Tanınmış
hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, “SNN NEWS-Haber”in baş redaktoru, publisist,
09.02.2020-ci il deputatlığa namizəd Vüqar Dadaşov Qərbi Azərbaycan (irəvan) Respublikasının elan olunması münasibəti ilə ictimaiyyətə
müraciət edib. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.
"Mediaxəbərləri.az xəbər verir ki, ermənişünas alim, Türkiyənin Erciyes
Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu
BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video-
konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.
Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəralı bir addım atıldı."

Bu xəbər çox sevindirici, yüksək alqışa layiqdir, əhəmiyyətli siyasi hadisədir və hesab edirəm ki, uzun müddətli perspektivdə siyasi məqsədlərimizə çatmağımız üçün ən sərfəli vasitələrdən biri olacağına böyük inam yaradır o şərtlə ki, məqsədimizi unutmayaq və həmin hədəfi hamılıqla nişana almalı və hər kəs öz sahəsində bu məqsədə xidmət etməli, siyasi manevr imkanlarımızı genişləndirməliyik.
Bildiyimiz kimi, ölkə Prezidenti Cənab İlham
Əliyev müxtəlif tribunalardan dəfələrlə Qərbi Azərbaycana qayıdış barədə fikirlərini
səsləndirib və qarşımıza qoyulan məqsəd və hədəfi göstərib. Bu baxımdan Qərbi
Azərbaycan (irəvan) Respublikasının yaranmasının elan edilməsi Azərbaycan
xalqının istəyini əks etdirən qərardır.
Buna görə öz növbəmdə, hörmətli professor Qafar Çaxmaqlı başda olmaqla bütün təşkilatçılara öz minnətdarlığımı bildirirəm və mətbuat vasitəsi ilə bütün media işçilərinə, siyasətlə məşğul hər bir şəxsə, ictimai-siyasi aktivlərə, siyasi şərhçi və siyasətşünaslara, xarici dillər bilən hər kəsə, gənclərimizə və ümumiyyətlə dünyada yaşayan hər bir azərbaycanlıya müraciət edərək Qərbi Azərbaycan (irəvan) Respublikasını dünya ictimaiyyətinə və onların şüurlarına qəbul etdirmək üçün bütün imkanlardan istifadə etməyi xahiş edirəm.

Yeri gəlmişkən qeyd edim ki, ermənilər həm Azərbaycan,
Türkiyə, Gürcüstan ərazilərinə hətta, Rusiya ərazilərinə iddiaları əsnasında
müxtəlif adlar altında virtual-mühacirətdə erməni dövlətləri yaradıb, təbliğ edirlər. Biz
bu məsələdə gec başlasaq da, tarix həqiqətlər bizim tərəfdaşımızdır və deməli nəticədə, uğur bizim olacaq.”
Комментариев нет:
Отправить комментарий