Поиск по этому сайту

четверг, 30 апреля 2020 г.

Unutmadıq! Xamiyev Abduləli Dadaş oğlu 1941-1945-ci il Böyük Vətən Müharibəsi

SSRİ tərkibində İkinci dünya müharibəsinə (1941-1945-ci illər Böyük Vətən müharibəsinə)  qoşulan Azərbaycan SSR faşizmə qarşı vuruşmağa 681000   əsgərini göndərib, onlardan 350 mini yəni yarısından çoxu, ümumi əhalisinin 10%-dən çoxu  canlarını faşizmlə mübarizədə qurban verdilər. Azərbaycan SSR əhalisinin sayı həmin dövrdə 3,4 milyon nəfərə yaxın idi, bu nisbətdə Azərbaycan əhalisinin 20% müharibənin bir başa iştirakçısı olmuşdur, 121 nəfər Sovet ittifaqı qəhrəmanı, 34 nəfər isə “Şərəf” ordeninin hər üç kateqoriyasına layiq görülmüşdü.   400-dən çox azərbaycanlı  SSRi-nin  müxtəlif orden və medallarına layiq görülmüşdü.  Faşizmə qarşı vuruşan və adlarının tarixin şərəf lövhəsinə yazanlardan biri də Yardımlı rayonu Bozayran kəndindən  Xamiyev Abduləli Dadaş oğludur.

 Xamiyev Abduləli Dadaş oğlunun haqında təqdim edilən qısa məlumat  Rusiya Federasiyası Müdafiə Nazirliyi  Mərkəzi Arxivinin 23.07.2019-cu il  № 11/154989 saylı (03.07.2019-cu il № УГ-35028 saylı sorğuya cavab), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 11.06.2019-cu il D/1982 saylı,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yardımlı rayon Qeydiyyat  Şöbəsinin 04.12.2019-cu il  № 05/125 saylı arayışları əsasında  hazırlanmışdır.

 Xamiyev Abduləli Dadaş oğlu XX.XX.1906-cı ildə Yardımlı rayonu Bozayran kəndində anadan olub. Yardımlı kənd məktəbini bitirib. Sovet hakimiyyətinin ilk illərində yerli kadrların hazırlanması məqsədi ilə Lənkəran rayonunda açılmış təhsil müəssisəsində hesabdar (mühasib) və ticarət təhsili almışdır. Qeyd edək ki, Xamiyev Abduləli Dadaş oğlu Yardımlı Rayonundan ilk ticarət təhsili alan olmuşdur.  Böyük Vətən Müharibəsi başlanana kimi yerli kolxozda hesabdar vəzifəsində əmək fəaliyyəti göstərib.

Xamiyev Abduləli Dadaş oğlu 1941-ci ilin noyabr ayından  sovet ordusu tərkibində faşizmə qarşı vuruşmuşdur. Stalinqrad uğrunda döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin yanvar ayında  sol qolundan yaralanmış, barmaqlarını itirmişdir. 1943-cü il mart ayında ordudan tərxis olmuşdur. Gedən döyüşlərdə xüsusi fədakarlıq göstərdiyi üçün “Stalinqradın müdafiəsinə görə” medalları ilə təltif edilmişdir.
Həmçinin “Fədakar əməyə görə”, “1941-1945-cü illər Böyük Vətən Müharibəsində qələbənin 20 illiyi” yubiley medalı ilə və çoxlu digər medallarla təltif edilmişdir. Müharibədən sonra Yardımlı rayon RAYPO-da anbar müdiri, Yol tikinti idarəsində mühasib vəzifəsində işləmişdir. 21.10.1972-ci il tarixdə Yardımlı rayonu  Bozayran kəndində vəfat etmişdir.

  SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий