Tanınmış hüquqşünas, Qarabağ qazisi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov aztəminatlı
ailələr və əhalinin müəyyən təbəqəsinə dövlət sosial dəstəyi mexanizmi barədə maraqlı
təkliflərlə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“Dünyanı,
eləcədə vətənimiz Azərbaycanı ağır sınaq qarşısında qoyan COVİD-19, koronovirus
adlandırdığımız pandemiya bir sıra məqamları üzə çıxararaq onların həllini
qaçılmaz edib.
Əvvəla, bu bəşər bəlasına
qarşı dünya nəhəngləri tab gətirmədiyi halda Azərbaycan Prezidenti Cənab ilham
Əliyevinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarətdən çıxmadı və vəziyyətdə
müsbət tendensiya açıq aşkar görünür və buna görə də ölkə başçımıza öz təşəkkürümü də bildirmişəm.
24 Mart 2020-cu il tarixdən tətbiq
edilən Karantin və 05 Aprel 2020-ci il tarixdən sərtləşdirilmiş karantinin
nəticəsində məlum oldu ki, bir çox sahədə, səhiyyə sistemində, əhalinin
məşğulluğu sahəsində, aztəminatlı ailələrlə bağlı problemlər mövcuddur. Dövlət
başçımızın tapşırıq və göstərişləri nəticəsində karantin dövründə
iqtisadiyyatımıza, əhalinin müəyyən təbəqəsinə və ən başlıcası aztəminatlı ailələrə dəstək göstərildi. Cənab
Prezidentimizin çıxışlarında qeyd etdiyi kimi, ölkə başçısından gizlədilmiş
məlumatların üzə çıxması sözsüz ki, həmin məsələlərin nəzarətə götürülməsi və həlli
olacaq.
Fikrimcə, əsas problemlərdən olan
əhalinin məşğulluğu, aztəminatlı ailələrə sosial və maddi dəstəklə bağlı
mexanizmlərə və qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi, bəzi məqamların
dəqiqləşdirilməsi vacibdir. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan
dövləti sosial yönümlü dövlətdir və Konstitusiyamızın 16 maddəsinin I-ci bəndində “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi
qayğısına qalır.” göstərilmişdir. Eləcədə, Konstitusiyamızın 38-ci maddəsinin
I-ci bəndinə əsasən "Hər kəsin sosial təminat hüququ vardır.”
Dövlətimiz öz funksiyasına uyğun olaraq, aztəminatlı ailələrə və əhalinin müəyyən hissəsinə
müxtəlif adlı sosial yardımlar edir və dəstək göstərir. Belə dövlət yardımının
biridə ünvanlı sosial yardımdır (ÜSY). Ünvanlı Sosial Yardım
Haqqında Azərbaycan Respublikasının Qanununa görə, aztəminatlı ailə orta aylıq
gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan
ailələrdir. Bu qanuna görə, ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət
tərəfindən göstərilən pul yardımıdır.
“Ailə”, qohumluq və ya qanunvericiliklə
müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi
ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.
Ünvanlı Sosial Yardım Haqqında
Azərbaycan Respublikasının Qanununa görə, sosial yardım
hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin
əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra
hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə
tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum
edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü
üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı
ailələr malikdirlər.
Yaşayış Minimumu Haqqında Azərbaycan
Respublikasının Qanununa görə, ehtiyac
meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı
olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət
büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir və həmin qanuna görə 2020-ci
il üçün yaşayış
minimumunun ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat,
pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ünvanlı dövlət sosial
yardımının təyin üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.
Göründüyü kimi, qanunvericiliyimizə
uyğun olaraq, ölkə üzrə müəyyən edilmiş
ailədə ailə üzvlərinin adambaşına aylıq gəlirin ehtiyac meyarından aşağı
gəliri varsa həmin ailə aztəminatlı sayılmalıdır. Hesablamalara görə Azərbaycan
ailələri orta hesabla 5-6 nəfərdən ibarətdir.
Bu hesabla, əgər 5 nəfərlik ailənin aylıq
gəliri (5X160=800) 800 manatdan az gəliri varsa həmin ailədə aztəminatlı
sayılmalıdır və Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının
Qanunun əhatəsinə düşür. Bu qanunun əhatəsinə düşən ailələrə dövlət yardımının
edilməsinə müəyyən mənada əngəl olan “Ailə gəlirləri” deylən məfumun bəzi
məqamların tam aydınlaşdırılmamasıdır.
Ailənin gəlirləri dedikdə, ailə üzvlərinin
bütün növ gəlirləri, o cümlədən mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan,
faktiki alınan alimentlərdən, kreditdən, şəxsi yardımçı təsərrüfatdan (iri və
xırda buynuzlu malqara, ev quşları, arı ailəsi və s.)əldə olunan və yaxud əldə
oluna biləcək pul və natural formada gəlirlərinin toplusu nəzərdə tutulur. Bu
baxımdan koronovirusla bağlı karantin dövründə və ümumiyyətlə aztəminatlı ailələrə
və əhalinin müəyyən hissəsinə müəyyən
dövlət yardımının və dəstəyinin təyin
edilməsində mane olan məhz “Ailə gəlirlər”
deyilən anlayışdır.
Hesab edirəm ki, ilk növbədə “aztəminatlı
ailə” anlayışı dəqiqləşdirilməli, məsələn ailələrin torpaq sahəsinin yararlığı,
miqdarı, torpaqdan illik gəliri, bazar qiyməti, daşınar və daşınmaz əmlakın
sayı, dəyəri, bazar qiyməti və sair bu kimi konkret kriteriyalar müəyyən edilməlidir. Bu məsələdə ailənin
konkret təsdiqlənmiş gəlirləri üstün götürülməlidir-bu yanaşmanın “qara əmək
haqqı”, “ kölgə iqtisadiyyatı”, “məşğul şəxs”, “vergilərdən yayınma” sahəsində problemlərlə bağlı olduğundan qeyd
etdiyim xoşa gəlməz halların da aradan qaldırılmasını mütləq edəcək. Aztəminatlı
ailələrin aşkar edilməsi, qeydiyyata
alınmalı, təminatı inzibati araşdırma yolu ilə hökumət tərəfindən
aparılmalı, ailənin aşkar edilmiş konkret gəlirlərinə uyğun bəlli sosial dəstək
mexanizmi müəyyən edilməlidir. Qısası, aztəminatlı ailələrin müəyyən edilməsi və
sosial dəstək düsturu konkret formada olmalı və bu düstur əhaliyə məlum
olmalıdır.
Gündəlik həyatımızda eləcədə, fövqəladə
hadisələr zamanı əhalinin həssas təbəqəsinin
ehtiyaclarının ödənilməsinə, alqışa layiq müəyyən şəxslərin pərakəndə şəkildə
köməyi və ya yenə də alqışa hüquqi şəxslərin ianəsi hesabına tam və əhatəli həll
etmək olmaz. Məsələ kompleks formada və qanun norması şəklində həll oluna bilər. Bu halda da, yaranmış vəziyyətdən
məmurların və əhalinin sui istifadə halları da minimuma enmiş olar. Hesab edirəm
ki, bu məsələnin həllini “məşğul şəxs”,“ailə gəlirləri”, “yaşayış minimumu”,
“ehtiyac meyarı”, “qara əmək haqqı”, “
kölgə iqtisadiyyatı”, “vergilərdən yayınma”,
“sosial yardım” kimi anlayış və məsələlərin
qarşılıqlı əlaqəsi və uzlaşması hesabına həll etmək mümkündür. Hökumətimizin, iqtisadçılarımızın
bu məsələnin həlli üçün həm bilik potensialı həmdə, iqtisadi və inzibati
resursları kifayət qədərdir. Qeyd etdiyim məsələnin həlli üçün müvafiq
orqanlara artıq müraciətlər də etmişəm.
Bu baxımdan Cənab Prezidentimizin dediyi
və sübut etdiyi kimi “...bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun
rifahıdır” fonunda məsələlərin tez bir zamanda həll olacağına şübhə etmirəm.”
Комментариев нет:
Отправить комментарий