Xarici rəsmi sənədlərin
leqalaşdırılması barədə tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşovla
müsahibəni oxucularımıza təqdim edirik.
-Salam Vüqar müəllim
-Salam
-Vüqar müəllim, xaricidə təhsil
almış şəxslərin diplomlarının leqalaşdırılmaslnda hansı çətinliklər, problemlər
var?
-Avropa regionunda ali təhsil sahəsində
ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası 5 mart 2004-cü il № 595-IIQ” Qanunununa əsasən Azərbaycan
Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici
rəsmi sənədlərin leqalaşdırılması tələbini ləğv edən Konvensiya"
ya qoşulub.
Bu “Xarici rəsmi sənədlərin leqalaşdırılması tələbini
ləğv edən konvensiya”ya 130 ölkə qoşulub, Avropa ölkələri, ABŞ, MDB, Türkiyə, Rusiya, Ukrayna, baltik yanı ölkələr və sair ölkələr var.
Xarici dövlətlərin
ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən
edilməsi (nostrifikasiyası) Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
64 saylı Qərarı var, həmin qərar 13 may 2003-cü ildə imzalanıb.
Görünən odur ki, bu günümüzə kimi Nazirlər
Kabinetinin 64 saylı Qərarı 5mart 2004-cü il 595-IIQ saylı Azərbaycan
Respublikası qanununa əsasən həmin Konvensiyaya uyğunlaşdırılmayıb. Əlbəttə
həmin qərara əsasən müəyyən edilmiş Qaydalar xarici dövlətlərin ixtisas sənədlərinin
tanınması üçün icra mexanizmidir, lakin təkmilləşdirilməsi və konvensiyaya tam
uyğunlaşdırılması vacibdir və artıq bu məsələ çox gecikmişdir. Hələ də Təhsil
Nazirliyi Azərbaycan həmin Konvensiyaya qoşulmamışdan əvvəlki dövrdə qəbul
edilmiş Nazirlər Kabinetinin 64 qərar qərarı ilə fəaliyyət göstərir. Bu da o
deməkdir Təhsil Nazirliyi nə Azərbaycan qanunlarına nədə Konvensiyanın
tələblərinə əməl etmir və bu səbəblərə görə də xaricdə təhsil almış şəxslərin təhsil
haqında sənədlərinin leqalaşdırılmasında
nəzərə çarpan dərəcədə problemlər var.
-Vüqar müəllim, bildiyimiz kimi
xaricdə təhsil alanların əksəriyyəti
Rusiya, Ukraynada daha doğrusu MDB ölkələrində çoxluq təşkil edir. Bu dövlətlərlə əlavə beynəlxalq
müqavilə və razılaşmalar varmı?
-Əlbəttə, qeyd edim ki, mən özümdə
Rusiyada iki ali təhsil almışam və şəxsən mənim özümdə belə problem yaşamışam.
Hətta Azərbaycandakı Rusiya səfirliyə müraciət edərək təhsil haqqında sənədlərin
qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdim və mənə rəsmi
qaydada cavab verilərək, ali təhsil haqqında qarşılıqlı razılaşmaya əsasən
diplomların təsdiq edilməsi tələb edilməməsi göstərilmişdi.
Diqqətinizə çatdırım ki, 23 sentyabr 2002-ci il tarixdə Azərbaycan
hökumətinin Rusiya hökuməti arasında bağlanmış
razılaşmaya əsasən tərəflər bir birlərinin
verdikləri təhsil haqqında sənədi, alimlik
dərəcələri və adları qarşılıqlı
tanımalıdırlar.
31 may 2013-cü ildə imzalanmış
razılaşmaya əsasən MDB ölkələri arasında ali təhsil səviyyəsinin və ekvivalenti
haqqında sənədlər qarşılıqlı tanınır.
Əlavə
olaraq isə Nazirlər
Kabinetinin 64 saylı Qərarının
1.6. “Azərbaycan Respublikasının tərəfdaş
çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlər arası razılaşmalar da
ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza
keçirilmədən verilir” göstərilsə də faktiki bu tələblərə əməl edilmir.
Azərbaycan Respublikasının
Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə əsasən “Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib
hissəsidir” və
həmin qanunvericilik irarxiyası aşağıdakı normativ
hüquqi aktlardan ibarətdir
Maddə148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi
aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ
aktları.
II. Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin
ayrılmaz tərkib hissəsidir.
Bütün bunlara baxmayaraq Təhsil Nazirliyi süni
maneələr yaradır və bu haqlı narazılıqlara səbəb olur.
-Vüqar müəllim, əgər belə süni maneələrə vətəndaş məruz qalırsa hüquqi
baxımdan problemini necə həll edə bilər?
Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda
olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində
baxılır. Dövlət rüsumu 50 manatdır.
Əgər təhsil haqqında sənədin tanınması Təhsil
Nazirliyi imtina edibsə və ya bu məsələni süni şəkildə gecikdirirsə edibsə o
halda, İnzibati Məhkəməyə müraciət edərək təhsil haqqında sənədin tanınması və
müvafiq sənədin şəhadətnamənin verilməsini barədə iddia tələbləri qaldırıla
bilər.
Yeri
gəlmişkən deyim ki, xaricidə təhsil almış şəxslərin diplomlarının leqalaşdırılmasında
problemlərin həlli üçün və digər səbəblərə
görə Azərbaycan Respublikasının Prezidenti 17 yanvar 2019-cu il tarixli Fərmanı
ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyində ki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv
edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata
keçirilməsi qərar verdi.
Ümid
varıq ki, bu sahədə problemlər öz həllini tapacaq.
-Vüqar müəllim maraqlı müsahibə üçün təşəkkür
edirəm
-Məndə öz növbəmdə
sizə təşəkkür edirəm ki, bu problemlər diqqətinizdən
yayınmayıb.
Sədaqət Əliyeva
"Nöqtə" ictimai-siyasi, hüquqi qəzetinin müxbiri
"Nöqtə" ictimai-siyasi, hüquqi qəzetinin müxbiri
SNN NEWS-Haber
Комментариев нет:
Отправить комментарий