Поиск по этому сайту

суббота, 21 сентября 2019 г.

AXCP sədri Razi Nurullayev xalqa müraciət etdi...


  Azərbaycan Respublikası Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev öz Facebook səhifəsində "Yurd" sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının istefası ilə bağlı  fikirlərini bölüşərək Azərbaycan siyasətçilərinə, ziyalılara, ictimai aktiv şəxslərə müraciət ünvanlayıb. Həmin müraciəti oxucularımıza təqdim edirik.

“AXCP mütləq şəkildə bütövləşməli, mübarizə təmərküzləşməli, Elçibəy sevərlər bir çətir altında birləşməli və Əli Kərimli isə istefaya getməlidir. Çıxış yolu budur!
Mənə həddindən artıq çox suallar ünvanlanıb və sayını-hesabını itirmişəm. Hər kəs məndən Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı həyata keçirdiyi şiddətə münasibət bildirməyimi istəyir. Münasibət bildirməyə gecikmək səbəbim fürsət gözləyən damğasını önləmək idi. Çünki, Əli Kərimlinin söyüş maşını ləkə yaxmaq, şər-böhtan atmaq, "satqın" damğası vurmaq üçün 24 saat ərzində pusquda yatır! Amma, bu gün azad cəmiyyət qurmaq istəyən, qadına qarşı şiddətə qarşı olan hər kəs əlini daşın altına qoymalıdır.
Qadın nənəmiz, anamız, bacımız, həyat yoldaşımızdır. Onlara qarşı şiddətə və adət-ənənəmiz adı altında susmağa vadar etmə bağışlanılması mümkün olmayan günahdır. Xalqın təpgisi nəticəsində xalqın "qəhrəmanı", anti-qəhrəman oldu. Bəli xalq böyük qüvvədir və amansızdır. Fuad Qəhramanlının halına acıyıram, əslində o da qurbandır. O, Əli Kərimlinin qurbanıdır. Fuad Qəhrəmanlını uzun müddət tanımışam və qızının yazdıqlarını oxuyanda şok oldum və əvvəlcə inanmadım. Sonra düşündüm ki, necə ola bilər ki, bu cür ağıllı, dərrakəli və işini bilən adam dönüb tiran oldu. Cavabını tapdım. Axı, mən də Əli Kərimli ilə bir olanda günüm-güzəranım yox idi, işim-gücüm onun tapşırıqlarını yerinə yetirmək, çıxışlarını, yazılarını tərcümə edib paylaşmaq, hər gün min yerə şərh yazmaq, status yazmaq, kimlərisə qaralamaq, bir neçə facebook profili işlədib, gizli adlarla opponentləri hədəfə almaq (şükür olsun uca Allaha ki, bunu heç zaman etmədim) idi.
Onlarla saxta Facebook profili işlədilməyə, 24 saat pusquda dayanmağa və Əli Kərimlini təbliğ etməyə dəmir belə dayanmaz. Bir Facebook profili belə insanı yorur və ailədən uzaqlaşdırır. xatırlayıram ki, 5-6 il bundan öncə Rəyasət Heyətinin iclasları Fuad Qəhrəmanlının evində keçirilirdi. Hər Şənbə günü onun ailəsi 20 nəfər süfrə açırdı və 20 nəfər onun evinin nizamını pozurdu. Çay, şirniyyat, mürəbbələr və s. Təbii ki, Əli Kərimlinin bu şəkildə istismarı çox ailələrə nifaq salıb, onları incidib və cəbhəçilərin beyinlərinə, düşüncələrinə pis təsir edib. Fuad Qəhrmanlı bir qurbadır və doğrusu onun halına çox acıyıram! Kaş ki, onun ailəsində bu hadisələr olmasaydı.
Adama aöğır gələn odur ki, ən böyük günahlardan birini daşıyan, ailədaxili şiddəti gizləyən və onu neçə illər ərzində ört-basdır etmək üçün səylər göstərən, "qonşu arvad" funksiyasını yerinə yetirən Əli Kərimli yenə də özünü təmizə çıxarmaq üçün qurbanlar arayır. Birinci növbədə istefaya getməli şəxs odur. Birincisi, bir faciəni, şiddəti uzun illər bilib, gizləyib və kömək etmək əvəzinə qurban tərəfləri susmağa vadar edib. İkincisi, yanında və rəhbərliyində təmsil olunan şəxslərdən hörmətli Seymur Həzini çıxmaq şərtilə hər kəs bu şiddətə haqq qazandırıb və qazandırmaqdadır. Yalnız xalqın təzyiqi və təpgisi ilə geri çəkilirlər. Çünki, Əli Kərimli belə istəyir! Fuad Qəhrəmanlını elə müdafiə edirlər ki, o daha da gözdən düşür, Əli Kərimli isə əzabkeş obrazı qazanır. Allah belə bunu götürməz!
Bu gün onun qurban Fuad Qəhrəmanlı oldu. Hələ qurbanlar çox olacaq. Əli Kərimli elə bir kəsdir ki, özünü və adını qorumaq üçün millətin yarısını da qırğına göndərər, ölümə göndərər, həbsxanalara doldurar. Hörmətli cəbhəçilər ayılın, keçmişinizə, əldə etdiklərinizə və itirdiklərinizə nəzər salın, etdiyiniz mübarizənin nəticəsini analiz edin və doğru yolu seçin. Doğru olan yol, Əli Kərimlinin istefaya getməsi və AXCP-lərin birləşməsidir.
Hər zaman etdiyim kimi, bu gün də səmimi, əzabkeş, məhrumiyyətlər yaşayan cəbhəçilərə, Elçibəy sevərlərə müraciət edirəm. Tarixi bir şans yaranıb ki, siz Əli Kərimlini istefaya vadar edəsiniz. Öz partiyasında azad sözü boğan, daxili diktatura yaradan, fərqli sözə dözüm göstərməyən, opponentlərini iyrənc yollarla sıradan çıxaran bir siyasətbaz siyasi səhnədən istefa verməlidir.
Əziz cəbhəçilər! Sizə müraciət edirəm. Əli Kərimli yükünü, şiddətini üzərinizdən atın və AXCP-lərin birləşməsinə nail olaq. Yalnız biz bu yolla hakimiyyətə qarşı ciddi müqavimət təşkil edə bilərik! Əli Kərimli onilliklər boyu hər kəsi hakimiyyətə işləməkdə günahlandırıb "satqın" adlandırıb, amma elə satqın onun özüdür. Əgər satqın olmasaydı, o da həbs olunardı, daha bir-iki saat tutulub sonra buraxılmazdı. Nelson Mandela 40 il həbsxanada yatıb ölkəni dəyişdi. Bir-iki saat polis idarəsində vaxt keçirib, mürəbbəli-limonlu çay içib evinə qayıdan siyasətçi səmimi ola bilməz.
Əziz cəbhəçilər! Mən Mandela olmaq iddiasında olmasam da birləşmiş AXCP və daha canlı, planlı müqavimət üçün onilliklər boyu həbsxanalarda da yatmağa hazıram. Gəlin Elçibəy yadigarı AXCP-ni bütövləşdirək və Əli Kərimlini istefaya vadar edək.
Xalqın da üzərinə bu sahədə missiya düşür. Əziz ziyalılar, siyasətçilər, fəallar! Əli Kərimlini istefaya səsləyin!
#EliKerimliISTEFA
SNN NEWS-Haber

Комментариев нет:

Отправить комментарий