Tanınmış hüquqşünas, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, publisist, VI çağırış Milli Məclis deputatlığa namizəd, Qarabağ
Qazisi Vüqar Dadaşov korrupsiyaya qarşı səmərəli mübarizənin təşkilinə dair Milli
Məclisə təqdim etdiyi layihənin qəbul edilməsi üçün Milli Məclis deputatlarına
müraciət edib. Vüqar Dadaşov bu barədə sosial səhifəsində məlumat verib. Həmin
yazını olduğu kimi təqdim edirik.
Təxminən iki ilə yaxın bundan qabaq V
çağırış Milli Məclisinə və müvafiq orqanlara verdiyim "Korrupsiyaya qarşı
səmərəli mübarizənin təşkili haqqında" layihə, Parlamentin buraxılması və
yeni seçkilərin keçirilməsi dövrünə düşdüyündən bu layihə baxılmamış qalmış
baxmayaraq ki, V çağırış Milli Məclisdən bu layihəyə baxılacağı barədə mənə
cavabda verilmişdi.
Sözsüz ki, ölkədə korrupsiyaya qarşı
səmərəli mübarizənin təşkilinə kompleks şəkildə yanaşılmalı və ilk növbədə
Məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Keçən il, Cənab
Prezidentimizin Məhkəmə-hüquq sistemində islahatların aparılmasına dair
Sərəncamı da məhz ədalətli məhkəmə-hüquq sisteminin fəaliyyətinə həmçinin,
korrupsiyaya qarşı səmərəli mübarizənin təşkilinə hesablanıb. Yeri gəlmişkən
qeyd edim ki, Məhkəmə-hüquq sistemində keçən ildən islahatlara başlanılıb və bu sahədə mühüm dəyişikliklər baş verib.
Bu baxımdan, keçən il Cənab Prezident
İlham Əliyevin sözü gedən məlum Sərəncamından sonra, xeyli müddət vaxta
hazırladığım Məhkəmə-hüquq sistemində dəyişiliklərlə bağlı təkliflərimi
(Layihə) Milli Məclisə və müvafiq orqanlara təqdim etmişdim (http://talkaz.tv/?p=7619), və həmin layihəm V-ci çağırış Milli Məclis tərəfindən nəzərə alınmışdı.
09.02.2020-ci il yeni Parlament
seçkilərindən sonra təşkil olunan VI-cı çağırış Milli Məclis deputatlarına
müraciət edərək, Milli Məclisə təqdim etdiyim "Korrupsiyaya qarşı səmərəli
mübarizənin təşkili barədə" Layihənin ( http://talkaz.tv/?p=5512)qəbul edilməsində səyləri artırmağı xahiş edirəm.
Bir daha əlavə etmək istəyirəm ki,
Prezident İlham Əliyev Cənabları korrupsiyaya qarşı mübarizəni daima diqqətində
saxlamış və son dövrlərdə isə bu bəlaya qarşı apardığı daha amansız mübarizə
uğurlu nəticələr verir. Dövlət başçısının apardığı islahat və korrupsiyaya
qarşı mübarizə bütün xalqımız tərəfindən dəstəklənir, alqışlanır.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий