Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, publisist Vüqar Dadaşov Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadənin İranla bağlı ABŞ Prezidenti Donal
Trampa müraciətinə etirazını bildirib. Həmin etirazlı olduğu kimi oxucularımıza təqdim edirik.
"Mətbuatdan məlum oldu ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ABŞ Prezidenti Donal Trampa müraciət edərək İrana (İran İslam Respublikası) qarşı tətbiq edilən sanksiyaların yumşadılmasını xahiş edib. Sözsüz bu məlumatın yanlış və ya “FEYK” olduğunu düşünsəm də sonradan yerli mətbuat orqanları bu məlumatları tirajladı və bundan sonra bu məlumat həqiqətən mənə narahatçılıq yaşatdı. Məsələyə qısa şəkildə münasibət bildirmək fikrinə gəldim.
"Mətbuatdan məlum oldu ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ABŞ Prezidenti Donal Trampa müraciət edərək İrana (İran İslam Respublikası) qarşı tətbiq edilən sanksiyaların yumşadılmasını xahiş edib. Sözsüz bu məlumatın yanlış və ya “FEYK” olduğunu düşünsəm də sonradan yerli mətbuat orqanları bu məlumatları tirajladı və bundan sonra bu məlumat həqiqətən mənə narahatçılıq yaşatdı. Məsələyə qısa şəkildə münasibət bildirmək fikrinə gəldim.
Əsrlər boyu farsların biz Azərbaycan xalqına və dövlətçiliyinə olan nifrətin,
xəyanətin şahidi məhz tarixin özüdür və bunları sadalamağa heç lüzumda
yoxdur, heç zamanda yetməz. Tarixin hər
mərhələsində farsların Azərbaycana qarşı sonsuz nifrəti açıq şəkildə özünü göstərib
və göstərməkdədir.
Fikir verin, təkcə son bir ayda baş tutmuş İranın Azərbaycana çoxlu sayda
xəyanətindən bir neçəsini göstərsək, məsələn:
-İranın Ermənistanın işğal etdiyi
Azərbaycanın Dağlıq Qarabağ ərazisində
yaratdığı separatçı rejiminə yük maşınlarının daimi səfərlərinin bir daha üzə
çıxması və sübutu bu məsələnin diplomatik səviyyədə müzakirəsi,
-İranın Ermənistana və Dağlıq Qarabağ separatçı rejiminə humanitar köməyi,
-İranın Azərbaycanın işğal edilmiş
ərazilərində Cəbrayıl rayonu istiqamətində Dağlıq Qarabağ separatçı rejimi ilə əlaqə
üçün 3 gizli körpünün tikilməsinin və geniş istifadəsinin aşkar edilməsi,
-İran Azərbaycan ərazisinə soxularaq Cəbrayıl rayonu ərazisində Azərbaycanın
etirazına baxmayaraq su anbarının tikməsinin və işğalçı ermənilərə istifadəyə
verməsinin sübut olunduğu qısa bir zaman
daxilində və fonunda QMİ-nin rəhbəri
Allahşükür Paşazadənin ABŞ Prezidenti
Donald Trampdan İrana qarşı sanksiyaların yumşadılmasını xahiş etməsi heç
bir məntiqə sığmır. Bu məsələdə dini həmrəyliyə
əsaslanmaq həm gülünc, həmdə özünə hörmətsizlikdir. Əgər, İran üçün müsəlmançılıq
vacib olsaydı İran xristian Ermənistana Qarabağı işğal etməyə və işğalı
qorumağa dəstək olmazdı, İran üçün müsəlmançılıq vacib olsaydı Cənubi Azərbaycanda
müsəlman xalqımızın dilin, mədəniyyətin, toponimlərin məhv etməzdi, İran üçün
müsəlmançılıq vacib olsaydı müsəlman torpaqlarını işğal edən xristian erməni
dövlətin işğalçılıq siyasətinə qarşı çıxan azərbaycanlıları zindanlarda çürütməzdi
və sair və sair... Hamımıza da bəllidir ki, İran Azərbaycan müstəqilliyini həzm etmir, Şimali Azərbaycan torpaqlarına
iddialıdır və hətta dövlət səviyyəsində
bizləri türk dilində danışan farslar adlandırmaqdan da çəkinmirlər.
Müsəlman İranın, müsəlman Azərbaycana qarşı nifrətini
saymaqla qurtarmaq olmaz. Bu halda QMİ-nin sədrinin ABŞ Prezidentindən İrana
qarşı sanksiyaların yumşaldılmasını xahiş etməsi İranın dirçəlməsinə
hesablanıbsa ona da belə çıxır ki, biz özümüz özümüzə quyu qazırıq! İranı dəstəkləmək Azərbaycanı məhv etmək istəyən
qüvvələri dəstəkləmək deməkdir. Bunun başqa adı yoxdur. Əminliklə deyə bilərəm ki, QMİ-nin rəhbəri
Allahşükür Paşazadə tərəfindən ABŞ Prezidenti Donald Trampa müraciəti
diplomatik qaydalara da uyğun gəlmir ona görə ki, Allahşükür Paşazadə nə siyasi
nədə diplomatik fiqur deyil, dini nümayəndədir və siyasi məsələlərə müdaxiləsi
xoşagəlməz haldır. Çox təəssüf, görünən
də odur ki, QMİ-sinin sədri məqamları qarışdırıb, və siyasi baxımdan əslində
dilə gətiriləsi və səsləndirilməsi məqbul
sayılmayan İranla bağlı Azərbaycan
xalqının maraqlarına ziddir.”
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий