SNN NEWS-Haber "Huriyyer.orq"a istinad edərək xəbər verir.
“Biz bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik. Onların aradan qaldırıılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.
Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var: “Qüsurlar, nöqsanlar mövcuddur. Bunların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır, yaxşı işləyənlərin fəaliyyətinə qara yaxmaqdır”.
O, deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.
Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, 1999-cu və 2009-cü ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar: “Bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. Bələdiyyələrin nə səlahiyyəti var ki, başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?”
Məlumata reaksiya verən, tanınmış hüquqşünas, Qarabağ qazisi, AJB-nin, ZİYALILAR KLUBUNUN İH-nin üzvü, publisist Vüqar Daşaşov sosial şəbəkədə belə bir yazı paylaşmışdır.
"Hörmətlə yanaşdığım Fəzail müəllim "AKSİOMANI" inkar etməyə çalışıb ancaq ki, bu haqda arqumenti olmadığı üçün məntiqsiz danışıb. Razi bəy sözsüz ki, bu gün reallıqları dilə gətirən tək-bir deputatlardandı. ilk dəfə Milli Məclisdə təmsil olunmasına baxmayaraq, çoxlu deputatların cürət edə bilmədiyi sahələri gündəmə gətirməklə ən çox izlənən və hörmət edilən deputata çevrilməsi sözsüz ki, bəzilərini narahat edir. Bu baxımdan hörmətli Fəzail müəllimin dediklərini əsasız, qərəzli sayıram, Razi bəyə isə fəaliyyətində uğurlar arzu edirəm."
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий