Müasir Azərbaycan tarixində, dövlət orqanlarında yüksək postlar tutan məmurların rəhbərlik etdikləri sahələrdə aşkar olunan qanun pozuntularına görə eləcədə, etik-davranış qaydalarının pozulmasına görə, könüllü olaraq istefaya gedən məmur yadıma gəlmir. Əbülfəz Qarayevin rəhbəri olduğu Mədəniyyət və Turizm Nazirliyində korrupsiya ilə bağlı DTX-nin keçirmiş olduğu əməliyyat nəticəsində həbs olunmuş yüksək rütbəli məmurların fəaliyyətindəki qanun pozuntularının bir başa nazirədə aid olduğunu inkar etmək çox çətindir. Dünya təcrübəsində, siyasi və inzibati postlar tutan yüksək rütbəli şəxslərin hər hansı qalmaqaldan sonra istefa verməsi " istefa mədəniyyəti" kimi xarakterizə edilir, siyasi səhnədə "üz saxlamaq" kimi dəyərləndirilir. Məncə Əbülfəz Qarayev labüd istefası fonunda, mədəniyyət naziri kimi, heç olmasa "istefa mədəniyyəti" nümunəsi göstərib və belə ilk etdiyi üçün nazirlər arasında "istefa mədəniyyəti"nin bəlkədə pioneri kimi yararsız məmurlara istefa yolunu açıb. Bu nümayişkaranə mədəniyyətə görə Əbülfəz Qarayevə "sağ olun" deyirəm və ümid edirəm ki, yarıtmaz fəaliyyət göstərən digər məmurlarda "İSTEFA MƏDƏNİYYƏTİ" göstərəcək Cənab Prezidentimizin apardığı islahatlara dəstək verəcəklər.
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, publisist.
SNN NEWS-Haber
Vüqar Dadaşov
Hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, publisist.
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий