Ziyalılar Klununun təşkilatçılığı ilə 30.11.2019 cu il tarixdə
Azərkitabda hüquqşünas-qazi Vüqar Dadaşov və araşdırmaçı-şair Rəşad Mahmudun
"Mənim düşüncəm" və " Nurustan" kitablarının təqdimatı
keçirildi.
Rəşad Mahmudun sayca dördüncü kitabı olan " Nurustan" klassik üslubda yazılmış, ibrətli hekayətlərin nəzmə çəkilməsi nəticəsində son dövrlərdə ərsəyə gətirilən sanballı əsərlər sırasına daxil edilə biləcək bir kitabdır. Kitabda şair səlist şəkildə müxtəlif şeir janrlarında öz məharətini göstərərək milli dəyərlərimizə, irfan-təsəvvüf mövzularına işıq tutmuş, xüsusi ilə gəncliyimizə əvəzsiz töhfə bəxş etmişdir. Həmçinin Vüqar Dadaşov " Mənim düşüncəm" kitabında publisistik şəkildə tariximiz, milli kimliyimiz, mənəvi dəyərlər və digər məsələlər haqda öz mülahizələrini, fikirlərini qeyd etmişdir. Habelə bəzi mənbələrdən də istifadə etməklə tarixi qaynaqlardan da sitatlsr gətirmişdir.
Hər iki kitabın redaktoru və ön söz yazarı ilahiyyatçı-yazar Tural İrfan, məsləhətçisi filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyevdir.
Keçirilən təqdimat mərasimini AYB üzvü Tural İrfan açaraq ilk sözü araşdırmaçı- yazar Sərxan Carçıya verib. Çıxışçıların maraqlı müzakirəsi ilə tədbir davam edib. Hər iki kitab haqqında tədbirdə iştirak edən ziyalılar, ictimai xadimlər öz fikirlərini bildiriblər. Prezidentliyə sabiq namizəd, tanınmış ictimai-siyasi xadim, partiya sədri Razi Nurullayev hər iki yazarın kitabı haqqında çıxış edərək onlara uğurlar arzu edib. Daxili İşlər Nazirliyinin polkovniki, qazi Faiq müəllim, qazi-qəhrəman, 20 yanvar və Qarabağ əlili Arif Məhərrəmov, Daxili İşlər Nazirliyinin polkovniki Cəlal Səmədov, Qarabağ Qaziləri Bəhrəm Heydərov, Vaqif Qasımov, Seymur Qurbanov, Əbülfəz Abbasov müəlliflər haqda xoş sözlər deyiblər. Şair Məhərrəm Şəmkirli, Ziyalılar Klubunun İdarə heyəti üzvü Sevda Qocayeva, Ali Məclis sədri, tarixçi-araşdırmaçı Elmar Həsənli, Ali Məclis üzvləri, ilahiyyatçı-jurnalist Bəxşeyiş Qarabağlı, ictimai xadim, iqtisadçı-yazar Pərviz Şıxəliyev, hüquqşünas Nemət Əliyev, Aşıqlar Birliyinin üzvü, aşıq-şair Dərya Mərdanzadə, ictimai- siyasi xadim Əjdər Əliyev, həkim-alim Ziyalılar Klubunun Ali Məclisinin üzvü Cəfər Cığatay, Pərvanə Mikayılova, gənc fəal Elnur Əkbərov, Günay Əhmədova, kinorejissor Ceyhun Mirzəli çıxış edərək müəlliflər haqda geniş fikir söyləyiblər. Bir sıra media nümayəndələrinin iştirakı ilə yekunlaşan tədbiri Talk Tv internet televiziyası tarixə köçürüb. Tədbirin sonunda tədbirin aparıcısı Tural İrfan və müəlliflər iştirakçılara öz təşəkkürlərini bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.
SNN NEWS-HaberRəşad Mahmudun sayca dördüncü kitabı olan " Nurustan" klassik üslubda yazılmış, ibrətli hekayətlərin nəzmə çəkilməsi nəticəsində son dövrlərdə ərsəyə gətirilən sanballı əsərlər sırasına daxil edilə biləcək bir kitabdır. Kitabda şair səlist şəkildə müxtəlif şeir janrlarında öz məharətini göstərərək milli dəyərlərimizə, irfan-təsəvvüf mövzularına işıq tutmuş, xüsusi ilə gəncliyimizə əvəzsiz töhfə bəxş etmişdir. Həmçinin Vüqar Dadaşov " Mənim düşüncəm" kitabında publisistik şəkildə tariximiz, milli kimliyimiz, mənəvi dəyərlər və digər məsələlər haqda öz mülahizələrini, fikirlərini qeyd etmişdir. Habelə bəzi mənbələrdən də istifadə etməklə tarixi qaynaqlardan da sitatlsr gətirmişdir.