2019 cu il Bələdiyyə Seçkilərində Abşeron 45 saylı Seçki
Dairəsindən Masazır Bələdiyyəsi üzvlüyünə namizədliyi qeydə alınmış Əliyeva Sədaqət
Əli qızı 1982 ci ildə Şəmkir şəhərində anadan olub. 2000 ci ildə Şəmkir rayon,
Təzəkənd S. Vurğun adına orta məktəbi bitirib. 2000-2005 ci illərdə Bakı şəhərində
Tibb və müxtəlif peşə sahələri üzrə təhsil alıb, "Gənclərin Mənəvi Dünyası",
"Nöqtə-Yeni Başlanğıc" İctimai Birliklərinin İdarə Heyətinin üzvü
"Ziyalılar Klubu"nun üzvüdür. 03.03. 2005 ci ildən 25.02. 2015 ilədək
"Yusifli 01" Təmir-tikinti şirkətində
müxtəlif vəzifələrdə və tibb sahəsində çalışıb. Eyni zamanda müstəqil
jurnalistika ilə məşğul olur, bir sıra mətbuat orqanlarında məqalələri nəşr
edilir. 06.01.2016 cı ildən 12.05.2017 ci ilədək "Dünyanın səsi" qəzetində
müxbir, redaktor köməkçisi vəzifələrini tutub. İctimai fəaliyyəti ilə yanaşı
ölkədə keçirilən seçkilərdə fəal iştirak edib, seçkilərdə Məntəqə üzvü, katib,
müşahidəçi olub. Abşeron rayonundakı quruculuq işlərinin mediada mütəmadi təbliğatını
aparıb. 2017 ci ildən "Nöqtə" ictimai-siyasi hüquq qəzetində çalışır.
2000-ci ildən Masazır kəndində yaşayır. Ailəlidir, iki övladı var.
Sədaqət Əliyevanın səlahiyyətli nümayəndəsi kimi birdirmək
istəyirəm ki, Abşeron rayonu Masazır kəndində quruculuq-inkişaf işlərinin
fonunda bir çox sahələrdə görüləsi işlər var. Kənd yollarının-küçələrin
abadlaşması, zibilliklərin normal təmizlənməsi,
bələdiyyə büdcəsinin şəffadlığının təmin olunması kimi məsələlər Sədaqət
Əliyevanı və Masazır sakinlərini narahat edən amillərdəndir. Əgər ona etimad
edib səs verərsinizsə Bələdiyyə tərəfindən küçələrin səhmana salınması,
zibiliklərin vaxtında təmizlənməsi və digər daha vacib problemlərin həllində
işlərin aparılmasına çalışılacaqdır. Əhalinin ən çox narazı qaldığı yol problemi,
uşaqların, şagirdlərin dərsə normal şəraitdə gedib-gəlmə məsələsinin həlli məsələsi
qaldırılacaqdır. Bələdiyyə tərəfindən verilən torpaq sənədlərinin keçərliliyinin
təmin olunmasına çalışılacaq, ictimai nəzarətin təmin edilməsi və kommunal
problemlərin aradan qalxması üçün qarşıdakı maneələrin dəf olunması üçün bütün
qanuni, zəruri işlərin görülməsinə cəhd ediləcəkdir. Masazırda gedən inkişaf
işlərinə xələl gətirən bütün problemlərin həllinə çalışılaraq, əhalinin razı
qalacağı şəkildə fəaliyyətin təmin olunması məsələsi həll olunacaqdır.
Dəyərli Masazır sakinləri, əgər siz Sədaqət Əliyevaya etimad
göstərərsinizsə o, bu və bu kimi, sizlərin hər gün qarşılaşdığınız problemlərin
həllinə çalışacağına sizləri əmin edir.
Tural İrfan (Əhmədov)
Masazır Bələdiyyəsinin üzvlüyünə namizədliyi qeydə alınmış
Əliyeva Sadaqət Əli qızının Səlahiyyətli nümayəndəsi
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий