Tanınmış hüquqşünas, Qarabağ Qazisi,
AJB-nin üzvü, publisist, siyasi-ictimai aktiv Vüqar Dadaşov veteran, müharibə əlilləri, şəhid ailələrinin
maddi və sosial təminatının yaxşılaşdırılmasına dair təkliflərlə müvafiq
orqanlara müraciət edib. Həmin müraciət barədə Vüqar Dadaşovdan aldığımız məlumatı
oxucularımıza təqdim edirik.
“Qarabağ müharibəsi veteranlarına, əlillərinə
şəhidlərinə və onların ailə üzvlərinə dövlət tərəfindən
qanunvericiliyə uyğun olaraq hansı güzəşt
və imtiyazların edilməsi barədə son vaxtlar sualların çoxluğunu nəzərə alaraq
bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışacam. İlk öncə deyim ki, bu
haqda əhalinin məlumatı az olsa da, ölkə qanunvericiliyində və hüquqi aktlarda
belə güzəşt və imtiyazlar müəyyən edilib. Həmin güzəşt və imtiyazlardan bəzilərin
xatırlatmaq yerinə düşərdi.
“Veteranalar haqqında” Azərbaycan
Respublikasının Qanunun 1-ci maddəsinə əsasən
“Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar
üzərində qurulur:
sosial
və hüquqi müdafiənin təmin edilməsi;
əmək
haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;
fiziki
və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması;
yaşayış
sahəsi ilə təminat;
hər
bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər
göstərilməsi;
əmək
hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi
səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün
lazımi şərait yaradılması;
veteran
təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və
xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi
işinə bilavasitə cəlb edilməsi,”
Veteranları daha çox narahat edən məsələlər:
“mənzil-məişət şəraitinin yaxşılaşdırıkması”, “mənzil-komunal və rabitə xidmətlərinin
ödənilməsi” müvafiq olaraq, “Veteranalar haqqında” Azərbaycan
Respublikasının Qanunun 11-ci və 12-ci maddəsinə əsasən dövlət tərəfindən həlli müəyyən
edilib.
Digər, bir sıra qanunvericilik
aktlarında da bu kateqoriyadan olan şəxslər və onların ailələri xüsusi imtiyazlara
malikdir. Vergi Məcəlləsinin 102.2-ci maddəsində
göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi
qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə
binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən həmin şəxslərin mülkiyyətində olan torpaqlara
görə torpaq vergisinin məbləği 10 manat azaldılır. Həmçinin Vergi Məcəlləsinin
102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin
dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi
tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Azərbaycan Respublikası Əmək Məcəlləsində də bu kateqoriyalı şəxslər imtiyazlara malikdir. Belə ki, Qarabağ müharibəsi veteranları, qaziləri və şəhidlərin ailə üzvləri
Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərdir.
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən “məhkəmədə
verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi
köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü
ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər” dövlət
rüsumu ödəməkdən azad olunurlar.
Qeyd edilənlərlə
yanaşı, Cənab Prezident İlham
Əliyev veteran, qazı, şəhid ailələrinə daimi xüsusi diqqət ayırır və bununla bağlı sərəncamlar,
fərmanlar imzalayır, tapşırıqlar verir. Cənab Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının
azadlığı, suverenliyi və
ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların
uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında imzaladığı Sərəncam və eləcədə,
15.04.2019-cu il tarixdə müharibə veteranlarına Azərbaycan
Respublikası Prezidentinin təqaüdün təsis
edilməsi və onun aylıq məbləği 80 manat müəyyən olunması barədə Fərmanda həmin diqqətin sübutudur.
Dünyanı və eləcədə Azərbaycanı
ağuşuna alan koronovirusla bağlı ölkəmizdə tətbiq olunan karantin dövründə, əhalinin
müəyyən hissəsi gəlirlərdən məhrum oldu və bu situasiya, veteran və qazilərin ailələrinin maddi durumunun və
sosial vəziyyətinin çox həssas olduğunu aşkarladı. Əksər veteran və qazı ailələrinin kirayələrdə yaşaması, işsizliyi, çoxlarının xəstə
olması və 80 manat yeganə gəlirə görə
onlara maddi yardımların imtinası çox xoşagəlməz vəziyyəti ortaya çıxardı. Veteran, qazı və şəhid ailələrin sosial vəziyyətinin
həlli yerli icra hakimiyyəti orqanlarının ixtiyarında olduğundan və bu məsələlərin həlli üçün konkret dövlət
proqramının olmaması vəziyyəti çətinləşdirmiş
oldu. Düşünürəm ki, şahidi olduğumuz vəziyyətin aradan qaldırılması üçün artıq tədbirlərə start verilməlidir.
2020-ci il üçün Azərbaycanda yaşayış
minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat,
pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən
edilib. “Yaşayış minimumu haqında” Azərbaycan Respublikasının Qanununa əsasən
ölkəmizdə isə ehtiyac meyarı 160 manatdır. Azərbaycan prezidentinin son sərəncamı
ilə aylıq əməkhaqqının aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb.
Qeyd edilənlərlə yanaşı, nəzərə alsaq ki, “Veteranlar haqqında”
Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Veteranlar barəsində dövlət siyasəti, sosial və hüquqi müdafiənin təmin
edilməsi, əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat
verilməsidir. Bu baxımdan Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat,
ehtiyac meyarı 160 manat olduğu halda veteranlara
80 manat təqaüdün verilməsi heç bir məntiqə və qanuna uyğun gəlmir. Hesab edirəm ki, mövcud qanunvericiliyin
tələblərinə uyğun olaraq veteranlara, əmək haqqının minimum
səviyyəsindən yəni, 250 manatdan az
olmayan miqdarda dolanışıq üçün müavinət
ödənilməlidir.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий