin cəmi 21 olduğundan buddistlər hesab edirlər ki, guya Myanma (Birma) müsəlmanları XXI-əsrdə
Birmanı tam müsəlmanlaşdırmaq yəni Birmanı islam dövlətinə çevirmək niyyətindədirlər.
Buddistlər bu əsassız iddialara (islamlaşma təhlükəsi) bu kimi təbliğatı ilə 969
hərəkatı müsəlmanlara qarşı qəti, radikal və barışmaz mövqe tutulması dövlət səviyyəsində
dəstəklənməsinə nail olmuşlar. Amerikanın 1857-ci ildən çıxan nüfuzlu “The
Atlantik” jurnalı hələ 2013-cü ildə
969-un hərəkatının faşist, millətçi, rasist
başlıcası isə aparteid ideologiyası üzərində qurulmasını bəyan etmişdi.
Bir mənalı olaraq bu təşkilat hər bir vasitə ilə Myanmadan (Birmadan) İslamın silinməsinə
yönəldilmiş terror təşkilatdır.
Bu il avqust ayında buddistlər tərəfindən müsəlmanların soyqırımı
radikalizmin kəskin forması olan terror buddistlərin məqsədə çatmaq vasitəsidir.
Dünyanın əsas aparıcı ənənəvi dinlərinin
xristianlı Xristianlıqda, buddizmdə radikalizmin tarixi islam radikalizmindən
qat-qat öncə yaranmışdır və radikalizmi islam əlaqələndirilməsi antiislam təbliğatıdır
və islamla heç bir elmi və mənəvi bağlılığı yoxdur.
Dadaşov Vüqar Piri oğlu
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas.
Комментариев нет:
Отправить комментарий