Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.
"Avropa İnsan Haqları Məhkəməsinin, Qafqaza köç etdirilən və Azərbaycanın tarixi ərazilərində yaradılmış marionet Ermənistan dövlətinin iddiası əsasında, fəxr etdiyimiz Müstəqil Dövlətimiz Azərbaycan Respublikası tərəfindən xalqımızın qəhrəman oğlu Ramil Səfərovun azad edilməsini Beynəlxalq Cenevrə Konvensiyasına uyğun saymaması bir daha sübut etdi ki, Ramil Səfərov barəsində Möhtərəm Prezidentimiz İlham Əliyevin Cənablarının verdiyi qərar xalqımız üçün çox vacib siyasi-mənəvi xarakterli, Ali dəyərli vətənpərvərlik hissinin təbliği və qorunması baxımından əvəzsizdir və buna görə Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm, Ramil Səfərova isə qəhrəmanlıq, şərəf, vətənpərvərlik nümunəsi kimi, Allahdan ona can sağlığı arzulayır və bu hissləri bizə yaşatdığı üçün "çox sağ olun" deyirəm.
O ki, qaldı AİHM-nin qərarına, Dövlətimiz bunun bədəlini alnı açıq, başımız yuxarı, qürurla və gülə-gülə ödəyəcək və bu məsələnin bir daha gündəmə gəlməsi, Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunda tərbiyəsində effektini artırmış olacaq.
Birdə ki, bu məsələyə münasibət bildirən Real Partiyasının sədri Ilqar Məmmədovun özü, sosial media vasitəsi ilə tanıdılmış, dəyəri şişirdilmiş "siyasətçi"dir, onun fikri heç bir önəm daşımır və bu çıxışı yəni, " Ramil Səfərovun qəhrəmanlaşdırılnası Milli məqsədlərimizə uyğun deyildi" sözləri ilə özünü "siyasət zibilliyinin fəxri vətəndaşı" etmiş oldu."
SNN NEWS-Haber
Рами
ОтветитьУдалитьRamil Səfərov əsil Azərbaycan oğludur,Azərbaycanın qəhraman oğludur!O qəhrəman adına layiqli bir insandır!